«15 sual, 15 cavab» müsahibə layihəsi


  • “15 sual, 15 cavab” müsahibə layihəsi- Tural Turan

    Tural Turan

    Onu bir də bu prizmadan tanıyın.

Oxşarlıqlar çoxdur, bəs fərqlllikləri nədə görürsünüz?

 

Bütün fərqliliklərin oxşarlığın parçalanmasından, “atomlara bölünməsindən” doğulub, yaranıb.

Zaman sizə tabedir, ya siz zamana tabesiniz?

 

Mən zamana tabeyəm. Zamanın insana tabe olması maddi durumla birbaşa bağlıdır.

Sizin üçün uğur düstürunun elementləri nədən ibarətdir?

 

Sadəcə özünə inamdan və nikbinlikdən.
4. Sizcə təsadüflər zəruriyyətdən doğurmu?

Təsadüflərə inanmıram. Ancaq zərurət və üstü örtülmüş, unudulmuş keçmişə nəzərən davam edən zaman formasına inanıram.
5. Sonrakı peşimançılıqda fayda varmı?

Sonrakı səhvlərdə fayda var. Peşmanlıq ilk başda olur. Bizim təsəvvür formamızda isə yeri dəyişik düşüb.
6. Sizin üçün ən uğurlu sərmayə nədir?

Ən uğurlu sərmayə təhsilə yatırılan puldur.
7. Neçə il tənha yaşaya bilərsiniz?

Özümü dərk edəndən tənhayam.
8. İtirəcəyinizi bildiyiniz halda, hansı riskə getməyə hazırsınız?

Öz vaxtıma, canıma.
9. İntihar etsəniz, səbəbi nə olar?

Mən hər dəqiqə intiharı düşünərək yaşayıram. Düşünürəm ki, artıq cavabı verdim.
10. Cəsarət həqiqət üçündür, ya həqiqət cəsarət üçündür?

Cəsarət özünü təsdiq üçündür. Həqiqət üçün isə dürüstlük kifayət edir.
11. Seçim qarşısında olsaydınız, nəyi seçərdiniz, həqiqət payı olmayan cəsarəti, ya cəsarət payı olmayan həqiqəti?

Mən həmişə öz seçimimi etdiyim üçün bir seçim payım olub. Mən həqiqətlə cəsarət arasında olan dürüstlüyü seçərdim.
12. İnsanlardan ayrılmağınızın səbəbi nədir?

Həmişə mən tərk edilmişəm, özümə ayrılan bir ömrü təkbaşına yaşadığım üçün. Bu da məni tərk edənlərə sərf etməyib.
13. Bu ifadəni tamamlayın: Yaşım qədər…

Yaşım qədər… Təklik yaşamışam.
14. Sizcə, sizin dostlarınız Sizin yerinizdə olmaq istəyirlərmi?

Hərənin öz yeri var. Dostumsa yoxdur, dedim axı təkəm… Kim məni özünə dost hesab edirsə, bu sualları onlara ünvanlayın.
15. İndiki gəncləri necə təsvir edərdiniz və onlara tövsiyəniz nə olardı?

Kim necə bilirsə o cür yaşasın. Oxşamasınlar. Oxşatmasınlar. Mən rəngarəngliyi sevirəm. O zaman hər kəs kəşf olunmamış bir ada kimi öz sirrliliyini qoruyar. Mərtəbəsi də yüksək olar.

 

Təşəkkür edirəm.

Söhbətləşdi: Günel Fərhadqızı

 Chinare 2

“15 sual, 15 cavab” müsahibə layihəsi-Çinarə Ömray

Chinare Omray

Onu bir də belə tanıyın.

Oxşarlıqlar çoxdur, bəs fərqlllikləri nədə görürsünüz?
– Oxşarlığın çox olması fərqlilikdi.
2. Zaman sizə tabedir, ya siz zamana tabesiniz?
– Orta yol tutub tkılırıq)
3. Sizin üçün uğur düstürunun elementləri nədən ibarətdir?
– Ö+X=U (ÖzGüvən+Xarakter= Uğur) Öz güvənin və Xarakterin varsa, artıq uğur sənin yanındadı.
4. Sizcə təsadüflər zəruriyyətdən doğurmu?
– Məncə analar yaxşı qızlar doğur.
5. Sonrakı peşimançılıqda fayda varmı?
– Biz peşmançılığımızdan da, fayda güdürük. Dəhşətiyee.
6. Sizin üçün ən uğurlu sərmayə nədir?
– Nəfəs almaq.
7. Neçə il tənha yaşaya bilərsiniz?
– 6 ildən bir az çoxdu.
8. İtirəcəyinizi bildiyiniz halda, hansı riskə getməyə hazırsınız?
– İtirmək qorxum olmadığı üçün seçim sıxıntım yoxdu.
9. İntihar etsəniz, səbəbi nə olar?
– Çox ağır, çəkilməz şeylərdən keçdim. Heç vaxt intihar düşünmədim. Əgər onları intiharsız atlatmışamsa, yəqin edəsi olsam, çox bəsit, primitiv bir şey üstə edərəm.
10. Cəsarət həqiqət üçündür, ya həqiqət cəsarət üçündür?
– Cəsarət dirəniş üçündür. Həyata dirəniş.
11. Seçim qarşısında olsaydınız, nəyi seçərdiniz, həqiqət payı olmayan cəsarəti, ya cəsarət payı olmayan həqiqəti?
– Bacardıqca seçim qarşısında qalmamağa çalışıram.
12. İnsanlardan ayrılmağınızın səbəbi nədir?
– Adamları olduğu kimi səhvləriylə qəbul edə bilirəm. Amma xaraktersiz, şəxsiyyətsiz insanlara təhəmmül edə bilmirəm .
13. Bu ifadəni tamamlayın: Yaşım qədər…
– Yaşım qədər yaşanmışlığım var.
14. Sizcə, sizin dostlarınız Sizin yerinizdə olmaq istəyirlərmi?
– Məncə dostların hər istədiyini ciddiyə almaq lazım deyil .
15. İndiki gəncləri necə təsvir edərdiniz və onlara tövsiyəniz nə olardı?
– Olduqları kimi davransınlar, kirli düşüncələrlə içlərini qaraltmasınlar. Həyat gözəldi, yaşamağa dəyər.

 

Təşəkkür edirəm.

Gunel 2

“15 sual, 15 cavab” müsahibə layihəsi- Günel Habilqızı

Gunel Habilqizi1 Oxşarlıqlar çoxdur, bəs fərqlllikləri nədə görürsünüz? Fərqlilikləri düşüncələrdə görürəm. Hamı kimi olmağa can atmayanlar mənə görə fəqrli insanlardır. Onlar dünyaya gəlirlər, həyatı dərk edərək yaşayırlar. Kütlənin nə düşündüyünün onlar üçün əhəmiyyəti yoxdur. Çünki, özlərini başqalarının şəxsi fikirləri ilə yükləmirlər. Öz düşüncələri olur, idealları, hədəfləri olur.

2 Zaman sizə tabedir, ya siz zamana tabesiniz? Bu haqda heç vaxt düşünməmişəm. Əgər onu saxlamaq iqtidarında deyiləmsə demək ki ona tabeyəm. Amma zamanımı dəyərləndirməyi bacaran biriyəm. Yaxınlarım bilirlər. Dəqiqələrimi belə boşa sərf etməyi sevmirəm. Çünki vaxt çox qısadır.

3 Sizin üçün uğur düstürunun elementləri nədən ibarətdir? Şansdan…Şansın varsa özünü qaranlıq otağa “həbs” etsən belə uğur səni tapacaq…

4 Sizcə təsadüflər zəruriyyətdən doğurmu? Təsadüflərə inanmıram. Həyatımızda nə baş verirsə zərurətdəndir. Belə olmalı idi oldu. Bu isə özümüzlə əlaqədardır. İnsanların çoxu enerjilərindən xəbərsizdir. Bəzən fikir verirsiz nəyisə ağlımızdan keçiririk olur. Uğursuzluqlarımızda, uğurlarımızda səbəbkar özümüzük. Biz ürəyimidən nəyi keçiririksə, nəyi çox çağırırıqsa o da olur. Ona görə də bacardığım qədər özümü müsbət enerjiyə kökləyirəm. Beləcə həyatımdakı müsbətləri çoxaldıram.

5 Sonrakı peşimançılıqda fayda varmı? İnsan peşmançılıq da yaşamalıdır. Bu bəzən xeyrimizədir. Möhkəmlənirik. Şəxsi təcrübəmdən…

6 Sizin üçün ən uğurlu sərmayə nədir? Söhbət mənəvi sərmayədən gedirsə elm və dünyagörüşü deyərdim. Maddi sərmayədən gedirsə daşınmaz əmlak…

7 Neçə il tənha yaşaya bilərsiniz? Ətrafımda saysız-hesabsız insan olsa da daxilən tənhayam. Və özümü dərk edəndən belə olduğum üçün artıq alışmışam. Yəni taleyimlə barışmışam.

8 İtirəcəyinizi bildiyiniz halda, hansı riskə getməyə hazırsınız? Bir dəfə risk etdim və itirdim. Dərsimi almışam.

9 İntihar etsəniz, səbəbi nə olar? Heç bir səbəb məni intihara sürükləyə bilməz. Çünki, daxilimdəki işıq məni həmişə qoruyur və aydınlığa çıxarır.

10 Cəsarət həqiqət üçündür, ya həqiqət cəsarət üçündür? Həqiqət cəsarət tələb edir.

11 Seçim qarşısında olsaydınız, nəyi seçərdiniz, həqiqət payı olmayan cəsarəti, ya cəsarət payı olmayan həqiqəti? Heç birini.

12 İnsanlardan ayrılmağınızın səbəbi nədir? İnsanları sevirəm. Özümə qarşı nadürstlük görəndə isə uzaqlaşıram.

13 Bu ifadəni tamamlayın: Yaşım qədər övladım olaydı…

14 Sizcə, sizin dostlarınız Sizin yerinizdə olmaq istəyirlərmi? Niyə də olmasın. Amma mən istəməzdim dostlarım mənim yerimdə olsunlar. Çünki yuxardı qeyd etdiyim kimi ətrafımda saysız-hesabsız insan olsa da daxilən tənhayam. Daxili dünyam qorxudar onları, daşıya bilməzlər. 15 İndiki gəncləri necə təsvir edərdiniz və onlara tövsiyəniz nə olardı? Ən böyük istəyim proqressiv gəncliyə sahib olmağımızdır. Əslində hər birimiz anadan bacarıqlı, zəkalı doğuluruq. Amma cəmiyyət, ailələrimiz bu ruhu bizdə məhv edir. Gənclərdən çox böyüklərə tövsiyyə edərdim ki, övladlarını şəxsiyyət kimi yetişdirsinlər. Onların qarşısında sipər olmasınlar. Onların seçimlərinə hörmətlə yanaşsıznlar. Yalnız bu halda yetişən nəsildən nəsə gözləməyimizə dəyər.

Mansur 1

“15 sual, 15 cavab” müsahibə layihəsi- Mənsur Rəğbətoğlu

Mansur1.Oxşarlıqlar çoxdur, bəs fərqlllikləri nədə görürsünüz?
Nə bu dünyada, nə də onun insanlarında heç bir fərq görmürəm. Hamı eyni şeyi istəyir: rahat yaşamaq. Fərq insanların cinslərə bölünməsindədir, insanların bu qədər bəsit olduğunu düşünürəm. İnsanlara təbiətən verilən orqanlar, bədən üzvləri də eynidir. Sadəcə birininki qəlibdən normal, digərininki də bir qədər əyri, istəmədiyi formada çıxıb. Məsələ insanın yaşadıqlarını fərqli cümlələrlə ifadəsində bitir ki, bunda da elə bir fərq yoxdur. Çünki hansı məsələnin hansı formada ifadə olunmasından asılı olmayaraq, primitivliklə inkişafın ən yüksək səviyyəsində bunlar eyni mahiyyəti kəsb edirlər. Ölüm heç kəsə fərqli olmaq şansı vermir. 3-4 milyard il sonra Günəş sönəndə Yerlə də Mars arasında heç bir fərq qalmayacaq. Fərq o zaman olardı ki, hər şey yerli-dibli olmayaydı, onda da heç nə hiss etməyəcəkdik, bilməyəcəkdik. İndi elə bir vəziyyət yaranıb ki, geri qayıdıb özün-özünü ananın bətnində abort etmək istəyirsən. Ən ciddi düşüncənin mahiyyətində belə ünvanlanmış bir mesajın, özünü göstərmək cəhdlərinin olduğunu düşünəndə mən heç bir fərq görmürəm. Hərə bacardığı qədər özünü göstərməyə çalışır. İnsan yaşamaqla məşğuldur. İnsanın həyatından keçən xoşbəxtlik və əzablar da bu məşğuliyyətə aiddir. Başqa heç nə.
2.Zaman sizə tabedir, ya siz zamana tabesiniz?
Mən zamana tabeyəm. Çünki zamanı özümə tabe edə bilsəydim ya özümün olmadığı zamana qaytarıb dondurardım ki gəlməyim, ya da hər şeyi unutduğum bir ana qaytarardım. Çünki mən həmin o an doğulduğumu düşünürəm. İnsanın öz ağırlığını üzərində çökdürdüyü əzabları unutduğu an doğulur. Qadınlar sadəcə bizi yaşamaq üçün çölə atırlar və biz də başımıza çarə axtarmağa başlayırıq. Buna görə mən zamana tabeyəm, hamı zamana tabedir. Çünki heç nəyi geri qaytarmaq mümkün deyil, mümkün olsaydı belə, yenidən keçəcəkdi, yenidən keçmişdə qalacaqdın.
3.Sizin üçün uğur düsturunun elementləri nədən ibarətdir?
Uğurun düsturunun olduğuna inanmıram. İnandığım bir şey var ki, insan yaşamağa çalışır və bunun üçün əlindən gələni, bəzən də gəlməyəni etməyə çalışır. Çatılan hər məqsədi uğur kimi yazmaq olar, amma həll edilmiş məqsəd başqa arzu doğurur. İnsan həmişə nəsə istəyir. Ümumiyyətlə, insan istəyən varlıqdır və bu proses o ölənədək davam edir. Sadəcə olaraq, bir qisim insan necə yaşamağı bacarır, bir qisim də yox. Əlbəttə yaşamaq məşğuliyyətinin içindəki mənasız mahiyyəti görmək istəməyənlər xoşbəxt olmağa və yaxşı yaşamağa can atırlar. Yerdə qalanlar da ölənədək yaşayırlar.
4.Sizcə təsadüflər zəruriyyətdən doğurmu?
Təsadüflərin olduğuna inanmıram. İnsan təsadüfən yemir axı. Məsələn, kainatı yaradan enerjinin də hər şeyi təsadüfdən yaratdığına inanmıram. Əgər həqiqətən o güc bizim bildiyimiz allahdırsa, o zaman o çox sadist və eqoist biridir. Həmin güc nədirsə, ona sual vermək istərdim ki, nə işin vardı bizimlə? Adam düşünəndə dəli olur ki, nə məqsədlə yaratmısan, səbəb nə idi? Sonra da qayıdıb bizə deyirlər ki, səcdə edin, dua edin, nə bilim nə… Niyə mən məni yaratmağı ondan xahiş etməyən biri üçün dua etməliyəm, ona şükranlıq borcumun olduğunu düşünüb özümə sərhəd qoymalıyam və bunun ağırlığı altında özümü əzməliyəm? Sirr də bundadır, bizi yaradan güc hansı zərurətdən bu səhvi edib? Elə o yaradan nədirsə təsadüfən yaratmayıb, ya da kmdirsə bizlə babat məzələnir. Nə bilim.
İnsanın həyatında baxanda və bu həyatdan keçənləri görəndə də bunların təsadüf olduğuna inanmıram. İnsanda yaşamaq ehtirası güclü olduğu üçün hər şey onun üçün zərurətdir. İmkan olmayanda belə başqalarının əzməyə çalışdığı mənəvi hisslərini özü üçün qidaya çevirir. Çünki insan dərk edəndən yaşamağı özü üçün zərurət kimi qabaq planda saxlamağa çalışır. Bütün problemləri də elə insanın bu iyrənc yaşamaq istəkləri ortaya çıxarır. Öləsi adamlarıq.
5.Sonrakı peşimanlıqda fayda varmı?
Etsən də peşmansan, etməsən də. Sonrakı peşmanlıq keçmişdə qalan bir şeyi geri qaytarmaq istəyidir. Qaytarsan belə heç nə əvvəlki kimi olmayacaq. Bunda görə də bir faydası yoxdur. Ümumiyyətlə, insan bu haqda düşünməməlidir. İnsan heyvanların sonuncusudur, buna görə də ölənədək necə gəldi yaşamalıdır. Amma bunu bacarmaq asan məsələ deyil. İmkan yoxdur. Çünki əvvəldən etdiyin bir hərəkət sənin üzərinə məsuliyyət qoyursa və bundan imtina edə bilmirsənsə, peşman olmağa dəyməz. Nə qədər cəhd etsən də sədləri keçmək mümkün deyil. Bu Amerikada da mümkün deyil, Azərbaycanda hardan olsun? Heç bilmədim nə danışıram.
6.Sizin üçün ən uğurlu sərmayə nədir?
İndi durub desəm ki, mən bütün kapitalı beynimə qoyuram, əsas sərmayə beyin inkişafıdır, qeyri-səmimi görünəcəm. Amma ən azından həqiqətlərə çatmaq üçün beyinə qoyulan sərmayəni doğru hesab edirəm. Bunun üçün pul lazımdır. Ümumiyyətlə, fərqi yoxdur, həmişə pul lazımdır. Ümumiyyətlə, hərəsindən bir az olsa yaxşı olardı. İnsanı nə xoşbəxt edirsə, sərmayəni də ora yönəltməlidir. Bunu bacarmırsa, demək ki bacarmır. Heç vaxt da bacarmayacaq. Əgər bacarmırsansa bütün sərmayəni beyinə yox, ayaqlara qoyub aradan çıxmaq lazımdır.
7.Neçə il tənha yaşaya bilərsiniz?
İnsanların hamısı tənhadır. Bu arzular və istəklərlə bağlı məsələdir. Təkliyə gəlincə, bunu ölənədək bacararam. Çünki bir az tək yaşadıqdan sonra avtomatik olaraq, insanlarla arandakı uçurumu dərinləşdirib çıxılmaz bir dalanda özünü ora-bura çırpıb öldürəcəksən.
8.İtirəcəyinizi bildiyiniz halda, hansı riskə getməyə hazırsınız?
Riskə getməyə ehtiyac yoxdur, çünki insan tükənən enerjidir. Axırda öz həyatını itirəcək. Amma yaşamaq istəyəndə çe Gevaranın da o fikrini müdafiə edirəm ki, qazandığın şey itirdiyinə dəyməlidir. Bu yaşamaq istəyən insanlar üçün vacib məsələdir.
9.İntihar etsəniz, səbəbi nə olar?
Ən pessimist düşüncənin dayaq tapdığı bir səbəb olur və bu bir səbəb özü ilə yüzlərlə səbəb ortaya çıxarır. Hazırda hər şeyin mənasızlığına köklənmişəm, elə bu mənasızlıq ayaqlarım altındakı kötüyü kənara itələyə bilər. Amma bu qədər mənasızlıq içində itib batanda xırda bir şey məndə həyat eşqini alovlandıranda özümdən diksinirəm. Çünki yandırıcı kraterin düz ortasında dayandığımı yaxşı bilirəm.
10.Cəsarət həqiqət üçündür, ya həqiqət cəsarət üçündür?
Hər şey insanın özü üçündür. Bir qəhrəman belə son nəfəsində həlak olduqdan sonra hamının onun haqqında danışacağını düşünüb sevinir. Şübhəsiz ki, hamı eqoistdir. Buna görə də atdığı hər addımı özü üçün hesablayır. Həqiqəti isə heç kəs sevmir. Gündə ən az on dəfə yalan danışıram. Nə həqiqət üçün cəsarət?
11.Seçim qarşısında olsaydınız, nəyi seçərdiniz, həqiqət payı olmayan cəsarəti, ya cəsarət payı olmayan həqiqəti?
Heç birini. Amma yaşamaq istəyirəmsə, vəziyyətə görə dəyişərdi. Həmişə mənə bir seçim imkanı verilməsini istəmişəm, bu da doğularkən gəlib-gəlməmək istəyi ilə bağlıdır. O an bunu soruşsaydılar, qısaca cavab verərdim: Lazım deyil. Çünki özümü gəldiyim qaranlığa itələyib yox etsəydim, həyatın heç bir ağır suallarına cavab axtarmaq və yaşamaq məşğuliyyətinin gündə milyon dəfə məni ayaqlarının altına salıb əzişdirməsinə göz yummaq məcburiyyətində qalmazdım.
12.İnsanlardan ayrılmağınızın səbəbi nədir?
İnsanlardan ayrılmamışam, onların içindəyəm. Əvvəllər həmişə yüngül, sırtıq, nə bilim mənasız insanlar görəndə onları qınayırdım, aralarından qaçıb çıxmaq istəyirdim. Amma indi heç kəsi mühakimə etmirəm, çünki onlar da bir yolunu tapıb yaşayırlar və ən ağıllı insanlarla eyni formada öləcəklər. Bir qədər özünəqapalı adamam, amma bu qapaq altındakı qaranlıqdan da onların səslərini eşidirəm. İnsanlardan qaçmaq mümkün deyil. Özünü bir adaya atıb illərlə insansızlıq yuxusuna getsən də bir səhər ayılıb okean sularında əks olunmuş bir simayla – özünlə qarşılaşacaqsan. Çünki sən də insansan. İnsan getdiyi hər yerə özünü aparır. İnsansızlıq mümkün deyil.
13.Bu ifadəni tamamlayın: Yaşım qədər…
Yaşım qədər gündə ölüb-ölüb yerə girirəm.
14.Sizcə, sizin dostlarınız Sizin yerinizdə olmaq istəyirlərmi?
İnanmıram. O qədər də maraqlı və istedadlı insan deyiləm. Qeyri-adi hərəkətlərim də yoxdur. Məni başqalarından fərqli edən nəsə yoxdur, buna görə mən də başqalarının gizləndikləri çanaq altındayam. Çanağımdan qovsan fərqli heç nə çıxmayacaq.
15.İndiki gəncləri necə təsvir edərdiniz və onlara tövsiyəniz nə olardı?
Maraqlı nəsə etməyə çalışırlar. Amma reklam bumunun içində bayağı həyat yaşayırlar. Əksəriyyəti başqalarının düşüncələrinə sığınıb basmaqəlib həyat sürürlər. Təkəbbürlü, eqoistdirlər. Amma bu eqoizmin içindəki özgüvənləri onları xilas edəcək qədər ağıllı deyil. Əlbəttə, bu çərçivədən kənarda olan gənclər də var, amma onlar çöldən belə görünürlər. Hamı daxilən eynidir. İnsan öz içində hansı yuvanın quşu olduğunu hamıdan yaxşı bilir. Tövsiyyəm budur ki, bütün hallarda tövsiyyələrə qulaq asmasınlar, nə bilirlər onu da etsinlər, altda qalanın canı çıxsın.

13934686_10207640017818848_1428953300873852256_n

“15 sual, 15 cavab” müsahibə layihəsi-Sevinc Novruzova

Sevinc

Oxşarlıqlar çoxdur, bəs fərqlilikləri nədə görürsünüz? – Fərqlilikləri görmək üçün gərək insanda fərqli düşüncə sahibi olub, fərqli görsün. Müəyyən dərəcədə fərqlilikləri görürəm. Ancaq tam olaraq nədəsə fərqliliyi gördüyümü demək mənə çox çətindi.

Zaman sizə tabedir, ya siz zamana tabesiniz? – Mən zamana tabeyəm.

Sizin üçün uğur düstürunun elementləri nədən ibarətdir? – Elə düşünürəm ki, hələ də böyük uğur qazanmamışam. Ona görə də, o düsturdan bixəbərəm. ).

Sizcə təsadüflər zəruriyyətdən doğurmu? – Məncə yox.

Sonrakı peşimançılıqda fayda varmı? – Hec bir fayda görmürəm. Sonradan çox peşman olmuşam. Hədsiz çox. Ən çox da etdiyim səhvlərə görə. Hər şeyin gec olduğunu və geri qaytara bilməyəcəyimi anlamışam. Ancaq faydasın görməmişəm.

Sizin üçün ən uğurlu sərmayə nədir? – – Təhsilə qoyulan sərmayə. Vaxt gələcək o təhsillə uğurlu karyera qurmaq olar.

Neçə il tənha yaşaya bilərsiniz? – Sözün düzü mən indi də tənhayam. Mənə görə hansisa bir evdə tək qalmaq tənhalıq deyil, mənəvi təklik tənhalıqdır. Bir neçə ildir tənhayam, özüm özümləyəm. Yəqin ki, bir neçə il də bundan sonra tək qala bilərəm. Həyat tərzimə çevrilib.

İtirəcəyinizi bildiyiniz halda, hansı riskə getməyə hazırsınız? – Bir çox riskə girmişəm, əksəriyyətində də itirmişəm. Bundan sonra çətin bir də riskə girim.

İntihar etsəniz, səbəbi nə olar? – Təkliyim, məni anlamamaqları, ailəm üçün faydasız və istədikləri kimi övlad olmamağım, istədiklərimin, arzularımın gerçəkləşməməsi və s. bunların hamısın bir yerə toplayanda depressiv hal kimi müşahidə olunur. Mən də bu səbəbdən intihar edərəm.

Cəsarət həqiqət üçündür, ya həqiqət cəsarət üçündür? – Həqiqət cəsarət üçündür.

Seçim qarşısında olsaydınız, nəyi seçərdiniz, həqiqət payı olmayan cəsarəti, ya cəsarət payı olmayan həqiqəti? – Ikincini. Cəsarət payı olmayan həqiqəti. Çünki, mən çox cəsarətsizəm.

İnsanlardan ayrılmağınızın səbəbi nədir? – Mənə elə gəlir onlar məni başa düşmürlər. Çox vaxt da mən özüm – özümlə danışıram, ürəyimlə danışıram. Onlara tam fikrimi, necə olduğumu çatdıra bilmirəm. Məcburən onlardan uzaq qalıram. Bir də ən böyük səhvim ürəyimdən başqa rəftar, davranış, söz keçsə də özümdən asılı olmayaraq kobud, özündən razı kimi davranıram. Ürəyimdə peşman olsamda heç bir faydası olmur.

Bu ifadəni tamamlayın: Yaşım qədər … – Yaşım qədər ÇƏTİNLİKLƏRİM olub. Uzun uzadı yazıb oxucuları yormaq istəmirəm.

Sizcə, sizin dostlarınız Sizin yerinizdə olmaq istəyirlərmi? – Məncə xeyr. Onların özlərinin yerləri şükür ki, yaxşıdır. Inanmıram yerimdə olmaq istəsinlər.

İndiki gəncləri necə təsvir edərdiniz və onlara tövsiyəniz nə olardı? – Mənim özüm hələ gəncəm. Tövsiyyə vermək çətin olar. Ancaq istərdim ki, gənclərimizi savadlı, dünyagörüşlü, elmli və ən əsası sağlam görmək istəyərəm.

“15 sual, 15 cavab” müsahibə layihəsi – Tural Cəfərov

FB_IMG_1506240405505.jpg

Oxşarlıqlar çoxdur, bəs fərqlillikləri nədə görürsünüz?

Həyat bir tamdan ibarətdir. Hər şeyi bir-biriylə ahəngdədir.

Zaman sizə tabedir, ya siz zamana tabesiniz?

Zaman mənə tabedir deyən insanın üzünə 5 saniyəlik də olsa baxmayaq istəyərəm.

Sizin üçün uğur düstürunun elementləri nədən ibarətdir?

Uğur qazanmaq vacibdirmi? Bəlkə bir az da bu haqda düşünək? İnsanlar ən çox uğursuzluğa uğur dalınca qaçarkən düşürlər.

Sizcə təsadüflər zəruriyyətdən doğurmu?

Təsadüf deyilən bir şeyə inanmıram.

Sonrakı peşmançılıqda fayda varmı?

Çox var.

Sizin üçün ən uğurlu sərmayə nədir?

Ağıldır, əxlaqdır, intellektdir.

Neçə il tənha yaşaya bilərsiniz?

Ehtiyacım yaranarsa, müddət fərq etməz.

İtirəcəyinizi bildiyiniz halda, hansı riskə getməyə hazırsınız?

Mən həyatı qumar kimi yaşamıram. Ahənglə yaşayıram. Ya da çalışıram.

İntihar etsəniz, səbəbi nə olar?

Həyatın mənası haqqında hansısa bir fikrə malik olmaq və bunu da gerçəkləşdirə bilməyəndə insan intihar edir. Həyatın mənasız olduğunu anlayanda isə yaşamaq da asan olur.

Cəsarət həqiqət üçündür, ya həqiqət cəsarət üçündür?

Bu cür sualları kifayət qədər tavtoloji hesab edirəm.

Seçim qarşısında olsaydınız, nəyi seçərdiniz, həqiqət payı olmayan cəsarəti, ya cəsarət payı olmayan həqiqəti?

Bizi həqiqət xilas edəcək. Ancaq həqiqət!

İnsanlardan ayrılmağınızın səbəbi nədir?

İnsanlara tez isnişirəm. Və tez də soyuyuram. Səbəb çoxdur. Ən əsas səbəb isə əxlaqi keyfiyyətlərdir.

Bu ifadəni tamamlayın: Yaşım qədər…

Yaşım qədər yaşım var.

Sizcə, sizin dostlarınız Sizin yerinizdə olmaq istəyirlərmi?

Yəqin ki, var. Hərçənd elə matah şey deyil.

İndiki gəncləri necə təsvir edərdiniz və onlara tövsiyəniz nə olardı?

Özlərinə çox zaman ayırsınlar, çox oxusunlar və çox düşünsünlər.

“15 sual, 15 cavab” müsahibə layihəsi – Əkbər Qoşalı

FB_IMG_1506240851191.jpg

Oxşarlıqlar çoxdur, bəs fərqlilikləri nədə görürsünüz?

– Qüsura baxma, bu sual bitkinmi deyil ya mənə belə gəlir?)
Elə bilirəm, dünyadakı oxşarlıqlarla fərqliliklər eniş-yoxuş misalı bir-birinə bərabərdir.

Zaman sizə tabedir, ya siz zamana tabesiniz?

– Əgər mən varamsa, Yaradan bir səbəb gərəyi mənim bu zamanda, bu məkdan yaşamağımı uyğun bilib, elə deyilmi?
Necə deyərlər, zamanla qarşılıqlı cazibə içindəyik.)

Sizin üçün uğur düstürunun elementləri nədən ibarətdir?

– Səmimiyyətimdə, yaxşı düşünüb, yaxşıları görməyim, yaxşılıqları yadımda saxlamağımda, gücüm miqdarında xeyirxahlığımda, “1+” qan qrupumda.)

Sizcə təsadüflər zəruriyyətdən doğurmu?

– Ərəbin “təsadüf”ə qarşılıq bir də, “təvafüq” deyə bir sözü var.  “Təsadüf-zərurət”… “tandem” dialektikanın kateqoriyası olaraq, kitab-dəftərdən gerçək həyata hansı ölçüdə, hansı həcmdə keçir, düzü, hələ dəqiq deyə bilmirəm…

Sonrakı peşmançılıqda fayda varmı?

– Bəli, var – keçmiş üçün yox, gələcək üçün…

Sizin üçün ən uğurlu sərmayə nədir?

– YAXŞILIQ, ADAM KİMİ ADAMLIQ..!

Neçə il tənha yaşaya bilərsiniz?

– Bilmirəm, diləmirəm də, təbii… ancaq yaşaya bilərəm.

İtirəcəyinizi bildiyiniz halda, hansı riskə getməyə hazırsınız?

– Hansını demədən, riskə gedə bilənəm, risklər etmişəm, bəlkə, yenə edərəm… – ƏvəlAllah!

İntihar etsəniz, səbəbi nə olar?
-Bu nə sualdır, a günü ağ olmuş?) İntihar etmərəm yəqin, onünçün səbəb-filan axtarmağa da dəyməz)

 

Cəsarət həqiqət üçündür, ya həqiqət cəsarət üçün?

– Bir-birinə bağlı olsalar gərək. Bağla bağban misalı  ( – “Qorumasan, əkməyinə, əkməsən, qorumağına dəyməz”)…

Seçim qarşısında olsaydınız, nəyi seçərdiniz, həqiqət payı olmayan cəsarəti, ya cəsarət payı olmayan həqiqəti?

– Bir öncəki cavaba baxalım)

İnsanlardan ayrılmağınızın səbəbi nədir?
– Belə səbəblər bir yox, bir neçə ola bilər… Adamına baxır.

Bu ifadəni tamamlayın: Yaşım qədər…

– Elə “üç nöqtə” qalsın)

Sizcə, sizin dostlarınız Sizin yerinizdə olmaq istəyirlərmi?

– Nəinki dostlarım, neçə dost olmayan da istərdi bunu –  amma mənə qalsa, hər kəs öz yerində olsa yaxşıdır.

İndiki gəncləri necə təsvir edərdiniz və onlara tövsiyəniz nə olardı?

– Dəliqanlıları təsvir etmək çətindir…
Hər halda deyim, pul-paraya çox da könül verməsinlər…

 

“15 sual, 15 cavab” müsahibə layihəsi- Şahanə Müşfiq

FB_IMG_1506255005631.jpg

Oxşarlıqlar çoxdur, bəs fərqlilikləri nədə görürsünüz?

Fərqlilik elə ifrat oxşarlıqdan yaranır.

Zaman sizə tabedir, ya siz zamana tabesiniz?

Son yaşadıqlarımı göz önünə gətirəndə zamana istəmədən boyun əyməli olduğumu görürəm. Əvvəl belə düşünmürdüm amma. Zaman bütün hallarda qalibdir.

Sizin üçün uğur düstürunun elementləri nədən ibarətdir?

Xarakter+ Çalışmaq+ Səbr= Uğur

Sizcə təsadüflər zəruriyyətdən doğurmu?

Bəzən hə, bəzənsə yox. Təsadüflərə inanıram. Amma hər təsadüfə don geyindirmək lazim deyil deyə düşünürəm.

Sonrakı peşimançılıqda fayda varmı?

Həyatı öyrənmək baxımından var.

Sizin üçün ən uğurlu sərmayə nədir?

Mütaliə

Neçə il tənha yaşaya bilərsiniz?

Hərdən Robinzon Kruzonun yerində olmaq istəyirəm. Amma cəmiyyətimizə və güzgüyə baxanda elə hər birimizin birər Robinzon Kruzo olduğunu görürəm.

İtirəcəyinizi bildiyiniz halda, hansı riskə getməyə hazırsınız?

Riskləri sevirəm. Hər cürə riskə gedə bilərəm.

İntihar etsəniz, səbəbi nə olar?

Yəqin ki, həyatımda heç olmasa bircə dəfə azad nəfəs almaq arzum. Bu, son nəfəs belə olsa…

Cəsarət həqiqət üçündür, ya həqiqət cəsarət üçündür?

İkisi də insan üçündür.

Seçim qarşısında olsaydınız, nəyi seçərdiniz, həqiqət payı olmayan cəsarəti, ya cəsarət payı olmayan həqiqəti?

Həyatda ən sevmədiyim şey seçim qarşısında qalmaqdır. Sən canı, sən də məni çox çək-çevirə salma seçimlə, qoy oturmuşuq (gülür).

İnsanlardan ayrılmağınızın səbəbi nədir?

Saxtakarlıq. Dildə bir, kənarda başqa olmaqları

Bu ifadəni tamamlayın: Yaşım qədər…

Yaşım qədər yaşamışam…

Sizcə, sizin dostlarınız Sizin yerinizdə olmaq istəyirlərmi?

Dostum yoxdur. Amma uşaqlığımda həmişə “xalxın uşağı” mən olmuşam. Çoxları yerimdə olmaq istəyib, elə indi də istəyirlər. Yerimdə nə gördüklərini isə gərək özlərindən dəqiqləşdirəsən (gülür)

İndiki gəncləri necə təsvir edərdiniz və onlara tövsiyəniz nə olardı?

Özüm də gənc olduğum üçün yekə- yekə tövsiyə vermək fikrim yoxdur. Sadəcə bacardıqları qədər birinci özlərinə, sonra cəmiyyətə yararlı yaşasınlar.

“15 sual, 15 cavab” müsahibə layihəsi-Ramil Mərzili

received_859959120848920.jpeg

Oxşarlıqlar çoxdur, bəs fərqlilikləri nədə görürsünüz?

 

Mən əksini düşünürəm  Günel, oxşarlıqlar azdır, ətrafda fərqlilik daha çoxdur. Bu fərqliliyi isə yaradan elə bizlər, bizim dünyaya fərqli bucaq altında olan baxışlarımızdır.

 

Zaman sizə tabedir, ya siz zamana tabesiniz?

 

Zamanı özümüzə tabe edəcək qədər böyümədik  J

 

Sizin üçün uğur düstürunun elementləri nədən ibarətdir?

 

Sağlam ruh+ Saf niyyət+ Əzmlə çalışmaq+ Səni sevən ailən və dostların= UĞUR…

 

Sizcə təsadüflər zəruriyyətdən doğurmu?

 

Bir mənalı olaraq razıyam, həyatda təsadüf deyə bir şey yoxdur.

 

Sonrakı peşimançılıqda fayda varmı?

 

Var, həm də çox. Bilirsənmi, ən azından peşiman olduğun yalnışın altında bir daha sənin imzan olmaz. Bu isə inkişaf üçün önəmli addımlardan biridir.

 

Sizin üçün ən uğurlu sərmayə nədir?

 

Övladlarımın xoşbəxt gələcəyi ən böyük sərmayəmdir. Bunun üçün isə ağlımı, düşüncəmi, zamanımı, yeri gəldiyində bir çox əyləncəmin üzərindən çəkdiyim qara xətti və ürəyimin yağını bu yolda xərcləyirəm.

 

Neçə il tənha yaşaya bilərsiniz?

 

Allah kimsəni təkliklə sınağa çəkməsin. Məncə ən uzağı 3 gün… O qısa zaman isə nə baş verdiyini dərk etməyə, anlamağa və qəbul etməyə gedər. Təklik Tanrıya məxsus bir şey, heç bir bəndəyə bunu arzulamıram.

 

İtirəcəyinizi bildiyiniz halda, hansı riskə getməyə hazırsınız?

 

Mən çox, həddindən artıq risksevər adamam. Elə risklərim olub ki, nəinki nəyisə, həyatımı belə itirməklə sonlana bilərdi. Amma şükr, bu gün ayaq üstə durmağı bacaran insanlar arasındayam və bunu kimsənin köməyi olmadan, dişimlə, dırnağımla, özümün zəhmətim sayəsində bacarıram. Gələcəkdə isə nələrdə risklər olacaq, bir Allah bilir  J

 

İntihar etsəniz, səbəbi nə olar?

 

İntihara heç də normal baxmıram. Amma intihar həddinə qədər gətirə bilən hisslərdən məsələn, anamın ya da qızımın bir gün olmamağı ola bilər. Çünki, bunu düşünən zaman belə tərkidünya oluram, hələ gəl ki, bunu yaşayam… L L Bunlar xaric heç bir şey.

Cəsarət həqiqət üçündür, ya həqiqət cəsarət üçündür?

 

Mənim fikrimcə cəsarət həqiqət üçündür.  İstənilən bir həqiqəti ətrafımızda qəbul etdirmək üçün mütləq cəsarət tələb olunur.

 

Seçim qarşısında olsaydınız, nəyi seçərdiniz, həqiqət payı olmayan cəsarəti, ya cəsarət payı olmayan həqiqəti?

 

Desəm ki, heç birini seçməzdim, yəqin cavabımı qəbul etməyəcəksən. Çünki, ikisindən birinin seçimi tələb olunur. Belə zamanda yəqin birincisini. Çünki, cəsarət payı olmayan həqiqət elə ancaq mənim üçün həqiqət olaraq qalar, başqaları üçün deyil. Mən xarakter olaraq çox cəsarətli adamam, sonu ölüm olsa belə o yoldan dönməyəcək qədər.

 

İnsanlardan ayrılmağınızın səbəbi nədir?

 

Mən heç zaman insanlardan ilk səhvinə, yalnışına görə ayrılmamışam. Bir- iki dəfə şans verəndən sonra eyni hərəkətləri görərəmsə, bu artıq yollarımızı haçalanmış məqama qədər gətirər. Onları “işıq gələn tərəfə”, özüm isə “it hürən” istiqamətə yollanıram hər daim.

 

Bu ifadəni tamamlayın: Yaşım qədər…

 

Mən  “yaşım qədər yox, yaşımdan çox……” deyərdim. Bir uşaq ki, 11 yaşından doğulub boya- başa çatdığı torpağından uzaq düşürsə, ilk itirdiyi dincliyi, əzizlərinin məzarı, evi- eşiyi, oyuncaqları belə olarsa, bir uşaq ki, 11 illik orta məktəbi 3 müxtəlif rayonlarda oxuya, ömrü get- gəllər içərisində keçərsə, bir uşaq ki, kiçik yaşlarından zəhmətə qatlaşıb maddi durum üçün çalışarsa, onun yaşı olarmı? Onun artıq uşaqlığı əlindən alınıb, gör yaşı qədər olar onun təcrübəsi, yoxsa yaşından çox- çox böyük?

 

Sizcə, sizin dostlarınız Sizin yerinizdə olmaq istəyirlərmi?

 

Vallah mən bir əlin barmaq sayından da az dostu olan insanlardanam. Bu durumda isə dostlarımın da yerindən, mövqeyindən razıyam, elə özümün də. Biz belə olanda daha gözəl balans təşkil edirik. Qaldı sualına, mən öz dostuma (tanış yox ha, məhz dost) nəinki öz yerimi, sözün əsl mənasında canımı belə verərəm. Bu biraz çeynənmiş fikir kimi görünsə belə, bunu dostlarım özü də bilir və yeri gələndə özləri hər dəfə deyirlər.

 

İndiki gəncləri necə təsvir edərdiniz və onlara tövsiyəniz nə olardı?

 

“İndiki gənclər” deyə müraciət etsəm, biraz böyük çıxar. Elə özümüzə və bizdən kiçik olan yeniyetmələrə demək istərdim ki, özümüz olmağa çalışaq. Kimsəyə bənzəməyə, kimsənin addımlarının izində sürünməyə meylli olmayaq. Bu bizi bir yerlərə qədər aparsa belə, həmin yerdən də elə “yoxluğun qoynu”na atar. Hansı sahədə fəaliyyət göstərməyimizdən asılı olmayaraq, çalışaq öz ətrafımıza zərər verməyək. Böyüyü böyük, kiçiyi kiçik kimi görək…

P.S.  Desəydin ki, bir çox indiki ağsaqqal və ağbirçəklərin soaial şəbəkədə özlərini aparmağına, davranışlarına dair nə deyərdin, onda daha maraqlı cavabım olardı. Bunu növbəti müsahibələrin birində nəzərə al  J   Hər şey üçün təşəkkürlər edirəm…

Konul 1

“15 sual, 15 cavab” müsahibə layihəsi- Könül Əlibəyli

 

Konul

Oxşarlıqlar çoxdur, bəs fərqlilikləri nədə görürsünüz? – Fərqliliklər bizim içimizdədir.
Zaman sizə tabedir, ya siz zamana tabesiniz? – Təəssüf ki, hamı zamana tabedir.
Sizin üçün uğur düstürunun elementləri nədən ibarətdir? – çalışmaq+daha çox çalışmaq=uğur

Sizcə təsadüflər zəruriyyətdən doğurmu? Təsadüfləri də boş verirəm, zərurətləri də.

Sonrakı peşimançılıqda fayda varmı? -Mütləq ki, var. Ən azından səhvini anlayırsan və təkrarlamırsan.
Sizin üçün ən uğurlu sərmayə nədir? Ən uğurlu sərmayə övladdır. Onun üçün elədiklərindir.
Neçə il tənha yaşaya bilərsiniz? – Mənən, özümə uyğun olmayan yerdə həmişə tənhayam. Məsələn, sevmədiyim bir kollektivdə. Amma cismən 1 gün belə tənha qala bilmirəm. Qaldı ki, il…
İtirəcəyinizi bildiyiniz halda, hansı riskə getməyə hazırsınız? – Riskə gedə bilirəm, amma baxır nəyi itirəcəyəm?!
İntihar etsəniz, səbəbi nə olar? -Ancaq Allah ağlımı alsa, intihar edərəm. O da səbəbsiz.
Cəsarət həqiqət üçündür, ya həqiqət cəsarət üçündür? Cəsarət həqiqətin özüdür.
Seçim qarşısında olsaydınız, nəyi seçərdiniz, həqiqət payı olmayan cəsarəti, ya cəsarət payı olmayan həqiqəti? – Cəsarət payı olan həqiqəti.
İnsanlardan ayrılmağınızın səbəbi nədir? -İnsanlıqlarını görməməyim.
Bu ifadəni tamamlayın: Yaşım qədər… Vicdanım olsun.
Sizcə, sizin dostlarınız Sizin yerinizdə olmaq istəyirlərmi? Elə ağılsızlar dostum ola bilməz.

İndiki gəncləri necə təsvir edərdiniz və onlara tövsiyəniz nə olardı? İndiki gənclər mənəm, sənsən, odur. Özüm özüm tövsiyə edərdim ki, özümüz kimi olaq.

Teymur

“15 sual, 15 cavab” müsahibə layihəsi- Teymur Əzizov

Teymur 1
Oxşarlıqlar çoxdur, bəs fərqlillikləri nədə görürsünüz?
Eyni xasiyyətə malik insanlar çox olsada hər birinin fərqli həyat tərzi var. Mən fərqliliyi insanların həyat tərzində görürəm.
Zaman sizə tabedir, ya siz zamana tabesiniz?
Düşünürəm ki, mən zamana tabeyə, çünki çox vaxt zamanın nə göstərəcəyini gözləmək məcburiyyətində qalıram.
Sizin üçün uğur düstürunun elementləri nədən ibarətdir?
Atılan hər uğursuz addım növbəti uğurun ilk addımı olduğu üçün mənə görə uğur düsturunun ən başlıca elementi uğursuzluqdur.
Sizcə təsadüflər zəruriyyətdən doğurmu?
Ümumiyyətlə mənim üçün təsadüf deyilən bir şey yoxdur. Həqiqət və zərurət var.
Sonrakı peşimançılıqda fayda varmı?
Atalar deyir ki, sonrakı peşmançılıq fayda verməz, ancaq atalar da həmişə haqlı olmur. Sonrakı peşimançılığın faydalı olduğu zamanlar da olur.
Sizin üçün ən uğurlu sərmayə nədir?
Mənim üçün ən uğurlu sərmayə təcrübədir.
Neçə il tənha yaşaya bilərsiniz?
Tənhalıq mənim ən etibarlı dostumdur və mən öz dostumla bir ömür yaşaya bilərəm.
İtirəcəyinizi bildiyiniz halda, hansı riskə getməyə hazırsınız?
Maliyyə riski edərəm, zatən itirsəm belə yenədə qazana biləcəyimə inanıram.
İntihar etsəniz, səbəbi nə olar?
Adətən intiharın səbəbi böyük problemlərin həllini tapmamaq olur. Lakin mən həyatla mübarizəni sevdiyim üçün heç vaxt intihar haqqında düşünmümişəm və intihar edənlərə aciz insanlar kimi baxmışam.
Cəsarət həqiqət üçündür, ya həqiqət cəsarət üçündür?
Cəsarət həqiqət üçündür!
Seçim qarşısında olsaydınız, nəyi seçərdiniz, həqiqət payı olmayan cəsarəti, ya cəsarət payı olmayan həqiqəti?
Cəsarət həqiqət üçün olduğu üçün cəsarət payı olmayan həqiqəti seçərdim.
İnsanlardan ayrılmağınızın səbəbi nədir?
İnsanlardan vəfa görməməyim…
Bu ifadəni tamamlayın: Yaşım qədər…
xəyanətlə üzləşmişəm!
Sizcə, sizin dostlarınız Sizin yerinizdə olmaq istəyirlərmi?
Bir zamanlar bütün “dostlarım” mənim yerimdə olmaq istərdilər, o zaman uğurlarım çox olduğu üçün “dostlar”-da çox idi. İndi dostum yoxdur ona görədə yerimdə olmaq istəyən də çətin olsun!
İndiki gəncləri necə təsvir edərdiniz və onlara tövsiyəniz nə olardı?
Hər bir gənci azad düşüncəli və qərar verməyi bacaran bir gənc kimi görmək istərdim. Tövsiyyəm isə odur ki, oldu deyim öz bildiklərini etsinlər… hər bir insanın öz həyatını istədiyi kimi yaşamaq haqqı var…

Nurane 1

“15 sual, 15 cavab” müsahibə layihəsi-Nuranə Nur

Nurane

Oxşarlıqlar çoxdur, bəs fərqlillikləri nədə görürsünüz?
Öz şeirimdən misraları xatırladım :

Eynisən, sən də eyni

Yox, əslində başqasan.

Bambaşqa eynilik var səndə.

Həyatda fərqli oxşarlıqlar var. Məsələn mən həm atamın anasına, həm də öz anama oxşayıram. Amma anam qayınanasına heç oxşamır. Oxşar olan hər şeyin fərqli oxşarlıqları elə fərqlilikdir

Zaman sizə tabedir, ya siz zamana tabesiniz?
Bu vaxta qədər zamanı özümə tabe etmişəm, indi növbə onundur, özü də sonuna qədər.

Sizin üçün uğur düsturunun elementləri nədən ibarətdir?
İstedad + zəhmət = uğur

Sizcə təsadüflər zəruriyyətdən doğurmu?
Yox, amma təsadüflər zərurəti doğurur.

Sonrakı peşmançılıqda fayda varmı?
Baş vermiş hadisəyə görə faydası olmasa da, gələcək davranışlar üçün faydası var.

Sizin üçün ən uğurlu sərmayə nədir?
Ən uğurlu sərmayə, şübhəsiz ki, təhsildir. Həyatın hər bir anında bunu hiss edir insan.

Neçə il tənha yaşaya bilərsiniz?
Allah qismət eləməsin. Çox erkən ailə qurmuşam, demək olar ki, uşaqlığımdan birbaşa ailə həyatına keçid eləmişəm. Valideynlərimdən tam ayrılmamış, valideyn olmuşam . Heç vaxt tənhalığı hiss etməmişəm. Ən çox qorxduğum hissdir. Amma hərdən tək , sakit mühütdə bir müddət özümlə yaşamaq istəyirəm.

İtirəcəyinizi bildiyiniz halda, hansı riskə getməyə hazırsınız?
Həyatımda mövcud olan doğma insanları itirməkdən başqa, heç nəyi itirməkdən qorxmuram. Kiçik risklərə gedə bilərəm, itirəcəklərim çox dəyərli olmasın deyə.

İntihar etsəniz, səbəbi nə olar?
Təsəvvür edə bilmirəm.

Cəsarət həqiqət üçündür, ya həqiqət cəsarət üçündür?
Cəsarət həqiqət üçün. Amma …nöqtələrin yerini oxucum düşünsün.

Seçim qarşısında olsaydınız, nəyi seçərdiniz, həqiqət payı olmayan cəsarəti, ya cəsarət payı olmayan həqiqəti?
Birincinin seçicisi çoxdur, ikincisini seçmək də xoşbəxtlik gətirmir.

İnsanlardan ayrılmağınızın səbəbi nədir?
Qəddar insanlarla eyni dünyada yaşamaq istəmirəm.

Bu ifadəni tamamlayın: Yaşım qədər…
Yaşım qədər, gəncəm indi ( şeirimdən)

Sizcə, sizin dostlarınız Sizin yerinizdə olmaq istəyirlərmi?
Əslində hamının yeri məndən yaxşıdır ))) Amma istəyirlər.

İndiki gəncləri necə təsvir edərdiniz və onlara tövsiyəniz nə olardı?
İndiki gənclər ( hamısı yox) kobuddurlar, tör töküntü tərzdədirlər, özlərindən çox razıdırlar. Amma əksəriyyəti intelektlidir .Tövsiyyəm odur ki, sağlamlıqlarının qiymətini vaxtında bilsinlər, təhsil alsınlar, arzularına çatana qədər əl çəkməsinlər.

Xanim 1

“15 sual, 15 cavab” müsahibə layihəsi- Xanım Əliyeva

Xanim 2

Oxşarlıqlar çoxdur, bəs fərqlillikləri nədə görürsünüz?
Fərqliliyi staqnasiyada.

Zaman sizə tabedir, ya siz zamana tabesiniz?
Mən zamana

Sizin üçün uğur düsturunun elementləri nədən ibarətdir?
Düstur yoxdur, ya bəxtin gətirir, ya yox.

Sizcə təsadüflər zəruriyyətdən doğurmu?
.Bəli təsadüf yoxdur. Zərurətdir hamısı.

Sonrakı peşmançılıqda fayda varmı?
Baxır etdiyimiz səhvlərə.

Sizin üçün ən uğurlu sərmayə nədir?
Təhsilə qoyulan sərmayə.

Neçə il tənha yaşaya bilərsiniz?
Uzun illər

İtirəcəyinizi bildiyiniz halda, hansı riskə getməyə hazırsınız?
Risk etməyi sevmirəm.

İntihar etsəniz, səbəbi nə olar?
Pulsuzluq.

Cəsarət həqiqət üçündür, ya həqiqət cəsarət üçündür?
Cəsarət həqiqət üçündür.

Seçim qarşısında olsaydınız, nəyi seçərdiniz, həqiqət payı olmayan cəsarəti, ya cəsarət payı olmayan həqiqəti?
Cəsarət payı olmayan həqiqəti. Çünki vacibi həqiqətdir.

İnsanlardan ayrılmağınızın səbəbi nədir?
Məyus etməkləri.

Bu ifadəni tamamlayın: Yaşım qədər…
Yaşam qədərdir yaşadıqlarımız.

Sizcə, sizin dostlarınız Sizin yerinizdə olmaq istəyirlərmi?
Yox, yerimdə düşmənlərim olmaq istəyir.

İndiki gəncləri necə təsvir edərdiniz və onlara tövsiyəniz nə olardı?
Gənclər həmişə yaşadıqları zamana bənzəyir və zaman diktə edir onlara. Tövsiyyəm odur ki bir birinə dəstək olmağı bacarsınlar.

Fatime 2

“15 sual, 15 cavab” müsahibə layihəsi-Fatimə Hacıbəyli

Fatime 3

Oxşarlıqlar çoxdur, bəs fərqlillikləri nədə görürsünüz?
Fərqliliklər xarakterdədir.

Zaman sizə tabedir, ya siz zamana tabesiniz?
Bəzən mən zamana tabe olmağa məcbur oluram. Amma çox istərdim ki, zaman mənə tabe olsun.

Sizin üçün uğur düsturunun elementləri nədən ibarətdir?
Ailədir. Tam xoşbəxt ailə ən böyük uğurdur.

Sizcə təsadüflər zəruriyyətdən doğurmu?
Bəzən doğur

Sonrakı peşmançılıqda fayda varmı?
Yoxdur. Sonradan çox peşman olsam da, fayda vermir.

Sizin üçün ən uğurlu sərmayə nədir?
Ən uğurlu sərmayə övlada qoyulan sərmayədir. Çünki gec-tez onun bəhrəsini görürsən.

Neçə il tənha yaşaya bilərsiniz?
Mən daxilimdə hələ də tənhayam. Deməli , yaşam olur tənha.

İtirəcəyinizi bildiyiniz halda, hansı riskə getməyə hazırsınız?
Çətin sual oldu.))Həyatda itki mənim üçün çox ağırdır. Bu canlı insana, əşyaya da aiddir, ona görə də itirməmək üçün son ana qədər dayanıram.Çünki üzümü çevirsəm, insan mənim üçün bitəcək.

İntihar etsəniz, səbəbi nə olar?
Bir səbəb ola bilər. Övladlarıma nəsə bir ziyanım dəyibsə, ya da onlar məndən üz çeviribsə, gözümü qırpmadan bu həyata “əlvida” deyərəm.

Cəsarət həqiqət üçündür, ya həqiqət cəsarət üçündür?
Həqiqət cəsarət üçündür. Çünki düz olduğun zaman cəsarətli olursan.

Seçim qarşısında olsaydınız, nəyi seçərdiniz, həqiqət payı olmayan cəsarəti, ya cəsarət payı olmayan həqiqəti?
Təbii ki, cəsarət payı olmayan həqiqəti. Mənim üçün həqiqət daha önəmlidir.

İnsanlardan ayrılmağınızın səbəbi nədir?
Xəyanət

Bu ifadəni tamamlayın: Yaşım qədər…
Yaşım qədər həyatımda ağrı-acını gördüm.

Sizcə, sizin dostlarınız Sizin yerinizdə olmaq istəyirlərmi?
Bilmirəm, bəlkə də. Elə zənn edirlər ki, xoşbəxtlərin xoşbəxtiyəm)) Həqiqəti bilsələr, olmazlar. Görsələr ki, nələrə sinə gərirəm, arxalarına baxmadan qaçarlar.

İndiki gəncləri necə təsvir edərdiniz və onlara tövsiyəniz nə olardı?
Ən əsası İnsan olsunlar. Zamanın nəbzini tutsunlar. Ən əsası isə həyat tərzlərini sağlam qursunlar.

img-20170917-wa0057305529785.jpg

“15 sual, 15 cavab” müsahibə layihəsi- Səbuhi Məcid Azəri

img-20170917-wa0035-92020044.jpg

Oxşarlıqlar çoxdur, bəs fərqlillikləri nədə görürsünüz?
Düşüncədə.

Zaman sizə tabedir, ya siz zamana tabesiniz?
Zamanın önündə olmaq üçün düşünmək lazımdır.

Sizin üçün uğur düsturunun elementləri nədən ibarətdir?
Dürüstlükdə.

Sizcə təsadüflər zəruriyyətdən doğurmu?
Hər şey zəruriyyətdən doğur insana görə.

Sonrakı peşmançılıqda fayda varmı?
Baxır kimə və baxır məsələyə.

Sizin üçün ən uğurlu sərmayə nədir?
Qızımın dövlət bağçasına getməsi üçün 200 manatın olmasının zəruriliyindən başlayaq.

Neçə il tənha yaşaya bilərsiniz?
Tənhalığı sevmirəm, ətrafımda düşünən insanların olmasını istəyirəm.

İtirəcəyinizi bildiyiniz halda, hansı riskə getməyə hazırsınız?
Vətən üçün canımdan olaram. Başqa məsələnin də öz risk yeri var ki, hara qədər etmək olar.

İntihar etsəniz, səbəbi nə olar?
İntihar etmək üçün səbəb olmayıb həyatımda. intihar etmək acizliyin dibidir. Mən heç zaman buna getmərəm. 10.İkisi də bir-biri üçün lazımdır.

Cəsarət həqiqət üçündür, ya həqiqət cəsarət üçündür?
İkisi də bir-biri üçün lazımdır.

Seçim qarşısında olsaydınız, nəyi seçərdiniz, həqiqət payı olmayan cəsarəti, ya cəsarət payı olmayan həqiqəti?
Sözümü hər zaman demişəm yerinə və məkanına görə. Bəzən də susmuşam yerinə və məkanına görə.

İnsanlardan ayrılmağınızın səbəbi nədir?
Yalan.

Bu ifadəni tamamlayın: Yaşım qədər…
Yaşım qədər görmüşlüyüm var.

Sizcə, sizin dostlarınız Sizin yerinizdə olmaq istəyirlərmi?
Hörmət etdiyim insanlar var, dəyər veriləsi insanlar olublar, hər zaman ətrafımda. Yanlız mənim yerim göz dikiləsi yer olmayıb.

İndiki gəncləri necə təsvir edərdiniz və onlara tövsiyəniz nə olardı?
İndiki gəncləri elmdə zəif, dəbdəbədə yaxşı görürəm. Birinci növbədə, özlərini dərk etsinlər və ətrafında xırda məsələ daxil olmaqla, diqqətli olsunlar, bilgi diqqətli olmaqdan qaynaqlanar.

20882909_1965171400406956_2719680209716897340_n

“15 sual, 15 cavab” müsahibə layihəsi- Nail Əlioğlu

Nail

Oxşarlıqlar çoxdur, bəs fərqlillikləri nədə görürsünüz?
Fərqlilik düşüncələrdədir. Düşüncələr fərqli olanda, daha maraqlı və daha amiranə görünür!

Zaman sizə tabedir, ya siz zamana tabesiniz?
İnsan zamanın köləsidir. Zaman gah qazandırır, gah da hər şeyi əlimizdən alır!

Sizin üçün uğur düsturunun elementləri nədən ibarətdir?
Uğur düsturunun elementləri “bacarıq”, “məqsəd” və “hədəf”dən ibarətdir. “Bacarıq” bir silah, “məqsəd” isə o silaha qoyulan güllədir. Atışla vurulan doğru “hədəf” isə uğurdur!

Sizcə təsadüflər zəruriyyətdən doğurmu?
Təsadüflər zəruriyyətin bir parçasıdır. Əslində, həyatda baş verənlərin hamısı zəruriyyətdən doğur. Amma biz buna “təsadüflər” deyirik.

Sonrakı peşmançılıqda fayda varmı?
Əslində, faydaların çoxu sonrakı peşmançılıqdan doğur.

Sizin üçün ən uğurlu sərmayə nədir?
Ən uğurlu sərmayə insana və onun təhsilinə yatırılan sərmayədir. İnsan ən uğurlu kapitaldır.

Neçə il tənha yaşaya bilərsiniz?
Ətrafımızda çox sayda insanın yaşamasına baxmayaraq, insan tənhadır. Tənha insanın illərlə tənha yaşamasına nə var ki?!

İtirəcəyinizi bildiyiniz halda, hansı riskə getməyə hazırsınız?
İtirəcəyimi bildiyim halda,atamı geri qaytarmaqçün çox riskə gedərdim.

İntihar etsəniz, səbəbi nə olar?
Nə vaxt psixi problemim olarsa,o zaman intihar edərəm,bəlkə də.Ancaq,beynim hələ də “savaş”ları dəf etməyi bacarır və intihar düşüncəsi beynimə yaxın gələməkdə acizdir.

Cəsarət həqiqət üçündür, ya həqiqət cəsarət üçündür?
Cəsarət həqiqət üçündür. Çünki həqiqətin yanında olan insanlar daha cəsarətli olurlar.

Seçim qarşısında olsaydınız, nəyi seçərdiniz, həqiqət payı olmayan cəsarəti, ya cəsarət payı olmayan həqiqəti?
Cəsarət payı olmayan həqiqəti.

İnsanlardan ayrılmağınızın səbəbi nədir?
Kifayət qədər insandan uzaqlaşmağımın səbəbi onların mənim fikir və düşüncələrimə tam yad olmalarıdır.Bunların sırasında ən yaxınlarım belə var…

Bu ifadəni tamamlayın: Yaşım qədər…
” Yaşım qədər yaşamışam”

Sizcə, sizin dostlarınız Sizin yerinizdə olmaq istəyirlərmi?
Məncə, dostlarım mənim yerimdə olmaq istəməzlər. Çünki, yerim çox “soyuq” və çox “narahat”dır. Bunlara isə dözmək çox çətindir!

İndiki gəncləri necə təsvir edərdiniz və onlara tövsiyəniz nə olardı?
İndiki gənclərin çoxluq təşkil edən hissəsi sanki yad planetdən Yerə “enən”lərə bənzəyir. Fikir, düşüncə və məqsəd tamam yeni bir imicdə formalaşıb. Biraz milli ruhda olmalarını tövsiyə edərdim! Digər tövsiyəm isə sosial şəbəkələrdən doğru və düzgün yararlansınlar,eləcə də,həmin məkanlarda “bir neçə adama” ayırdıqları vaxtı öz yanındakılara ayırsınlar. Çünki həyat çox qısadır.İtirdiklərimizi sonradan xatırlamaq çox çətin olur və mənəvi güc tələb edir.

Fariz 3

“15 sual, 15 cavab” müsahibə layihəsi- Fariz Bayramov

Fariz 4

Oxşarlıqlar çoxdur, bəs fərqlillikləri nədə görürsünüz?
Fərqliliklər də çoxdur. Əsas məsələ insanın baxış rakursundadır.

Zaman sizə tabedir, ya siz zamana tabesiniz?
Mən realist adamam. Reallıq budur ki, biz zamana tabeyik.

Sizin üçün uğur düsturunun elementləri nədən ibarətdir?
Elə də uğurlu sayılmayan bir şəxs üçün ağır sual idi  Az-çox nail olduğum uğurlara isə məqsədyönlü zəhmət sayəsində nail olmuşam.

Sizcə təsadüflər zəruriyyətdən doğurmu?
Təsadüflərə inanıram. Sadəcə təsadüflərdi, baş verir.

Sonrakı peşmançılıqda fayda varmı?
Əlbəttə fayda var. Dünyanın ən önəmli və insanın inkişafında rol oynayan hisslərdən biri məhz peşmançılıqdı. Əsl həyat dərsidi. Peşman olmayan insan yenidən səhvlərə yol verər.

Sizin üçün ən uğurlu sərmayə nədir?
Ən uğurlu sərmayə öyrənmək, sevdiyin sahədə əsl mütəxəssis olmaqdır.

Neçə il tənha yaşaya bilərsiniz?
Bir-iki il yaşayaram yəqin )

İtirəcəyinizi bildiyiniz halda, hansı riskə getməyə hazırsınız?
Özüm itirsəm də, qazanmasını istədiyim insanlara qazandıra biləcəyim risklərə.

İntihar etsəniz, səbəbi nə olar?
Yəqin ki, əvvəlcədən ağlımı itirməyim. Çünki mən o qədər güclü deyiləm.

Cəsarət həqiqət üçündür, ya həqiqət cəsarət üçündür?
İkisi də bir-biri üçün lazımdır.

Seçim qarşısında olsaydınız, nəyi seçərdiniz, həqiqət payı olmayan cəsarəti, ya cəsarət payı olmayan həqiqəti?
Cəmiyyətə, bəşəriyyətə, insanlığa və uşaqlara (  ) hansı situasiyada xeyirlidirsə, onu.

İnsanlardan ayrılmağınızın səbəbi nədir?
Çox fərqli beyinlərə sahib olmağımız.

Bu ifadəni tamamlayın: Yaşım qədər…
Yaşım qədər ölkə gəzmək istərdim.

Sizcə, sizin dostlarınız Sizin yerinizdə olmaq istəyirlərmi?
Məncə yox.

İndiki gəncləri necə təsvir edərdiniz və onlara tövsiyəniz nə olardı?
İndiki deyəndə ki, elə indikindən əvvəlkilər ( elə özüm də ora aidəm) də daxil olmaqla, Çox Şanssız təsvir edərdim. Tövsiyyə edərdim ki, öyrənsinlər, öyrənsinlər və öyrənsinlər…

Samad 2

“15 sual, 15 cavab” müsahibə layihəsi- Səməd Ağayev

Samad

Oxşarlıqlar çoxdur, bəs fərqlillikləri nədə görürsünüz?
Fərqliliklər insanların xarici görünüşündə və düşüncə tərzindədir.

Zaman sizə tabedir, ya siz zamana tabesiniz?
Hər kəs, bunu qəbul edib – etməsə belə zamana tabedir.

Sizin üçün uğur düsturunun elementləri nədən ibarətdir?
Uğur düstüru = (istək+çalışqanlıq)*çalışqanlıq+səbr.

Sizcə təsadüflər zəruriyyətdən doğurmu?
Məncə həyatda təsadüf deyilən bir şey yoxdur.

Sonrakı peşmançılıqda fayda varmı?
Doğru bucaqdan baxmağı bacaran üçün bütün peşimançılıqlarda fayda var.

Sizin üçün ən uğurlu sərmayə nədir?
Ən uğurlu sərmayə ZAMANdır. Ümumiyyətlə mənə görə mövcud olan tək və yeganə sərmayə ZAMANdır.

Neçə il tənha yaşaya bilərsiniz?
Nəinki il, hətta 1 gün belə tənha yaşamaq mənim üçün böyük bir əziyyət olardı. Bildiyim qədərilə insan sözü “üns” sözündən yaranıb bu da insan üçün ünsiyyətin necə vacib olduğunun göstəricisidir.

İtirəcəyinizi bildiyiniz halda, hansı riskə getməyə hazırsınız?
Həyatımı itirəcəyimi bildiyim halda, döyüşə getməyə hazıram.

İntihar etsəniz, səbəbi nə olar?
10 il əvvəl həyatımda ilk dəfə intihar etmək fikrinə düşmüşdüm. Həmin vaxt tqdk imtahanından kəsildiyim üçün bu fikrə gəlmişdim, lakin o zamandan bugünə və ömrümün sonunadək məni intihara sövq edə biləcək heç bir səbəb ağlıma gəlmir.

Cəsarət həqiqət üçündür, ya həqiqət cəsarət üçündür?
Həqiqəti qəbul etməyə və deməyə, əlbət, cəsarət lazım.

Seçim qarşısında olsaydınız, nəyi seçərdiniz, həqiqət payı olmayan cəsarəti, ya cəsarət payı olmayan həqiqəti?
Cəsarət payı olmayan həqiqət daha yaxşıdır, çünki həqiqət payı olmayan cəsarət bünövrəsi olmayan ev kimidir

İnsanlardan ayrılmağınızın səbəbi nədir?
İnsanlardan ancaq anlayışın olmaması, yalan və cəhalətləri üzündən ayrılaram.

Bu ifadəni tamamlayın: Yaşım qədər…
Yaşım qədər elə ancaq yaşım var))

Sizcə, sizin dostlarınız Sizin yerinizdə olmaq istəyirlərmi?
Yerimdə olmağımı istəyən insanlarla dostluq etməməyə çalışıram, çünki həyatda hərkəsin öz yeri var, bunu dərk etməyən insan potensial təhlükə mənbəyi ola bilər.

İndiki gəncləri necə təsvir edərdiniz və onlara tövsiyəniz nə olardı?
İndiki gənclər, yəni biz, pulsuz və məsafədən təhsil almaq imkanı olan gənclərik və bu böyük nemətdir. Eyni zamanda, biz, çoxlu lazımsız informasiya hücumuna məruz qalan gənclərik. Özümə və gənc dostlara zamanımızın qədrini bilməyi və sevgi dolu həyat arzu edərdim.

Mehman

“15 sual, 15 cavab” müsahibə layihəsi- Mehman Həmidoğlu

Mehman 1

Oxşarlıqlar çoxdur, bəs fərqlillikləri nədə görürsünüz?
Azlıqda

Zaman sizə tabedir, ya siz zamana tabesiniz?
İnsan ölüb gedir, zaman isə davam edir. Demək ki, insan zamana tabedir.

Sizin üçün uğur düsturunun elementləri nədən ibarətdir?
Bəxt, ağıl, səbr.

Sizcə təsadüflər zəruriyyətdən doğurmu?
Təsadüf deyilən bir şey yoxdur.

Sonrakı peşmançılıqda fayda varmı?
Hər şeydən faydalanmağı bacarmaq lazımdır. Hətta peşmançılıqdan da.

Sizin üçün ən uğurlu sərmayə nədir?
Övladlarımın təhsili.

Neçə il tənha yaşaya bilərsiniz?
Allah var ikən tənha olmaram.

İtirəcəyinizi bildiyiniz halda, hansı riskə getməyə hazırsınız?
İtirəcəyimi bildiyim halda riskə getmək risk yox ağılsızlıqdır.

İntihar etsəniz, səbəbi nə olar?
İntihar da ağılsızlıqdır.

Cəsarət həqiqət üçündür, ya həqiqət cəsarət üçündür?
Həqiqət üçün cəsarətə ehtiyac yoxdur.

Seçim qarşısında olsaydınız, nəyi seçərdiniz, həqiqət payı olmayan cəsarəti, ya cəsarət payı olmayan həqiqəti?
Seçmək özü bir cəsarətdir.

İnsanlardan ayrılmağınızın səbəbi nədir?
İnsaniyyətsizlik.

Bu ifadəni tamamlayın: Yaşım qədər…
Yaşım qədər dünya görnüşüm var.

Sizcə, sizin dostlarınız Sizin yerinizdə olmaq istəyirlərmi?
Mənim yerimdə olmaq istəyən mənim dostum deyil.

İndiki gəncləri necə təsvir edərdiniz və onlara tövsiyəniz nə olardı?
Xamelion. Sadə olsunlar.

Gulnar

“15 sual, 15 cavab” müsahibə layihəsi- Gülnar Qədirli

Gulnar

Oxşarlıqlar çoxdur, bəs fərqlillikləri nədə görürsünüz?
Fərqliliklər oxşarlıqlardan daha çoxdu sadəcə oxşar görünən fərqliliklər. Məsələn fərqlilik odur ki, kimi içtən ağlayır, kimi hönkürtü ilə, kimi həqiqətən gülür, kimi kədərini gizləmək üçün. Uğur anlayışı fərqlidir. Çox öyrənəndə uğurlu hesab edirəm özümü. Kimisi pul qazananda. Fərqliliyi sürü ardınca getməyib, öz dəyərlərindən dönməyənlərdə görürəm.
Zaman sizə tabedir, ya siz zamana tabesiniz?

Zaman rəqs kimidir. Ritmini tutduqmu bizə tabedir. Toylarda fikir verin sona yaxın ritmi tuta bilirik. Eləcə də, həyatda insanlar qocalanda zamanın qədrin bilir. Etmədikləri itirdikləri zamana görə peşmanlıq yaşayır. Dördüncü kurslar kaşki birinci kursdan zamanı düzgün bölərdim deyir. Kimsə deyə bilməz zaman mənə tabedir ya mən ona. Hal-hazırda musiqinin ritmindəyəm. Bir ay sonra mən ona tabe ola bilərəm bilmək olmaz.
Sizin üçün uğur düstürunun elementləri nədən ibarətdir?

Yuxarıda qeyd etdiyim kimi, öyrəndiyim yeni şeylər mənim uğurumdur. Amma belə konkretləşdirib desək, özümün əldə etdiklərim, istər dost, istər iş, istər bilgi, istər hobby özüm qazandığımdırsa uğurumdur.
Sizcə təsadüflər zəruriyyətdən doğurmu?

Təsadüf deyə bir şey olduğunu zənn etmirəm. Hər şey düşünülmüş planlanmış olur. Təsadüf adlandırdığım bir şeylərin əslində düşünülmüş şey olduğunu bir az gec anlayırıq. Düşünək ki, kafedəyik, və evdən çıxanda başqa bir dostumuzla görüşmək istəyirik, ya sadəcə ağlımıza gəlir və o adamı mütləqdir ki, kafedə görəcəyik. Ya başqa bir misal evdən çıxanda cibində olan pulla ya ətir ya kitab almağı düşünürük. Yol boyu qərar verə bilmirik amma nəticədə kitab alırıq. Evə çatanda əslində görürük ki, evdən çıxanda elə kitab almağı qərara almışıq və yol boyu bütün ətir dükanlarının yanından düz keçib kiçik bir kitab mağazasından istədiyiniz, sevdiyiniz bir kitab alırsız. Bəli varsa da zəruriyyətdən doğur.
Sonrakı peşmançılıqda fayda varmı?

Nisbi anlayışdır peşmançılıq. İş tamamlandıqdan sonra heç bir faydası olmur, faydası da olur, heç olmasa özü özünü əhv edə bilər, vicdan rahatlar. Amma iş tamamlanmadıqdan əvvəl olur. Belə ki, xaricə yaşamağa getmək istəyirəm, prosedurlara başlayıram amma getdikdən sonra peşman oluramsa fayda verməyəcək, çünki qürur imkan verməyəcək dönməyə, amma prosedurlar davam etdiyi sürəcə baş verərsə məsələ uzanmamış fikrimdən dönüb getmərəm. Burda fayda olar..
Sizin üçün ən uğurlu sərmayə nədir?

Mənim üçün ən uğurlu sərmayə beyinə edilən sərmayədir. Savaddır. Bilgidir.

Neçə il tənha yaşaya bilərsiniz?

Tənhalıq geniş anlayışdır, sualda ümumi anlayışdır. Çoxluq içərisində, ailədə, dostlarının arasında mənən tək yaşamaq insanı məhv edir. Amma fizikən tək yaşamaq uzun müddət mümkündür. Zatən hazırki dönəmdə hər kəs təkdir. Valideyn övladın, qardaş bacıdan xəbərsizdir. Tənha bir müddət yaşamaq faydalıdır, uzun müddət yox. Amma fizikən olduğu halda öz iqtisadi, fiziki ehtiyaclarını ödədiyin təqdirdə istənilən qədər tək yaşamaq mümkündür. Mənən tək isə bilmirəm nə qədər dözmək olar, amma düşünürəm ki, bir müddət sonra ona da alışır insan.
İtirəcəyinizi bildiyiniz halda, hansı riskə getməyə hazırsınız?

Sevməyə. Belə bir fikir var uzun müddətdir artıq beynimdəki etdiyim seçimlər doğru digər variantlar isə yalnışdır. Yəni itirsəm belə digər variantda belə qazanmayacaqdım kimisindən.
İntihar etsəniz, səbəbi nə olar?

Əldə etməli, uğruna çabalayacağım bir şey olmaması.
Cəsarət həqiqət üçündür, ya həqiqət cəsarət üçündür?

Həqiqət cəsarət üçün necə olar bilər anlamadığım üçün, cəsarət həqiqət üçündür deyirəm. Haqsızlığa göz yuma bilməyənlər cəsarətli ola bilər.
Seçim qarşısında olsaydınız, nəyi seçərdiniz, həqiqət payı olmayan cəsarəti, ya cəsarət payı olmayan həqiqəti?

Cəsarət payı olmayan həqiqəti.
İnsanlardan ayrılmağınızın səbəbi nədir?

Ortaq bir şeyin olmaması, məsələn sayqısız, yerini bilməyən, yersiz yaxınlıq göstərən insanlardan doyuram. Yersiz tələblərin qoyulması.
Bu ifadəni tamamlayın: Yaşım qədər…

Yaşım qədər təcrübəsizəm.
Sizcə, sizin dostlarınız Sizin yerinizdə olmaq istəyirlərmi?

Bəli, çox deyiblər, istədiyim gücə sahib olmasam da, enerjim gülərüzlülüyüm, iradəm, dönməzliyim, fikirlərimlə istənirəm.
İndiki gəncləri necə təsvir edərdiniz və onlara tövsiyəniz nə olardı?

İndiki gənclərin çoxunu, ağac altında oturub əli çatan meyvəni dərmək istəməyən biriləri kimi təsvir edərdim. Nələrinsə onlar üçün edilməsini gözləyən biri kimi. Onlara məsləhətim və demək istədiyim odur ki, hər kəsin getdiyi yol, o yol doğrudur demək deyil. Sürü psixologiyasından uzaqlaşıb, beyinlərini azad buraxmaqlarını önərərdim.

hakki 1

“15 sual, 15 cavab” müsahibə layihəsi- Haqqı Sayqılı

Oxşarlıqlar çoxdur, bəs fərqlillikləri nədə görürsünüz?
Farklılıklar hayatın rengidir. Bu yüzden insanlar genellikle farklılıklara odaklanır 2 amaçla: Ya dizginleyemediği egosu ve hırslarını tahrik veya teskin etmek ya da “özünü” doğru yola koymak için. Farklılıklar bu yönden çok kıymetlidir benim için.

Zaman sizə tabedir, ya siz zamana tabesiniz?
Bazen ben ona, bazen de o bana. Ama genel olarak zaman ile aramızda bir asılılık olmasını istemem. Eşit ve seviyeli bir ilişkiyi tercih ederim.

Sizin üçün uğur düsturunun elementləri nədən ibarətdir?
Benim için en büyük başarı, etrafımdaki insanların beni samimi olarak sevmeleri ve takdir etmeleridir. Bunun için “mükemmel” insan olmaya gerek yok. İnsanlara empati ve iyi niyetle yaklaşmak; kim olurlarsa olsun onlara özlerini “değerli” hissettirmek; kusurlarını aramamak ama göze çarpanları onları kırmadan düzeltmeye çalışmak; iyilik yapmak için her fırsatı kullanırken inisiyatifin sizde olmasına ve iyi niyetinizin suiistimal edilmemesi için dengeye dikkat etmek başarının formülüdür sanırım.

Sizcə təsadüflər zəruriyyətdən doğurmu?
Tesadüf diye bir şey yoktur, kelebek etkisi vardır. Şaka bir yana tesadüf ile zaruret arasında ne gibi bir münasebet olabileceğiniz çözemedim. Belki şu açıdan bakabiliriz: Bir insan özünü yeterince iyi tanımıyorsa, bir şeyi elde edebilmek için farkında olmadan potansiyelinin bile üzerine çıkmış olabilir ve neticeyi tesadüf olarak niteler. Ya da sadece şanslıdır.

Sonrakı peşmançılıqda fayda varmı?
Ölümden başka her şeye çare var. Hiçbir şey faydadan ari değil. Eğer yaşadığı pişmanlık kişiyi benzer pişmanlıklar yaşamayacak şekilde olgunlaştıracak ve kibrini terbiye edecekse kim faydasız diyebilir ki…

Sizin üçün ən uğurlu sərmayə nədir?
Huzur. Bu olmadan hiçbir şeyin manası yok.

Neçə il tənha yaşaya bilərsiniz?
Hastalanıp yatağa düşene kadar.

İtirəcəyinizi bildiyiniz halda, hansı riskə getməyə hazırsınız?
Sanırım kumar denen illet bunun için var. Fakat ben kumarı da başka bir boyuta taşırım. Bir Galatasaray taraftarı olarak Kadıköy’de 1999’dan beri yenemediğimiz Fenerbahçe ile oynadığımız maçlarda Fenerbahçe lehine bahse girerim. Risk o maçta Fenerbahçe taraftarı olmamdır artık. Galatasaray’ın yitireceğini bildiğim halde niye riske girmeyeyim ki derim? Tutkuluyum ama aptal değilim.

İntihar etsəniz, səbəbi nə olar?
Çaresiz ve çok ıstırap veren bir hastalık.

Cəsarət həqiqət üçündür, ya həqiqət cəsarət üçündür?
Cahiller daha cesur olduğuna göre sanırım hiç biri demek durumundayım.

Seçim qarşısında olsaydınız, nəyi seçərdiniz, həqiqət payı olmayan cəsarəti, ya cəsarət payı olmayan həqiqəti?
Benim için her zaman doğruluk esastır. Cesaret yerine hakikati tercih ederim.

İnsanlardan ayrılmağınızın səbəbi nədir?
Verici bir insan olmama ve bunu karşımdakilere her zaman hissettirmeme rağmen beni daha fazlası için zorlamaları olabilir.

Bu ifadəni tamamlayın: Yaşım qədər…
Yaşım kadar çok sayıda ülke gezebilmeyi çok isterim.

Sizcə, sizin dostlarınız Sizin yerinizdə olmaq istəyirlərmi?
Kıskanılmak en büyük fobimdir ama yine de bana “imrenen” dostlarım olduğuna eminim.

İndiki gəncləri necə təsvir edərdiniz və onlara tövsiyəniz nə olardı?
Geleceği hiç düşünmüyorlar ve ailelerine çok fazla güveniyorlar. Ayaklarının üzerinde durmayı daha erken yaşta öğrenmeleri gerek. 15 yaşına gelince, mezun olduktan sonra ellerinde diploma ile iş arayacakları bir üniversite eğitimine değil, insanların her zaman ihtiyaç duyacakları bir sahada ihtisas sahibi olacak şekilde gerçek bir meslek için odaklanmaya başlamaları gerekir.

hakki 218387157_10206989138846750_125126440_n

“15 sual, 15 cavab” müsahibə layihəsi-Fərid Azəri

Oxşarlıqlar çoxdur, bəs fərqlillikləri nədə görürsünüz?
Fərqliliklər oxşarlığa tərs mütənasib olanlardır.

Zaman sizə tabedir, ya siz zamana tabesiniz?
Zamana tabeçilik insanın iradəsi ilə tənzimlənmir.

Sizin üçün uğur düsturunun elementləri nədən ibarətdir?
Cəhd, iradə, zəhmət nəticə.

Sizcə təsadüflər zəruriyyətdən doğurmu?
Zərurət baş verməsi qaçılmaz olan, təsadüf gözlənilmədən yaşanandır.

Sonrakı peşmançılıqda fayda varmı?
Əlbəttə. Hər insanın səhvini düzəltmək üçün şansı olmalıdı.

Sizin üçün ən uğurlu sərmayə nədir?
Ən uğurlu sərmayə insanlığa yatırılandır.

Neçə il tənha yaşaya bilərsiniz?
Heç bir saniyə də yaşaya bilmirəm.

İtirəcəyinizi bildiyiniz halda, hansı riskə getməyə hazırsınız?
Riski sevməyən insan heç bir halda uğur qazana bilməz. Bir qayadan digərinə arada uçurumun və qarşı tərəfdə onu uğurun gözlədiyini bilə-bilə keçməli olan sürücü təsəvvür edin və əgər mən o sürücünün yerinə olsaydım, uçurumdan qorxmadan risk edib o yolu keçərdim.

İntihar etsəniz, səbəbi nə olar?
Hədsiz haqsızlıq.

Cəsarət həqiqət üçündür, ya həqiqət cəsarət üçündür?
İkisi də bir-biri üçün yaranıb.

Seçim qarşısında olsaydınız, nəyi seçərdiniz, həqiqət payı olmayan cəsarəti, ya cəsarət payı olmayan həqiqəti?
Cəsarət payı olmayan həqiqəti seçərdim.

İnsanlardan ayrılmağınızın səbəbi nədir?
İnamın itirilməsi.

Bu ifadəni tamamlayın: Yaşım qədər…
Xəyanət görmüşəm.

Sizcə, sizin dostlarınız Sizin yerinizdə olmaq istəyirlərmi?
Məncə yox, heç arzulamaram da.

İndiki gəncləri necə təsvir edərdiniz və onlara tövsiyəniz nə olardı?
Daha məsuliyyətli, ciddi, yaşına uyğun düşünüb davranan.

 

“15 sual, 15 cavab” müsahibə layihəsi – Sevinc Xan qızı Süleymanova

Sevinc 3

Oxşarlıqlar çoxdur, bəs fərqlillikləri nədə görürsünüz?
Mənə görə fərqlilik özünəməxsusluqdur. Özü kimi olan insanları sevirəm. Cəmiyyətə xoş olsun deyə onun kuklasına çevrilən, öz mənafeyi üçün şəxsi fikrini, mənliyini satan insanlarla doludur ətrafımız. Fərqlilik gözəldir, elə hamını olduğu kimi tanımaq, qəbul etmək və sevmək lazımdır 🙂

Zaman sizə tabedir, ya siz zamana tabesiniz?
Zaman mənə tabedir demək istərdim, hətta həyat tərzimin bu olmasını istərdim. Amma əfsus olsun ki, həyatımın 3 ilini zamana qurban verdim. Zamanı geri qaytara bilməsəm də, 3 ilin yaşana biləcəklərini reallaşdırmağa çalışıram. Hazırda zaman mənə tabedir.

Sizin üçün uğur düsturunun elementləri nədən ibarətdir?
İstəmək, istəmək və həqiqətən hər şeydən çox istəmək. Bir şeyi həqiqətən istəyirsənsə, iradənlə, gücünlə hər şeyə nail ola bilərsən. Əks halda, ya hələ də nə istədiyini bilmirsən, ya da həqiqətən istəməmisən.

Sizcə təsadüflər zəruriyyətdən doğurmu?
Bəli, tamamilə razıyam. Həyatım o qədər möcüzələrlə doludur ki. Ümumiyyətlə,möcüzələrə inanan insanam. Ya da inanmağı çox istəyirəm, ən ümidsiz zamanda belə. Həyatımdakı hadisələr bir-biri ilə o qədər sıx bağlıdır ki, deyirəm kaş bu olmayaydı, baxıram o olmasa onunla paralel basqa bir şey də olmayacaqdı. O hadisə digərinə vəsilə olub. Həqiqətən təsadüf deyil, sanki İlahi möcüzədir, hər şey zəncirvari qurulub bizim üçün. Heç nə təsadüfi baş vermir, 1 ay, lap 1 il sonra belə görürsən ki, mütləq nəyəsə görə baş verib. Hətta pis təcrübə olsa belə, o olmazsa başqa bir sahədə uğur qazana bilməzdin.

Sonrakı peşmançılıqda fayda varmı?
Dediyim kimi o qədər həyatım bir-birinə bağlı hadisələrlə zəncirvari davam edir ki, nəyəsə peşiman ola bilmirəm. Baxır peşmançılığı hansı vıziyyətdə çəkirsən, vaxtında, yoxsa çox çox sonra) Qəbahətin böyükdürsə, heç bir halda faydası olmayacaq, amma əsaslı səbəblərlə dilinin bəlasına düşübsə, hardasa peşmandırsa, bağışlamaq lazımdır. 1 dəfə olmaq şərtilə, çünki ikincisi səhv yox, xəta olacaq, daha sonra isə seçim.

Sizin üçün ən uğurlu sərmayə nədir?
Yaxşı pulum olarsa, Uşaq Əyləncə Mərkəzinə yatırım edərdim.

Neçə il tənha yaşaya bilərsiniz?
Hərdən elə gəlir ki, məni düzgün anlayacaq biri olmayacaqsa, ömrümün sonunadək tənha yaşamalıyam. Varlığı ilə yoxluğu bilinməyən birinin olmasındansa, tənhalıq yaxşıdır. Bəlkə də 26 ildir yaşadığım kifayətdir 😉

İtirəcəyinizi bildiyiniz halda, hansı riskə getməyə hazırsınız?
Bir gerçəyin üzə çıxması riskinə. Bilsəm ki, itirəcəyəm, yenə də ən ağrıdan həqiqəti duymaq istəmişəm. Başqa elə də böyük risklər etməyi sevmirəm. Hə, bir də itirəcəyəmmi bilmirəm, amma risk edib yaşadığım ölkəni dəyişmişəm.

İntihar etsəniz, səbəbi nə olar?
Çoxluq içərisində boşluğum…

Cəsarət həqiqət üçündür, ya həqiqət cəsarət üçündür?
Həqiqət olanda daha cəsarətli olursan.

Seçim qarşısında olsaydınız, nəyi seçərdiniz, həqiqət payı olmayan cəsarəti, ya cəsarət payı olmayan həqiqəti?
Hər halda cəsarətli olmaq daha yaxşıdır, amma mən həqiqətlərlə daha xoşbəxtəm,bir az da cəsarətdən əskik qalaq)

İnsanlardan ayrılmağınızın səbəbi nədir?
Məni anlamadılar…

Bu ifadəni tamamlayın: Yaşım qədər…
Yalan danışmamışam…

Sizcə, sizin dostlarınız Sizin yerinizdə olmaq istəyirlərmi?
Nədənsə çox adam yerimdə olmaq istəyir. Ya da kənardan dəhşətli xoşbəxt görünürəm. Nə deyim, hamı yerində gözəldir.

İndiki gəncləri necə təsvir edərdiniz və onlara tövsiyəniz nə olardı?
Özüm də gəncəm. Hər halda mənim çevrəm daha çox oxuyan və gəzib görən insanlardır və dostlarımla fəxr edirəm. Digər gənclərə demək istərdim ki, nə qədər ki, varsınız vaxtınızı, enerjinizi və əməyinizi boş insanlar üçün xərcləməyin. Özünüzü dəyərli görün, faydalı işlərlə məşğul olun, özünüzü inkişaf etdirin. Həyatda məqsədiniz olsun, yüksəlmək barədə düşünün, ən əsası real yaşayın əzizlərim, bircə həftə uzaqlaşın o virtual dünyadan, görün kənarda necə gözəl bir həyat var. Gəncliyi doya-doya yaşayaq. Sevək-sevilək, dünyamızı gözəlləşdirək.

Tural

“15 sual, 15 cavab” müsahibə layihəsi- Tural İsmayılov

Tural 1

Oxşarlıqlar çoxdur, bəs fərqlillikləri nədə görürsünüz?
Məncə varlıq özü elə fərqliliklər sintezidir. Fərqliliyi sənlə məndə görürəm, təbiətdəki daşla torpaqda görürəm, yoxluqla həyat arasında görürəm. Geniş və əhatəli şeydir fərqlilik məfhumu.

Zaman sizə tabedir, ya siz zamana tabesiniz?
Zaman daha genişdir, sonsuzdur, əvvəli, sonu bilinmir, bu baxımdan zaman mənə tabe ola bilməz. İnsan isə zaman tabe olmağa məhkumdur, bu, aksiomadır.

Sizin üçün uğur düsturunun elementləri nədən ibarətdir?
Uğurun düsturu yoxdur. Boş şeydir. Şans amilindən asılıdır hər şey, bir də insanın xarakterindən.

Sizcə təsadüflər zəruriyyətdən doğurmu?
Mən yunan skeptikasına üstünlük verirəm. Kainat təsadüfün kollapsı deyil. Cəmiyyət və fərdlər də təsadüf və zərurətin harmoniyasından yarandı.

Sonrakı peşmançılıqda fayda varmı?
İstənilən halda peşmanlıqda fayda yoxdur. Keçmiş mənim həyatımın çoxluğudur. Yaxşısı və pisi ilə heç nə üçün peşman olmağa dəyməz, çünki çox əzabvericidir.

Sizin üçün ən uğurlu sərmayə nədir?
Maddi baxımdan nəfəs verən, özünü xoşbəxt hiss etdiyin hər işə edilən sərmayə uğurludur. Praqmatik adam deyiləm mən.

Neçə il tənha yaşaya bilərsiniz?
Heç neçə il. Tənha qalmaq möhtəşəmdir, yalnız gecələr və hamı yatanda, ümumi bir ay da tənha qalammaram.

İtirəcəyinizi bildiyiniz halda, hansı riskə getməyə hazırsınız?
Bilsəm ki, bir çox şeyi itirəcəm, amma bu, məni gələcək bəlalardan qurtaracaq, istənilən riskə gedərəm. Amma ümumilikdə risk etmək çox təlatümlü prosesdir.

İntihar etsəniz, səbəbi nə olar?
İntihar heç vaxt eləmərəm. Ömür az, ölüm sonsuzdur. İntihar qətiyyən yol deyil.

Cəsarət həqiqət üçündür, ya həqiqət cəsarət üçündür?
Heç biri. Həqiqət tam tərifi məlum olmayan anlayışdır. Cəsarət isə nadir hallarda həqiqətə yol açır.

Seçim qarşısında olsaydınız, nəyi seçərdiniz, həqiqət payı olmayan cəsarəti, ya cəsarət payı olmayan həqiqəti?
Özümün doğru saydığımı, cəsarət payı olmasa da.

İnsanlardan ayrılmağınızın səbəbi nədir?
Yanlarında ucuzlaşdığımı və dəyərsiz olduğumu gördüyüm üçün ayrılıram.

Bu ifadəni tamamlayın: Yaşım qədər…
Yaşım qədər depressiyaya düşmüşəm, çarəsi olmayıb.

Sizcə, sizin dostlarınız Sizin yerinizdə olmaq istəyirlərmi?
Əlbəttə, olmaq istəyən də var. Baxır nə anlamda və nəyə görə?

İndiki gəncləri necə təsvir edərdiniz və onlara tövsiyəniz nə olardı?
Mən yaşlı deyiləm ki, gənclərə tövsiyə verim.)) Sadəcə istərdim daha tolerant və rəhmli olaq hamımız.

Ruslan 2

“15 sual, 15 cavab” müsahibə layihəsi- Ruslan Oğuz Nadir

Ruslan 1

Oxşarlıqlar çoxdur, bəs fərqlillikləri nədə görürsünüz?
Oxşarlıqlar xarici də ola bilər, daxili də. Fərqliliklər isə insanlar daxil hər bir canlıya məxsusdur. Məsələn, sən zamana və məkana baxmadan içindən gəldiyi kimi davrana bilirsən, özün ola bilirsən. Bu səni hər kəsdən fərqləndirir.

Zaman sizə tabedir, ya siz zamana tabesiniz?
Hələ ki, zamanla bərabər irəliləyirəm. Nə tabe oluram, nə də tabe edə bilirəm.

Sizin üçün uğur düsturunun elementləri nədən ibarətdir?
Mənim üçün uğurun düstürü 7d×7b=7s -dır, izahını verməyəcəm. Bir az bu barədə eqoistliyim var))

Sizcə təsadüflər zəruriyyətdən doğurmu?
Təsadüflərə inanmıram, məncə, hər şey hansısa bir qüvvə tərəfindən hesablanmış kimi yerinə yetirilir.

Sonrakı peşmançılıqda fayda varmı?
Sonrakı peşmançılıqda fayda olmadığını hamımız bilirik odur ki, ya sonranı düşünmək lazımdır, ya da sonra peşmançılıqda fayda gözləməsək, gərəkdir.

Sizin üçün ən uğurlu sərmayə nədir?
Mənim üçün ən uğurlu sərmayə puldur. Pulu pul gətirir. Gerisi absurddur.

Neçə il tənha yaşaya bilərsiniz?
Nəzərə alsaq ki, tənhayam və tənhalığı sevirəm, mən elə ömür boyu tənha yaşaya bilərəm.

İtirəcəyinizi bildiyiniz halda, hansı riskə getməyə hazırsınız?
Risk almağı sevmirəm. Edəcəyim riskdə itirəcəyim nəsə varsa, qazanacağım itirəcəyimdən çox daha böyük olmalıdır.

İntihar etsəniz, səbəbi nə olar?
Bunun üçün tək bir səbəb ola bilər. O da sağalmaz bir xəstəlik.

Cəsarət həqiqət üçündür, ya həqiqət cəsarət üçündür?
Bu sual bir az qarışıq oldu. Cəsarət və yalan da bir araya gəlir. Odur ki, adamına və durumuna görə hər cür variant mümkündür.

Seçim qarşısında olsaydınız, nəyi seçərdiniz, həqiqət payı olmayan cəsarəti, ya cəsarət payı olmayan həqiqəti?
“Desəm öldürərlər , deməsəm ölləm” misraları yadıma düşdü. Qoy elə deyim öldürsünlər. Həqiqəti deyək.

İnsanlardan ayrılmağınızın səbəbi nədir?
İnsanlardan ayrılmağımın səbəbi onları çox sevməyimdir. Sevməkdən qorxuram.

Bu ifadəni tamamlayın: Yaşım qədər…
Yaşım qədər təcrübəm olsaydı kaş ki. Təcrübəsiz yaşamaq daha maraqlı olardı. Yaşımın çox üstündəyəm.

Sizcə, sizin dostlarınız Sizin yerinizdə olmaq istəyirlərmi?
Yerimdə olmaq istəyən çox insanlar var. Çünkü nə olur olsun, məğlubiyyətlə barışmıram və xoşbəxt görünə bilirəm.

İndiki gəncləri necə təsvir edərdiniz və onlara tövsiyəniz nə olardı?
Indiki gənclərdə görmək istədiyim tək şey, Vətən anlayışıdır, vətən sevgisidir.
VƏTƏNİ sevməyən nə ailəsini, nə də övladını sevə bilər.
Tövsiyyəm isə o ayaqqabıları corabsız geyinməsinlər, biraz kişi olsunlar.

Kubra 2

“15 sual, 15 cavab” müsahibə layihəsi – Kubra Məhərrəmova

Kubra 4
Oxşarlıqlar çoxdur, bəs fərqlillikləri nədə görürsünüz?
Hamımız eyniyik. Sadəcə özümüzü fərqli deyə təqdim edirik. Bir bezin qırağı.

Zaman sizə tabedir, ya siz zamana tabesiniz?
Biz zamana tabeyik. Amma zamanı daha ləzzətli yaşaya bilərik.

Sizin üçün uğur düsturunun elementləri nədən ibarətdir?
Uğurun düsturunu bilmirəm. Bilsəydim 40.000 avtomobil idarə edərdim )))

Sizcə təsadüflər zəruriyyətdən doğurmu?
Təsadüfi heç nə yoxdur. Elə bizim tanışlığımız kimi.

Sonrakı peşmançılıqda fayda varmı?
Var. Hər işdə bir xeyir, fayda var. Sadəcə biz dirənirik tərs keçi kimi.

Sizin üçün ən uğurlu sərmayə nədir?
Ən uğurlu sərmayə sağlamlıq və bilik. Tələb olunan bilik.

Neçə il tənha yaşaya bilərsiniz?
Tənhalıq barədə heç düşünmək belə istəmirəm.

İtirəcəyinizi bildiyiniz halda, hansı riskə getməyə hazırsınız?
Riski sevmirəm. Elə itirməyi də ))) əldə etmək üçün risk etmək olar.

İntihar etsəniz, səbəbi nə olar?
Gərək ruhumdan bezim …

Cəsarət həqiqət üçündür, ya həqiqət cəsarət üçündür?
Qarışıq oldu. Cəsarət ya var, ya yox. Səbəbsiz.

Seçim qarşısında olsaydınız, nəyi seçərdiniz, həqiqət payı olmayan cəsarəti, ya cəsarət payı olmayan həqiqəti?
Heç birini. Çünki hər həqiqətin bir anlıq ömrü var. İki saniyə əvvəl saat həqiqəti göstərirdi. İndi isə başqa həqiqəti göstərir.

İnsanlardan ayrılmağınızın səbəbi nədir?
Mənə arxadan zərbə vurmaları. Bir də paxıllıq.

Bu ifadəni tamamlayın: Yaşım qədər…
Yaşımı unutmuşam. Elə bilirəm 21 yaşım var. Həyat təzə başlayır. Lap dirəşsəm 18 də olar ))) İndiyə qədər yaşadiqlarimin üstündən xətt çəkmişəm. Silib, atmışam. Həyat gözəldir. Yaşamaq şansı bir dəfə verilir.

Sizcə, sizin dostlarınız Sizin yerinizdə olmaq istəyirlərmi?
İnanın heç kim, heç kimin yerində olmaq istəmir. Şəxsən mən yerimdən məmnunam. Mənfisiylə, müsbətiylə.

İndiki gəncləri necə təsvir edərdiniz və onlara tövsiyəniz nə olardı?
Gənclər…. Bilirsən bu yaxında bir söhbət eşitdim. Uzun olsa da deyəcəm. Deməli bir gənc qız 21-22 yaşlarındadır. Bir kişidən xoşu gəlir, həmin kişinin isə həyatında başqa qadın olur. Kişi bu cavan qızdan uzaq olmağa, ünsiyyətdə olmamağa çalışır, həmin qız isə əl çəkmir, deyir, mən də olum, o qadın da olsun.

İndiki gənclər nə özlərinə, nə başqa şəxslərə hörmət edirlər. Başqalarının seçimlərinə, istəklərinə qarşı aqressivdirlər. Nəyin bahasına olursa olsun, öz istəklərini yeritməyə çalışır, özlərini gözdən və hörmətdən salırlar.

Tövsiyəm, özlərini başqalarının yerinə qoymağı öyrənsinlər, özlərinə hörmət etsinlər.

Anar 2

“15 sual, 15 cavab” müsahibə layihəsi – Anar Mirzəliyev

Anar 3

Oxşarlıqlar çoxdur, bəs fərqlillikləri nədə görürsünüz?
Oxşarlığın olmamağında.

Zaman sizə tabedir, ya siz zamana tabesiniz?
Zaman bizi gozləmir, amma biz gozləməyə məcbur oluruq.

Sizin üçün uğur düsturunun elementləri nədən ibarətdir?
Stimul

Sizcə təsadüflər zəruriyyətdən doğurmu?
Xeyr.

Sonrakı peşmançılıqda fayda varmı?
Əlbəttə ki, YOX!

Sizin üçün ən uğurlu sərmayə nədir?
Mənim üçün mənim dostlarım, mənə səmimi olan dostlarım, mənim qazandığım hörmət.

Neçə il tənha yaşaya bilərsiniz?
Bilmirəm.

İtirəcəyinizi bildiyiniz halda, hansı riskə getməyə hazırsınız?
Fərq etməz.

İntihar etsəniz, səbəbi nə olar?
İntihar edənlər hansısa səbəbdən intihar etmir, sadəcə psixikasıpozulur. Mən belə düşünürəm.

Cəsarət həqiqət üçündür, ya həqiqət cəsarət üçündür?
Cəsarət həqiqət üçündür, Cəsarəti olmayan həqiqəti söyləməz.

Seçim qarşısında olsaydınız, nəyi seçərdiniz, həqiqət payı olmayan cəsarəti, ya cəsarət payı olmayan həqiqəti?
Həqiqəti (Qonşu Həqiqəti demirəm).

İnsanlardan ayrılmağınızın səbəbi nədir?
Yalan, yaltaqlıq, özundən razılıq.

Bu ifadəni tamamlayın: Yaşım qədər…
Yaşamaq istəyirəm.

Sizcə, sizin dostlarınız Sizin yerinizdə olmaq istəyirlərmi?
İstəsələr də, mən istəmərəm.

İndiki gəncləri necə təsvir edərdiniz və onlara tövsiyəniz nə olardı?
İndiki zamanda çox ağır sualdı.

Aynur

“15 sual, 15 cavab” müsahibə layihəsi – Aynur Qurbanova

Aynur 1

Oxşarlıqlar çoxdur, bəs fərqlillikləri nədə görürsünüz?
Fərqlilikləri oxşar olmayan hər şeydə görürəm.

Zaman sizə tabedir, ya siz zamana tabesiniz?
Zaman mənə tabedir. Çünki mən hər gün zamanımı bölüb ona uyğun işləyirəm. Günün sonunda isə mütləq nəticəm olmalıdır.

Sizin üçün uğur düsturunun elementləri nədən ibarətdir?
Uğur = Plan×zəhmət×nəticə hansısa biri 0 -dırsa, deməli, hamısı 0-dır.

Sizcə təsadüflər zəruriyyətdən doğurmu?
Mənə görə təsadüf deyə bir şey yoxdur. Səbəb və nəticə var.

Sonrakı peşmançılıqda fayda varmı?
Bütün peşmançılıqlar faydalıdır. Onların sayəsində müdrikləşirik.

Sizin üçün ən uğurlu sərmayə nədir?
Ən uğurlu sərmayə daşınmaz əmlaka qoyulan sərmayədir. Bir də gəlirini 2 qat artıracağına tam əmin olduğun startup layihəsi.

Neçə il tənha yaşaya bilərsiniz?
0 il.

İtirəcəyinizi bildiyiniz halda, hansı riskə getməyə hazırsınız?
Riskləri sevirəm. Riskdə 100% itirmək olmur. 50-70% falan. Onda o işi edirəm və qazanıram da. Amma bir işdə 100% itirmək varsa, onu niyə edim ki?!

İntihar etsəniz, səbəbi nə olar?
Yalnızlıq.

Cəsarət həqiqət üçündür, ya həqiqət cəsarət üçündür?
Cəsarət həqiqət üçündür. Çünki haqlısansa, güclüsən. Amma haqlı ola – ola gücsüz olanlar da var ki, onların sadəcəqorxu kimi psixoloji bir problemi var.

Seçim qarşısında olsaydınız, nəyi seçərdiniz, həqiqət payı olmayan cəsarəti, ya cəsarət payı olmayan həqiqəti?
Həqiqət payı olmayan cəsarəti.

İnsanlardan ayrılmağınızın səbəbi nədir?
Vacib olan işlərim.

Bu ifadəni tamamlayın: Yaşım qədər…
Yaşım qədər səhvlərim var.

Sizcə, sizin dostlarınız Sizin yerinizdə olmaq istəyirlərmi?
Məncə, hə.

İndiki gəncləri necə təsvir edərdiniz və onlara tövsiyəniz nə olardı?
Bacarıqlarını daha cox artırsınlar. Bir də iş tapmaqda problem yaşayıram bəhanəsindən əl çəksinlər.

Parviz

“15 sual, 15 cavab” müsahibə layihəsi – Pərviz Məmmədyarov

Parviz 1

Oxşarlıqlar çoxdur, bəs fərqlillikləri nədə görürsünüz?
Şablondan çıxan. Adidən kiçik də olsa, üstün olacaq hər bir şey fərqlilikdir mənim üçün.

Zaman sizə tabedir, ya siz zamana tabesiniz?
Mən kosmik fəzada yaşamıram. Ya da ki, işıq sürətilə hərəkət etmirəm ki, zaman mənə tabe olsun. E=mc^2 bu sürətə aiddir. O zaman zaman məfhumu fərqli ola bilir. Bu dünyada yaşadığım üçün mən zamandan (hər şey) asılıyam.

Sizin üçün uğur düsturunun elementləri nədən ibarətdir?
Özümü heç kimdən aşağı saymamaqda

Sizcə təsadüflər zəruriyyətdən doğurmu?
Hər bir etdiyimiz hərəkət növbəti hərəkətin məcburudur. Ona görə də növbəti addımda ağlımıza gəlməyəcək hadisə təsadüf kimi görünür.

Sonrakı peşmançılıqda fayda varmı?
Bəzən var. Əgər bu hadisə bir də təkrarlanacaqsa, peşmançılıq təcrübədir. Əgər təkrarlanmayacaqsa, ancaq peşmançılıqdı.

Sizin üçün ən uğurlu sərmayə nədir?
Deyə bilmərəm. Amma bildiyimə görə övlada qoyulan sərmayə ən uğurlusudur.

Neçə il tənha yaşaya bilərsiniz?
Hələ ki, 35 ildir.

İtirəcəyinizi bildiyiniz halda, hansı riskə getməyə hazırsınız?
Ağılsız baş yiyəsinə donuz güddürər.

İntihar etsəniz, səbəbi nə olar?
İnşallah, bu fikirə heç zaman düşmərəm. Heç zaman zəif olmaram. Hər zaman ən güclü olmalıyam.

Cəsarət həqiqət üçündür, ya həqiqət cəsarət üçündür?
Həqiqət, inam verir, inam da cəsarət verir.

Seçim qarşısında olsaydınız, nəyi seçərdiniz, həqiqət payı olmayan cəsarəti, ya cəsarət payı olmayan həqiqəti?
Ağlıma hansı doğru gələrsə. Vəziyyətə görə, təhlilə görə.

İnsanlardan ayrılmağınızın səbəbi nədir?
Fikirlər və düşüncələrin müxtəlifliyi.

Bu ifadəni tamamlayın: Yaşım qədər…
Ömür sürdüm.

Sizcə, sizin dostlarınız Sizin yerinizdə olmaq istəyirlərmi?
Yox, onda mənim kimi dostu itirirlər. Əgər dostdursa.

İndiki gəncləri necə təsvir edərdiniz və onlara tövsiyəniz nə olardı?
Gənc. Balıq dəryada böyüyür. Gənclər də zamanda gördüklərini ifa edirlər. Ona görə də gənclərə uğur arzulayıram ki, sadəcə dəyərli ola bilsinlər.

“15 sual, 15 cavab” müsahibə layihəsi – Sadiq Qurbanzadə

 

Sadiq

Oxşarlıqlar çoxdur, bəs fərqlillikləri nədə görürsünüz?

Buddizmə görə yer üzərində gəzən hər kəs bir * qəhrəmandır * . Yeniliyə açıq düşüncələr bizi fərqli edir. Həmçinində işimizin qəhrəmanı.
Zaman sizə tabedir, ya siz zamana tabesiniz?

Zaman öz işində . Mən öz işimdə. Belə çoxda problemimiz olmur .
Sizin üçün uğur düsturunun elementləri nədən ibarətdir?

Elmi + helim ( bacarıq ) + məsuliyyət
Sizcə təsadüflər zəruriyyətdən doğurmu?

Metafizikada təsadüf deyilən heç nə yoxdur. Olmalı gərəkən nə varsa olur .
Sonrakı peşmançılıqda fayda varmı?

Günah işlənməsə idi , mədəniyyətlər inkişaf etməzdi. Həqiqi peşmançılıq uğura aparan yollardan biridir.
Sizin üçün ən uğurlu sərmayə nədir?

Təhsil
Neçə il tənha yaşaya bilərsiniz?

Yaşamadan bilmərəm
İtirəcəyinizi bildiyiniz halda, hansı riskə getməyə hazırsınız?

Risk etmədən uğur olmaz. Amma risk özüdə öncədən analiz edilməlidir. Amma bəzi risklər varki orada nə analiz , nə də məntiqi qaydalar işləyir. Məsələn – EŞQ.
İntihar etsəniz, səbəbi nə olar?

Məndən uzaq olsun.
Cəsarət həqiqət üçündür, ya həqiqət cəsarət üçündür?

Bir kitabdan yadımda qalıb : Haqlısızsınızsa qorxmayın ! Yəni həqiqət cəsarət doğurur.
Seçim qarşısında olsaydınız, nəyi seçərdiniz, həqiqət payı olmayan cəsarəti, ya cəsarət payı olmayan həqiqəti?

Həqiqəti
İnsanlardan ayrılmağınızın səbəbi nədir?

Bəzən özümün kaprizlərim. Bəzən qarşımdakı insanın ya kaprizləri . Ya da ki , məsuliyyətsizliyi.
Bu ifadəni tamamlayın: Yaşım qədər səyahətlər edib , hər səyahətimi qələmə alıb , yeni məhsul ortaya çıxarmaq istərəm.

Sizcə, sizin dostlarınız Sizin yerinizdə olmaq istəyirlərmi?

Dostlarım elə öz yerlərində olduqları üçün * DOSTLARIMDI*
İndiki gəncləri necə təsvir edərdiniz və onlara tövsiyəniz nə olardı?

Təsvir etmək çətindi. Tövsiyəm budur ki , kitab oxumayan bir kəslə ailə həyatı qurmasınlar . Səbəbləri çoxdu !

Sevinc 1

“15 sual, 15 cavab” müsahibə layihəsi – Sevinc Şabanova

Sevinc

Oxşarlıqlar çoxdur, bəs fərqlillikləri nədə görürsünüz?
Sərhədləri qıra bilmək, yenilik etmək, monoton həyatı kənara qoyub, özün istədiyin kimi yaşamaq ətraf “nə deyər?!” deyə düşünməmək.

Zaman sizə tabedir, ya siz zamana tabesiniz?
Bəzən ikimiz də bir birimizə tabe oluruq.

Sizin üçün uğur düsturunun elementləri nədən ibarətdir?
Öyrənmək, yenilik axtarışında olmaq, məsuliyyət, görəcəyin işi sevərək görmək.

Sizcə təsadüflər zəruriyyətdən doğurmu?
Təsadüflərə inanan biri deyiləm. Olmalıdı, olacaqmış deyə düşünürəm.

Sonrakı peşmançılıqda fayda varmı?
Olan olmuş amma etdiyim heçnə üçün heçvaxt peşman olmamışam.

Sizin üçün ən uğurlu sərmayə nədir?
Təhsil və sevdiyin iş.

Neçə il tənha yaşaya bilərsiniz?
Yaşayıb bilmək olar.

İtirəcəyinizi bildiyiniz halda, hansı riskə getməyə hazırsınız?
Paraşütdan tullanmaq açılsa da, açılmasa da, amma onu həyatımda 1 dəfə də olsun yaşamalıyam😊 Amma iş sahəsində riskı çox analiz edib, sonra qərar vermək lazımdı.

İntihar etsəniz, səbəbi nə olar?
Elə bir həddə çatmamaq lazımdı .

Cəsarət həqiqət üçündür, ya həqiqət cəsarət üçündür?
Cəsarət həqiqət üçün.

Seçim qarşısında olsaydınız, nəyi seçərdiniz, həqiqət payı olmayan cəsarəti, ya cəsarət payı olmayan həqiqəti?
Həqiqət payı olmayan cəsarəti.

İnsanlardan ayrılmağınızın səbəbi nədir?
İnsanların paxıllığı, kinliliyi, yalanları.

Bu ifadəni tamamlayın: Yaşım qədər…
Yaşım qədər dünya səyahətinə çıxmaq, uğurlu karyera qurmaq.

Sizcə, sizin dostlarınız Sizin yerinizdə olmaq istəyirlərmi?
Hərə öz yerində olsa, daha yaxşıdı.

İndiki gəncləri necə təsvir edərdiniz və onlara tövsiyəniz nə olardı?
Öz üzərilərində çox çalışsınlar, həyatların istədiyi kimi qursunlar, çoxlu kitab oxusunlar, yenilikçi olsunlar.

Maya 2

“15 sual, 15 cavab” müsahibə layihəsi – Maya Quliyeva

Maya

Oxşarlıqlar çoxdur, bəs fərqlillikləri nədə görürsünüz?
Təkrarı az olan, insanın özünə məxsus olan cəhətləridir.

Zaman sizə tabedir, ya siz zamana tabesiniz?
Baxır anına. Elə vaxt olur ki, mən zamana tabe oluram,amma zamanın da mənə tabe olduğu zamanlar olur.

Sizin üçün uğur düsturunun elementləri nədən ibarətdir?
Uğur- insanın doğulduğu andan var olan ətrafıdı.

Sizcə təsadüflər zəruriyyətdən doğurmu?
Təsadüf təsadüfdən doğur.

Sonrakı peşmançılıqda fayda varmı?
O faydanı anlayıb qiymətləndirən, peşmançılıqdan dərs, ibrət götürənlər çox xoşbəxtdir.

Sizin üçün ən uğurlu sərmayə nədir?
Məndən çox sonra belə insanların yadında qalacaq, onlara məni xatırladacaq bir xatirəmin olmasıdır (Eminem)

Neçə il tənha yaşaya bilərsiniz?
Tənha yaşamaq… Dəli olana qədər.

İtirəcəyinizi bildiyiniz halda, hansı riskə getməyə hazırsınız?
Hansı riski deyirsən, sən gərək sevgidəmi, dostluqdamı, vətəndəmi, öz ailəndəmi, işdəmi və s. kimi bəndlər, ya da sualı o yönlərdən birinə uyğun qoyardın. Bu sual çoxşaxəlidir. Özün bilirsən ki, Azərbaycanda adət-ənənə, kim nə deyər, necə baxarlar kimi anlayışlar olub, hazırda da mövcuddur. Bu sualına cavab verə bilməyəcəyəm. Amma unutma ki, bütün yuxarıdakıların içində olduğum halda, həyatımı bir risklə dəyişən biriyəm.

İntihar etsəniz, səbəbi nə olar?
Heç vaxt intihar haqda düşünməmişəm, intihar edənləri də anlamıram.

Cəsarət həqiqət üçündür, ya həqiqət cəsarət üçündür?
Həqiqət cəsarətdən daha cəsarətlidir. Yalançı heç vaxt cəsarətli ola bilməz.

Seçim qarşısında olsaydınız, nəyi seçərdiniz, həqiqət payı olmayan cəsarəti, ya cəsarət payı olmayan həqiqəti?
Həqiqətim olsun, inanıram ki, qalan hər şey arxamca gələcək.

İnsanlardan ayrılmağınızın səbəbi nədir?
Yalan, xəyanət (tək ilişki xəyanəti deyil ha!), qudurğanlıq, şər-böhtan, qeybət, hörmətsizlik.

Bu ifadəni tamamlayın: Yaşım qədər…
Təmiz insanlar olsaydı ətrafımda.

Sizcə, sizin dostlarınız Sizin yerinizdə olmaq istəyirlərmi?
Bəli. Kənardan görünüşüm, davranışım, “mən xoşbəxtəm” gülüşüm insanları aldadır. Mənim kimi özünü xoşbəxt göstərməyə çalışanların yerində olmaqlarını kiməsə arzulamıram.

İndiki gəncləri necə təsvir edərdiniz və onlara tövsiyəniz nə olardı?
İndiki gənclər və gələcək olan gənclər gözü korlardır. Günahkarlarsa, bizik. Biz valideynlər. Nə qədər öz övladımızı öz tərbiyəmiz, təhsilimizlə böyütsək də, uzağı uçmağı öyrənənə qədərdir. Onlardan çox tövsiyəm özümüzədir:

Biz görə-görə gəlmişik və görə-görə də balalarımızı gələcəyi olmayan bir dünyada bizsiz qoyub gedəcəyik.

Konul 1

“15 sual, 15 cavab” müsahibə layihəsi- Könül Eldar qızı

Konul

Oxşarlıqlar çoxdur, bəs fərqlillikləri nədə görürsünüz?
Fərqlilik mənim özümdədir…

Zaman sizə tabedir, ya siz zamana tabesiniz?
Bir-birimizi yola veririk…

Sizin üçün uğur düsturunun elementləri nədən ibarətdir?
Ailə, elm və ümumi menada sevgi uğurun düsturudur menimçün. Sonrakı uğurlar bu sadaladıqlarımın nəticəsində əldə olunur.

Sizcə təsadüflər zəruriyyətdən doğurmu?
Zərurətlər kimi təsadüflərə də inanıram və şahid də olmuşam.

Sonrakı peşmançılıqda fayda varmı?
Peşmançılıq ugurun birinci pilləsidir.

Sizin üçün ən uğurlu sərmayə nədir?
Məsləhət.

Neçə il tənha yaşaya bilərsiniz?
Ümumilikdə tənhalığı sevmirəm. Bəzi hallarda insan tək qalmaq istəyir. Mən də daxil, ama tək yaşamağı təsəvvür edə bilmirəm. Heç vaxt.

İtirəcəyinizi bildiyiniz halda, hansı riskə getməyə hazırsınız?
Risk etməyi sevmirəm, ama bu günə qədər bir dəfə risk etmişəm. İtirdiyim bir şey yoxdu heleki…

İntihar etsəniz, səbəbi nə olar?
İntiharı heç vaxt düşünməmişəm və ürəyimdə belə o sözü dilimə gətirmərəm.

Cəsarət həqiqət üçündür, ya həqiqət cəsarət üçündür?
Mənimçün həqiqət daha üstündür… həqiqət varsa cəsarət də olacaq istər-istəməz…

Seçim qarşısında olsaydınız, nəyi seçərdiniz, həqiqət payı olmayan cəsarəti, ya cəsarət payı olmayan həqiqəti?
Həqiqət olmasa cəsarət olmaz. Əlbəttə həqiqət.

İnsanlardan ayrılmağınızın səbəbi nədir?
Məkr, sünilik.

Bu ifadəni tamamlayın: Yaşım qədər…
…gücüm var.

Sizcə, sizin dostlarınız Sizin yerinizdə olmaq istəyirlərmi?
olmaq istədiklərini üzümə də deyiblər…

İndiki gəncləri necə təsvir edərdiniz və onlara tövsiyəniz nə olardı?
Ürək bir söz deyir, ağıl başqa bir fikir deyir, çox halda ürəyin istəyinə qalib gəlmək üçün cəsarət tələb olunur. Və demək istərdim ki, istənilən mənada agıllı hərəkət etməkçün cəsarətli olsunlar…

Elnur 1

“15 sual, 15 cavab” müsahibə layihəsi-Elnur Gözəlov

Elnur

Oxşarlıqlar çoxdur, bəs fərqlillikləri nədə görürsünüz?
Fərqlilikləri yalnız gülüşdə görmək olar…

Zaman sizə tabedir, ya siz zamana tabesiniz?
Mən zamana tabeyəm.

Sizin üçün uğur düsturunun elementləri nədən ibarətdir?
Mənim üçün uğur düsturu…U(uğur)=A(Ailə)*İ(İş).

Sizcə təsadüflər zəruriyyətdən doğurmu?
Qismən hə. 50-nin 50-yə… Təsadüflər zəruriyyətdən doğur.

Sonrakı peşmançılıqda fayda varmı?
Son peşmanlıq nəyə yarar, hər şeyin bədəli var, olmadı yar… Müslüm Gürsəs…Yak bir siqara…

Sizin üçün ən uğurlu sərmayə nədir?
Sarımsaq biznesi… Fikrim var ki, bu sahəyə sərmayə qoyum…

Neçə il tənha yaşaya bilərsiniz?
Ömrümün sonuna qədər tənha qala bilərəm.

İtirəcəyinizi bildiyiniz halda, hansı riskə getməyə hazırsınız?
İtirəcəyim bildiyim halda, istənilən riskə gedərəm… Fərqi yoxdu riskin böyüklüyü, kiçikliyi… Düzdür, bir-iki dəfə risk edib, kiçik biznesdə batırmışam, amma yenə də hazıram istənilən riskə…

İntihar etsəniz, səbəbi nə olar?
İntihar etmək mənə görə ən böyük acizlikdi….Ağlımın ucundan belə keçirtmərəm, çünki heç kimə görə dəyməz.

Cəsarət həqiqət üçündür, ya həqiqət cəsarət üçündür?
Cəsarət həqiqət üçün.

Seçim qarşısında olsaydınız, nəyi seçərdiniz, həqiqət payı olmayan cəsarəti, ya cəsarət payı olmayan həqiqəti?
Cəsarət payı olmayan həqiqəti…

İnsanlardan ayrılmağınızın səbəbi nədir?
Hələ ki, insanlardan ayrılmaq mənə qismət olmayub… Bundan sonra da olmaz, yəqin ki…

Bu ifadəni tamamlayın: Yaşım qədər…
Yaşım qədər ağlım yoxdu… Beyin təzə təzə inkişaf edir məndə..))).

Sizcə, sizin dostlarınız Sizin yerinizdə olmaq istəyirlərmi?
Məncə, istəyən olmaz, çünki mənim həyatım onlardan yüksək səviyyədə deyil…

İndiki gəncləri necə təsvir edərdiniz və onlara tövsiyəniz nə olardı?
Əhatəmdə günlük yaşayan gəncləri də görürəm, yəni bu gün pul var, basıb dagıdıb, pulu sabaha bir qəpik də pul saxlamayan, ata – ana hesabına pul dagıdan. Ümumilikdə, gənclərə tövsiyəm ancaq axtarışda olsunlar, kitab oxusunlar, texniki elmlərə üstünlük versinlər…

«15 sual, 15 cavab» müsahibə layihəsi — Vüsal Yurdoğlu

  1. Oxşarlıqlar çoxdur, bəs fərqlillikləri nədə görürsünüz?

— Oxşarlığın olmamasında.

  1. Zaman sizə tabedir, ya siz zamana tabesiniz?

— Mən zamana tabeyəm.

  1. Sizin üçün uğur düsturunun elementləri nədən ibarətdir?

— Zəhmət + risk + pul = Uğur

  1. Sizcə təsadüflər zəruriyyətdən doğurmu?

— Təsadüf az olur, zərurət çox. Fikrimcə, təsadüf zərurətdən doğur.

  1. Sonrakı peşmançılıqda fayda varmı?

— Fayda olmasa da, peşmançılıq yaxşı haldır, öz səhvini anlamaq özünüdərkin bir hissəsidir.

  1. Sizin üçün ən uğurlu sərmayə nədir?

— Elmə, təhsilə qoyulan sərmayə.

  1. Neçə il tənha yaşaya bilərsiniz?

— İndi sanki, 100 ildir tənhayam, yaşayıram, amma demək olar ki, yaşadığımı hiss etmirəm.

  1. İtirəcəyinizi bildiyiniz halda, hansı riskə getməyə hazırsınız?

— İtirəcəyimi bilirəmsə yəqin risk etmərəm. Məsələn desələr ki, yaşamaqçün təcili əməliyyat olunmalısan, əməliyyatdan sağ çıxmaq şansın yoxdur, çalışaram hamıyla vidalaşım, əməliyyat olunmaq əvəzinə.

  1. İntihar etsəniz, səbəbi nə olar?

— Bilmirəm. Etmərəm, yəqin. İntihara qurtuluş kimi baxmıram, o heç nəyi yaxşılığa dəyişmir. İntihar edən çox adam görmüşəm, hətta psixoloji travmam var, bu məni intihara aparmır, ondan uzaqlaşdırır.

  1. Cəsarət həqiqət üçündür, ya həqiqət cəsarət üçündür?

— Cəsarət həqiqət üçündür, həqiqət varsa, cəsarət də tapılar.

  1. Seçim qarşısında olsaydınız, nəyi seçərdiniz, həqiqət payı olmayan cəsarəti, ya cəsarət payı olmayan həqiqəti?

— Cəsarət payı olmayan həqiqəti seçirəm, həqiqət olmayan yerdə cəsarət lazımım deyil.

  1. İnsanlardan ayrılmağınızın səbəbi nədir?

— Bəlkə də, insanlığa münasibətim fərqlidir, səbəb bu ola bilər. Həm də bir az utancaq, bir az kompleksliyəm, özümə qapanıram.

  1. Bu ifadəni tamamlayın: Yaşım qədər…

— Yaşamamışam.

  1. Sizcə, sizin dostlarınız Sizin yerinizdə olmaq istəyirlərmi?

— Olar, bəlkə də mənim yerim kənardan daha maraqlı görünür.

  1. İndiki gəncləri necə təsvir edərdiniz və onlara tövsiyəniz nə olardı?

— Qanunlara riayət edin, amma öz qanunlarınıza!

«15 sual, 15 cavab» müsahibə layihəsi — Elgün Gəncimsoy

  1. Oxşarlıqlar çoxdur, bəs fərqlillikləri nədə görürsünüz?

Mənim fikrimcə, fərqliliklər xarakterdədir. Baxın bioloji hadisə zamanı «hadisə yerinə» iki toxum düşüb mayalanmağa başlayır. İki uşaq eyni anda ana bətnində inkişaf edib eyni hiss və həyacanı yaşayışlar. Eyni diqqət və qayğı ilə böyüyüb tərbiyə olunurlar. Amma hər ikisi tam fərqli xarakterə sahib olurlar. Və yaxud da əlimizin barmaqları…- hamısı ayrı-ayrılıqda bir-birinə bənzəyir. Amma biri hədələmək, biri söymək, biri tərifləmək üçündür. Ona görə də mən fərqliliyi xarakterdə görürəm.

  1. Zaman sizə tabedir, ya siz zamana tabesiniz?

Hər kəs zamana tabedir. Bəşəriyyətdə baş verən bütün hadisələrin zamanı var. Zamanı gəlmədən heç nə baş verməz. Biz istəsək belə…

  1. Sizin üçün uğur düsturunun elementləri nədən ibarətdir?

Səbr və sağlam mübarizə mənim açacagım qapılara açar olub həmişə. Onu da qeyd edim ki, dəli ilə elmi dildə danışmaq nəyəsə nail olmaq sağlam mübarizə deyil… Hər kəsin başa düşdüyü dillə danışmaq həm sağlam, həm də ədalətli mübarizədir. Bax budur uğura aparan yol.

  1. Sizcə təsadüflər zəruriyyətdən doğurmu?

Əlbətdə… Başa düşən alma təsadüfi idi. Amma yerin cazibə qanunun tapılması zəruriydi. Bilmirəm deyə bildimmi?…😆

  1. Sonrakı peşmançılıqda fayda varmı?

Peşmançılıq mütləq yol verilmiş hər hansısa səhvdən doğulur. Əlbəttə, səmimi peşmançılıq insanı mudrikləşdirir. Yəni insan daha bir təcrübə əldə edir və gələcəkdə eyni səhvə və nöqsana yol vermir.

  1. Sizin üçün ən uğurlu sərmayə nədir?

Məndən sonra Vətənin, xalqın yolunda bütün həyatın qurban verəcək gənclər yetişdirməyə çalışıram. Onlar mənim üçün ən uğurlu sərmayədir.

  1. Neçə il tənha yaşaya bilərsiniz?

Bir era… Hələ daha çox… Bilirsiniz, tənhalığın bir dəqiqəsi bir ilə bərabərdi. Ona görə belə cavab verməyi qərara aldım…

  1. İtirəcəyinizi bildiyiniz halda, hansı riskə getməyə hazırsınız?

Canımı itirəcəyimi bildiyim halda Vətən üçün gedirəm. Əminəm ki, bir gün hamı və mən bu yolda məni itirəcək…

  1. İntihar etsəniz, səbəbi nə olar?

İki dəfə cəhd etmişəm alınmayıb. Bu mövzuda çox bacarıqsız biriyəm. Ona görə də intihar etmək haqqında düşünməyəcəm.

  1. Cəsarət həqiqət üçündür, ya həqiqət cəsarət üçündür?

Hərdən yalan danışmaq da cəsarət tələb edir. Hansı ki, o yalan kimisə ya xilas edər, ya da sənin özünü ələ verər. Ona görə də həqiqət cəsarət üçündür.

  1. Seçim qarşısında olsaydınız, nəyi seçərdiniz, həqiqət payı olmayan cəsarəti, ya cəsarət payı olmayan həqiqəti?

Cəsarət payı olmayan həqiqəti

  1. İnsanlardan ayrılmağınızın səbəbi nədir?

Özümün xarakterlərim… Onlar məni böyük uçurumun sıfır nöqtəsində gəzdirir. İtələməsi an məsələsidir…

  1. Bu ifadəni tamamlayın: Yaşım qədər nədir ey?! Onnan beş misli artığını yüklənmişəm.
  2. Sizcə, sizin dostlarınız Sizin yerinizdə olmaq istəyirlərmi?

O qədər xoşbəxt, qayğısız, səbrli görünürəm, əminəm ki, böyük əksəriyyəti mənim yerimdə olmaq istəyirlər. Amma ola bilməzlər. Olsalar belə çox yaşamazlar…

  1. İndiki gəncləri necə təsvir edərdiniz və onlara tövsiyəniz nə olardı?

Müasir gənclər yetişir. Onlar tam müstəqil formada qərar qəbul edə bilirlər və daha cəsarətlidirlər. Aprel döyüşləri zamanı Seysulan istiqamətində gedən döyüşlər zamanı bölük komandiri ağır yaralanır. Gənc əsgərlərdən biri qalxaraq bölüyün idarəçiliyin öz boynuna götürərək verilmiş tapşırığı yerinə yetirmişdi. Həmin gənc şəhid oldu… Mən bütün gəncləri elə qətiyyətli görmək istəyirəm.

«15 sual, 15 cavab» müsahibə layihəsi — Rövşən Yerfi

1.Oxşarlıqlar çoxdur, bəs fərqlillikləri nədə görürsünüz?
-Mənim nəzərimcə bütün oxşarlıqlar nisbidir. Nə qədər oxşarlıq varsa, bir o qədər də fərqlilik var. Digər müsbət və mənfilər kimi onlar da mövcud olduqları yerdə qoşadırlar. Birinin varlığı, o birisiz mümkün deyil.
2. Zaman sizə tabedir, ya siz zamana tabesiniz?
-Əlbəttə, mən zamana tabeyəm. Özümü zaman adlı nəhrin axarında üzən çöp qədər hiss edirəm.
3. Sizin üçün uğur düsturunun elementləri nədən ibarətdir?
-Bunu çalışdıqları sahədə xüsusi uğur qazanmış məşhurlar daha yaxşı bilər. Bununla belə, deyərdim ki, gərgin əmək, peşəkarlıq və yaranan şansı – uğur düsturunun elementləri hesab etmək olar.
4. Sizcə təsadüflər zəruriyyətdən doğurmu?
-Şübhəsiz. Səbəbini dərk edə bilmədiyimiz vəziyyətlər bizə təsadüf təsiri bağışlayır. Əslində isə təsadüfi heç nə olmur, onları duymadığız zərurətlər yaradır.
5. Sonrakı peşmançılıqda fayda varmı?
-Əksərən peşmançılıqdan alınan, çıxarılan nəticənin dərs kimi faydası olur. Ən azından özünə olmasa da başqalarına sənin peşmanlığının köməyi dəyir.
6. Sizin üçün ən uğurlu sərmayə nədir?
— Heç kimin çırpışdıra bilmədiyi, müsadirə olunmağı mümkün olunmayan bilik və hər hansı istedadı insan üçün ən uğurlu sərmayə hesab etmək olar. Xüsusilə normal vəziyyətdə bir neçə xarici dil bilmək zənginlik əlamətidir.
7. Neçə il tənha yaşaya bilərsiniz?
-Robinzon kimi heç vaxt. Daxilən isə bütün ömrüm boyu.
8. İtirəcəyinizi bildiyiniz halda, hansı riskə getməyə hazırsınız?
-İnamım azdırsa risk etməyi xoşlamıram.
9. İntihar etsəniz, səbəbi nə olar?
-İntihar sevgisizlikdən yaranır. Ürəyində Tanrıdan bəndəyədək sevgisi olan insan intihar etməz. Səbəb o sevginin qurtarması, bitməsi ola bilər.

  1. Cəsarət həqiqət üçündür, ya həqiqət cəsarət üçündür?
    -Daha çox cəsarət həqiqət üçündür. Cəsarətsiz həqiqət uçmağı bacarmayan ev quşuna – toyuğa bənzəyir. Doğrudur, həqiqətsiz cəsarət olmur, amma cəsarətsiz həqiqət də yazığlıq, anormallıqdır.
  2. Seçim qarşısında olsaydınız, nəyi seçərdiniz, həqiqət payı olmayan cəsarəti, ya cəsarət payı olmayan həqiqəti?
    -Həqiqət payı olmayan cəsarət abırsızlıqdı. Heç birini. Həqiqət varsa, mütləq cəsarət olmalıdı, əgər yoxdusa, onda sənin o həqiqətinin elə də gərəkli əhəmiyyəti yoxdur.

  3. İnsanlardan ayrılmağınızın səbəbi nədir?
    -Daxili aləmim. Özümü rahat hiss etdiyim, bölüşmək istəmədiyim öz dünyam.

  4. Bu ifadəni tamamlayın: Yaşım qədər…
    -Həyatdan doymamışam..

  5. Sizcə, sizin dostlarınız Sizin yerinizdə olmaq istəyirlərmi?
    -İnanmıram. Elə bir işartılı nəyim var ki, həsəd də aparsınlar

  6. İndiki gəncləri necə təsvir edərdiniz və onlara tövsiyəniz nə olardı?

— Həyasızlığı cəsarət saymayın, ətrafınızdakılara hörmət edin ki, onlar da sizi sevsinlər. Bir az təvözəkar olun.

«15 sual, 15 cavab» müsahibə layihəsi — Kamran Qasımov

  1. Oxşarlıqlar çoxdur, bəs fərqlillikləri nədə görürsünüz?
    Fərqliliklər insanın fərqli olmaq iddiasından irəli gəlir. Biz hər birimiz fərqlənməyə çalışırıq. Əslində fərqli olmaq anlayışı yoxdur. Kimsə axına qarşı gedə bilər. Bu o demək deyil ki, o fərqlidir.
  2. Zaman sizə tabedir, ya siz zamana tabesiniz?
    Biz zamana tabeyik birmənalı şəkildə. Zamandan kənar heç nə yoxdur.
  3. Sizin üçün uğur düsturunun elementləri nədən ibarətdir?
    Əgər biznesdən söhbət gedirsə, çox yatmamaq. Səhər erkən oyanmaq. Əgər şəxsi həyatdan söhbət gedirsə, bəxti əldən verməmək uğur düsturunun əsasıdır. Mənim üçün uğur düsturu anlayışı yoxdur. Ağıllı insan var. Ağıllı atılan addımlar uğura aparır.
  4. Sizcə təsadüflər zəruriyyətdən doğurmu?
    Təsadüflərə inanıram, zərurət isə təsadüflərin düşmənidir.
  5. Sonrakı peşmançılıqda fayda varmı?
    Yox, yoxdur. Birmənalı şəkildə. Sonrakı peşimançılıq faydasız yerə beynim yormaqdır.
  6. Sizin üçün ən uğurlu sərmayə nədir?
    Ağllı biznes qurmaq. Şəxsi həyatda isə ağıllı qadının yanında olmaq.
  7. Neçə il tənha yaşaya bilərsiniz?
    Bir neçə saat, bəlkə də bir gün. Çox yox.
  8. İtirəcəyinizi bildiyiniz halda, hansı riskə getməyə hazırsınız?
    Riskə gedəndə əlbəttə ki, itirəcəklərimizi təxmini bilirik. Amma mən həmişə gözləmə mövqeyində oluram. Bilirəm ki, səhv edirəm.
  9. İntihar etsəniz, səbəbi nə olar?
    İntihar edənlərə münasibətim sərtdir. Olmaz! Sadəcə olmaz!
  10. Cəsarət həqiqət üçündür, ya həqiqət cəsarət üçündür?
    Cəsarət həqiqət üçündür. Bir qayda olaraq. Həqiqət cəsarəti gətirirsə, o zaman cəsarət öz statusunu itirir. Qoy cəsarət həqiqəti üzə çıxarsın.
  11. Seçim qarşısında olsaydınız, nəyi seçərdiniz, həqiqət payı olmayan cəsarəti, ya cəsarət payı olmayan həqiqəti?
    Çətin sualdır. Hər halda hər halda heç birini. Çünki ikisi də natamamdır.
  12. İnsanlardan ayrılmağınızın səbəbi nədir?
    Riyakarlıq. Mən onu nədənsə tez hiss edirəm.
  13. Bu ifadəni tamamlayın: Yaşım qədər… təcrübəm var.
  14. Sizcə, sizin dostlarınız Sizin yerinizdə olmaq istəyirlərmi?
    Bilmirəm, bəlkə də həsəd aparanlar var, bəlkə də ümumiyyətlə mən onlar üçün yerində olmaq istədikləri deyiləm.
  15. İndiki gəncləri necə təsvir edərdiniz və onlara tövsiyəniz nə olardı?
    Hər kəs öz həyatını yaşayır. Məsləhət tövsiyə verməyi sevmirəm.

«15 sual, 15 cavab» müsahibə layihəsi -Aysel Fikrət

fb_img_154126665030928902143623437.jpg

  1. Oxşarlıqlar çoxdur, bəs fərqlillikləri nədə görürsünüz?

Hamı hər kəs fərqlidir əslində  Düşdüyümüz hadisələr oxşardır. Hallar oxşardır .

  1. Zaman sizə tabedir, ya siz zamana tabesiniz?
    Zamanın zamanla məndən nə qədər güclü olduğunu anladım. Əlimdən ən çox sevdiklərimi alanda. Qocalığımı hiss edəndə. Ona tabe olduğumu ardıyca düşüb gəldiyimi anladım. Yalnız Mən hərdən Zaman maşını icad edib, anları geri qaytara bilən adamam. O zaman Zaman mənə çox qəzəblənir. Xoşbəxtliyimi ayrı zamanlara ata bilir. Ümumiyyətlə, biz Zamanla ən sevimli düşmənik .
  2. Sizin üçün uğur düsturunun elementləri nədən ibarətdir?
    Uğurun düsturu yoxdur. Ya da varsa da mən bilmirəm. Yalnız özümü uğurlu insan hesab edirəm. Çünki uğursuzluqda baş çıxarıb çıxış yolu tapmaq özü böyük uğurdur .
  3. Sizcə təsadüflər zəruriyyətdən doğurmu?
    Təsadüfən mən təkcə dünyaya gəldiyimi düşünürəm. Evdə gecikmiş övladam. Məni heç həsrətlə gözləməyiblər. Və bu təsadüf həyatımda tək təsadüfdür .
  4. Sonrakı peşmançılıqda fayda varmı?
    Yaxşısı peşman olmamaqdır .
  5. Sizin üçün ən uğurlu sərmayə nədir?
    Mənim üçün ən uğurlu sərmayə gözəl övladların olmağıdır .Onların gələcəyini düşünmək, gözəl təhsil almaqları üçün çalışmaqdır. Evdə ağıllı uşaq böyütmək ən uğurlu sərmayədir .
  6. Neçə il tənha yaşaya bilərsiniz?
    Qayğısını çəkməli olduğum bu qədər insan olmasına baxmayaraq ömür boyu tənha yaşaya bilərəm. Buna yetərincə gücüm var.
  7. İtirəcəyinizi bildiyiniz halda, hansı riskə getməyə hazırsınız?
    Bu yalnız ən çox sevdiyim insana görə ola bilər. Düşünürəm, sonunda itki də olsa riskdən qorxmuram.
  8. İntihar etsəniz, səbəbi nə olar?
    Bezmək. Tükənmək.
  9. Cəsarət həqiqət üçündür, ya həqiqət cəsarət üçündür?

İndiki dövrdə həqiqəti demək elə ən böyük cəsarətdir.

  1. Seçim qarşısında olsaydınız, nəyi seçərdiniz, həqiqət payı olmayan cəsarəti, ya cəsarət payı olmayan həqiqəti?
    Bütün hallarda Həqiqəti.
  2. İnsanlardan ayrılmağınızın səbəbi nədir?
    O yerdəki inamsızlıq duyuram, həmin yerdən ayrılıram. Düşünürəm ki, artıq şübhə girmiş bir birliyinin davamının mənası yoxdur.
  3. Bu ifadəni tamamlayın: Yaşım qədər… Qorxum var .
  4. Sizcə, sizin dostlarınız Sizin yerinizdə olmaq istəyirlərmi?
    Bilmirəm, yanımda olaydılar, mənə yetirdi. Yalnız onu belə bacarmayanlar olur .
  5. İndiki gəncləri necə təsvir edərdiniz və onlara tövsiyəniz nə olardı?
    Bütünlüklə insanlara azadlıq arzu edirəmş. Gənclərə də daxili azadlıqlarını heç kimə və heç nəyə qurban verməsinlər. Hər günü hər anı doya — doya yaşamağı bacarsınlar . Bu qədər.

 

%d такие блоггеры, как: