MİLLİLƏŞMİŞ DEMOKRATİYA – ÖZƏL DEMOKRATİYA PAYI 05/10/2006

O – DEMOKRATİYA — gənc nəslin gənc olmayan sözü, arzusunda olduğumuz azadlığın – sərbəstliyin rəmzi, zaman və məkanın mövcudluğuna baxmayaraq hər bir kəsin açıq və gizli mübarizəsinin söz — əməl silahı, o insanların təsiri ilə yalan və doğrunun, gerçək həyat və xəyalın astanasında durmağı bacaran gözəgörünməz varlıqdır.

Cəmiyyət və onun ayrı – ayrı üzvləri tərəfindən yanlış olaraq ictimai bazarda əmtəə (mal və xidmət) kimi alınıb – satılmağa alışan bir vaxtlar bizim düşüncələrimizdə uydurma – mənasız bir varlıq və hərif – söz birləşməsi ordusu olsa da, insanlar şəxsi maraqları mənəvi aləmimizdən ayıraraq demokratiyanın digər tərəflərini də görməyə və ona hərtərəfli yanaşmağa başladı. O alınıb – satıldıqca, mənəviyyat insanlardan daha çox uzaqlaşırdı. Demokratiya isə daha çox mənəvi varlıq olsa da, sonra yaşamaq və unudulmamaq, diqqət mərkəzində qalmaq üçün maddiləşərək şəxsi maraqların üstün olduğu zamanla ayaqlaşmağa məcbur oldu. O daha insanların bütün mübarizələrində iştirak etdi, onların baş sərkərdəsi olub irəlidə oldu, seçildi. İnsanlar onun hesabına öz məqsədlərinə gerçək həyatda çatdıqlarını anlayanda onu daha qonaq saymadılar, özəlləşdirdilər, səsvermə yolu ilə ailələrinə üzv etdilər. Daha sonra qanunlar yazıldı, hər qanun yazılanda o unudulmadı, hər hadisənin önündə, əsasında və sonunda dayandı, insanlar yaşadıqca, o da yaşadı. İnsan, ilk növbədə, şəxsi maraqlarını nəzərə alıb bir vaxt yazdıqları qanunların bəzi maddələrini bəyənməyib onlarda dəyişikliklər etdilər, nəyisə pozdular, nəyisə yazdılar, pozulmaz yalnız demokratiya oldu!

İlk vaxtlar demokratiya insanların şüurunda mənfi bir anlayış idi, ona can atanları cəzalandırırdılar. Zaman ötdükcə, insan öz fikirlərində və baxışlarında dəyişikliklər etdi, demokratiyanın da mənası dəyişdi, inkişaf edən bəşər övladlarının ona marağı artdı. O artıq insanlar tərəfindən daha çox tələb olunan bir anlayışa, daha sonra isə təsirini öz üzərilərində hiss etmək imkanı olduqda, canlıya çevrildi. O yaşadı, bizim düşüncələrimizdə yaşadıqca, düşüncələrimizi yaşatdı.

İlk öncə o xeyirxah insanların xeyirxah işlərinə yaradı, mənəvi dəyərlərə xidmət etdi, onu yaradanlara yardım əlini uzatdı, yaşayaraq yaratdı. Sonra insanlar darıxmağa başladı, onu  maraq naminə əks – pis niyyətli insanlara ötürdülər. Onun adından istifadə edən pis insanlar nə qorxu, nə günahlarına və törətdikləri cinayətlərə görə məhkum ediləcəkləri əbədi əzab – cəza önündə dayandılar. O əvvəlki kimi xeyirxah işləri, mənəvi dəyərlərə xidmət etməsi, onu yaradanlara yardım əlini uzatması, yaşayaraq yaratmağı yaşatmağı ilə deyil, pislikləri, qurduğu tələləri və bu tələyə düşənlərin çoxluğu, dağıdıcı qüvvəsi və dağıtdığı obyektlərin sayı ilə öyündü, daha insanlar darıxmağa vaxt tapmadılar, çünki hər kəs daha özünü düşünməyə və yalnız özünü xilas etməyə can atırdı. Birlikdə olan insanlar birlikdə olduğu birliyi yararsız və mənasız hesab etdi, onu fəaliyyətsizlikdə ittiham etdi, o birlik dağıdıldı və fərdiçilik prinsipi kənardan zahirən VAHİD görsənən CƏMİYYƏTİn əsasına çevrildi.

Yenə zaman keçdi, VAHİD CƏMİYYƏT parçalandı, cəmiyyəti parçalayan fərqli cəmiyyət üzvləri hərəsi özünə uyğun ölçüdə müəyyən zaman və məkan daxilində, müəyyən qanunlara əməl etməklə, öz demokratiyasını yaratdı, yaşatdı. Demokratiya yenə də ölmədi. İnsanlar olduqca, bu dünyada tək bir kəs qalanadək demokratiya yaşamağa məhkum olundu. Demokratiya gecə — gündüzü tanımadan, istirahət etmədən yaşadı, demokratiyanı yaşadan liderlərin fikir və sözləri ilə qidalandı. Hər dəfə eyni söz – eyni qida onu bezdirsə də, əlacsız idi, o öncə milliləşdi, sonra özəlləşmə prosesindən keçərək insanların malik olduğu özəlləşdirmə payları vasitəsilə hərracdan alındı, ona sərmayələr qoyuldu, ona böyük ümidlər yaşadıldı. Daha o böyük biznes adamlarının böyük bazarlarında alınıb – satılmağa başladı, onun əhəmiyyəti artdı, o böyüdü, zirvəyə qalxan lideri hesabına o da zirvələrə qalxdı, çirkli oyunlar zamanı lideri ilə bərabər uçuruma yuvarlandı. İnsanlar arasında mübarizə gərginləşdi, demokratiyanın təbiəti dəyişikliyə uğradı, siması ikiləşdi. İnsanlar qruplaşmalar yaratdıqca, bu cəmiyyətə xidmət edən demokratiya, kimyəvi – bioloji, psixoloji və digər kütləvi qırğın silahlarına və siyasi – iqtisadi sanksiyalara əl atıb onun yaşadığı cəmiyyətin düşmənlərinə qarşı istifadə edildikdə, demokratiyanın təbiətən əsasında duran təbii – ilkin mənası, xidmət istiqaməti və məqsədi dəyişdi, o daha əvvəlki kimi gözəl və təbii olmadı, o gündən – günə insanların ölümünə səbəb olaraq həyatla deyil, ölümlə əlbir oldu, çirkinləşdi, süniləşdi, bir vaxtlar onun bir parçası olan VAHİD CƏMİYYƏTİN VAHİD DEMOKRATİYASININ tərkib hissəsi və övladlarına qarşı əsas silaha çevrilərək artıq yaşamağa və yaratmağa deyil, öldürməyə və dağıtmağa xidmət etdi.

Müəyyən vaxt keçdi, bunu izləyən və onu yaradanları yaradan qüvvə baş verənlərin qarşısını almaq niyyəti ilə onu yaradanları – insanların yaşadıqları və qədrini bilməyib təbii təbiətini süniləşdirdiyi dünyanı dağıtdı, onu yaradanları məhv etdi, insanların ruhları daha müqavimət göstərməyə və mübarizə aparmağa qadir olmadıqları üçün demokratiyanı da unutdular və daha onu yaşada bilmədilər. Beləliklə, öz təməl prinsip və məqsədlərini sahibləri ilə bərabər unudan demokratiya da unuduldu və həyatına son qoydu. O nə dünən, nə bu gün, nə də sabahda, nə əvvəlki və indiki məkanda yaşadıldı.

Hər başlanğıcın önündə bir sonun, hər həyatın önündə bir ölümün dayandığını anlayaraq öncədən öz demokratik dünyanızı qoruyun!

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: