Həyat və ölüm

Bu yazını Aytac kimi övladlarımızı qurban edən, sənin qismində bütün özünü etdiyi zorakılıq, söydüyü söyüş və olmayan kişi qüruru, yanaşması və düşüncəsi, mənəviyyatına malik olan, özünü «səviyyəli» sayan bütün «kişi dağarcıqları»na həsr edirəm. Ruhun şad olsun, Aytac…Yerin behiştlik olsun, Aytac!
1. Biz elə bir cəmiyyətdə yaşayırıq ki, zorakılıq hallarının sayı çoxalır, ailə daxili şiddət, insan alqı-satqısı, narkomaniya hallarının, alkoqol içki aludəçilərinin sayı artır, bu hallar adiləşir, bəziləri özlərini «krutoy» bilib dərəbəylikdə yaşadığını zənn edir. Elə bilir ki, bir insana əl qaldırmaq, ona söyüş söymək, ona qarşı zorakılıq tətbiq etmək və ya onun həyatını əlindən almaq «qəhrəmanlıq»dır. Tüpürüm bu cür qəhrəmanlığınıza.
2. Biz elə bir cəmiyyətdə yaşayırıq ki, belə neqativ halların çox olduğu cəmiyyət həmrəy olub, bu halları yaradan, günahkar şəxslərə qarşı mübarizə aparmır. Günahı döyüləndə, söyüləndə və öldürüləndə görür, şərlər, böhtanlar atılır…Budur, vicdan, budur ədalət?!Tüpürüm belə ədalətə də, vicdana da…
3. Biz elə bir cəmiyyətdə yaşayırıq ki, başqasının başına gələn bədbəxt hadisəyə, yasına, itkisinə, acısına şərik çıxmırıq, əksinə sevinirik, gülürük, ta o vaxtadək ki, bu xoşagəlməz hadisə bizi gəlib tapa…Başınıza gəlməsə, nə bilərsiniz, itki nədir, acı nədir, göz yaşı nədir?!
4.Biz elə bir cəmiyyətdə yaşayırıq ki, başqa ölkələrdə belə neqativ hallar olanda, hər dəfə belə xəbərləri oxuyanda, başqa ölkələrinin dəstək aksiyalarına qoşulub özümüzü göstəririk, içimizdəkiləri ört-basdır edirik, yamayırıq, bəzək-düzək verib gülünc günə qoyuruq, özümüzdə (ölkə daxilində) bu cür neqativ hallarla bağlı belə xəbərləri ya oxumuruq, ya yan keçirik, bu qədər biz soyuqqanlı olmuşuq, məgər bu qədər maska taxmaqdan həqiqi insanlığımızı, insani simamızı, rola girib oynamaqdan insani keyfiyyətlərimizi, kimliyimizi itirmişik?!Hərəyə bir ləqəb qoyub alçaldırıq, belinə bir vedrə bağlayırıq, qulp qoyuruq pozitiv nəsə edənlərə, mübarizə aparanlara və dəstək olanlara?
5.Biz elə bir cəmiyyətdə yaşayırıq ki, ayna önünə keçəndə artıq öz simamızı görə bilmirik, görmək istəmirik, çünki əsl simamızı görsək, nə qədər eybəcərləşdiyimizi görərik, əsl simamızı bəlkə də çoxdan itirmişik!
6.Biz elə bir cəmiyyətdə yaşayırıq ki, ən azı 3, ən çoxu 7 gün dolaşacaq mediada bu məlumat, sonra unudulub gedəcək yenisi baş verənədək… Bizsə, bunu qürura, mentalitetə və daha nəyəsə bağlayıb, üstündən ötəri keçəcəyik…
Ürəyim ağrıyır, əllərim titrəyir, ağlayıram… Çünki sən nə birincisən, sən nə sonuncusan…
Allah rəhmət eləsin, Aytac!

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

2 комментария на “Həyat və ölüm

  1. ALLAH rəhmət eləsin…ağır dərddir. Çox təəssüflər olsun ki, bu cür hadisələrin yaranmasına, baş verməsinə səbəb olan amillərə çoxumuz göz yumuruq. Hadisə baş verir, öldürən çoxluq nisbətində qınaq obyekti olur, hamı lənətləyir. Ölənə yazığımız gəlir, bəzi «ağzıgöyçəklər» ardınca min bir söz də qoşur, olmayan şeyləri də uydururlar. Amma problemin kökünü görən yoxdur…
    Məmməd Araz demişkən:
    Məndən ötdü, qardaşıma dəydi…

    Нравится

Комментарии запрещены.

%d такие блоггеры, как: