Fanatiklər… 18.05.2015.

Fanatik insanları heç qəbul edə və anlaya bilmirəm… Hər mövzunun ən pik nöqtəsinə çatdığını zənn edib, özünü ideal sayan fanatiklərin məntiq, fəlsəfə və dünyagörüşü və əxlaq mövzusundan çox uzaq olduqlarının fərqində deyillər. Korlar, lallar, kallar onlardan yüz qat üstündülər mənim üçün. Onlar heç olmazsa, özləri kimidirlər…Fanatik deyillər, təbiidirlər…
1. Dini fanatik olub, hər özünü dindar bilənlərin dini məsləhətlər verməsi və dini mövzuları müzakirə etməsini, ərəb dilini bilməyib, Qurani-Kərimi əslindən oxumayan və oxumağı bacarmayan, min cürə təhrif olunan və səhv tərcümə edilən kitabları, hədisləri oxuyan molla və dindarlarımızı qəbul etmirəm… Elələri qadağa qoyanda, dindən danışanda, həm gülürəm, həm də ki, anlayıram…
2. Müasirliyin fanatiklərini də anlamıram, soykökünü, kimliyini unudan, manqurtlaşan, özünə yadlaşan düşüncə tərzlərini də anlamıram… Kimliyini bilməyən, dilini, dinini və kimliyini aşağılayan insanların tərbiyəedici və tənqidedici fikirlərini qəbul etmirəm…
3. Yazılmayan qanunların, ictimai rəyin, mentalitetin əsarəti altında yaşayan və dar düşüncəli, nadan insanları da anlaya bilmirəm…Səviyyələri düşdükcə, düşür, sıfır həddini aşıb mənfi rəqəmlərə keçir…
4. Tanınmış sima, telekanal, serial və filmlərin fanatiklərini də anlamıram, real həyatı bir kənarda qoyub romantika və təxəyyüllə yaşayıb sonra məyus olanlar buna görə başqalarını da günahkar bilməkdən çəkinmirlər…
5. Reytinq fanatiklərini, məşhurluğun arxasına düşən və ulduz xəstəliyinə yoluxan, əsl simasını itirən fanatikləri də qəbul etmirəm….
6. Siyasətdən, iqtisadiyyatdan, diplomatiyadan və ölkənin qanunlarından başı çıxmayan və onlarla tanış olmayan şəxslərin özlərini haqlı çıxartmaları və qalibiyyətin fanatiki olmaları kənardan çox gülünc gəlir…
7. Mənəviyyat, əxlaq dərsi keçən və özünün bundan anlayışı olmayan və gecə-gündüz özünü öyən və özünün fanatına çevrilən Eqo fanatiklərini də anlaya bilmirəm…Eqoizm yaxşıdır, əsl mənasını bilirsənsə, insan özündən başlamalı və sonra ictimailəşməlidir…Biz də özünü görməyən və tanımayan hər kəs ictimailəşmək istəyir və ictimailəşir.
8. Təbiəti və təbiiliyi süniliklə əvəz edən və bununla fəxr edən insanların da sünilik xəstəliyinə tutulması və süniliyin fanatikinə çevrilməsini də anlaya bilmirəm…
9. Doğrunu bir kənara atıb yalan, şər -böhtan, qalmaqal axtaran və başqalarına öz kriteriyaları ilə qiymət verən fanatikləri də anlamıram…
10. Özündəki, öz ailəsindəki nöqsanları görməyib özgələrdə axtaran və tapdığını iddia edən çoxbilmiş fanatiklərin də, dəyəri yoxdur mənim üçün…
Fanatizm avamlıqdan, nadanlıqdan, bekarçılıqdan, dünyagörüşünün olmamasından, asılı, kölə ruhlu olmaqdan, zəiflikdən, iradəsizlikdən və ağılsızlıqdan yaranır, nə dini, nə siyasi, nə də mental, ictimaiyyət üçün yaşayan fanatikləri qəbul edirəm!
Fanatiksinizsə, ölkəmizin yazılmış qanunlarının, Vətən, Ailə sevgisinin, pozitiv baxış, həyatın, təbiiliyin fanatiki olun və öz fikirlərinizi başqalarına sırımayın!Hər kəsin öz düşüncəsi, səviyyəsi var! Bəlkə də, xoşbəxt insanlardan biriyəm ki, asılı və kölə ruhum yoxdur və öz həyatımı özüm üçün yaşayıram, öz qərarlarımı özüm verirəm!
Axirət günü Allah qarşısında hər kəs öz savab və günahlarına görə məsuliyyət daşıyıb cavab verəcəkdir, başqalarının dərdini çəkməkdənsə, öz dərdinizə qalın!

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

Одно мнение о "Fanatiklər… 18.05.2015."

  1. 1. Dini fanatik olub, hər özünü dindar bilənlərin dini məsləhətlər verməsi və dini mövzuları müzakirə etməsini, ərəb dilini bilməyib, Qurani-Kərimi əslindən oxumayan və oxumağı bacarmayan, min cürə təhrif olunan və səhv tərcümə edilən kitabları, hədisləri oxuyan molla və dindarlarımızı qəbul etmirəm… Elələri qadağa qoyanda, dindən danışanda, həm gülürəm, həm də ki, anlayıram…

    Sizinlə tamamilə razıyam.

    Нравится

Комментарии запрещены.

%d такие блоггеры, как: