Görməmişlər silsiləsi….18.05.2015

Əslində, hər birimizin içində bir görməmiş yaşayır.
Hər şeydən kiçik dövlətimiz olan dövlət içində dövlət olan ailədən başlayır…
Çünki qadağalar, məhdudiyyətlər, sərt mental tələblər, haqlı və haqsız ictimai rəy və qınaqlar, yazılmamış və şifahi qanunlar üçün yaşayan şərqliinsanlar elə doğulandan görməmiş olmağa öyrədilir.
1. Qonaqpərvərliyimizin maskası altında, hər şeyin ən yaxşısı qonaq üçündür deyib, qonaq gələrkən ən bahalı şirniyyat, konfetləri almağımız, ən dadlı yeməkləri bişirməyimiz, ən bahalı geyim alıb geyinməyimiz, qonaq gedərkən, «əliboş qonaq getmək ayıbdı» qanunu ilə mağazaya gedib qonaq gedəcəyimiz ailənin hər üzvü üçün nəsə almağımız belə görməmişlikdəndir. Niyə axi öz ailəmizin üzvləri üçün, adi günlərimizdə özümüz üçün etmirik bunları?Beləliklə, uşaqlarımızı görməmiş böyüdürük…
2. Görməmişlikdən yeni nə varsa, yeni nə dəbə düşürsə, yaraşmasa da alıb geyinməyimiz, plastik əməliyyatlar edib təbii gözəlliyimizi süni gözəlliklə əvəz etməyimiz də, görməmişlikdəndir…Vaxtında, uşaqlarımızı ələ salmamağı, insanlara zahiri görkəm və geyiminə görə deyil, xarakter, mənəviyyat və ağlına görə qiymət verməyi və onun zahiri görkəmindəki «yekə qulaq», «əyri burun», «mırıx diş» damğaları vurmayıb, özümüzə güzgüdə baxıb çatışmazlıqlarımızı öyrətsəydilər, bəlkə də, belə onlar böyüyüb kompleksli insanlar olmazdılar, ona verilənlərlə qane olardılar…
3. Görməmişlikdən bayramları sadəcə bir göstərici, görünüş xətrinə edirik, təşkil edirik bayramı, sonra isə başını boş buraxırıq, gül görməmişləri bazar çantaları, setkaları ilə gəlib bayram günü belə gülləri daşıyıb aparır, ekspozisiyaları kor qoyur, dərir, yerə atır, yeri zibilləyir, növbə mədəniyyətini, ictimai yerdə özünü aparmağı bacarmayan şəxslərə də «feys kontrol» prinsipini tətbiq etmək lazımdır…
4. Görməmişlikdən, özümüzün edə bilmədiyini başqası edəndə, onu elə tənqid edirik ki, yazıq həmin adam yaxşı əməl etməsindən utanır, deyir «bəlkə, etdiyimin savabı günahından çoxdur?!»…
5. Görməmişlikdən, avamlıqdan, nadanlıqdan kitab oxuyanlara, dünya görüşü olanlara «beyni qıcqırıb» kimi atmacalar atıb ələ salırıq, öz səviyyəsi olmayanlar başqalarının səviyyəsini də, özündə olmayan səviyyə ilə ölçür, edir sıfır….
6. Görməmişlikdən, yas və toylarda, qızıl -gümüş bəhsinə, lazer epilyasıyası, makiyaj, saçdüzümü acıqverməsinə, müsabiqəsinə başlayırıq…Sadə və təbii görünənə pis baxırıq…
7. Görməmişlikdən kimin, harda, nə yeməsini, necə yaşamasını, yatmasını, gəzməsini belə idarə etmək istəyirik, özümüz məhdudiyyət və qadağalar içində yaşadığımızdan, əslində azad ruha malik olmaq istəyib, bu ruha malik olmamağımızdan başlayırıq qısqanmağa, paxıllamağa, hər pozitivi neqativ eləməyə və güclü, iradəli, səviyyəli, ağıllı, mübariz, əxlaqlı insanları da öz səviyyəmizə endirməyə çalışırıq…
8. Görməmişlikdən ölkəyə yeni gətirilən nəyisə almağa və cibimizə ciddi zərər verəcək, gəlirlərimizi üstələyəcək xərcləri etməyə, bəhsəbəsdir bizdə…Onda var, məndə niyə olmasın…
9. Görməmişlikdən, başqalarının maaşını, gəlirlərini, xərclərini hesablayırıq, görəsən, bu bahalı maşını, evi, telefonu hansı pulla alıb, bahalı yerlədə, səyahətləri hansı pulla edir?!Belə getsə hamımız mühasib olacağıq. Halal pul və ağlı, biliyi ilə qazananda isə bir nöqsan axtarırıq, bəlkə kənar gəlir mənbəyi var?!Nəyim ondan əskikdir, mən niyə bunu edə bilmirəm, ala bilmirəm, bu qədər işləyirəm?!İşləməklə deyil, can atmaq, yüksəlməyi və seçilməyi istəmək və buna çalışmaq, öz üzərində işləmək, inkişaf etmək, yerində saymamaq lazımdır, onu-bunu güdmək, ona-buna söz atmaq, qulp qoymaqdansa, onu-bunu müzakirə etməkdənsə, vaxtını özünə, ailənə, işinə ayır…
Ardı var..

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: