Bu günümüz də belə keçəcək…19.05.2015

Səhər işə gələndə pozitiv olmağa və ruh yüksəkliyini saxlayıb günü uğurla başa çatdırmağa çalışırsan…Amma alınmır….
Bu gün daha bir faciə baş verdi, 4 nəfəri itirdiyimiz və neçə nəfəri yaraladığımız, 50yə yaxın ailəni evsiz qoyduğumuz, bir qisim insanın kimyəvi və zəhərli tüstüdən zəhərlədiyimiz, yanıqları bəxş etdiyimiz yaşayış binasının sakinləri üzərinə çəkilən keyfiyyətsiz, tezalışan üzlüklərə nifrət etməsin, nə etsin?!
Bəlkə də bir qisim orada kirayə qalırdı, bəlkə də bir qismi kreditlə almışdı o evi, onlara kompensasiyanı kim verəcək?Nəzərə alsaq ki, bizdə əmlak sığortası güclü inkişaf etməyib və ümumiyyətlə, nə icbari, nə də könüllü sığorta etdirənlər var, sığortaçılara etibar edənlərin sayı azdır, bu cür hadisələrdən və faciələrdən həmvətənlərim ancaq itki ilə çıxacaqdır, həm insan, həm də əmlak itkisi ilə…
Görəsən, daha neçə belə bina yanmalıdır ki, binaların bu cür estetik təmir prosesinə son qoyulsun, gözəllik vurğunu olanlar heç məsuliyyət hissi ilə tanışdırmı, vicdan əzabı çəkirmi?
Görəsən, daha kimləri günankar bilib və günahlarımızı ört-basdır etmək üçün top kimi ötürəcəyik, pası verəcəyik başqasına, özümüz isə günahsız kimi kənarda durub baxacağıq!
Görəsən, daha neçə insan yanmalıdır ki, neçə insan əzab çəkməlidir, xəstəxanaya düşməlidir ki, nəhayət bu cür keyfiyyətsiz tikinti materiallarının ölkəyə idxal olunmasının qarşısını alaq?!
Nahar vaxtıdır, yemək istəmirəm, çünki 4 nəfər ölən, neçə yaralanan və evsiz qalan həmvətənlilərim var, yasdayam və göz yaşlarımı güclə saxlayıram…
Daha neçə günümüz, ayımız bu cür faciələrlə keçəcək?!
Başımız sağ olsun, Allahdan səbr və rəhmət diləyirəm hər birimizə…

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

Одно мнение о "Bu günümüz də belə keçəcək…19.05.2015"

Комментарии запрещены.

%d такие блоггеры, как: