Bizim bəzi sahibkarlar və sahibkarlıq fəaliyyətimiz… 20.05.2015.

(Bu yazımı bəzi sahibkarlarımız və onların fəaliyyətindən zərər çəkmiş və zərər çəkə biləcək həmvətənlərimə ithaf edirəm…) Maarifləndirmək üçün yazılan bu yazını paylaşın…
Mən nə müxalifəm, nə də iqtidar, mən bir insanam və vətəndaşam.
İlk növbədə,bu faciə zamanı itkilərin qarşısını alan polis, yanğınsöndürən və kənarda qalmaqla, kifayətlənməyən və bacardığı köməkliyi göstərən, insan həyatlarını xilas edən, öz həyatlarını təhlükəyə atan hər bir şəxsə, vətəndaşa, həmyerlilərimə öz dərin minnətdarlığımı bildirirəm. Xüsusi minnətdarlığımı həm də, yanğından canlarını xilas etmiş və canları xilas edilmiş insanlara maddi və mənəvi dəstək verən, qan verən, xəstəxanaya gələn, yanmış binaya gələn hər kəsə, həmrəy olanlara, biganə qalmayanlara, geyim, ərzaq, oyuncaq və s. gətirənlərə, bu işi təşkil edənlərə, dərdimizəı şərik çıxıb başsağlığı verənlərə də bildirmək istəyirəm. Əsl insan dar gündə yanında olan insanlardır.
Hələ də şəkil və videolara baxıram, kövrəlib ağlayıram, həqiqətən də, insan nə qədər güclü, iradəli, mübariz və dözümlü, özünü idarə etməyi bacaran və sakit təbiətli olsa da, bəzi olay və məqamlarda bu insana məxsus keyfiyyətlər kömək etmir…
Özünü insan sayan və milliyyət, din, dil, irq, cinsindən asılı olmayaraq, bu gündə yanımızda olan hər kəs, həmrəy olan hər kəs Allah önündə savab işinə görə mükafatlanacaq, günahkar olan şəxslər, cəhənnəm odunda yanacaq, ruhları rahatlıq tapmayacaq…İnsan kimi insan olmaq hər insanın işi deyil…
Bu yazıya görə çox adam məni qınaya bilər… Susdurmaq istəyə bilər… Amma bilməyənləri maarifləndirmək lazımdır. Mənim işim yoxdur, nə iqtidarla, nə müxalifətlə, nə siyasətlə, nə dindarlarla, nə vəzifədə olan məmurlarla…
1. İlkin mərhələ:
Bir qisim sahibkarlar real mənfəət və gəlirlərini gizlətmək, vergilərdən yayınmaq və məsuliyyətdən qaçmaq üçün şirkətlərini off-shore zonalarda qeydiyyatdan keçmiş təsisçiyə malik MMC və nizamnamə kapitalı 10 manat olmaqla, şirkət açıb onu vergidə qeydiyyatdan keçirirlər… Törəmə şirkət olaraq, istənilən vaxt nümayəndəliyini bağlayıb ölkədən qaçmaq və pulu çıxartmaq daha asandır deyə…
Sığorta və bankların bir qismi ilə əlbir olub iri məbləğdə kredit götürürlər, banklar bunu problemli (ümidsiz) kredit kimi ayırdığı məqsədli ehtiyatların hesabına silir…
Dost, tanış, güclü arxa, oleqarxlarla yaxın münasibətləri vasitəsilə özlərini pr və reklam edirlər, müştəri bazasını yığırlar, bu yolla tenderdə iştirak etmək imkanını əldə edirlər…
Bir qisim sahibkarlar işçiləri ilə əmək müqaviləsi bağlamır, işçinin hesabına xərclərini azaldır, vergidən yayınır və həmin işçinin gələcək təqaüdçü kimi sosial və vətəndaş hüquqlarını pozur, əmək və vergi qanunvericiliyini pozur, texniki və əmək təhlükəsizliyi qaydalarına, İSO və digər beynəlxalq və milli standart və tələblərə riayət etmir… Ən pis halda, yoxlama zamanı cərimələnir, cəriməni ödəyir və yenidən fəaliyyətini davam etdirir…
Ağıllı və ehtiyatlı sahibkarlar isə vergi nəzarətçisi və əmək müfəttişliyinin növbəli və ya növbədənkənar yoxlamalarından ehtiyat edib, işçiləri ilə xidmət və ya vasitəçi müqaviləsi bağlayır, onları rüblük 4% ödəyəcəyi sadələşdirilmiş VÖEN üzrə qeydiyyatdan keçirir, rüblük sosial müavinətlərin məbləğini azaldır, yenə də xərclərinə və işçi heyətinə qənaət edir… Nəzərə alsaq ki, savadlı və peşəkar kadrlar aşağı əmək haqqı məbləğinə işləməyə razı deyillər, işə götürülən qeyri-peşəkar və savadsız kadrlar olur… Nəzərə alsaq ki, işəgötürən sahibkarlarımız xərclərinə hər cürə qənaət etməyi öyrəniblər, yeni və öncədən işləyən işçilərini təlimdən keçirmək və ya kursa, seminara göndərmək kimi niyyətinə malik olmur və işçilərinə və biliklərinə, peşəkar formalaşmalarına sərmayə qoymur…
Tanışlıq və tapşırılma, pul ilə, xüsusi hörmət və lazımı əlaqələr yolu ilə pul ədən sahibkarlarımız həmin yolla da cəzadan, məsuliyyətdən qaçır, müştərilərinə məhsul satır və xidmət göstərir…
Əslində, hər bir şəxsin şirkətin maliyyə hesabatları, kənar audit rəyi hesabatı ilə tanış olmaq hüququ var… Müqaviləyə imza atmamışdan öncə hüquqşünas və ya maliyyəçi ilə, bu sahənin peşəkarı ilə məsləhətləşmək, müqaviləyə əlavə və dəyişikliklər etmək hüququ vardır…
2. Tender və ya müsabiqələrimiz, banklar, sığortaçılarla əməkdaşlıq:
Yenə də dədə-baba qaydası ilə həmin şirkət sahibləri və ya sahibkarlar tanış, dost və s. öz satdığı məhsul və göstərdiyi xidmət barədə ümumi və qısaca məlumat verir, xahiş edir ki, müəvafiq sahə üzrə tender olsa, onların iştirakı təmin edilsin… Tender üçün müvafiq və əlverişli, uğurlu «Layihə» və «biznes plan» yazılır… Həmin biznes plan həm tender iştirakçılarına, həm də banklara, sığorta şirkətlərinə təqdim edilir…»Otkat və ya hörmət» adı ilə tenderin, layihə və ya müsabiqənin qalibi olur və onun təqdim etdiyi sənədlər yoxlanılmadan qəbul edilir, qarşılıqlı müqavilə imzalanır və iş və ya xidmət görülür, məhsul satılır… Bu iqtisadiyyatın bütün sahələri üzrə belə olur…İstər tikinti, istər səhiyyə, istər geyim, istər yeyinti-qida sənayesi üzrə… «Zibili» çıxmayanadək, «qəza» və ya «nöqsan» halları, «qanunpozuntusu» faktları aşkar edilməyənədək və mediada əks edilməyənədək, hər bir tərəf və iştirakçı bu vəziyyətdən razı qalır, gəlirlər artır, xərclərə və zamana qənaət edilir, qarşılıqlı «otkat» hesabına hər iki tərəfin cibi dolmuş, dili susmuş, lal, qulağı eşitməz, kar, gözü görməz, kor olur… Əziyyət çəkən isə bizlər oluruq… Tender qalibi olaraq, pulu öncədən hesablayır və qanundakı boşluqlardan sui istifadə edir… Tender qalibi şişirdilmiş maliyyə planı və büdcə tərtib edir, çatışmazlıqları isə gizlədir… Başı çıxmayanlar, qeyri-peşəkarlar isə, altı təzək, üstü bəzək və gözəl, perspektivli görsənən və iri gəlirlər vəd verən, az xərc tələb edən layihə, sənəd və işlərə doğru addım atıb özlərini tələyə salırlar…
3. Risklər:
Həyatda yaşamaq da riskdir… Riskləri öncədən görmək və azaltmaq olar… Əgər istəsək…
Risklərin azaldılması üçün onları bölüşdürə, sığortalaya, onlardan qaça bilərik…
Risklərdə insan amili və texniki amil önəmli amildir… Amma fors-major hallar da ola bilər…
Bankın riski maliyyə riski olan kredit və likvidlik riskində olur, girov obyektini sığortalamamaq və ya kredit götürənin həyat və ya məsuliyyətinin icbari sığortalanmasını tələb etmədən iri məbləğdə kredit verməsi və daha sonra artan rəqəmli problemli kredit portfeli problemi və şişən məqsədli ehtiyatlar, silinən ümidsiz borclar olur…
Sığorta şirkətlərinin itkiləri isə maliyyə saxtakarlığı, sənəd saxtakarlığı, onsuz da az müştəri olmasından əziyyət çəkməsinə görə istənilən yolla müştəri cəlb etmə metodlarının nəticələri olur…
Bu risklərin ən pisini biz vətəndaşlar öz üzərimizdə yaşayırıq, çünki bu risklərdən bizi qoruyan az adam var…
Biz insanlar həmin şirkətlərin işçiləri oluruq, şirkət bağlanır, müflis olur, kadr ixtisarlarını edir, əmək haqqlarını azaldır, işdən çıxarır, susuruq, qannun pozuntularına göz yumuruq, əlbir və iştirakçı oluruq, qorxuruq… Şikayət etmirik onlardan… Şikayət edin, birbaşa Prezidentə…
Biz insanlar sonra həmin keyfiyyətsiz məhsulların istehlakçısı və istifadəçisi olub həyat və sağlamlığınıza təhlükə hallarını yaradırıq… Susuruq…
Haqqlarımızı bilmirik, bilmək də istəmirik…
Bu gün keyfiyyətsiz tikinti məhsulunun qurbanı olduq, sabah keyfiyyətsiz dərman, qidadan zəhərlənib öləcəyik… Başqa bir gün keyfiyyətsiz avtomobil təmiri və ya ehtiyat hissəsinə görə qəzaya düşəcəyik, digər bir gün isə başqa bir səbəbdən qurban, həlak olacağıq, susacağıq!
Qanunları oxuyun, hüquqlarınızı bilin, bilməyəndə isə peşəkarlarla məsləhətləşin!
Maariflənməkdən, tənqid etməkdən qorxmayın…
Ardı var…

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: