İndiki bəzi qızlar …. 19.06.2015 (Hüseyn Cavidə nəzirə)

— Qızım, balam, söylə, adın nədir?

— Sənin üçün nə fərqi var, atam yaşındasan qoca kaftar?!Adım, Zəhrimar!

— Atan, anan var, yoxsa, təksən bu həyatda?

— Bundan sənə nə var, atam da, anam da var!

— Ziyalı, ali təhsilli, ağıllı, zəngindirmi bəs onlar?

— Hə! Zəngindir, soyköklüdür, vəzifəsi, pulu var! Sual az ver, yoxsa, sənin sonun pis qurtarar!

— Niyə belə geyinirsən, qızım, üzündə bu qədər makiyaj, sünilik, neçə yaşın var?! Qızım, hələ çox cavansan, hər meyvənin öz vaxtı var!

— Geyimimdən, qızılımdan, üzümdəki makiyajdan sənə nə var?! Get, sən indi öz dərdinə çarə axtar!

— Təhsilin var?Hansı peşəni seçmisən?!Kim olmaq istəyirsən?

— Atam, dayım sağ olsun, tapşırıqla qiymətim var, oxudurlar, nəyə lazımdır oxumaq?!Oxuyanlar axı nəyə nail olublar?!Əlimə alacağam diplomumu, tapşırıqla, pulla tapacağam bir iş yeri.

— Olmaz belə, savad, bilik çox vacibdir, işləyəndə lazım olar?!

— Gülünc olma! Savad, bilik deyil vacib, tanış varsa, pulun varsa…

-Yanılırsa, əziz qızım, atam, dayın öləcəkdir bir gün əlbətt, pul da bitər… O zaman bəs neyləyərsən?

— Bir varlıya ərə getsəm, ər saxlayar məni, nə var burda?!Yaşın fərqi yoxdur mənə, evi varsa, arabası, pulu varsa, mənə maya qoyacaqsa, pullar, şoppinq, istirahət olan yerdə, nəyə lazım, zəhmət, əmək?!

— Bəs ər ölsə, xəstələnsə, müflis olsa, onda necə?!

— Başqa varlı tapılacaq!

— Sevirsən bəs kimisə sən?!

— Sevgi yoxdur, inanmıram! Mənə sevgi deyil gərək!

— Qorxun varmı?

— Kimdən, niyə, nədən qorxum?! Qorxu nədir, bilmirəm mən!Özümə mən güvənirəm…Mən özümü çox sevirəm!

— Tamam, qızım, anladım mən… Zamanəyə uyğun olub fikirlərin… Yanılırsan, qızım mənim…

— Bitdi sorğu-sualların?! Getməliyəm!

— Sözüm bitdi, nə deyim mən?! Allah xeyirliyə etsin sonun!

2 ответ. на "İndiki bəzi qızlar …. 19.06.2015 (Hüseyn Cavidə nəzirə)"

Обсуждение закрыто.