Dədə Qorqud silsiləsindən…

Cavana «yanıq» demədim, mən Dədə Qorqud,
Bəzisi yandı, kül oldu, tüstüləndi…
Qızlara yazıq demədim, mən Dədə Qorqud,
Bəzisi ərə getdi, sonra boşandı…
Anaya qadın demədim, mən Dədə Qorqud,
«Sonsuz» oldu, övlad vermədi ərinə…
Xanıma «qorun» demədim, mən Dədə Qorqud,
Bəzisi bilməz ki, kimdir, dostu, düşməni
Oğluma «boşan» demədim, mən Dədə Qorqud,
Evləndi oğul, bəyənmədi arvadını…
Qohuma sözbaz demədim, mən Dədə Qorqud,
Sözüm gəzdi el-obanı, mən bilmədim…
Yazana «pozan» demədim, mən Dədə Qorqud,
Yazdılar, pozdular, tüpürüb yaladılar…
Tikənə «sökən» demədim, mən Dədə Qorqud,
Biri tikir, sonra sökür, yenə tikər, İlahi!

2 ответ. на "Dədə Qorqud silsiləsindən…"

Обсуждение закрыто.