Kimdir O?! Şərq Qadını! H.Cavidə nəzirə….24.06.2015

Bir zaman mən kim idim?
Şərqin əzilmiş qadını!
İndi səs verirəm, hüquq, azadlığım var!
Qanunla verilən azadlığımı
Əlimdən alır indiki insanlar!
Mən nəyəm, kiməm?Sadəcə qadın!
Halbuki övladam, ana, bacıyam!
Heç fərq etməz, bu dünyada varam, yoxam.
Başqaları həll edir taleyimi, həyatımı,
Keçmişimdə yoxdur ləkə adımda, kölgə,
Amma hər yerdə vardır vicdansızlar!
Dedikləri olmayanda, keçirlər hücuma!
Bir qadınam, susdurulan, öldürülən,
Göz yaşları qurumadan axıdılan,
Ümidsiz, inamsız, həyatdan bezən
Bir qadın oluram həyatda bəzən!
Təhsil almalıyam, işləməliyəm,
Asılı olmadan yaşamalıyam,
Sınmamalıyam, susmamalıyam!
Mən bir Şərq Qadınıyam, insanam!
Qadınam, öndə, zirvədə olmalıyam,
Ulduz kimi parlamalı,
Günəş kimi işıq saçmalıyam ugurlarımla
Sevinməliyəm, sevməliyəm,
yaşayıb yaşatmalıyam!
Mən Şərqin övladıyam!
Etirazım, ürək yanğım,
Çatmalıdır insanlara!
Bəzilər üçün şəhvət qurbanıyam,
Bəziləri əxlaqsız etməyə çalışır!
Şərlər, böhtanlar atır, mənsə sınmıram!
Məhbus kimi həbsdəyəm,
Azadlığa can atıram!
Qızıl qəfəsdəki həyat,
məni etmir axı xoşbəxt!
«Gözəlsən» dedilər,
«Sevirəm» dedilər,
Hamısı yalan! Hamısı tuzaq!
Əldə etmək istər çoxları!
Ehtiraslı bir gecəni yaşamaqçün,
Hərdən də paylaşacaqlar!
«Mən daddım, şirindir, sən də dad»
İçimdə yanıb kül olmaq, vuruşmaq!
Mübariz olub sınmamaq istəyirəm!
Bir qadınam, Şərq Qadını!
Qanunlar qorusun məni!
İstəyirəm cəzalansın mənə,
Namusuma, şərəfimə əl uzadanlar!
Qız olduğum üçün məni,
Atam hərdən sevməz olar,
Qız olduğum üçün məni,
qardaşım çox vaxt qoruyar!
Qız olduğum üçün məni,
Ər evində qan uddurar!
Döyər, söyər, məcbur edər!
Qadın güclüdür, böyük qüvvədir!
Şərq Qadını zəif deyil!
Əsla!Qadını zəif bilməyin!
Şərq Qadını, ağıllıdır!
Müdrik, bariz, savadlıdır!
Nümunədir qadın kimi
Əslində bütün dünyaya!