Kim nə deyər?!

«Kim nə deyər» prinsipi ilə yaşadım, Boşanmadım ki, kim nə deyər, Dözdüm ki, ayrılsam əgər, kim nə deyər, Döyüldüm, söyüldüm, kimsə bilmədi, kim nə deyər, kişi qadınını döyər də, söyər də, öldürər də… Ərə gedib dərhal uşaq doğdum ki, kim nə deyər, sonsuz edərlər məni, birdən sonra gec olar, doğa bilmərəm… Ərə tez getdim ki,Продолжить чтение «Kim nə deyər?!»

Ваша оценка:

Neylərdi İlahi?!

Görəsən, bu və ya digər vəziyyətdə İlahi yerimizdə olsaydı, ya da bizimkilər-şərq əhli onun yanında olsaydı, nə edərdi? Təsəvvür edin ki, İlahi görür şərq əhlini, necə «müsəlmandılar» başını yellənir, əlini havada yellədir, öz-özünə düşünür: Sonrakı peşimançılıq fayda verməz! Təsəvvür edin ki, bir müsəlman namaz qılır bayramdan bayrama, sədəqə verir, zəkat verir yadına düşəndə, o daПродолжить чтение «Neylərdi İlahi?!»

Ваша оценка:

Arzularım var, böyüyü, kiçiyi olmaz onların…

Mənim üçün ən böyük hədiyyə — kitab, ən böyük sərmayə — çoxsahəli bilik və təcrübəm, ən uğurlu nəticə-gerçəkləşmiş arzum, əldə edilmiş uğurum, nail olunmuş məqsədim, ən zəruri amil-insan, təbiət, ən önəmli amil-əziz və doğmalarım və mənəvi dəyərlərim, ən böyük inam-özümə güvənim, ən önəmli seçimim-sağlamlıq, ən dəyişməz dəyər-halal zəhmət və biliyim, peşəkar təcrübəmlə qazandığım halal pulum,Продолжить чтение «Arzularım var, böyüyü, kiçiyi olmaz onların…»

Ваша оценка:

Çirkli pullarımızı necə yuyuruq?!

Çirkli pul nədir? Çirkli pul — cinayət nəticəsində, qeyri-qanuni yollarla əldə edilmiş pul, maddi və qeyri-maddi nemətlərdir. cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlak — Azərbaycan Respublikasının Cinayət Məcəlləsində təsbit edilmiş cinayətlərin törədilməsi nəticəsində birbaşa və ya dolayı yolla əldə olunmuş hər hansı pul vəsaitləri, daşınar və ya daşınmaz, maddi vəПродолжить чтение «Çirkli pullarımızı necə yuyuruq?!»

Ваша оценка:

Risksiz həyat ruhsuz bədən, insan kimidir…

Risk olmayan yerdə proqress və inkişaf da yoxdur… Vikentiy Smidoviç Risk etmədən gəlir əldə etmək, təhlükə ilə üzləşmədən təcrübə qazanmaq, işləmədən mükafat almaq, doğulmadan yaşamaq kimi qeyri-mümkündür… Quti  Risk nədir- istənilən fiziki və hüquqi şəxsin həyat və fəaliyyət dövründə onun gözləmədiyi və gözlədiyi təhlükələrin onu maliyyə və ya qeyri-maliyyə itkiləri ilə üz-üzə qoyması ehtimalıdır. MerfiПродолжить чтение «Risksiz həyat ruhsuz bədən, insan kimidir…»

Ваша оценка:

Bakubus-hələ ki, korlamadığımız avtobus…

Bakubusun avtobuslarının-kart sistemi ilə olan avtobusların xəttə buraxılmasına çox sevindim, çox rahat, təhlükəsiz, hər mənada yüksək səviyyədə xidmət göstərən nəqliyyat vasitəsidir. Çox razı qaldım. Üstün cəhətləri çoxdur: — Ödəniş kartladır, ön qapıdan minib, orta və arxa qapıdan düşürsən; -Dayanacaqdan kənar saxlamır, ancaq öz dayanacağında saxlayır; — Monitor vasitəsilə keçdiyi məkanları görmək və eşitmək olar, dayanacaqlarınПродолжить чтение «Bakubus-hələ ki, korlamadığımız avtobus…»

Ваша оценка:

Turizmdə tur izlərimiz…

 Neft-qaz ölkəsi əslində, neft və qazın ixrac və satışından gələn gəlirdən asılı olmamalıdır, çünki bu milli sərvətlər tükənən sərvətlərdir. Nə qədər ki, gəlir əldə edilir, onu qeyri-neft sektorunun inkişaf etdirilməsinə yönəltmək və sərmayə etmək lazımdır. Azərbaycanın qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün hər cür şərait vardır. Amma bu sahələrin ayrı-ayrılıqda inkişaf etməsi bəzən mümkün olmur, çünkiПродолжить чтение «Turizmdə tur izlərimiz…»

Ваша оценка:

Əzildikcə, danıldıqca… (Cabir Novruza nəzirə)

Əzildikcə, danıldıqca, Coşub daşıram çay, sel kimi… Qələmi alıram əlimə, Tufanlar qopur içimdə, İç dünyamda baş qaldırır qiyam, Daha kəskin yazmağa başlayıram… Dilə gəlir bütün hisslər, fikirlərim… Mən şairəm, mən yazaram, qınamıram heç kəsi mən, bəxtim, alın yazım, qismətimdir yəqin bunlar… Paydan artıq yemək olmaz… Söyürsünüz, alçaldırsınız, yazdıqca mənə şərh, ismarıc, Yazdıqlarım toxunduqca, simanıza, oxuduqcaПродолжить чтение «Əzildikcə, danıldıqca… (Cabir Novruza nəzirə)»

Ваша оценка:

Hamının üzü içindədir (Cabir Novruza nəzirə)

İnsanlara inanmayın! Sözlər yalan, mimika yalan, Jestlər yalan, əməl yalan, Baxışlara aldanmayın! Hisslər yalan, qəlbi yalan, geyib maska… Astarı özündən baha… Axtarma onlarda vicdan… Hamısının üzü içindədir, Gizli qalıb özlərinə… Niyyət yalan, arzu yalan, Məqsəd yalan, seçim yalan, Verdikləri qərar yalan… Çox toxunar qəlbimə, İnciyirəm mən o zaman, Deyəndə kimsə, yazma, baş qoşma, Yazdıqların verməzПродолжить чтение «Hamının üzü içindədir (Cabir Novruza nəzirə)»

Ваша оценка:

Sevgini öldürməyin əsas 8 «səmərəli» üsulu…

Bu yazı Paritet qəzetinin 11-12 may 2004-cü il buraxılışında dərc edilmişdir. İnsanların əksəriyyətini sevgi və sevgi münasibətləri, aralarındakı münasibətlərin düzgün olub-olmaması düşündürür. Bəs görəsən, bizim insanlar arasında olan münasibətlərimiz düzgündürmü, sevgidirmi? Bir müdrik şəxs sevgini düzgün anlamaq üçün yazmışdır və əsrlərin ötməsinə baxmayaraq, onun sevgiyə verdiyi bu mahiyyət və sözləri öz əhəmiyyətini və mənasını itirməmiş vəПродолжить чтение «Sevgini öldürməyin əsas 8 «səmərəli» üsulu…»

Ваша оценка:

Yarı həqiqət, yarı zarafat (rubrika)

Paritet qəzetinin 27-29 mart 2004-cü il buraxılışında dərc edilmişdir. Söz oyunu: VERGİ- Varlı ellilərimizin real gəlirlərinin ixtisarı; TOY-təşkil olunmuş yaddaş; SƏS- Sərbəst əməliyyat strategiyası; YAS — yerdəkilərin azalma səbəbi; GÖZ-Gözəlliyi ölçən zərgər; SÖZ- Səslə ötürülən zərbə; PUL- paxıllığı ucuzlaşdırmayan lider; TALE-Tanrıya adamın layiqli ehtiyacı; YUXU — yerdəkilərin uyğunlaş(ma)dığı xəyallar (xatirələri) unutma(ma)sı; SEVGİ- Sevənlərin ehtiyacına varanПродолжить чтение «Yarı həqiqət, yarı zarafat (rubrika)»

Ваша оценка:

Niyyətim hara, mənzilim ora… (uşaqlıq illərimin xatirələrindən)

Niyyətim hara, mənzilim ora… (uşaqlıq illərimin xatirələrindən)           Bu yazımda uşaqlıq xatirələrimdən və ailəmdən danışacağam, anamdan, atamdan və qardaşımdan… Ailəmə ithaf edirəm…      Hər şey ailədən başlayır, insanın necə olması onun genindən, ailəsindən-valideynləri və bacı, qardaşları ilə münaisbət, ünsiyyət, ona verilən tərbiyə və ictimaiyyətin təsirindən asılıdır. İnsan əgər ictimai mühitə düşməmiş bir insan kimiПродолжить чтение «Niyyətim hara, mənzilim ora… (uşaqlıq illərimin xatirələrindən)»

Ваша оценка:

Təsəvvür edirəm…

Təsəvvür edirəm, bu gün doğulmuşam, anamın qucağındayam, yuxuya gedirəm ana südünü içəndən sonra… Təsəvvür edirəm, uşağam hələ, böyüməmişəm, böyümək istəmirəm… Təsəvvür edirəm, 20 yaşım var, artıq sərbəst həyata atılmışam, bir az azadam, böyük olub, uşaqlara baxıram, yenidən uşaq olmaq istəyirəm… Təsəvvür edirəm, hündür bir zirvədəyəm, özüm qalxmışam, arxamda kimsə və ya nəsə var, məni aşağıyaПродолжить чтение «Təsəvvür edirəm…»

Ваша оценка:

Dediyin olsun…

Yeni dəb gətirdin doğma elimə, Biz susduq, səni isə lap ağ elədin… Qərbin havasında yaşadı gənclər, məhv oldu millilik, mənəvi dəyər, Haqqı nahaqq kimi qələmə verdin, azadlıq adıyla əxlaqsız həyat, Sırıdın elimə yenə dinmədik, oldu sən etdiyin, keçdi dediyin, idarə etdin sən gənc beyinləri, manqurta çevrildi indiki gənclər, Sildin keçmişimizi, tariximizi, yeni bir tarixi yazdınПродолжить чтение «Dediyin olsun…»

Ваша оценка:

İnsandan betər 19/02/2007 (Vaqif Səmədoğluya nəzirə)

İnsan var ki, içindən çürük-çürük, Birisində daha az çürük, Birində daha çox çürük… Çürük var, canlı çürük, Çürük var, cansız çürük… Cansız var, bir gün canlanar, Cansız var, hər zaman cansız qalar… Canlı var, canlı cansızdan betər, Canlı var, canlı canlıdan betər… Betər var, insanı ümidlə yaşadır, Betər var, gələcəyini əlindən alır… Ümid var, qaranlığınПродолжить чтение «İnsandan betər 19/02/2007 (Vaqif Səmədoğluya nəzirə)»

Ваша оценка:

ONLAR BİZİK, BİZ ONLARIQ?! 31/12/06

Gəldi Bizə bir il daha, sevinirik axı nəyə?! Qarabağı qaytarmışıq?! Var şad xəbər?! Bəlkə yenə itkimizlə barışaraq unutmağa çalışırıq, Özümüzə aynalarda baxaraq Biz, gülərək Biz?! Cavab verin, deyin mənə: Sevinirik axı nəyə?! Kimi xoşbəxt, kimi bədbəxt, hər kəs özünü düşünsə, Kimə lazım olar Vətən?! Ölüb VƏTƏN SEVGİSİ də, Yoxdur GERÇƏK BİR ÜZÜ də, Qeyb olubdur,Продолжить чтение «ONLAR BİZİK, BİZ ONLARIQ?! 31/12/06»

Ваша оценка:

Mən nidanı sevdim, sən üç nöqtəni… 14/02/06

Mən nidanı sevdim, sən üç nöqtəni Mən qəti yazanda sən ah çəkirdin Həyatım bitəcək bilirdim dəqiq Sən isə sonsuzluq dəlisi idin Gerçəyi görməkdən çox uzaq idin… Mən səni sevirdim sən olduğunçün Sevmirdim, pulunu, şöhrət, adını Mən yenə dilləndim susmamaq üçün Səni sevdiyimi gerçəkdi bildim Röyada olmama şübhəm yox idi… Sən susdun, susduqca, dərdlər yaşatdım SükünətПродолжить чтение «Mən nidanı sevdim, sən üç nöqtəni… 14/02/06»

Ваша оценка:

Deyirlər… 01/06/04

Deyirlər, uzundur sevginin ömrü Əzizdir onunla yaşanan hər gün Deyirlər, çatmayır bir insan ömrü Acizdir bir insan tale önündə! Deyirlər, sevərkən əzab çəkməyən Sevginin  bəlkə də qədrini bilməz Deyirlər, həyatda heç səhv etməyən Səhvin qüdrətini yəqin ki, bilməz! Deyirlər, sevərkən sevilmir insan, Deyirlər, gülərkən güldürmür insan Deyirlər, göz yaşı sən axıtmasan Bir insan ömrünü anlamayarsan!Продолжить чтение «Deyirlər… 01/06/04»

Ваша оценка:

Qara bağıma – Qarabağıma 19/09/04

Bağışla, Qarabağ – Müqəddəs Vətən Bağışla, qanımız töküldü sənə! Bağışla, ey Ağdam, bağışla, Şuşa Sizi də itirdik yenə də qoşa Bağışla, Ağdərə, bağışla Laçın Bağışla, bir vaxtlar idik çox yaxın Bağışla, ey bizim doğma Kəlbəcər Bağışla, biz səndə çalmadıq zəfər Bağışla, Xocalı, Qubadlı, bizi Bağışla, unutduq faciəmizi Bağışla, Cəbrail, Zəngilan, yenə Qaytara bilmədik sizi geriyəПродолжить чтение «Qara bağıma – Qarabağıma 19/09/04»

Ваша оценка:

MURADIN “ARZU”SU 08/02/07

MURAD – 36 yaşlı evli bəy; ARZU – 23 yaşlı subay xanım; MURAD – həmişə olduğu kimi öz işi ilə məşğul olur, məqalələr yazırdı, həyatı öz axarı ilə gedirdi, fəal və canlı həyat tərzi sürən və xəyal yox, gerçəkliklə yaşayıb dediyi sözü gerçəkləşdirən, təbii və zarafatcıl təbiəti ilə seçilirdi. ARZU – həmişə olduğu kimi özПродолжить чтение «MURADIN “ARZU”SU 08/02/07»

Ваша оценка:

Onlar və Sən – sınmadıq DOSTUM?! 01-06/01/2007

Paritet qəzetinin yanvar 2007-ci il buraxılışında dərc edilmişdir. Həyat çox çətindir, sənə asan görsənsə də, DOSTUM, həyat həm də gözəl və qısadır! Bilirəm buna görə də sən yaşamağa və bu gözəlliklərin hamısını görməyə tələsir, çətinlikləri görməməyə çalışır və asan görsənən həyatını yaşatmağa və özünü aldatmağa çalışırsan. Həyatı anlayırsan, həyatında olan kəsləri isə anlamağa nə qədərПродолжить чтение «Onlar və Sən – sınmadıq DOSTUM?! 01-06/01/2007»

Ваша оценка:

Xəyalımda yaşadın, gerçəkləşmədin… 01/09/06

Paritet qəzetinin sentyabr 2006-cı il tarixli buraxılışında dərc edilmişdir Sən xəyaldasan, xəyalımda xəyal kimi yaşayırsan, xəyalımla qidalanır, nəfəs alırsan… Sən mənim deyilsən, mənim xəyallarımdasan, gerçək olmadan xəyalımda mövcudsan… Acizəm, sən də digər xəyallarım kimi gerçəkləşməməyə məhkumsan… Mən gerçəyi tanıdım, xəyalı tanımadım, mən doğru olana inandım, xəyallara inanmadım… Xəyallarıma olan inamsızlığı, içimdə yaşatdığım ümidsizliyim məni kədərinПродолжить чтение «Xəyalımda yaşadın, gerçəkləşmədin… 01/09/06»

Ваша оценка:

Söz var… 11/04/06

Söz… Söz var, deyilir, Söz var yazılır… Söz var oxunur, Söz var eşidilir… Söz var kimisə dirildər, Söz var kimisə öldürər… Söz var nəyisə tapdırır, Söz var nəyisə itirdər… Söz var nəyisə qaytarar, Söz var nəyisə kiməsə verər… Söz var insanı yaşadar, Söz var qəlb sındırar… Söz var mənən zirvədə, Söz var daim tələdə… SözПродолжить чтение «Söz var… 11/04/06»

Ваша оценка:

O gün… 26/11/05

O gün… O gün də onun həyatında bir gün idi. Həyatında o günün onun üçün fərqlənib fərqlənmədiyini bilmədim o gün! Bunu o bilirdi, bir də ki, onu da, məni də yaradan Tanrı bilirdi o gün! Kimisə, o gündə sevinir, dostlarını, əzizlərini – sevdiklərini yığır başına. O gün onda necə keçdi, bilmədim, yanında olmadım onun oПродолжить чтение «O gün… 26/11/05»

Ваша оценка:

Görəsən?! 27/08/05

Paritet qəzetinin sentyabr 2005-ci il buraxılışında dərc edilmişdir. Günəş – Görəsən, tənhalıqdan bir küncə sıxılıb donarkən, məni isitdinmi? Ümidsiz açılan o sayı bilinməyən sabahlarımda həyat yolumu işıqlandırıb mənə ümid verdinmi? Külək – Beynimdə dolaşan pis fikirləri, kədər dolu gözlərimdən oxunan dərdi, qəmi dağıtdınmı? Görəsən, onları məndən uzaqlara uçurtdunmu? Dost  — Sənə ehtiyacım olanda oldunmu yanımda?Продолжить чтение «Görəsən?! 27/08/05»

Ваша оценка:

Təbiətin darıxmağı — Darıxmağın təbiəti 25.01.2005

Paritet qəzetinin fevral 2005-ci il buraxılışında dərc edilmişdir Göy üzünü bulud alsa, gur yağış yağsa, evindəki güllərin bir anda açıb solsa, pəncərəni külək döysə, dəniz ləpələri coşaraq özünü sahilə vursa, bil ki, mənəm, sənin üçün darıxıram! Səhradakı kimi susuzlasan, gecələri yuxuya gedə bilməsən, axşamları öz evində üşüsən, yaxınlarından anbaan uzaqlaşıb darıxmağa başlasan, bil ki, mənəm,Продолжить чтение «Təbiətin darıxmağı — Darıxmağın təbiəti 25.01.2005»

Ваша оценка:

Haqlısanmı? 31.10.2004

     Paritet qəzetinin noyabr 2004-cü il buraxılında dərc edilmişdir      Xoşbəxtlik – sən səni axtarıb, qazanıb, daha sonra itirməyimi, mənim əlacsız varlıq olduğumu sevgiyə söyləyə bilərsən! Xoşbəxtlik, səncə, sən düşüncələrində yanılmamısan ki? Haqlısanmı? Sevgi – sənin daimi olmayan sevincinə, ölənədək yaşayan əzab və göz yaşlarına, üzüntülərinə tabe olmamağım məni biganə varlığa bənzədiyimi düşünəПродолжить чтение «Haqlısanmı? 31.10.2004»

Ваша оценка:

Unutma ki… 01/01/04

Yaddaş — xoş və ya xoş olmayan anları yadda saxlayır. Xatirə — yaddaşa yazılan anları yada salır, xatırlayır. Xəyal — həqiqətə çevrilmək istəyən arzuların doğulmasına imkan verir. Qəlb —  ən ülvi hisslərlə yaşayır, coşqun sevgiylə çırpınır. Həsrət — göz yaşlarına həmdəm olur. Sevgi — qəlbi canlandıraraq ona yeni həyat bəxş edir. Qürur — insanı bəzənПродолжить чтение «Unutma ki… 01/01/04»

Ваша оценка:

Bir tarixin nə faydası var? 18/08/05

Paritet qəzetinin avqust ayı 2005-ci ildə dərc edilmişdir. Tanış olduq, payız fəslinin bir günündə, amma nə faydası oldu? Bir vaxt tanış idiksə, indi bu tanışlığımıza görə peşimanıq. Dost olduq, tanışlığımızın ilk həftəsində, amma nə faydası oldu? Bir vaxt dost idik, sonra yadlaşdıq. Bağlandıq, bir – birimizə bir müddət keçdikdən sonra, amma nə faydası oldu? BağlandığımızaПродолжить чтение «Bir tarixin nə faydası var? 18/08/05»

Ваша оценка:

Səbəbi var… 08/04/06 — 23/04/06

Tanrı canlıya həyat verdi, canlı sevməyi öyrəndikdən sonra sevərək cansızı yaratdı, canlı nifrəti öyrəndikdən sonra öldü, sevərək bir vaxtlar yaratdığı cansız yaşamağa davam etdi… Uğur  gəldi, çox tez sevindik, daimi olduğunu zənn edib  qədrini bilmədik, o da bizdən küsüb yerini uğursuzluğa verdi… Həyatda bir xeyir iş gördük, kim və nə iləsə xoş davrandıq, bu zamanПродолжить чтение «Səbəbi var… 08/04/06 — 23/04/06»

Ваша оценка:

Gerçək, ya yuxu?! 05/03/06

Paritet qəzetinin 2006-ci ilin mart ayında dərc edilmişdir. Səhər idi, yuxudan tez durdum. Gecə narahat idim, çətin də olsa, yuxuya getdim. Nigaran idim nədənsə, kimdənsə… Nigaranam, bilmirəm, gördüyüm gerçək idi, yoxsa yuxu?! Tanımadığım bir nəfərin simasını qaranlıqda görməyə çalışdım, bacarmadım… O, tam görünməyən və aydın seçilməyən simanın sahibi mənə qalın, əminliklə dolu səslə dedi: ƏliniПродолжить чтение «Gerçək, ya yuxu?! 05/03/06»

Ваша оценка:

Etiraf 25/12/05

Cəmiyyət və Mən – onun bir üzvü!!! Etiraf – etdiyin hər hansı bir pis və yaxşı hərəkəti sözlə öz boynuna almaq deməkdirmi? O, insanların qəlbində yığılıb qalan və azadlığa can atan söz ordusunun əsgərlərindən ibarətdirmi? O, çox zaman həqiqət və gerçəyin köhnə düşməni və yeni dostu, insanın isə köhnə dostu və yeni düşmənidirmi? O, şirinПродолжить чтение «Etiraf 25/12/05»

Ваша оценка:

Unudulmaz 28/02/05

Bu yazı 2005-ci il Paritet qəzetinin mart ayı buraxılışında dərc edilmişdir. Gül – çiçək olmaq istəmirəm… Onlar əbədi olmurlar, xoş zahiri gözəllik və qoxularını bir vaxt itirirlər, açdıqları kimi bir gün də solurlar… Kiçik ulduz da deyiləm, kiçik ulduzlar daim parlamır, axı… Səhər Günəşin varlığı altında o kiçik ulduzlar öz parlaq işıqlarından məhrum olur, GünəşinПродолжить чтение «Unudulmaz 28/02/05»

Ваша оценка:

“Torqovı”dan ötüb keçərkən… 17/01/2004

Keçmiş “Torqovı”, indiki “Nizami” küçəsi… Adı yeni idi, adından başqa bu yerlərdə heç nə dəyişməmişdir. Sadəcə bir neçə yeni müasir üslubda idarə və yaşayış evləri, yeraltı keçidlər tikilməkdədir. Bu hal bizim gözlərimiz üçün adiləşib, çünki yeni tikintilərin olması qeyri – adi hal deyildir, kiçicik torpaq olan yerdə o saat nəsə tikirlər. Dəyişilməz bu küçə əvvəllərПродолжить чтение «“Torqovı”dan ötüb keçərkən… 17/01/2004»

Ваша оценка:

Unutmaq istədim səni! 07/12/03

Keçmişi unutmaq, gələcəyimi isə sənsiz qurmaq üçün səni unutmaq istədim! Cavabsız sevgimə son qoymaq, tənhalığıma “Əlvida!” demək üçün səni unutmaq istədim! Sevgimin mənə bağışladığı o “şirin” əzablara qarşı çıxmaq, nə vaxtsa dost olduğumuzu yaddaşımdan silmək üçün səni unutmaq istədim! Göz yaşlarımı damla – damla axıtmaqla, həsrətimi boğmaq, yoxluğunla barışmaq, özümü unutmaqla isə səni unutmaq istədim!Продолжить чтение «Unutmaq istədim səni! 07/12/03»

Ваша оценка:

Sevdim, məni bağışla… 26/03/06

O gün, zahirən soyuq, mənən eyni dərdli insanları birləşdirən, bir zamanlar sevmədiyim fəslin ilk ayının bir günü idi. Baxışlarımız doğma, yaxın olduğumuzdan xəbər verdi, bu da ilk təəssürat kimi yanlış oldu. Ötəri ilkin baxış davamlı diqqət, maraq dolu baxışlara çevrildi. Yuxudan oyananda danışdıq, güldük, dostlaşdıq, mənən yaxınlaşdıq. O gün gələcəyi düşünmədən doğmalaşdıq. Bitməz sandığımız diqqət,Продолжить чтение «Sevdim, məni bağışla… 26/03/06»

Ваша оценка:

Nəsə yetmədi… 28/07/06

Bu yazı Paritet qəzetinin 2006-ci il buraxılışında dərc edilmişdir, istinad hüququndan istifadə edirəm. Hər axşam səni unudub yeni həyata başlamaq ümidi ilə yuxuya getsəm də, hər səhər səni unutmayıb boş yerə ümid etdiyimi anladım. Bir ümidim səni unutmağa yetmədi… Hər günümü maraqlı etməyi öyrəndim, hər ötən qısa zamanı xatirələrimdə yaşadaraq uzatdım. Özümü unutmadan, dəyişmədən, təbiiПродолжить чтение «Nəsə yetmədi… 28/07/06»

Ваша оценка:

Qara bənzətdim səni 24/12/03

Bu yazı 2003-cü ildə Paritet qəzetində dərc edilmişdir. Qəzetə istinadən yerləşdirirəm Qara bənzətdim səni, qarla oxşar cəhətlərin çox idi deyə. Qara bənzətdim səni, qar kimi ağ, mənən isə ləkəsiz idin. Qara bənzətdim səni, qar kimi tez əriyirdin, isti Günəşi görəndə. Qara bənzətdim səni, qar kimi soyuq idin, soyudurdun ətrafdakıları. Yalnız qışda üzə çıxır, gəlişinlə hərПродолжить чтение «Qara bənzətdim səni 24/12/03»

Ваша оценка:

Azəri qızının şəxsi həyatından parçalar…24.09.2011

Bu yazı Paritet qəzetinin 2011-ci il buraxılışında çap edilmişdir, bu buraxılışa istinadən yazıram. Bu yazını bir vaxtlar qədrini bilmədiyim Anama həsr edirəm… Deyiləcək, paylaşacaq o qədər söz, fikir var ki, bilmirsən nədən başlayıb nə ilə bitirəsən… Ailə quranadək olan sadə, dəyişilməz və vahid süjet xətti ilə gedən həyatım iri, bir neçə cilddən ibarət, anlaşılması çətinПродолжить чтение «Azəri qızının şəxsi həyatından parçalar…24.09.2011»

Ваша оценка:

Mübarək! (11 il bundan əvvəlki düşüncələrim və yazdıqlarım)

(bu yazım 6-7 aprel 2004-cü ildə Paritet qəzetinin buraxılışında Ədəbiyyat səhifəsində çap edilmişdir,istinad kimi Paritet qəzetini götürürəm) Hər kəsin hər dəqiqəsi, saatı, günü mübarək ola bilər. Amma bu həftələri, ayları və illəri əhatə etmir, uzunömürlü deyil. «Mübarək!» sözünün də ömrü onun nə və hansı məqsədlə istifadə edilməsindən asılı olduğuna görə ən çoxu bir günlük ömrəПродолжить чтение «Mübarək! (11 il bundan əvvəlki düşüncələrim və yazdıqlarım)»

Ваша оценка:

Azərbaycanlı olmaq nə deməkdir? III hissə

Korporativ emaildən, iş telefonundan saatlarla şəxsi söhbətləri etmək üçün, qeybət əlaqə vasitəsi kimi istifadə etməkdir; OTKAT-ın hər gün mükəmməlləşmiş və qeyri-adi, mürəkkəb mexanimzləri üzərində düşünmək, axtarmaq və tapmaqdır; Şəbəkə marketinqi və digər maliyyə dələduzları, maliyyə piramidalarına yalan vədlər müqabilində iri məbləğlərdə pul qoymaq və sonra aldadıldığını anlamaq və pulunu geri qaytarmağı istəməkdir; Evdəki qız müəyyənПродолжить чтение «Azərbaycanlı olmaq nə deməkdir? III hissə»

Ваша оценка:

Bilmirəm, nə deyim?!

İrişir, qırışır, o, mənə baxır, Dözməyib sükuta, hələ söz atır, Cavabsız qalanda, dalımca qaçır, Cavabı alanda, mənə şər atır, Bilmirəm, insandır, yoxsa ki, heyvan?! Nə niyyət mədəni, nə var insanlıq, Beynində şəhvətdir, ehtiras, yanıq, Oxuyur hər gecə Kamasutranı, Baxdığı pornodur, erotikadır, Bilərək, heyvani hisslər oyadır… Bilmirəm, nə deyim, susuram hələ… Nə gənc kimi gəncdir, nə yaşlı nəsil, KeçidПродолжить чтение «Bilmirəm, nə deyim?!»

Ваша оценка:

Düşünməyə dəyər və ya bilirsinizmi?

4 tip insan var: 1. Kişi və qadın adına ləkə gətirən «yanıqlar»-salam verən kimi özlərini dərhal sırımaq istəyən sadəlövh ovçulardır, dərhal birbaşa mətləbə keçirlər və moment yapışqanı kimi yapışırlar (60%); 2. Ağıllı və dostluğunu qazananlar və zamanla yananlar — öncə salam verir, sonra dost olur, guya dost adıyla zamanla ünsiyyətdə olurlar, sonra guya bağlanırlar, guyaПродолжить чтение «Düşünməyə dəyər və ya bilirsinizmi?»

Ваша оценка: