«Əsl Dost» dediyin…

«Əsl Dost» dediyin, danlayar səni,

Tərifi az edər, tənqid isə çox,

«Əsl Dost» dediyin, qınamaz səni,

Oxuyar içində gizlətdiyini…

«Əsl Dost» dediyin, sən ağlayanda,

Bağrına bərk basar, sakitləşdirər,

«Əsl Dost» dediyin, kömək əlini

Təmənna güdmədən hər vaxt uzadar…

«Əsl Dost» dediyin, gözləyər səni,

Görüşə geciksən, inciməzsən səndən,

Bilər ki, gec gəlmə səbəbin vardır,

Anlayar halını, sussan, dinməsən…

«Əsl Dost» dediyin, qoymaz minnəti,

Başına qaxmaz edərsə kömək…

«Əsl Dost» dediyin, dar günündə də,

Xoş günün olduğu kimi davranar…

«Əsl Dost» dediyin, gözündən yaşını silər,

Yıxılan bir zaman yanında olar,

Uzadar əlini, dartıb qaldırar, deməz ki,

Niyə sən özün qalxmırsan, yıxılmısan?!

«Əsl Dost» dediyin, üzünə gülüb,

Arxanca qeybətin eləməz heç vaxt,

«Əsl Dost» dediyin insan yanında,

Sən güclü, xoşbəxt biri olursan…

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: