Azərbaycanlı olmaq nə deməkdir? IV hissə

  1. Bütün nöqsan, çatışmazlıqlara və mənfi tərəflərə baxmayaraq vətənin və həmvətənlərinlə, Azərbaycanlı olmağınla fəxr etmək deməkdir;
  2.  Himn səslənəndə sözlərini fəxrlə oxuyub, kövrəlməkdir, bayrağımızı öpmək və dalğalandırmaqdır;
  3. Qarabağ futbol klubuna azarkeşlik etmək, Qarabağla bağlı xatirələrinlə, arzularınla yaşamaq, ümid etməkdir, səsin batsa belə, «Qarabağ bizimdir, qələbəyə doğru birlikdə olaq!» çığırmaqdır;
  4. Futbola gələn qıza qeyri-adi baxmaq və tanış olmağa çalışmaqdır;
  5. Yaşından asılı olmayaraq, dolu avtobusa, qatara özünü soxmaq, qapıların arasında qalmaqdır;
  6. İctimai nəqliyyat vasitələrində sürücü üçün canlı gps naviqator və üstəlik məsləhətlər verməkdir, bəzisinin ixtiyarı olsa, lap dayanacaqları da, marşrutu da o müəyyən edər;
  7. Yeni bakubus avtobusda kameranın yerləşdiyini bilə-bilə günəbaxan tumunu çıtlayıb, guya cibinə və ya əlinə yığırmış kimi etmək və sonra oturduğu yerdə küncə soxmaqdır;
  8. İctimai nəqliyyat vasitələrindən daim istifadə etsə belə, kart almamaq və məni də keçirt deməkdir;
  9. Bahalı mağaza, restorana girib şəkil çəkdirmək və onu sosial şəbəkədə yerləşdirmək, check in etmək, tag etməkdir, əslində sadəcə ora girib-çıxıbdır;
  10. Xeyriyyə tədbirlərinə sadəcə özünü göstərmək və reklam üçün getməkdir;
  11. Millət vəkili olmaq arzusu ilə yaşamaqdır;
  12. Devalvasiya və inflyasiyanı arzulamaqdır;
  13. Xarici dili bilməyib, o dildə danışmağa can atmaqdır;
  14. Toya tanımadığın adamları çağırmaq və pul yığmaq haqqında düşünməkdir;
  15. Təm-təraqlı toy və ya yas edib, yaddaşlarda qalmağa çalışmaqdır;
  16. Özünü öldürməyi də reklam etmək və intiharla medianın gündəminə gəlmək istəyidir;
  17. Turizmi inkişaf etdirmək üçün turistləri ölkəyə dəvət etmək, onları burda bəzi həmvətənlərim tərəfindən gözümçıxdıya salmaqdır;
  18. Bayramqabağı qiymətləri elə qaldırmaqdır ki, bayramdan sonra və ya növbəti bayramadək qaldırmağa ehtiyac yaranmır;
  19. Həcc ziyarətinə getmək, qurban kəsmək və namaz qılmaq kimi dini əməlləri reklama çevirmək və özünü dindar kimi göstərməkdir;

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: