Azərbaycanlı olmaq nə deməkdir?! V hissə (Rash Neo və onların dostları ilə birlikdə)

  1. Sol əlini maşının pəncərəsindən çölə çıxarıb maşın sürməkdir (Rash Neo);
  2. Doğma və təbii dişləri guya xarabdır bəhanəsi ilə çıxardıb onu qızıl diş ilə əvəz etməkdir və tez-tez gülümsəyib, o qızıl dişi göstərməkdir;
  3. Hər iki əldə çeçələ barmaqda dırnaqları uzatmaq və bu barmaqlar ilə burun və qulağın içini təmizləməkdir (Rash Neo ilə birlikdə);
  4. Qadınların ailə statusunu qaşlarından təyin eləməkdir (Rash Neo);
  5. Toyları daha çox şәnbә-bazar günlәrinә salmaqdır ki, «işdəyəm, icazə ala bilmirəm, işdən sonra iclasım var» və s. bu kimi bəhanələrlə toydan qaçan olmasın, sanki iməciliyə gedirsən (Rash Neo);
  6. Azərbaycanlı olmaq zibili balkondan aşağı tullamaq, qonşular söyəndə, boyun ardına vurmaqdır (Rash Neo);
  7. Xaricdən gələn dostuna «bazlıq eləyə bildin?» sualını verməkdir (Rash Neo);
  8. 8 martda sevgilisinə hədiyyə olaraq mişka, şokolad, gül-çiçək almaqdır, böyük xərclər olmasın deyə (Rash Neo);
  9. Toya gedib doyunca yeyib içəndən sonra yediyi yeməkləri, nəyi var əylənəndən sonra toydakı musiqi və mahnıları pisləməkdir (Rash Neo);
  10. Velosiped, motosiklet sürənləri lağa qoymaqdır və onlara Marsdan düşən yadplanetli kimi yanaşmaqdır (Rash Neo);
  11. Təzə gəlin və ya qonşu köçəndə, onun evinə ayaqaçdı etmək və gətirdiyi cehizlik, əşyalara baxıb, bir ay onu müzakirə etməkdir, paxıllamaqdır, «niyə məndə ondan yoxdur?!» kimi düşüncə və xəyallara dalmaqdır və daha sonra evdə ailəndən onu istəməkdir;
  12. Yeni model mobil telefon və ya planşeti alan kimi dərhal şəklini qiyməti ilə birlikdə sosial şəbəkədə yerləşdirməkdir;
  13. Yayda balıq yeyib, zəhərlənməkdir;
  14. Saşını geyindiyin paltara uyğun rəngləməkdir;
  15. Bazarda və supermarketlərdə yerli məhsullarımızı xaricdən gətirilən məhsullardan baha satmaqdır;
  16. Qışın qarı, soyuğunda, buzunda kabluk ayaqqabıda yeriyəndə, sürüşüb yıxılmağına təəccüb etməkdir;
  17. Dırnağını təbii yolla deyil, taxma dırnaqlarla uzatmaqdır;
  18. Üzünə 10 tonluq makiyaj etməkdir, makiyajsız olanlara təəccüblənmək və lağa qoymaqdır;
  19. Retrica və ya Youvvebcam proqramları ilə şəkil çəkdirib, photoshopunda düzəldim, sonra sosial şəbəkədə profil şəkili kimi yerləşdirib, özünü ideal hesab etməkdir;
  20. Birinci gün ağır gündür deyə, beşinci gün həftəsonu olduğundan-yorğunluqdan işləməməkdir.

Ardı var

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: