Mən səni sevirəm! Vətən!

Tolerant, dünyavi, demokratik və sağlam düşüncəli bir gənc kimi (hərçənd ki, gənclər haqqında qanuna uyğun olaraq gənc deyiləm artıq) yerlipərəstlik, qohumbazlıq və s. kimi insan cəhətlərindən və yanaşmalarından xoşum gəlmir, qınamıram kimisə…

Əziz xalqım, həmvətənlilərim, torpaq və vətənimiz vahiddir, bölünməməlidir, onun hər rayonu, hər torpaq dənəsi bizimdir, biz onu vahid və tam sevməliyik, doğulduğumuz rayona və ya kəndə, şəhərə görə deyildir. Sizin məntiqinizə qalsa, mənim onda gərək 3 vətənim olsun: Azərbaycan, Gürcüstan və Tacikistan

Azərbaycanda mən doğulmuşam, Gürcüstanda valideynlərim, Tacikistanda övladım…

Hər dəfə real və ya virtual həyatda mənə sual verəndə haralısan, deyirəm azərbaycanlı! Çünki ən doğru cavab budur, çünki dərinə getsəm, qarşı tərəf lap dərinə gedəcək, hətta rayon qapı qonşusu və ya qohum çıxardacaq bizi…

Onsuz da hamımız Adəm və Həvvadan törəmişik! Allahın gözündə eyniyik! Əsl işimiz torpağımızı bölməmək, vətəni sevməkdir və uşaqlarımıza vətəni sevməyi öyrətməkdir!

İndiki zamanda, çox az uşaq var ki, himnimizin sözlərini bilsin əzbərdən, mənasını dərk etsin, söz və musiqisinin kimə məxsus olduğunu bilsin, bayrağımızı və ya gerbimizi təsvir etsin…

Harda qaldı bir zaman olan vətən sevgimiz, vətənpərvərliyimiz…

İndi etdiyimiz söhbətlər haralısan, rayon və şəhərli, ziyalı və ziyalı olmayan, nadan və ağıllı kimi səviyyəsiz söhbətlərdir… Məni uzaq tutun bu mövzulardan… Elə bil, şəhərdə doğulmaqla, hamı şəhərli oldu, elə rayonlu, kəndlisi var ki, şəhərlidən mədəni, ziyalı, savadlı… Ziyalılıq meyarını kim və haradan çıxartdı, deyin bilək! Nadan gördün, öyrət, maarifləndir, nadan ona görə nadandır ki, vaxtında onu elmə, biliyə, təhsilə və maarifləndirməyə yönəldən olmayıb…

Mən səni sevirəm! Xalqım! Mən səni sevirəm! Vətənim!

Bölmürəm səni rayonlara… Çünki hər guşən gözəldir, bölmürəm səni insan kateqoriyalarına, çünki pis dünyanın hər yerində pisdir, meşə çaqqalsız olmaz, hərçənd ki, bizim meşələrimizdə çaqqal və tülkülər, dovşanlar çoxdur!

Vətəninizi təmənnasız, qərəzsiz sevin! Göstərici və hamı görsün və fəxr etsin deyə süni sevgi ilə deyil, içdən, səmimi qəlbdən sevin!

Vətən cəmiyyətinə və insanlarına görə günahkar deyil! Cəmiyyəti də bu günə qoyan siz insanlarsınız! Hər biriniz özünüzdən başlasanız, özünüzü inkişaf etdirsəniz, anlayarsınız ki, vətən gözəldir, sevilməlidir!

Vətəni özünüz vətəndaş kimi sevin ki, başqaları da sevsin!11214355_1628573577385382_5596968983704737711_n

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: