Arabaçılar, kimdir onlar… (Arabaçı TV-yə, həmkarlarıma həsr edirəm)

Onlarla mən 27 sentyabr 2015-ci il Park İnn mehmanxanasında keçirilən xeyriyyə sərgisində tanış olmuşdum. Sevinc Əlizadəyə o tədbiri təşkil etməsinə və belə gözəl insanlarla tanış etməsinə və bu cür insanların olmasını bilmək imkanımı yaratmasına görə öz dərin minnətdarlığımı bildirirəm… Bu tədbirə məni istedadlı gənc rəssam Ceyhun Ənvərzadə və jurnalist Sevincə Əlizadə dəvət etmişdir.

Onlarla ikinci görüşüm Xalçaçılıq muzeyində keçirilən sərgiyə dəvət aldığım və iştirak etdiyim zamanı oldu… Getdim və təkrarən onları gördüm… Elə o gündən onlarla dostluğun və yaxından tanış olmağın vaxtı gəldiyini, bir qismət olmasını anladım…

Arabaçı TV-nin təsisçisi İlham Məhərrəmov, İcraçı Direktoru Amid bəy və Texniki direktoru Asif Qasımovla gerçəkdən  çox möhkəm dost olduq və həyat elə gətirdi ki, onların işçi heyətinə qoşuldum, peşiman deyiləm və fəxr edirəm, minnətdaram…

Arabaçı TV 2013-cü ildə təsis edilmişdir. Fiziki məhdudiyyəti olan şəxslərin, gənclərin sosial həyatı, məşğuliyyəti, problemlərini və profillərini işıqlandırmaq, istedadlı gəncləri aşkarlayıb ictimaiyyətə tanıtmaq, onların cəmiyyətə fəal inteqrasiyasını təmin etmək, gənclərimizə sağlam həyat tərzini təlqin etmək məqsədilə, fəaliyyət göstərən İnternet TV Şəbəkəsidir. TV  Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində Ramanada yerləşir.

Mən də artıq 1 həftədir ki, mehriban, həyatsevər, şən, səmimi, istedadlı, fəal, əməksevər, gənc Arabaçı kollektivinin bir üzvü olmuşam redaktor və jurnalist olaraq… Çox sevincliyəm…

Hər biri qısa müddət ərzində mənim yaxın və səmimi dostuma çevrilmişdir. Mən Arabaçılardan biri olmağıma və onları tanımağıma, onlarla dost olmağıma görə çox xoşbəxtəm, fəxr edirəm onlarla…

Onlarla birlikdə Azərbaycan yığma futbol komandasının İtaliya ilə oyununda, Müstəqillik gününün qeyd edilməsi tədbirində də fəal iştirak etdim, peşiman deyiləm… Əksinə, Arabaçılar bir çox insanlara və gənclərə örnəkdirlər…

Onlara bu işdə uğurlar diləyirəm, çünki biz doğru yoldayıq!

Mediadakı dostlarımın hər birini onlarla tanış olmağa dəvət edirəm.

http://arabaci.tv/

http://www.facebook.com/ArabaciTV/

https://www.facebook.com/Pese.Merkezi/videos/413996858784083/

12107935_440887256095043_4161188490657507245_n 12107883_1505114903138790_170228290682418793_n

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: