Təkliflərim…

  1. Azərbaycan Respublikası Vergilər Nazirliyinə bir təklifim var: Bu ad günü, toy və yas mərasimləri üçün pul yığılır, ordan gəlir, ödəmə mənbəyindən vergi tutulsun, bəziləri bununla pul qazanır deyə, onları lap sadələşdirilmiş vergiyə cəlb etsinlər, rübdə bir dəfə pul ödəsin… Büdcə dolar, tanıdı-tanımadı və yer dolsun, zalda çoxluq olsun, çox pul yığsın deyə hər kəsi məclisə çağırmaz, canımız da qurtarar…
  2. Bakı Metropoliteninə təklifim budur ki, metroda düşənləri gözləməyən, özünü soxan, düşənləri geri vaqona itələyən və eskalatorda qaçıb hər kəsi yeli ilə vuran, başqasına xalq düşməni kimi baxan, ortada boş yer olmasına baxmayaraq qapının önündə dayanıb, mumiya kimi tərpənməyən və giriş-çıxışa mane olan, metro ərazisini zibilləyən, özünü heyvan kimi aparan şəxslərə qarşı feys kontrol prinsipi və inzibati cəza metodları tətbiq edilsin, qara siyahıya düşən sərnişinlər metro ərazisinə buraxılmasın…
  3. Səhiyyə Nazirliyinə təklifim budur ki, özü adı qara siyahıya düşmüş, insan ölümü ilə ad çıxarmış tibb müəssisələrində müalicə olunsunlar və insanın səhhətinə ziyan verən dərmanları qəbul etsinlər, o zaman bilərlər ki, səhiyyəmiz nə gündədir…
  4. Təhsil Nazirliyinin əməkdaşlarına təklifim budur ki, yenidən orta və ali məktəbə təhsil almağa getsinlər, bu zaman təhsil və dərsliklərin nə səviyyədə olduğunu, mövcud real və aktual problemləri əyani görərlər…
  5. Nəqliyyat Nazirliyinin əməkdaşlarına təklif edirəm ki, özləri öz saldığı yollar, təmir etmədiyi yollar, keçidlərdən, körpülərdən tez-tez istifadə etsinlər…
  6. Fiziki məhdudiyyəti olan insanlar, südəmər, balaca körpələrin arabalarla hərəkətini yeraltı keçidlərdə təmin etmədiyinizi nəzərə alaraq, təklif edirəm ki, ən azı bir gün arabada oturub, bütün yeraltı keçidlərdən istifadə edin, onda onların yerində bəlkə bir gün də olsa, olarsınız və bir az anlamağa başlayarsınız…
  7. Dayanacaqları tikən və qoyanlara təklifim budur ki, şəxsi maşınlarınızdan qış aylarında bir həftə imtina edəsiniz, o dayancaqda o soyuqda, buzda, qarda, küləkdə həmin dayanacaqlarda, soyuq skamyalarda, yan-yörəsi açıq obyektlərinizdə oturub, avtobus gözləyəsiniz və qoşduğunuz və çox zaman işlək vəziyyətdə olmayan o monitorlara gözləriniz həsrətlə baxsın…
  8. Bir çox bank rəhbərlərinə təklifim budur ki, öz bankınızdan götürdüyünüz və bütün nəslinizin götürdüyü kreditləri problemsiz ödəyəsiniz… Bəlkə, bu halda, bankınızın problemli kredit portfelində problemli kreditlərin payı azalar…
  9. Şəbəkə marketinqinin gigantları, maliyyə fırıldaqçılarından tələbim budur ki, bir az vicdanlı olun! Sizi atsalar, aldatsalar, xoşunuza gəlməz axı…
  10. Arada bir xeyriyyə tədbirlərinə, sərgilərinə gedin, xeyirxah olun, bilmək olmaz, sabah Sizin başınıza bu həyatda nə iş gələcək və bəlkə elə bu gün, sabah onlardan biri oldunuz…
  11. 12170772_1505095773140703_1578916443_n
  12. İnsanlara təklifim budur ki, insanları, heyvanları, təbiəti sevməyi öyrənsinlər, kitab oxusunlar və dünyagörüşlərini artırsınlar…

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: