Kişi dediyim insan…

Mənim üçün əsl kişi həmişə avtoritet olub, kişi mənim üçün ilk növbədə, atam, qardaşım, uşağımın atasıdır…

Mənim üçün əsl kişi:

  •  namus, qeyrət, əxlaq və mənəviyyat qoruyucusudur, ailəsindəki qadınların və uşaqların müdafiəçisidir…
  • «Qorxma, səninləyəm» və «kişi olan yerdə özünü niyə oda atırsan» deyən birisidir…

  • Başqasının halalına göz qoymayan və qadınına sadiqdir…

  • Əsl kişi qadının ən etibarlı siması və ən yaxın dostudur;

  • Dinləməyi və anlamağı bacaran və məsləhətləri ilə doğru yolu göstərən mayakdır sanki…

  • Elə zəhmli və güclüdür ki, doğmaları özünü təhlükəsizlikdə və əmin-amanlıqda hiss edir, əzizləri haqqında kimsə artıq əskik danışa bilmir, ondan ehtiyat edir;

— Əzizlərindən şikayət etmir, əzizlərini müzakirə etmir, intriqalara qoşulmur və qeybətdən qaçır…

  • Başqalarının qadınına fahişə gözü ilə baxmır, çünki özünə rəva bilmədiyini başqasına rəva bilmir, bilir və anlayır ki, eyni qaydada kimsə onun xanımlarına elə gözlə baxa bilər;
  • Əsl kişi işgüzar olar, qadını verməz qabağa;

  • Ardı var…

    Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

    Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

    %d такие блоггеры, как: