Bir tərəfdə rekviem… Bir tərəfdə elegiya…

Rekviem… Elegiya…Qəlbimin səsində rekviem notları hiss edilir… Gözlərimdəki baxışlar, dediyim sözlərdə isə hüznlü elegiya…

Qəlbim rekviemi dinlər… Ağlım elegiyanı seçər…

Üzdə pozitiv hər kəs üçün, içimdə neqativəm özüm üçün…

Hamı üçün cənnətəm, mələyəm, özüm üçün cəhənnəm, cin…

Qəlbim yas saxlayar, qan ağlayır, üzümsə gülür, kədərli baxışlar məni ələ verir…

Vicdanımı dinləmək istəmirəm, içimdə fırtınadı, qasırğadır, qanlı sel dağıdır dünyamı, qəlbindəki qəbristanlıqdanlığımı da sel yuyub aparıb, yerlə-yeksan etmişdir…

Qəlbimi necə dinləyim axı, mərsiyyə, şüvən olub sakini…

Notları bilmirəm əzbərdən… Musiqini içimdə yaşayıram, anlayıram dinlədikcə, sümüyümə düşdükcə, sanki transa düşüb rəqs edirəm…

Hər yeni nəsə musiqidə də, yaradıcılıqda da, sözlərdə də, yaxşı unudulmuş köhnəlik vardır…

Yazmağı uşaq vaxtından bacarıram, yazıram, ürəyim dolduqca, özüm üçün bir az azad olmaq və boşalmaq üçün, ağır yükdür, daşıya bilmirəm tək…

Kitab oxuyuram boş vaxtlarımda, həyatı, özümü daha yaxşı dərk etmək üçün, fikrimi daha aydın ifadə etmək üçün… Həm də yazar necə sevməsin kitabı, mütaliəni…

Fikirlərim çoxdur,  çox zaman ya unuduram, ya da unutmağa çalışıram, çünki unutmasam, rahatlıq verməzlər mənə, o fikirləri ki, yazmaq istəyirəm, yaza bilmirəm, susmağa məhkumam…

Tənha deyiləm əslində, yazılarım var, ən azı bir oxucum var… Oxucum varsa, dialoqum var, monoloqdan az da olsa, uzaqlaşıram…

Yeni həyata başlamaq sözdə asandır, əməldə deyil, dəyişməyə və başlamağa çalışsan da, bəzən iradən də asılı olmur, alınmır səndə…

Hər insan istəyir qədri bilinsin, xoşbəxt olsun, xoş sözlər eşitsin, sevilsin, vermədən alsın… Qarşılıqlıdır bu həyatda, qədrini bilsən, qədrin bilinər, xoşbəxt etsən, xoşbəxt olarsan, xoş söz desən, eşidərsən xoş bir söz, sevsən, sevilərsən, verərsən ki, ala biləsən…

Yuxusuz qalıram çox vaxt, səbəbini bilmirəm, yata bilmirəm… Nə düşüncəsizlik, nə də düşüncəli ola bilmək rahat buraxır insanı…

Üzüm gülür, sanki motivasiyadır mənim üçün, həm də axı, təbəssüm mənə çox yaraşır… Deməli, gülümsəməliyəm, həm özüm üçün, həm də başqaları üçün…29749_132362100112683_8368704_n

Yazmaq istəyəndə, yazırsan, yazdıqca, bitirə bilirsən yazını… Sonra bir də oxuyursan, yazdıqlarını… Düşünürsən ki, çox açılmadım ki, insanlara, zəif tərəflərimi görməz ki, başqaları?

Özümə verdiyim bəzi suallara cavab verə bilsəm də, cavab vermirəm, susuram… Bəzən susmaq, yazmaq, deməkdən daha vacibdir…

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: