Ancaq Azərbaycanda… (satirik, yumoristik müşahidələrim)

 

11041661_10205003020335559_6794674678892182115_n

Bu yazıda hər qoyulan nöqtədən sonra smile (:-D) olduğunu vizual təsəvvür edin və gülməyə çalışın…

Yazı satirik, yumoristikdir, subyektiv müşahidələrim nəticəsində yazılmış faktlardır… Məndən inciməyə dəyməz…

Ancaq Azərbaycanda:

  • Güclü yağış yağma, külək əsmə mövsümü başlayanda kabel və peyk televiziyasının siqnalı itir, sanki məlumat sakit hava durumu ilə ötürülür,  dam örtüyümüzün su buraxdığını anlayır və təmir etmək üçün pul yığır, yağış, qar, sulu qar yağa-yağa təmir edirik… Hava isti olanda bunu anlamaq və təmiri etmək qeyri-mümkündür.
  • İctimai nəqliyyat vasitələrində (avtobus və metroda) pik vaxtlarda hər dayanacaqda nəqliyyat vasitəsindən 20 nəfərə yaxın adam düşsə də, nəqliyyat vasitəsinə 5 adam zorla girə və sığışa bilir. Bu 20 nəfərin ora necə sığışması möcüzədir mənim üçün.
  • Dənizkənarı Parkda olan Qorxulu evdə qorxmaq əvəzinə, insan gülə bilər və 5 manat pulu qorxmağa deyil, gülməyə verdiyini anlaya və buna görə peşiman ola bilər.
  • Yaz, payız, qış aylarında yağış yağanda, külək əsəndə, hava soyuyanda, insanlar təəccublənir və yüngül geyindikləri üçün xəstələnirlər.
  • Hava soyuyan kimi evimizdə təbii qazın verilməsi azalır, çay qaynatmaq belə qeyri-mümkün olur, işığın verilməsində problem yaranır.
  • Qaraçı dilənçilərə pul verməyəndə, var-yoxunu söyür və qarğışlayır adamı. Onları susdurmaq üçün söz savaşına çıxmağa məcbur olursan.
  • Bəzi media nümayəndələrimiz-info saytlar yazıya mövzuya aiddiyyatı olmayan başlıq qoyur ki, reytinqi qaldırsın və yazı oxunsun. Onların bəziləri yazıları redaktəsiz verirlər və səhvləri oxucular düzəltməli olur.
  •  Nəriman Nərimanov metro stansiya ətrafında «acından ölürəm, çörək pulu verin» deyən yaşlı qadın 2  ildən çoxdur ki, eyni sözləri bərkdən deyir, hələ də acından ölmür və hələ daha yüksək səslə mərsiyə deyə bilir. Mən onun yerində olsaydım, 1 ay çəkməzdim, gerçəkdən ac olsaydım, səhərdən-axşamadək o soyuqda otursaydım çöldə, o zaman ya soyuqlayıb xəstəlikdən ölərdim, ya da aclıqdan.
  •  Bir qadın 3 uşaqdan çox uşaq doğur, maddi imkanı olmadığı halda, sonra da ağlayır ki, uşaqları saxlaya və ailəni dolandıra bilmirəm, mənə kömək edin. Mən maddi imkanımı nəzərə alıb, ikinci uşağı doğmadım, bunlar bir yandan doğur, sonra dilənir, verməyəni də hələ qınayır. Birini doğsun, ikisini doğsun, sonra getsin işləsin, saxlasın ailəsini, camaat onlara borclu deyildir. Özünüz cəhənnəmə, doğulan uşaqlara yazığınız gəlsin. Söhbət abortdan getmir, ailə planlaşdırılmasından gedir, yəni görürsən imkanın yoxdur, qorun və hamilə qalma, ərinlə bunu müzakirə et. «Ərim dedi, istədi, mən doğdum, sonra da ərim və mən ailəmi saxlaya bilmədik, kömək edin bizə»-variantı düzgün deyil, vəziyyətiniz ağırdır, işləyin, ailədə indiki zamanda hər iki tərəfin təhsili və işi olmalıdır.
  •  Özünü müsəlman sayıb, İslamı bilməyib, kiçik körpələrimizin başını yarıb, qanını çıxardırıq ki, Məhərrəmlik ayıdır, aşurə gecəsini də şaxsey-vaxsey edirik, halbuki gündə dünyanın bir çox yerlərində müsəlman qanı tökülür və ona yas saxlamırıq. 3 gündən artıq yas saxlamazlar.
  • Metro və avtobusdan daim istifadə edən sərnişinlərin metro kartı olmur və kartı olanlardan xahiş edir ki, onları da keçirtsin. Daimi sərnişinlər gedin dayanacaq və metro stansiyalarından kart alın, Sizə borcumuz yoxdur.
  •  İnsanlar ictimai nəqliyyata minəndə xırda pul üzərində götürmür, halbuki daim istifadə edir, sonra da onu xırdalamağa yer və adam axtarır. Mən razı olmuram, bəlkə pulu saxtadır?!
  • Zebranı lazım olmayan yerdən, bəzən bəzi yerlərdə qoşa zebra (Ə.Rəcəbli küçəsində Bakondun önündə) , eləcə də yeni çəkilmiş zebranın üstündən yenidən asfalt çəkilir və zebranın yarısı asfaltlanmış olur (F.Xoyski prospekti).
  • Bəzi yerlərdə işıqforlar yerli-dibli çıxardılır, bəzi yerlərdə isə işıqforun 01 saniyəsi 5 dəqiqəlik olur, 1 saniyə olmaqdansa.
  • Metro stansiyalarında və metro ərazisində hər hansı razılaşdırılmamış çəkiliş (video və foto) qadağası olmasına baxmayaraq, hər kəs telefona və videoya çəkiliş edir və sonra mediaya ötürür. Qadağalar onları pozmaq üçündür?

Ardı var…

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: