Keçmiş olsun

12065908_120270808333622_1268072281313856628_n 11041661_10205003020335559_6794674678892182115_n

Nə deyim, yazarın sözü tükənməməlidir… Sözlər su kimi mənbəyini götürüb, axır mənsəbinə doğru… Sözü də atırsan, özü gedib, tutur yolunu və mənsəbə çatır…

Keçmiş olsun deyirəm, bəzi insanlara, özünü həmvətənlim sayanlara… Sonuncu yolu tutub, hər şeyin sonuna çıxmasanız, bağrınız çatlayardı yəqin…

Qulaq gündə bir söz eşitməsə, göz bir şey görməsə, burun bir iy iyləməsə, əllər, ayaqlar toxunmasa, olmaz…

Bəzi insanlarda düşüncə də, olmayan ağlı da, sonunda-bədəninin qurtaracağında yerləşir deyə, o «son ağıllarına» gələn ideyaları da absurd, gülməli olur…

Tarix boyu çadırda qadın, kişilər ayrı olub, toyda və yasda ayrı-ayrı yığışıblar, bir zamanlar radikal dindarlarımız onların məktəblərini belə ayırmışdılar… O qədər ayırdılar və qadını son məxluq və varlıq etdilər ki, söhbət gəlib, ictimai nəqliyyata çıxdı.

Mən azad insanam və dünyavi -demokratik ölkədə yaşayıram… Onların istəklərini etmək fikrində deyiləm… Heç də problem eləmirəm, vecimə də deyil, ictimai nəqliyyatda kim mənə toxundu, baxdı, çünki ictimai yerdi, pik vaxtıdır, hər kəs tələsir, keyfindən minmir ona… Həm də, mənim niyyətim safdır, pis fikirlər keçmir ağlımdan…

Gorunuz çatlamasın ay müstəqilliyi, demokratiyanı bizə bəxş edənlər, azadlığımızı bizim üçün qanlarını tökərək bəxş edənlər… Budur, yenə qanımızdakı, canımızdakı iblis, zəlilər, radikal düşüncəlilər ideya atdı ortaya: «Sonuncu vaqona minmə ay kişi»… Maraqlıdır, buna əməl etməyəni inzibati cərimə gözləyir, yoxsa cəza?

Mənim evim də, işim də ilk vaqona uyğundur, üstəlik uşaqlıqdan həmişə ilk vaqona minmişəm, sonuncu olmaq istəmirəm, sonuncuya minmirəm, belə çıxır ki, ictimaiyyət məni qınamalıdır, deməlidir, bu pis qadındır, sonuncuya minmədi, kişilərlə mindi… Maraqlıdır, uşaqlı qadınlar, ailəli qadınlar üçün, kişilər üçün ayrı vaqonlar bəs niyə kəşf etmədilər… Elə ideya gəldisə, yarımçıq qoymasınlar… Diskriminasiyanı davam etdirsinlər… Uşaqlara da, homoseksuallara da, translara da, kişilərə də tətbiq edin, ayrı vaqon ayırın… Avtobusu nə edəcəksiniz, ələxsus da təzə bakubus avtobusunu, onsuz da ön qapıdan minib, arxa qapıdan düşməlisən, orda sənin düşüncənlə səni əlləşdirən olmur və olmayacaq?! Gülüncsünüz!

Mən «Metroda sonuncu vaqon» aksiyasını qeyri-demokratik, diskriminativ (istər qadın və istərsə də, kişi üçün), qeyri — etik, tolerantlığa zidd, mədəniyyətsiz, absurd və səviyyəsiz aksiya hesab edirəm! Bura Sizin üçün İslam ölkəsi deyil, dünyavi-demokratik dövlətdir, gedin İrana, ora əsl Sizin yerinizdir! Mən bu aksiyaya protest edirəm və bilərəkdən tək gedib gələn qadın kimi digər vaqonlara minəcəyəm! İnkişaf etməkdənsə cəmiyyətimiz, geriləyirik!

 Məhərrəmlik ayında başınıza, bədəninizin digər hissələrinə ağır zərbələr endirib, qanınızı tökməsəydiniz, bu hala düşməzdiniz! Başınıza o qədər vurdunuz ki, olan qalan ağlınızı və beyininizdəki boz maddələri itirdiniz və adekvat düşünməkdən uzaqlaşdınız. Allah ağlınızı alınca, canınınızı alaydı kaş!

Bu ideya və aksiya sahiblərini və bu aksiyaya dəstək verənləri və iştirak edənləri şiddətlə qınayıram. Təsəvvür edirəm, sonuncu vaqonda ancaq qadınlar gedəcək, ondan əvvəlki vaqonda kişilər və onların da başı sonuncu vaqonda və oradakı qadınlarda olacaqdır )))) Mən də təklif edirəm ki, bir vaqonu ayrıca uşaqlar üçün etsinlər (özü də qız uşaqları üçün ayrı, oğlan uşaqları üçün ayrı, qomoseksuallar üçün ayrı vaqon, kişilər üçün ayrı vaqon, kişilər birinci vaqona minsin, uşaqlar ortaya, qomoseksuallar da birincidən sonrakı və sonuncudan əvvəlkinə…

Gedin öncə əsl insan olun, sonra ağlınızı, savadınızı artırın, dünyagörüşünüzü genişləndirin, qanunlarımızla tanış olun, sonra beyninizə ideya gəlsin, boş beyinə gələn ideya da, boş və gülünc olur…

Keçmiş olsun, hamınıza, etmədiyiniz bu qalmışdı, bunu da etdiniz…

Davam edir mənəvi sürgünlər, diskriminasiyalar… Kökünüz kəsilsin, bəlkə bir az cəmiyyətimiz düzələr və təmizlənər…

Keçmiş olsun deyirəm bu falçılara, bəlkə yığışar bizim bəzi çoxsaylı vətəndaşların ayaqları yığışar, bəxt bağlamaq, gözə gətirmək, bəxt açmaq, paxıllıqdan başqasının ərini qapazlamaq və s. kimi günah işlərdən uzaqlaşarlar, falçı kimdir ki, sənə gələcəyini desin, ağıllı ol, əsl insan ol, bəxtin də, ruzin də olacaq, daha hər şarlatanın yanına get, sənə fal desin, bildiklərini desin, səndən söz alıb, sənə qarşı istifadə etsin, üstəlik səni loxlayıb pul qopartsın… Vallah bu toplumun bir qismində ağıl yoxdur… Keçmiş olsun…

Gözləyirəm, bu qaraçı dilənçiləri və vətəndaşlığı olmayan həyasız qaraçıları nə zaman deport edəcəklər və küçələrdən birdəfəlik yığışdıracaqlar… Xoşı xəbəri eşitmək ümidiylə ayrılıram Sizdən…