Qeyri-rəsmi müsahibim- Məşhur repper Ramil Nabran

12208663_126599251034111_437238665250497612_n 12208259_126599191034117_2704919356504565959_n

1. Sizin üçün Ramil Nabran kimdir?

Azərbaycanlı alternativ reper

  1. Ramil adı fars dilindən tərcümədə “rəml edən, uzaqgörən, hər şeyi qabaqcadan düşünən, rəmmal, falçı, qum ilə fal açan.” deməkdir, siz uzaqgörənsiniz? Qəlbinizi dinləyirsiniz, yoxsa ağlınızı?

Həqiqətəndə rəml kimi sehrim var desəm, bəziləri məni anlamayacaqlar. Amma həqiqətəndə intuisiyalı insanam. Qəlbimlə ağlımın ahəngini yaşayıram.

  1. Sizin üçün uğur düsturunun elementləri nədir?

Məqsədyönlülük+öhdəlik

  1. “Qızıl ortaqlıq, hər şey və ya heç nə” prinsiplərindən hansını seçirsiniz?

Qızıl ortalıq. Çünki neytrallıq vacibdir mənə görə. ən azından qızıl ortalıq müntəzəm davamiyyətdir.

  1. Sizcə təsadüflər zəruriyyətdən doğurmu?

Məncə təsadüflər təsadüf deyil.

  1. Həyat bir məktəbdir, bu məktəb sizə hansı dərsləri keçib?

Şeirlə cavab verəcəm.

Həyat həm məktəbdir, həm də ki, müəllim.

Öyrədir bizlərə görüb sevməyi.

Həyatdan öyrəndi mənim gözlərim,

Sənin gözlərinlə həyatı sevməyi.

  1. “Hər şərdə bir xeyir var” fikri ilə razısınızmı?

Bəzən

  1. “İt hürər, karvan keçər” bu prinsipə riayət edirsinizmi?

Etməsəydim indi sənətimin sarbanı deyildim

  1. Sonrakı peşimançılıqda fayda varmı?

Xeyr.

  1. Sizcə susmaq razılıq əlamətidir?

Çox zaman bəli. Nadir hallarda susmaq qətiyyətli yox deməkdir.

 

  1. Sizin üçün ən uğurlu sərmayə nədir?

Bu ölkədə pul.

  1. Sabah öləcəyinizi bilsəydiniz, nə edərdiniz?

Nə eləsəydim onsuzda sona çatdıra bilməyəcəydim. Oqədər borcum var ki, sonrama.

  1. Zaman içində səyahət maşınınız olsaydı, hansı dövr və məkana getmək istəyərdiniz və niyə məhz o zaman və məkanı seçirsiniz?

Hardasa 1978- ci ilin aprel ayının ilk həftəsinə. Həmin ilin sentyabrında vəfat edən mərhum  atamın ad gününə. Mən onu xatırlamıram. O, mənim 10 aylığımda dünyasını dəyişib. Zaman maşını olsaydı, onun 1 gününə baxmağa gedərdim.

  1. Əsl dost –xoş günün dostudur, ya dar günün?

Mənim üçün dar günümün dostu xoş günümün qardaşıdı.

  1. Şeir yazmaq, rep demək və rəqs etməkdən savayı, başqa bir yaradıcı istedadınız varmı?

Rəssam dizaynerəm.

  1. Bir repper kimi sevilməyinizə səbəb nədir? Şəxsi face fakturanız, repə uyğun gələn səsiniz, yoxsa mahnılarınızdakı sözlər? Yoxsa fərqli ifanız?

Siz hamısını sadaladız + sadəliyim.

  1. Tənqidə münasibətinizi bilmək olarmı?

Baxır sübutuna.

Öz növbəmdə, Sizə və dinləyicilərimə bu həyatda və bu dünyada sevinc və xoşbəxtlik diləyirəm. Bu öz əlimizdədir.  Hörmətlə SİZİN Ramil Nabran.11081088_619439291523451_1068312413309767530_n 1511364_602634389784775_2083059875_n 10446500_490322721101776_2644655748058249770_n

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: