Bilə bilmədim

30469_135263846489175_767867_n (1)

Sən mənə kim idin, kim oldun axı?! Anlaya bilmədim, dost, ya sevgili?

Mənimçün əziz idin, dostdan da əziz, sevgili olmağa layiq deyiləm…

Sən məni bəlkə də çoxdan sevirdin, biganə deyildin ilk tanışlıqdan…

Mən isə sevirdim səni dostumtək, amma gizlədirdim, susurdum mən…

Nə sən təksən, nə də mən təkəm, var həyatımızda başqa insanlar

Bağlandıq dost kimi bir-birimizə, bəlkə də əslində heç dost deyildik?!

Anlaya bilmirəm, nə səni, nə də özümü, anlaya bilmirəm, qəlbimi…

Anlaya bilmirəm ağıl nə deyir, vicdansa susur, yatmaq istəyirəm, oyatma məni…

Sən məni çoxdandır tanıyırsan, dünən deyil, bu gün deyil tanışlığımız,

Sən məni məndən də yaxşı bilirsən, bilirsən, əslində kiməm, necəyəm?!

Əslində, hamıya qapalı insan, tək sənin önündə mənən açıqdım,

Taxmırdım maskalar, girmirdim rola, sən mənə hamıdan doğma, yaxındın…

Sən mənim ən əziz dostum, canımdın, nə oldu bizə?! «Biz» vardı məgər?!

Getmək istəmirəm, getmirəm, bilmirəm haraya, niyə gedim mən?!

Sadəcə darıxır ürəyim sənsiz, nigaranam səndən həm də bir azcıq…

Sən isə susursan, heç axtarmırsan, uzaqlaşırsan, güc ilə saxlaya bilmərəm səni…

İlk gedən, dostluğa son qoyan insan sən oldun, mən deyil, incimə məndən…

Mən isə onsuz da incikəm səndən, özümdən, hər kəsdən… Çoxdandır incikəm…

Bu gedişin, tərk etmən, vidalaşman nə ilk oldu həyatımda, nə də ki, son!

Davam edir tənhalığım, davam edir tərketmələr, ayrılıqlar, göz yaşlarım axmır amma…

Çünki artıq öyrəşmişəm, öyrənmişəm yalnızlığa, ayrılığa, tərketməyə…

Adiləşib mənim üçün dost bildiyim insanların üz döndərib getmələri…

Vəzifəyə, şöhrətə, şana, nüfuzuna, işinə, puluna görə məndən uzaq durmaları…

Ağlamıram, göz yaşlarım axmır, axmaz daha… Çünki mən həmin insanam, dəyişən deyiləm…

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: