Ancaq Azərbaycanda (davamı)

Yağış və qar yağanda (əridikdən sonra) Bakının mərkəzi küçələrində belə (gözdən uzaq, könüldən iraq yerləri və rayonları hələ demirəm, orada Nuhun gəmisi üzə bilər) avarçəkmə yarışlarını keçirtmək üçün hər cür şərait olur…

Toplum halında olan piyadalar avtomobil və piyadalar üçün nəzərdə tutulmuş işıqforları estetik gözəl varlıq kimi qəbul edir və işıqforun xidmətindən istifadə etmir, sonra maşın onu vuranda, avtomobil sürücüsündən polisə şikayət edir və məhkəməyə verir…

Bir deyənin olar, min yeyənin… Yıxılanda yerə zirvədən, əslində haqqında nə düşünürlər bilirsən, özün haqqında elə şeyləri, faktları bilirsən ki, xəbərsiz olursan onlardan, şokda olursan…

Tənha yaşayan zaman səni o qədər adam qınayır ki, sanki hamısının yarı var, tək deyillər…

Harda nə pis şey, cəhət varsa, onu nümunə olaraq götürürük…

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: