Səhərdən axşamadək…

 

29749_132362100112683_8368704_n

Səhər tezdən baxıram simanıza ey insanlar,

Yağır çoxunuzun üzündən böyük zəhrimar…

Ciddi, narazı mimika, izləmələr, sərt baxışlar…

Səhərdən axşamadək girmisiniz artıq rola…

Tanış, dostu görəndə belə gülmür üzünüz…

Elə bil ki, dəli sanacaq sizi başqa insanlar…

Bir xoş söz, xoş baxış, təbəssümə qalıb həsrət,

Ailəniz, dostlar, həmkarlar, bir də uşaqlar…

Sanki düşəcək xəncərinizdən yekə bir daş

Ya da ki, başınıza özünüz boyda düşəcək daş,

Olsanız, bir az səmimi, mehriban, gülərüz

Düşəcək el içində sanki xəyali nüfuzunuz,

Sizi sevəcək kimsə daha az, sevmişsə əgər bir zaman!

Mübahisə, davalar üçün sanki çıxmısınız küçəyə

İtlərdən fərqiniz yoxdur sizin, mənimçün əsla…

Almısınız it sifəti, hazırsınız it kimi hürməyə, qapmağa…

Axtarır gözləriniz hər kəsdə, hər yerdə bir bəhanə…

Mənə söz atmayın, onsuz da cavab verməyəcəm…

Atalar yaxşı deyib: Hürən it heç vaxt dişləməz…

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

3 комментария на “Səhərdən axşamadək…

Комментарии запрещены.

%d такие блоггеры, как: