Özümdən narazıyam, günahkaram…(Bəxtiyar Vahabzadəyə nəzirə)

11412430_1628523364057070_1732559732926837178_n

İnsanların min üzü var, fərqlənirlər rənglər kimi,

Təbiət də min rəngdədir, canlısı da, cansızı rənglər kimi,

Fərqlənirlər, özəldirlər, oxşamazlar bir-birinə…

Mənim davam özümlədir, narazıyam mən özümdən…

Bəyənmirəm mən özümü, acı dilli, sərt baxışlı bir insanam!

Bəyənmirəm mən özümü, sevməsinlər deyə məni,

İnsanlardan, təbiətdən, canlılardan gündən-günə soyuyuram…

Mən özümdən narazıyam, həyatımı bəyənmirəm,

Mən özümü bəyənmirəm, günahkaram hər səhvimdə…

Arzularım, istəklərim, həyat tərzim, məqsədlərim

Qane etmir daha məni, onlardan da narazıyam…

Susmağımdan, yazmağımdan, yaşamaqdan narazıyam…

Uğurlarım, zirvələrim, sevinclərim yetmir mənə,

Daha da çox istəyirəm, ətaləti bəyənmirəm, sükunətdən narazıyam…

Geniş qəlbim, həssas qəlbim, kövrək ruhum, narazıyam mən sizdən də…

Nəyə gərək olsun ağıl, məntiq, vicdan, dəyəri yox onların da…

Səhvlərimi, günahımı edib, sonra ayılıram, peşimanam ən sonunda

Keçib güzgü önünə mən, öz-özümlə danışıram,

dinləməyə çalışıram mən özümü, anlamıram, narazıyam bu halımdan…

Yuxusuzam son zamanlar, narahatam, nigaranam, həsrətini çəkirəm mən…

Axtarıram özümü mən öz içimdə, tapmadıqca, narahatam, narazıyam, günahkaram öz önümdə…

 

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: