-
Şüvən yazarlar- intriqada olan, birinin yazısı digərini qane etməyən, dava və atmacalı sözlərlə gündəmə gələn, özünü qara pr ilə reklam etdirən, yazarlığın qiymətini, sözün dəyərini ucuz tutan şüvənlərdir ki, onların yaradıcılıqları da, bir qara qəpiyə dəymir, belə yazarsınız, yaradıcı insansınızsa, gedin öz yaradıcılığınızla məşğul olun, kim nə yazır, necə yazır, niyə yazır, yaşayır, Sizə nə dəxli var? Guya belə mükəmməlsiniz?! Tənqid etmək olar, amma şəxsiyyətə keçmək, təhqir etmək, söymək Sizin olmayan səviyyənizi, dar düşüncə tərzinizi göstərir. Elə yazarlarımız da var ki, şöhrət naminə nəsə hökmən yazmalıdır… Bəlkə də, öz fikirləri deyil, bəlkə də öz sözləri deyil, amma «hamı yazır, məşhur olur, mən də yazım, məşhur olum» prinsipi ilə yaşayır onlar… Onlara baxanda, səsi olmayan, fakturası olmayan və sadəcə adamı olan, tapşırılmış mügənniciyin muğam və ya opera, caz oxuması yadıma düşür… ŞÜVƏNYAZARSAN!