Biz «Qarabağ»FK-nın Mələkləriyik — «Ladies of Qarabagh»

 Vətəni, Qarabağımızı, onun adını daşıyan futbol komandamızı sevən xanımlardan biri kimi qeyd etmək istəyirəm ki,  futbola, idmana sevgim məhz Qarabağ FK-dan başlamışdır.

 Bu günkü müsahibim “Ladies of Garabagh” fan klubunun təsisçisilərindən biri  və klubun direktoru , mediadakı dostumuz Vasif Acalovdur. Onunla tanışlığım təsadüfi olmuşdur. Mediada adını çəkməyəcəyim bir yaxın dostum mənim Qarabağ FK və onun bütün oyunlarına olan maraq və sevgimdən, bütün oyunlarında iştirak etmək istəyimdən xəbər tutdu və bildirdi ki, oyunlara tək getməyə ehtiyac yoxdur, çünki Ladies of Garabagh adlı Azərbaycanda və Qafqazda ilk xanım  fan klubu vardır və ora üzv olmağı, oradakı insanlarla tanış olub, dostlaşmağı tövsiyyə etdi və sonra məni Vasif bəylə tanış etdi. O gündən etibarən mən də bu mehriban, sevimli, vətənpərvər, şən, fəal fan klub ailəsinin bir üzvü, övladı oldum və buna görə də çox sevinirəm.

  1. Vasif bəy, Sizin üçün Ladies of Garabagh kimdir yoxsa nədir? Kimdirsə? Nədirsə? Niyə fan klubun adı “Qarabağın xanımları” deyil, məhz ingilis dilində, “Ladies of Garabagh” qoyulmuşdur?

“Ladies of Garabagh”- Sizsiz, onlardılar,Qarabağ adını sevən xanımlardır. Bu ad altında birləşənlərdir. Düzdür, biz əvvəl  bunu vurğuladığınız kimi  “Qarabağın xanımları” adını qoymaq istədik. Sizdə yaxşı bilirsiniz ki, komandamız Avropa liqasında da çıxış edir. Bu baxımdan,  elə onların bildikləri dildə onlara komandamızı haqqında məlumatları, ən əsası isə QARABAĞ –mızla bağlı həqiqətləri onlara çatdırmaq və diqqəti cəlb etmək üçün adı ingilis dilində olmasını istədik. Bu qərarı fan klubmuzun rəhbəri Günay Yelmarqızı da dəstəklədi. Biz beləcə yola çıxdıq.

  1. Sizcə, “Ladies of Garabagh” fan klubu Qarabağ futbol komandasının mələkləridirmi? Çünki Qarabağ FK fan klubumuzu “Qarabağın mələkləri” adlandırırlar.

-Bəli, mələkləridirlər. Bizim fan klubu belə adlandırırlar. Düzdür, müəyyən zaman bəzi yeni yaranan fan klublar da, bu adı istifadə edirlər. Amma Qarabağın bir tək mələkləri var o da —  “Ladies of Garabagh”.

3. Fan klubumuzun adında “ledi”, “Qarabağ”, “xanım” sözləri vardır, Sizcə, fan klubun üzvləri bu ada layiq bir azarkeş olmalıdır?

— Bəli , necəki layiqdilər və bu adı qoruyaraq ən düzgün formada təbliğ edirlər. Bu baxımdan xanımlarımızdan həqiqətən çox razıyam. Azərbaycan futboluna yeni bir mədəniyyət, yeni bir nəfəs gətirdilər.

  1. Məqsədiniz nədir axı bu fan klubu yaratmaqda?

— “Qarabag” bizim avrokuboklarda ən böyük ümidlərimizdəndir. “Qarabağ”-ın avropa meydanlarında hər çıxışı avropanın, dünyanın Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağı etirafı deməkdir. çünki “qarabağ” təkcə bir futbol klubu deyil, həm də bizim işğal altındakı torpaqlarımızın simvoludur. Odur ki, hər birimiz bu klubu əlimizdən gələn qədər dəstəkləməliyik. Bu məsələdə xanımların da üzərinə böyük məsuliyyət düşür. Elə buna görə də, fan club – ladies of  Garabagh”ı yaratmaq qərarına gəldik. Məqsədimiz “Qarabağ”-i sevən xanımları ətrafimıza toplayıb kluba gücümüz daxilində dəstək olmaqdır. Gəlin “Qarabağ” üçün bir olaq !!!

  1. Sizin üçün əsl xanım azarkeş necə olmalıdır?

Lokanik bir cavab verim, bu sualınıza ən doğru bir cavab olacaq.   “Ladies of Garabagh”fan klubunun xanım azarkeşləri kimi )))

  1. Sizcə, fan klubumuz üçün ediləcək ən uğurlu sərmayə nə ola bilər və kimlər edə bilər?

Bizim bu fan klub könüllü şəkildə fəaliyyət göstərir və hər oyunda 70 nəfərə yaxın xanımla öz sektorumuzda oluruq . Təssüflər olsun ki, 34-cü sektor tutumu bu qədərdi. Amma fan kluba qoşulmaq istəyən xanımların sayı hər oyunda 200 nəfəri keçir. Burada kiminsə sərmayəsi ilə nəsə oluna bilməz, burada ancaq xanımlarımızın klubumuza olan sevgisi və azarkeşlik mədəniyyəti ilə nəsə yarana bilər.

  1. Fan klubumuza üzv olmaq üçün şərtlər qoymusunuzmu?

Şərt deyəndə ki, çox sadə bir neçə xahişimiz olur. 90 dəqiqə komandamıza durmadan dəstək olmaq və bütün oyunlarda fan klubla birgə azarkeşlik etmələrini istəyirik.

  1. Fan klubumuzun Qarabağ FK –nun oyunları, futbolçuları ruhlandırmaq üçün, onlara dəstək olmaq üçün şüarları varmı? Əgər varsa, onların bir neçəsini qeyd edin, zəhmət olmazsa.

Əlbətdə ki, var. Hər oyunda yeni nəsə etməyə çalışırıq. Bizim ən əsası bir devizmiz var, o da ki, “QARABAĞ ÜÇÜN BİR OLAQ”!

  1. Fan klubumuzun üzvləri arasında məşhur simalar, jurnalistlər vardır, məşhur insanlarla əməkdaşlıq etmək, işləmək, anlaşmaq çətin deyil ki?

— Düz bildirirsiz. bizdə yeterincə tanınan və sevilən insanlar qoşulub. Amma bura fan klubdu, hamı ilə necəyiksə, onlarla da eləyik. Eyni münasibət olur.  Çünki kimliyindən aslı olmayaraq, məqsəd birdir “QARABAĞ”.  Buna görə  heç bir çətinliklə də üzləşmirik.

  1. Fan klubun üzvlərinə münasibətdə hansı qadağalar tətbiq edilmişdir?

— Heç bir qadağamız yoxdur. Çünki hər hansı bir qadağanın qoyulması üçün  xanımlarımız elə bir şərait yaratmayıblar.

  1. Fan klub üçün hər hansı bir uğur düsturu seçmisiniz? Sizcə, fan klubun qısa müddət ərzində uğurlu və maraqlı fəaliyyəti və medianın, digər insanların marağını öz üzərinə çəkməsi nə ilə bağlıdır?

Nə olursa olsun, biz komadamızın yanında oluruq. Bizi fərqləndirən əsas səbəb də məhz budur. Uğuru da buna görə əldə edirik.  Biz öz işimizlə məşğuluq. Nə iş görürüksə, onun peşəkar şəkildə olmasını, komandamıza xeyir verecek bir formada olmasını istəyirik.  Bu yolda daima medianın da dəstəklərini hiss edirik. Bu isə düzgün yolda olmağımızın göstəricisidir.

  1. Sizcə Fan klubumuzun dostu və düşməni vardırmı və əgər varsa, onlar kimlərdir?

— Maraqlı sualdı. Biz kiminləsə düşmən ola bilmərik, bu bizə yaraşmaz. Həm də açıq şəkildə deyim ki, buna kiminsə cürəti də çata bilməz. Özündən razılıq kimi qiymətləndiliməsin, biz çox güclü fan klubuq  )))  Siz də bilirsiz , bu danılmaz bir faktdır, dana da bilmərik, Çünki, hər kəs də bilir ki, vaxtı ilə  bizə qarşı olan insanlar olub. amma sevindirici haldır ki,  artıq onlar da bizim varlığımızı qəbul ediblər.

  1. Fan klubumuza, futbol komandamıza yönəldilmiş tənqidə və ya komandamızın müvəqqəti uğursuzluğuna, məğlubiyyətinə münasibətiniz necədir?

“Qarabağ”fk-nun qələbələrinə görə sevməmişik onu, biz onun adına görə seçmişik. Sonuna kimi də klubumuzun yanındayıq. Nə olursa olsun.

  1. Fan klubumuzun üzvlərinin simasındakı xoşbəxtliyi, kədəri oxuya bilirsinizmi, oxuduğunuz zaman nə etmək istəyirsiniz o anda?

Müxtəlif hisslər yaşanır 90 dəqiqə ərzində.  Ancaq məğlub olduğumuz zaman hər kəs bir-birinə dəstək olur. Biz birlikdə güclüyük.

  1. Fan klubumuzun üzvü olan xanım azarkeşlərimizdən razısınızmı?

Heç bir fan klubun rəhbəri bizim qədər öz fan klubundan razı ola bilməz. Buna görə xanımlarımıza minnətdarıq.

Bizə vaxt ayırdığınıza, səmimi, qeyri-rəsmi, dostcasına müsahibə və münasibətə görə, öz dərin minnətdarlığımı bildirmək istəyirəm və hər birimizə və Qarabağ FK-na uğurlar, qələbə diləyirəm.

Onu da qeyd etmək istəyirəm ki, noyabrın 29-unda saat 13-00-da Fan klubumuzun 1 illiyinin tamam olması münasibətilə, Cafe Mediada ad günü tədbiri keçiriləcəkdir. Bu tədbirə fan klubun indiki üzvləri, üzv olmaq istəyən xanımlar, media nümayəndələri də dəvətlidir.

 

Müsahibəni götürən: «Qarabağ Mələyi» Günel Fərhadqızı