2015-2016

12299655_10153709481127618_926153180_o

2015- ci il nə qaldı səndən yadigar, nə verdin mənə, nə aldın məndən?!

Səndən yadigar çox xatirələrim var, üzüntülərim də oldu, sevincim də, göz yaşlarım da oldu, gülüşüm də, çətin və rahat günlərim də oldu…

Danmıram, gizlətmirəm, peşiman deyiləm ki, bu həyatda varm, gözəl insanlarla tanış oldum, dostlaşdım, hər şeydə bir xeyir vardır, pozitivəm həmişə…

Yeni layihələr, yeni ideya və işlər oldu… Əziz dostlarım yenidən girdi həyatıma sevindirdi məni…

Söz-söhbət, paxıllıq, intriqasız da ötmədi bu il, söyən də oldu, təhqir edən də…

Nə olursa olsun,  hər şeyə görə sevincliyəm, şadam, əsas sağlam olum, əzizlərim sağlam olsun…

Gözüm açıldı, insanları tanıdım, köhnə dostlarımı gördüm, xatirələrim yada düşdü…

İşgüzar həyatda da uğurlarım az olmadı, dövlət əhəmiyyətli önəmli tədbir, konfrans, forumlara dəvət aldım, iştirak etdim…

Öz üzərimdə işlədim… İşləyirəm, davam da edəcəyəm…

Nə pislik və pis insanlara, nə yaxşı insanlara və yaxşılıqlara görə peşiman deyiləm… Hər birisi mənə dərs verdi, nəyisə öyrətdi…

İtirdiklərim də oldu, qazandıqlarım da, itirdiklərimə görə də peşiman deyiləm… Deməli, itirməliyik ki, qazandıqlarımızın qədrini, dəyərini bilək, itirməməyə çalışaq…

İnsanı isə yalnız o öləndə itirirsən, digər məqamlarda üzr istəmək, bağışlamaq və bağışlanmaq olar, yetər ki, səmimi olasan, peşiman olasan və üzr istəməyi bacarasan, səhvini anlayasan…

Səhvlərim də az olmadı, səhvlərimin sayəsində indiki Güneləm… Hər şeyə özüm nail oldum, özüm öz ayaqlarım üstündə durdum, kimsə deyə bilməz ki, məni o adam etmişdir…

Həyatda səhv etmək lazımdır ki, doğrularını görəsən, bir daha eyni səhvi təkrar etməyəsən…

Maarifləndirmə və gənclərlə iş sahəsində də məhsuldar il oldu… Yaradıcılığım məni gözəl insanlarla tanış etdi…

Yazar kimi tanındım, oxundum, sevildim,

Ən əsası bu ildə insan olmağı bacardım, insanlığımı itirmədim.

2015-ci il sən mənə insanlığa gedən yolda daha bpyük və əmin addımlar atmağı, yenidən sevilib-sevilməyi öyrətdin mənə, sevgini çıxartdın önümə, yenidən bir şans verdin mənə… Çox sağ ol…

Nə yaxşı ki, siz varsınız… Sizi sevirəm…

2016-cı il səndən nə gözləyirəm, yüksəlişlər, uğurlar, daha çox sevinc, ilham pərisi, sevgi gözləyirəm… Maliyyəçi kimi özümə pul və sağlamlıq diləyirəm, ən əsası vəzifə diləyirəm özümə, layiq olduğum və istədiyim layihələrimi gerçəkləşdirim…

Qızıma qovuşmaq istəyirəm, həsrətim bitsin, Qarabağıma qovuşmaq istəyirəm, vətənim bütov olsun…

Bayramınız mübarək!

Sağlam, xoşbəxt olun, sevib-sevilin, qədrinizi bilin və bir-birinizi incitməyin, həyat qısadır. onu layiqincə və əsl insan kimi yaşayın!

 

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: