Borçalı-Sarvan eli

Gözəl məkan, ana yurdum, təmiz hava, təmiz qida, meşəli, çaylı, dağlı Borçalım… Səndə keçib uşaqlığım, dincəlirdim tez-tez sənin yay aylarında qızınan qoynunda… Nənəmgilə gedərdik qonaq hər yayı, olmasaydı 20 yanvar 1990-cı ildə, sonra yad etmədik səni… Anam, atam gedərdi, toyda, yasda olardı orda… Biz isə qalardıq Bakıda… Mənə söz vermisən Borçalı, bitməz söz ehtiyatı, musiqiniПродолжить чтение «Borçalı-Sarvan eli»

Ваша оценка:

Niyə müsəlman deyiləm?

1.Siğəni və erkən nigahı dəstəkləmirəm. Elm tərəfdarıyam. 2.Görmədiyi şeytana daş ataraq, insanların ağıllanacağına və haqq yoluna qayıdacağına, şeytana bir müsbət təsiri olacağına və insanlardan əl çəkəcəyinə inanmıram. 3.Məkkədəki daş ətrafında ziyarəti absurd və gülünc, büdbərəstliyin əlaməti hesab edirəm.Ərəblərə halal olsun, bu qədər insanı barmağında fırladıb, biznes qurub. 4.Oruc tutmaq da, gülüncdür, bütün günü yemə, içmə,Продолжить чтение «Niyə müsəlman deyiləm?»

Ваша оценка:

Mənim üçün bayram

-Bilirsәn, bayram nәdir? -Yemәk, içmәk, istirahәt?! -Yox, ailәli vә işgüzar insanlara ailәsi, sevdiklәri ilә olmaq üçün, vaxt ayırmaq üçün onlara, sevgilәrini sübut etmәk üçün verilәn şansdır… Mәnә bayram demә, nәyi qeyd edim?Mәni tәbrik etmә, kimlә qeyd edim?Mәni çağırma qonaq, haraya gedim?İç dünyamda azmış, tәnha insanam…      

Ваша оценка:

Qarışıq şeirlərim- qaralamalar

Umma mәndәn, umma dostum, şeir umma, esse umma, umma, sәndәn nәsә yazım, umma, sözüm tükәnmişdir… umma sevgi, ümid umma, inam umma, sәbri umma, umma, ruhum mәndә deyil… umma acam, umma, toxam, umma, varam, umma, yoxam, umma hәr şey, umma heç nә, umma mәndәn,yarımçığam… bir az azam, bir az çoxam, çıx, üstәgәl, bölmә, vurma, hәm sakitәm, hәmПродолжить чтение «Qarışıq şeirlərim- qaralamalar»

Ваша оценка:

Mənə aşiqsən?! 18+ (Satirik-yumoristik yazı)

Mənə aşiqsən?! Hə, ya yox?! Çox nahaq yerə! Nə aşiq ol, nə də ki, olma… Mənə baş qoşma… Məni istəyirsən?! Buna əminsən? Hə, ya yox?! Lap belə, gözüm aydın olsun! Verdin şad xəbər! Ol biganə, toxunma mənə… Durmur əllərin, bir yerin dinc! Qalxıb, enib, hərəkətdədir?! Hə, ya yox?! Vecimə deyil! Əcəb edirsən! Davam elə, məndənПродолжить чтение «Mənə aşiqsən?! 18+ (Satirik-yumoristik yazı)»

Ваша оценка:

Çağrılmamış qonaqlar və qonaqlıq… III hissə (satirik, yumoristik yazı) Qonaqlara tələblərim…

Əslində, qonaqpərvər insan olmuşam, ərə gedəndə evimiz həsən soxdu dəyirmanı idi, gecə saatlarınadək evimizdə qonaq olardı, elə ata evimdə də, gələn və gedən, bəziləri isə gələndən sonra təkrar bir də gəlməyən qonaqlarımız olmuşdur… Zaman və insanlar, cəmiyyət insanı dəyişər, insanı yox, fikirlərini və qərarlarını… Son zamanlar cəmiyyətə və dostlara bir az güzəştə getmək, açılmaq istəyirəm,Продолжить чтение «Çağrılmamış qonaqlar və qonaqlıq… III hissə (satirik, yumoristik yazı) Qonaqlara tələblərim…»

Ваша оценка:

Tənha qalmaq istəyirsən?

Çox adam tənha olmaq istəyir, müəyyən bir vaxt ərzində tənha qalmaq istəyir, bezir insanlardan, hər kəsdən, bəzən elə sakitlik istəyirsən ki, başını götürüb harasa qaçmağı arzulayırsan, tənha, adamlar olmayan yerə… Fikirlərini, hisslərini yerbəyer etmək, həyatını, gələcəyini planlaşdırmaq üçün tənha qalmaq istəyirsən… Tənha qalmaq bəzən yaxşıdır, uzun müddətə deyil, qısa müddətə… Tənha qalmaq nə deməkdir?Tənhalıq! TənhalıqПродолжить чтение «Tənha qalmaq istəyirsən?»

Ваша оценка:

Güntay da çağrılan ağayi-Məniçöhrə dil dərsi

Originally posted on Ağalar Qutun bloqu:
Ağalar QUT Ağayi-Məniçöhr! Bir həftə qabaq mənim haqqımda verdiyin müsahibən yanlışlarla doludur. Mən sənə cavab yazmazdım, heç indi də ürəyimcə deyil sənə yazmaq, di gəl yazmasaydım, bu, bir sıra oxucuları yanılda bilərdi. Ancaq mən sənin məni sırf incitməyə və alçaltmağa hesablanmış sözlərinə yox, dil haqqında dediklərinə qısa cavablar…

Ваша оценка:

Atam…

O, mənim qürur mənbəyimdir, ona həm zahirən, həm xaraktercə oxşamağımla da fəxr edirəm… O, mənim atamdır, ailədə ən çox sevdiyim insan… Danlasa da, tənqid etsə də, dalaşıb, küsüb, barışsa da, atamdır mənim… O, azsaylı insandır ki, ona «qızıl adamdır» deyir onu tanıyan hər kəs… Onunla bir gündə doğulmuşam mən, 30 yaşı olanda, hədiyyə olmuşam ona…Продолжить чтение «Atam…»

Ваша оценка:

Yemin ettim bir kendime, bir de sana…

  Yemin ettim bir kendime, bir de sana… Yemin ettim, farklı yeminlerdir amma…Yeminlerimde vardır yalan… Yeminlerimle kendimi de, aldattım, seni de… Sana yemin ettim ki, mutlu olacağım, yalan, kendime ettiyim yeminde vardır mutsuzluk… Sana yemin ettim ki, seni unutacağım, yalan, kendime ettiyim yeminde sensizlik olsa da, seni unutmayacağım… Sana yemin ettim, yeni hayata başlayacağım, bitireceyimПродолжить чтение «Yemin ettim bir kendime, bir de sana…»

Ваша оценка:

Bir zaman onlara “Fahişə” dedik…

Bir zaman qadın, qızlarımız şalvar geyindi, onlara “fahişə” dedik, indi gözümüzə az dəyir don, ətək geyinən qadınlar, kişilər geyinər onları… Bir zaman yazıçı, şairə qadınlara dedik “fahişə”, “həyatında yaşayıb, yazıbdır” dedik, indi nə qədər qadın şairə, yazıçı qadın var… Bir zaman restorana, kafeyə gedən xanımlara «fahişə» dedik, indi restoran, kafedən çıxmaz xanımlar… Bir zaman 18-20Продолжить чтение «Bir zaman onlara “Fahişə” dedik…»

Ваша оценка:

Yeni günün (Novruzun) 30 çaları (satirik, yumoristik yazı)

Novruz yeganə bayramdır ki, qeyd edirəm, çünki mənim üçün təbii, səmimi və təbiətlə birbaşa bağlı olan, soykökümüzə bağlı olan, dindən uzaq bir bayramdır. Novruz insanları birləşdirən bayramdır. Hamımız təbiətin övladlarıyıq, od da, su da, hava da, torpaq da biz canlılar üçün mövcuddur, yaşamağımıza yardımçıdır. Zaman keçdikcə, od, su, torpaq və havadan özümüz üçün istifadə etməyi, onlarınПродолжить чтение «Yeni günün (Novruzun) 30 çaları (satirik, yumoristik yazı)»

Ваша оценка:

Qızıma yazdığım məktub

Salam, qızım, İlk sözüm sənə, «Bağışla, məni»dir. Niyəsini zamanla anlayacaqsan… Küsgünsən, məndən ayrılıqda, uzaqda çəkdirdiyin şəkillərə baxıram, göndərilən audiosəslərə qulaq asıram, videogörüntülərdə görürəm səni… Mənim kimi üzün gülmür, qapanmısan, kədərlisən… Mənim kimi insanlardan uzaqlaşırsan, kövrəksən, küsgünsən, fikir içindəsən, kədərli düşüncələr dünyasındasan, xəyallardasan, yoxsa mənli xatirələrində, bilə bilmirəm… İtirmişəm səni, inamımı, sevincimi, xoşbəxtliyimi, ümidimi, səninlə qovuşacağımПродолжить чтение «Qızıma yazdığım məktub»

Ваша оценка:

Sevməyi kimdən öyrəndim?!

Ailə kiçik bir dövlətdir, öz qanunları olan. Bəzi qanunları yazılmış olur, bəziləri yazılmamış. Ailə ilk keçdiyin məktəbdir, uşaq bağçası, orta və ali məktəbdən öncə. Ailə uşağın həyat məktəbinin başlanğıc sinifləridir. Ailən sağlam olarsa, valideynlərin tərəfindən sevgi, tərbiyə görərsənsə, ailədə öyrədilən hər şeyi unutmazsan, başqa təsirlərə məruz qalmazsan. Çünki əsl ailə alınmaz qaladı. Çünki əsl ailəПродолжить чтение «Sevməyi kimdən öyrəndim?!»

Ваша оценка:

Qurban olaram…

Sənin öz dilin var, mənim öz dilim, Səninki nifrətdir, mənimki sevgi, Səninki təhqirdir, mənimki sivil, Özünü sırıma, qurban olaram…   Sənin öz fikrin var, mənim öz fikrim, Azadıq düşüncə, fikirlərdə biz, Sənin öz hissin var, mənim öz hissim, Fikrimə, hissimə qurban olaram…   Dava səninkidir, güzəşt mənimki, Sürünmək səninki, uçmaq mənimki, Səndə böhrandırsa, məndə bayramdı, ÖmrümüПродолжить чтение «Qurban olaram…»

Ваша оценка:

Kitab dediyim

Mənim üçün kitab bilik mənbəyidir, janrından və mətnindən asılı olmayaraq… Kitabı oxuduqca, yeni nəyisə öyrənirsən, oxuduqca, yeni nə ilə isə tanış olursan… Bir kitabda yazılanlardan özünü görürsən, başqasında başqa insanı… Bəzən deyil, çox zaman kitablar gerçək həyatdan götürülərək yazılmış olar… İnsan özü də kitab kimidir, yazırlar onu, ya da ki, özü yazır özünü… Kitab yazmaqПродолжить чтение «Kitab dediyim»

Ваша оценка:

Günümüzün yazarı, Anarı-yada salanı, unutmayanı…

Öncə Anar müəllimi təbrik edirəm, ad gününüz mübarək… Mən tənqidçiyəm və tərifləməyi sevmirəm, düzü düz, əyrini əyri yazmağı sevirəm.. yazını da oxucu yığmaq, diqqəti cəlb etmək üçün etmirəm… Yetərincə oxucum da var, 20 ilə yaxın yaradıcılığım da, yaradıcılığımla maraqlananlar, oxumuşlar, yaradıcı fəaliyyətimlə də tanışdırlar. Anar adının mənası — yada salan, unutmayan, yaddan çıxartmayan, xatırlayan, anan deməkdir.Продолжить чтение «Günümüzün yazarı, Anarı-yada salanı, unutmayanı…»

Ваша оценка:

Pul (Ülviyyə Heydərovanın eyni adlı yazısına nəzirə)

Pul (Ülviyyə Heydərovanın eyni adlı yazısına nəzirə) http://www.azadliq.org/content/article/25475300.html Ülviyyə Heydərovanın 2006-cı ildə yazdığı pul hekayəsinə davam olaraq… 10 il keçdikdən sonra həmin pulun aqibətini yazmağı qərara aldım… Zaman keçdi mən elə kitabın arasında qalmaqda idim, o gün mənə sahiblənən və kitabın arasına qoyan baba kitabını 10 ildən sonra nəvəsinə ad günündə oxumağa hədiyyə kimi verməsəydi,Продолжить чтение «Pul (Ülviyyə Heydərovanın eyni adlı yazısına nəzirə)»

Ваша оценка:

Sevgimi bənzətsəm əgər… (satirik, yumoristik yazı)

Elə sevdirt ki, özünü, bənzədim sənə olan sevgimi, vəsf edim səni, bir az düşündürsün sevgimiz, bir az sevindirsin, güldürsün, bir az da ağlatsın… Sevdirtsən özünü əgər, bənzədərəm sevgimi mən də… Qanım düşəndə aşağı səni nar, alma, üzüm kimi axtararam… Qaraltma ancaq qanımı… Ürəyim ağrısa reyhandan düzəltdiyim şərbətim kimi olarsan, içərəm səni… Heyva kimi dərib yeyərəmПродолжить чтение «Sevgimi bənzətsəm əgər… (satirik, yumoristik yazı)»

Ваша оценка:

İstəmirəm olmaq…

İstəmirəm olmaq yazar, şair, yazdıqlarım ünvanına çatmırsa, yazdıqlarım öz üzərimə geri qayıdırsa…. İstəmirəm olmaq kitab, oxuduqca məni yorulursansa, maraqlı deyiləmsə, anlamırsansa, bir kənara atırsansa… İstəmirəm olmaq xəyal, ya xatirə, biri yaşanılmamış sabah, ümidlər, sərmayədir, digəri isə yaşanılmış real həyat, dünən, təcrübədir… İstəmirəm olmaq həyatında yol nişanı, xəbərdarlıq, kimdir axı ona baxan?! İstəmirəm olmaq ümid, inam,Продолжить чтение «İstəmirəm olmaq…»

Ваша оценка:

Tənha qadın…

Mən tənha qadınam… Qadın olmaqdan öncə insanam… Tənha insan… Bayramları sevmirəm son 3 ildir ki, qeyd etmirəm, bayram günlərində evdə olarkən daha da tam olaraq anlayıram tənhalığımı, qəbul edirəm ki, mən tənhayam… Tənha qadın kimdir?! Hər kəs kimi o, da insandır, sadəcə bu həyatda o, tənhadır… Tənha qadın içində tez inciyən, gizlin ağlayan, qapalı, kədərliПродолжить чтение «Tənha qadın…»

Ваша оценка:

Səndən sonra…

Yadımdadır, münasibətlərimiz dostluqdan başlamışdı, dostluq da çevrildi sevgiyə, sonra ailəmizi qurduq, nə sən tərəf razı idi, nə mən tərəf bu nigaha, bu sevgiyə, bu dostluğa… Sən ərəb əsilli fars, mənsə türk əsilli azərbaycanlı… Çox şeyimi sevmişdin mənim… Saf qəlbimi, səmimiliyimi, sadəlövhlüyümü, gülərüz, zarafatcıl olmağımı, məntiqli düşünmə qabiliyyətimi, İQ səviyyəmin yüksək olmasını, yaradıcılığımı, inadkarlığımı, o zamanПродолжить чтение «Səndən sonra…»

Ваша оценка:

Çox istəyirəm…

Çox istəyirəm, səni… Sən varsansa, axtar tap məni… Qoyma gözüm qalsın yollarda, yol çəksin gözlər gözləməkdən… Çox istəyirəm, pəncərədən təbiət mənzərəsinə birgə baxaq, həyata baxdığımız kimi… İstəyirəm, sənin olum, səninlə olum, paylaşdıqca, zəifliklərimi də biləsən, ağlamağımı və kövrəkliyimi zəiflik bilib, qınamayasan… İstəyirəm, qəlbimi xilas edəsən məzara gedən yoldan, biganəlikdən, sevgisizlikdən… İstəyirəm, ruhumuz bir-birinə qovuşsun, desinlərПродолжить чтение «Çox istəyirəm…»

Ваша оценка:

Mənə bir az ondan danış

Mәnә bir az ondan danış, pulsuz, işsiz qalmağından, Mәnә bir az ondan danış, banka olan borclarından, Girovdakı maşınından, mәnzilindәn, әldәn gedәn qır-qızıldan… Mәnә bir az ondan danış, bir tәrәfdә yoxsul, yetim, Bir tәrәfdә kök buraxmış rüşvәtxorlar, Mәnә bir az ondan danış çirkli pulu yumağından, Çıxardırsan vәtәnindәn, büdcә qalıbdır manatsız…. Mәnә bir az ondan danış, küçә olubПродолжить чтение «Mənə bir az ondan danış»

Ваша оценка:

O-peşəkar musiqinin yaradanı, bəstəkar, gözəl insan

Onun internetdə mövcud olan bütün mahnılarını (instrumental musiqilərini) yükləyib, hər gün dinləyirəm… Dinlədikcə, yeni hisslər yaşayıram, yeni fikirlər doğur beynimdə… Onun musiqi mədəniyyətimizdən uzaq düşməsi, qürbət eldə yaşaması musiqimizə öz təsirini göstərmişdir. Səviyyəli, həzin, mənalı, fəlsəfi, həssas musiqiləri dinləməkdən məhrum olmuşuq… Onun «Həyat davam edir» melodiyası həyatı həm mənfi, həm müsbət tərəfdən yaşadır, həyatın davamПродолжить чтение «O-peşəkar musiqinin yaradanı, bəstəkar, gözəl insan»

Ваша оценка:

Kişilərin təsnifatı və qadınların ehtiyatda saxladıqları kişilər… 18+

Elə bilirsiniz, ancaq kişilər xəyanət edir, ancaq kişilər ehtiyatda adam saxlayır, qara günü üçün, axtarışdadır? Xeyr! Qadınlar da xəyanət edir, ailə və ya münasibətlərdən kənarda da başqa kişilərlə münasibət qurar… Nə tökərsən aşına, o çıxar qaşığına prinsipi… Düzdür, heç bir hala, xəyanəti dəstəkləmirəm, amma kişilər kimi qadınlar da axtarışdadırlar, ehtiyat variantları olur, «olmadı belə, olsunПродолжить чтение «Kişilərin təsnifatı və qadınların ehtiyatda saxladıqları kişilər… 18+»

Ваша оценка:

Fuad Musayev: Bizim şou biznes başımızın bəlasıdır…

Bu günkü müsahibim bu ilin may ayının birində konsert verməyi nəzərdə tutan «FM Express» qrupunun solisti, banisi Fuad Musayev və qrupun üzvləridir. Bu dəfə müsahibə mövzumuz müasir yerli şou-biznesdən gedəcəkdir. Fuad bəy, öncə ürəkdən oxuduğunuz, ürəklə oxudunuz “Ürək” Sizi 10 il ərzində hara apardı? 10 il bundan əvvəl oxuduğum bu mahnı mənə çox şey verdi,Продолжить чтение «Fuad Musayev: Bizim şou biznes başımızın bəlasıdır…»

Ваша оценка:

Vətən həsrəti dediyim…

Vətənindən qaçanları, qaçmaq istəyənləri, qərib ölkələri üstün bilib, vətənini aşağılayanları anlamıram… Vətənini sevən insan vətən həsrəti, acısının nə qədər ağır, ağrılı, dərdli olduğunu anlayır… 2 il vətənimdən uzaq yaşadım… Bilirəm, nədir ayrılıq, vətən həsrəti… Vətən həsrəti qərib ölkədə nə qədər səni qəbul etsələr, sevsə də qəriblilər səni, özünü yad hesab etməkdir… Vətən həsrəti doğma dilindəПродолжить чтение «Vətən həsrəti dediyim…»

Ваша оценка:

Olmur, olmasın (M.Ə.Sabirə nəzirə)

Kişi: Ay molla, qız hələ uşaqdır axı? Günah olmaz, olacaqmı bunun savabı? Olsa da, günah, yoxsa savab, istəyirəm onu almaq, olmur olmasın! Molla: Allah yerinə mən verim sənə halallıq, vardır savab, qızışmaz qız uşağı! Qız nədir, təhsil, məktəb nədir, getsin ərə, doğsun uşaq!Savad olmur olmasın! Gənc: Ay ata, girmir beynimə, bu kitab, yorub məni təhsil, oxumaq! İstəyirəm gəzmək,Продолжить чтение «Olmur, olmasın (M.Ə.Sabirə nəzirə)»

Ваша оценка:

Uşaqdır uşağım… (M.Ə.Sabirə nəzirə)

Olsa da, işsiz, cibində vertu, çoxlu para, Sürsə də, son model avtomobil, özü avara, Yaramaz bir işə, olmaz dərman yaralı barmağa, Uşaq mənimdir, toxunma, uşaqdır uşağım…   Getsə də, piyada yolundan, vursa da, adamı, Çəksə də, kameralar, sus, dinmə, uşaqdır o, hələ Qanmaz, savadsız, qudurğan olsa da, mənimdir, Tək övladım, oğlum, qızım, varlığım, uşağım…   Yolda döysəПродолжить чтение «Uşaqdır uşağım… (M.Ə.Sabirə nəzirə)»

Ваша оценка:

Ağlaşma (M.Ə.Sabirə nəzirə)

Hazırdır hərə ağlaşmağa, mərsiyyəyə ”Peşimansan, verəsən sual “Necəsən?” Danışar sənə nağıl, rəvayət, hekayə, Sonra da, ağlayar ki, “acından ölürəm”… Villada yaşayıb, nökər tutan daydaylar, Məcburi köçənlər, qara camaat, qaçqınlar, Hamısı bir çənlik göz yaşı töküb ağlayar, Hər kəs «qırılır acından», ağlaşma qurar, Bircə gəlməsin gözə, “ay aman kim nə deyər?” Dövlət eyləyir güzəşt sahibkara, VerirПродолжить чтение «Ağlaşma (M.Ə.Sabirə nəzirə)»

Ваша оценка:

Mən çox sevirəm…

Pəncərədən baxmağı çox sevirəm… Pəncərə də insan kimi gah qapalı olur, gah da ki, açıq… Pəncərə insan qəlbi kimidir, gah plastikdəndir, sünidir, gah da ki, şüşədən, tez qırılandır… Pəncərə kimi şüşəsi gah tünd olur insan, qapanır, hamını görür, hamı üçün görünməzdir… Pəncərə kimi açıq rəngli şüşədən olanda hamı üçün açıq olur, hamını da görür, qarşılıqlıdır. QəlbПродолжить чтение «Mən çox sevirəm…»

Ваша оценка: