Şikayətim var…

Salam versən, almasam, düşünmə ki, qudurmuşam… Yaddaşımdan var bir şikayətim, görüb tanımamışam… Zəng eləsən nömrəmə, verməsəm cavab, incimə məndən… Nömrəni yazmağı unutmuşam, nömrən yoxsa kitabçamda, cavab vermirəm belə zənglərə… Göndərsən dostluq təklifini, qəbul etməsəm, incimə yenə… Üzün, adın tanış gələr, bilmərəm amma kimsən sən… Yazdığın ismarıca cavab verməzsəm, bağışla məni, Oxumaq, cavab yazmaq çıxmışdır yadımdan…Продолжить чтение «Şikayətim var…»

Ваша оценка:

Həyat dediyim … (3-cü hissə)

Həyatı ofşor zonalara bənzədirəm, hamı ona can atır, onda gizli əməliyyatlar gedir, hesabındakı əməllərə görə cinayət işi açılmalıdır, amma bir tədbir görə bilmirik, hər zaman sudan quru çıxa bilir… Həyatı sərmayəyə bənzədirəm, uzaqgörən sərmayədar olmalıdır insan, taktika və strategiyasını düzgün etsə, həyatın sərmayəsi səni qazandıracaq, yanlışın olsa, uduzacaq, itirəcəksən. Həyatı risklərə bənzədirəm, doğulduğun gündən taПродолжить чтение «Həyat dediyim … (3-cü hissə)»

Ваша оценка:

Şərəfinə…

Qaldıraq badələri, İçək şərəfə, İç ki, içəsən, Səbəbdən çox səbəb… İçək ilk salamın, tanışlığın şərəfinə, Həyatıma girənlərin şərəfinə… İçək vidaların şərəfinə, Bitmiş sonluqların şərəfinə, Gedənlərin şərəfinə… İçək sağlımığızın şərəfinə, Alıb, verdiklərimizin, Qazanıb itirdiklərimizin şərəfinə… İçək, insanların şərəfinə, Sözdə olan dostluğun, Sevginin, təbiətin sağlığına… İçək gözəlliklərin şərəfinə, Gözəl insanların, qəlbin adına… Qaldıraq badələri, süz ki, süzəsən,Продолжить чтение «Şərəfinə…»

Ваша оценка:

«Ziyalı» qonşularımız, böyük «poxsan» və «qancıq» məsələsi… 21+

Hörmətli oxucularım, bir zaman yazıçı Anarı qınayırdım ki, ziyalılarımızı pis görkəmdə təqdim edir. «5 mərtəbəli binanın 6-cı mərtəbəsi»ndəki Zaurun və Spartakın anası kimi  ziyalı analar hələ də var, çoxalmışlar. Sanki mən Təhminəyəm, Zaur və Spartaklarını alıram əllərindən… Hörmət hörmətə bağlıdır. Kiməsə yaşına və ya atamın xətrinə dillənmədiyimə və hörmət edib susduğuma görə çox peşiman olmuşam.Продолжить чтение ««Ziyalı» qonşularımız, böyük «poxsan» və «qancıq» məsələsi… 21+»

Ваша оценка:

Həyat dediyim… (ikinci hissə)

Həyat şam kimidir… Qaranlığımda işıq olur bəzən… Bəzən söndürür onu nəfəsim, ya da ki, kənar amillər… Bəzən yandırır məni onu söndürmək istəyəndə… Bəzən isə əsir sağa, sola, gah gur yanır, gah da zəif… Şamın yanmasına baxdığım kimi baxıram həyatıma, nə vaxt əriyəcək şam, nə vaxt bitəcək işığım, həyat… Həyat şar kimidir… Doldurursan içini havayla, şişir,Продолжить чтение «Həyat dediyim… (ikinci hissə)»

Ваша оценка:

Qınama…

Gedəcəyəm bir gün… Qınama məni… Öləcəyəm bir gün… Məni qınama… Ağlasam yanında, Məni qınama… Soyuğam, bilirəm Məni qınama… Ehtiras oyanmır, Məni qınama… Yoxdur arzularım, Məni qınama… Yoxdur fikirlərim Məni qınama… Sən yoxsan, ya varsan?! Məni qınama, Yaddaşım pozulub, Məni qınama… Zidiyyət, dilemma içindəyəm, Məni qınama… Seçimimi, qərarımı həbs etmişəm, Məni qınama… Qınama, qınamadan sus… ÖzümПродолжить чтение «Qınama…»

Ваша оценка:

Bir xahişim var səndən…

Bir xahişim var səndən… Qazandınsa sən məni, itirmə barı… Bir xahişim var səndən… Sevdinsə, sus, demə, bitəcək axı… Bir xahişim var səndən… Gülümsə üzümə, kədərlənsən də… Bir xahişim var səndən… Sevdirmə özünü mənə… Bir xahişim var səndən… Toxunma mənə, toxundunsa, qucaqla… Bir xahişim var səndən… Uzatma əlini mənə, tuta bilmərəm… Bir xahişim var səndən… SevməПродолжить чтение «Bir xahişim var səndən…»

Ваша оценка:

Bir qızım olsun (Aysel Abdullazadənin eyni adlı şeirinə nəzirə)

  Bir qızım olsun, atasının qızı olsun, Atası xəbərsiz olsun onun varlığından, Almasın məndən qızımızı… Bir qızım olsun, bənzəsin atasına, Atasının gözlərinin rəngi, saçları olsun… Atasını sevdiyim kimi onu da sevim… Atası kimi savadlı, ağıllı olsun… Atası bilməsin bir qızı var, Dəyişməsin həyatı, bağlanmasın bizə, Borclu bilməsin özünü bizə… Bir qızım olsun, adını Banu qoyum,Продолжить чтение «Bir qızım olsun (Aysel Abdullazadənin eyni adlı şeirinə nəzirə)»

Ваша оценка:

Deyildir axı…

Deyildir Mələk insan, İnsana ad qoysan da… Deyildir insan Mələk, Mələk adlı insanlar… Küsməyin mələklərdən, Yaxşısı var, pisi var… İnciməyin insandan, Yaxşı da var, pis də var, Günahsızdır mələklər, İnsanlardır günahkar… Deyildir insan ali, Deyildir insan adi, Mələk ruhlu insanlar, Mövcud deyildir, bilin Mələklər ruhsuz olar… Mükəmməl olmur insan, Doğrusu var, səhvi var, Qınamayın onları,Продолжить чтение «Deyildir axı…»

Ваша оценка:

Gopa bas… (tənqidi, yumoristik yazı)

Sən bir az gopla, Təriflə ancaq özünü… Bir az sonra bas gopa, Civi sərgüzəştini… Tərifləsin dostların, Kişi bilsinlər səni, Sənin civi bildiyin, Barmağında fırlatsın… Cibin boş, ağzın dolu, Müftəxorsan, ay kişi, Qızlar fırlamır səni, Sənin yoxdur dəyərin… Əlacın qalıb ancaq, İnternetdə yazmağa, Ümidsiz bir insansan, Yuxunda görürsən sən, Gözəl qızlar tutmağı… Nə biliyin var sənin, Nə dəПродолжить чтение «Gopa bas… (tənqidi, yumoristik yazı)»

Ваша оценка:

Axşamçağı… (Aqşin Yeniseyə cavab)

Sənə məktub yazıram, Yazıb, sonra cırıram, Qoymur qürurum mənim, Sənə onu göndərim… Yazıram məktubumda: «İçimdə qış fəslidir, Buz bağlayıb ürəyim, Ərimək bilmir qarı…» Məktubumda edirəm, Səmimi bir etiraf: «Dərdin məni məhv edir, İçirəm səhər, axşam…» Boğuluram qəhərdən, Ağlayıram, yanıram, İçimdəki boşluğu, Siqaret tüstüsüylə, Bəlkə bir az dolduram?! Beynimdəki fikirlər, Qoymur rahat yatmağa, Bəlkə qəlyan çəkimПродолжить чтение «Axşamçağı… (Aqşin Yeniseyə cavab)»

Ваша оценка:

Qadın etiraf edərsə…

Foto6 Nofəl Ümid Mən sıravi, adi, başqaları kimi bir qadınam… Tənha qadınam… Zamanı qaytarıb, nəyisə dəyişmək istəmirəm… Əsla, yaşadığım yaşanıldı, bitdi… Son zamanlar reallıqlarla xəyallarımın arasındakı uçurumdayam, içimdə elə böyük bir yara, boşluq var ki… Aynabəndə çıxıram, sərin külək toxunur mənə, bir az üşüyürəm, qollarımla qucaqlayıram özümü sanki… Gözlərimi yumuram, sanki o var həyatımda, arxadanПродолжить чтение «Qadın etiraf edərsə…»

Ваша оценка:

Qadınlarla bağlı fikirlərim…

Ağıllı, güclü, savadlı, işgüzar və özünə güvənən kişilər ağıllı, güclü, savadlı, işgüzar və özünə güvənən qadınlardan qorxmaz. Əksinə, birlikdə əlbir olub, iş görər və irəli gedər, uğur əldə edərlər… Bu cür qadınlardan qorxan kişilərin ciddi problemlərinin olması danılmaz faktdır. Qadın 20 yaşında: Bircə ərə gedim, hər kişiyə potensial ərim kimi baxmalıyam. Qadın 25 yaşında: YaşımПродолжить чтение «Qadınlarla bağlı fikirlərim…»

Ваша оценка:

Bir gün mən də gedəcəyəm… (İlqar Qulusoyun əziz xatirəsinə)

Bir gün mən də gedəcəyəm… Hər kəsi tərk edəcəyəm… Bir gün mən də öləcəyəm… Səssiz, xəbərsiz, bilməsin kimsə… Bir gün mən də gedəcəyəm… Ürəyim bərk ağrıyır… Bir gün mən də biləcəyəm, Bədənimdə yoxdur ruhum… Bir gün mən də gedəcəyəm… Alacağam son nəfəsi… Yazacağam vəsiyyəti… Bir gün… Az qalıbdır… Azacıq səbr etsin hamı… Bir gün mənПродолжить чтение «Bir gün mən də gedəcəyəm… (İlqar Qulusoyun əziz xatirəsinə)»

Ваша оценка:

1, 2, 3… (fəlsəfi, həyati esse)

1, 2, 3… Çox önəmlidir insanlar üçün onların həyatında… Hər bir insan bu üç yerdən birində olmaq istəyər… Hər kəsin arzusunda isə dayanır 1… 1, 2, 3… Nəhayət ki, «Xoş gəlmisən, bala, dünyamıza» «Qədəmlərin mübarək» 1, 2, 3… İlk addımlarındır, ilk cəhdlərin, yıxılmağın, büdrəməyin, qaçmağındır… İlk addımı atmamışdan öncə öyrənirsən ətrafındakıları, maraqlı gəlir sənə, yoxlayırsanПродолжить чтение «1, 2, 3… (fəlsəfi, həyati esse)»

Ваша оценка:

Boşananların «Boş» anları və cəmiyyətdəki «boşluq»lar… 18+ (tənqidi yazı)

Bu günkü mövzum çox aktual mövzudur. Bu yazımı yazanadək, çox düşündüm, müşahidə etdim, araşdırdım, qərəzsiz olmaq və reallığı yazmaq üçün 6 aydan çox vaxt sərf etdim. Ətrafımda boşanan qadın və kişilər çoxdur, boşanmaq ərəfəsində olan və ailəli olduğu halda, «subay» kimi gəzən qadın və kişilərimiz  də az deyildir. Statistikaya baxsaq, görərik ki, ölkəmizdə qurulan ailələr arasındaПродолжить чтение «Boşananların «Boş» anları və cəmiyyətdəki «boşluq»lar… 18+ (tənqidi yazı)»

Ваша оценка:

Adını silirəm bu gündən… (adını sildiyim dostlarıma ithaf edirəm)

Çox sağ ol, dostum, Tək qoydun məni dərdlərimlə… Çox sağ ol, gözümü açdın sən, Bildim, kimsən əslində… Çox sağ ol, dostum, Anladım ki, heç kiməm, Bəlkə heç nəyəm… Eybi yox, bu günün vardır sabahı… Adını silirəm bu gündən… Silirəm hər yerdən… Xatirələri də silirəm, Səsini də, baxışını da, Əllə salamlaşmağı da, Zarafatları, təbəssümü də… SilirəmПродолжить чтение «Adını silirəm bu gündən… (adını sildiyim dostlarıma ithaf edirəm)»

Ваша оценка:

Safiyam…

Qızım, yazıram sənə növbəti məktubumu… İki ildir həsrətindəyəm… Evə gec gəlirəm… Sənlə bağlı hər şeyi — oyuncaqlarını, sənə kiçik olan paltarlarını, şəkillərini gizlətmişəm gözdən iraq yerə… Gördükcə, havalanmayım deyə… Onsuz da, səhhətimdə ciddi problemlər var… Onsuz da dəli oluram… Qulağımdan səsin, gözlərimin önündən gülüşün, qaçmağın, oynamağın, nazın, burnumdan ətrin getmir ax… Bir də xatirələr… ƏnПродолжить чтение «Safiyam…»

Ваша оценка:

Deyirlərsə, inanma…

Deyirlərsə, göz yaşlarının rəngi olmaz… İnanma… Var rəngi göz yaşlarının… Ağrının, içindəki yaranın, kədərin, ölümün və məhv olmuş ümidlərin, yox olmuş etibarın, doğrulmamış etimadın, bitmiş sevginin, sönmüş ehtirasın və axan görünməz qanın, darıxmağın, həsrətin, qaranlığın qarışıq rəngidir göz yaşının rəngi… Ona görə axdığında dərhal seçilir… Ona görə axdığında yandırır dərini… Ona görə qurusa da, yenəПродолжить чтение «Deyirlərsə, inanma…»

Ваша оценка:

«Bağışla»

Deyirsən mənə, «Bağışla», Nəyim var ki, bağışlayım?! Ağlım özümə lazımdır, Sözlər isə özgəsinə… Qəlbim özümə lazımdır, Hisslər başqa birisinə… Paylamışam hər şeyimi, Saxlamadım mən özümə, İndi nəyim qalıb axı, Bağışlayım, yenə sənə?! Hər gələnə nəsə lazım, Götürür gedərkən, verməz… Hər gələn nəsə istəyər, Əvəzində heç nə verməz… Verdikcə mən, almamışam, Yığmamışam nələrisə… Bəs sən mənəПродолжить чтение ««Bağışla»»

Ваша оценка:

İnsanların zirvəsi… (fəlsəfi, tənqidi yazı)

Zirvəyə can atanların nəzərinə… Dostum… Əziz dostum… Mənə elə bir söz de, yaz ki, bu vaxtadək heç kimə deməmiş, yazmamış olasan… Varmı mənə elə sözün?! İnanmıram… Mənə elə bax ki, başqasına o baxışla baxmayasan… Çətin ki, elə baxışın olsun… Bütün baxışlarını məşq etmisən ayna önündə, sonra isə insanlara baxıb sınamısan özünü… Mənə uzat əlini, başqalarıПродолжить чтение «İnsanların zirvəsi… (fəlsəfi, tənqidi yazı)»

Ваша оценка:

Müasirliyin sirləri (civilər və loxlar)… 18+ (tənqidi, satirik, yumoristik yazı)

18 Foto: Mülkədar Rüstəmov Biri var idi, biri yox idi… Analoqu olmayan Absurdistan adlı bir ölkənin analoqu olmayan absurd düşüncəli vətəndaşları var idi… Düzdür, hamısı elə deyildi, amma çoxluq elə idi… Azlıqda olanlar da, az olduqlarına görə başlarını girləyirdilər… Bu dövlətin sakinlərinin ağlında «vermək, almaq, tutmaq, qaçmaq, fırlatmaq»dır… Belə də ki, kimsə qınaya bilməz… AzadПродолжить чтение «Müasirliyin sirləri (civilər və loxlar)… 18+ (tənqidi, satirik, yumoristik yazı)»

Ваша оценка:

«Civi tutmaq» SSENARİSİ… 18+

«Bəlkə, bir gün görüşək səninlə, Nə vaxtadək virtual dost olmaq olar… Bəlkə oturub bir yerdə yeyib-içək, Kabab, çaxır, şərab, iç ki, içəsən, İstəsən, qəlyan da gələr, çəkərsən, Bəs siqaret hansından çəkirsən?! Harada qalırsan, neçədə çıxırsan işdən? Maşınlayam götürüm səni, görüşək? Səndən xoşum gəlir, sonra nə olar, olar, Bazlıq adi haldır, sən təksən, kişin olaram… TəkПродолжить чтение ««Civi tutmaq» SSENARİSİ… 18+»

Ваша оценка:

Dərd budur…

Yazıçı, publisist, dramaturq olasan, yaza bilәsәn, amma öz hәyatını öz istәdiyin kimi yazıb yaşaya bilmәyәsәn… Hәyatının bloqu, köşә yazısı belә olmasın… Yazıçı üçün dәrddir… Yazıçı olasan, yaxşı yazasan, yazılarınla yazdığını sevdirәsәn, özünü sevdirәsәn, yazılarında sevgi olar, amma sevdiyin insana sevdiyini deyә bilmәyәsәn, söz tapmayasan, cürәtin olmaya, dәrd burasındadı… Yazıçı olasan, hәr kәsdәn, hәr şeydәn yazasan,Продолжить чтение «Dərd budur…»

Ваша оценка:

Bir səbəb göstər…

«Bağışla, məni» deyirəm sənə… Niyə? Özümdәn çox sevә bilmәrәm sәni… Qınama mәni… Sabah sәn dә gedәcәksәn, qayıdacaq tәnhalığım, sükunәtim… Әn yaxşısı budur, heç sevmәyim… Mәnә bir sәbәb göstәr, o bir sәbәbindә әks olunsun başqa, yüz, min sәbәbin… O sәbәb ki, inandıra bildirsin mәni… Niyə sevməliyəm səni özümdən artıq… Mənə bir səbəb göstər, o səbəb bəsПродолжить чтение «Bir səbəb göstər…»

Ваша оценка:

Elə birisi olsun ki…

Gözlərinin rəngi olsun fərqli, baxışları olsun fərqli… Baxdıqca baxışlarında batım… İtirim özümü… Əriyib gedim… Deməsin söz, baxışları yetər hirslənəndə də, sevinəndə də, kədərlənən də, sakit olanda da… Bir baxışı yetsin, demək istədiyini anlayım o an… Baxışları ilə «yesin» məni… İmtina edə bilməyim hər baxışında dediklərindən… Saçları cəlb etsin məni, zərif, yumşaq, barmaqlarım olsun daraq yerinə,Продолжить чтение «Elə birisi olsun ki…»

Ваша оценка:

Göndərməyəcəyim məktub

Musiqi dinləyirəm… Deyəsən gəlib ilham pərilərim, muzalarım… Yazmağa başlayıram… Sənə yazıram… Adını çəkmirəm… Özün biləcəksən «kimə aiddir»… Adını çəkmirəm, adın qalsın hamı üçün bir sirr olaraq… Yazıram məktubumu… Göndərməyəcəyəm… Cəsarət tapıram yazmağa, oxuma ancaq… Sənə yazıram, oxuma ancaq… Oxuma! «Əziz dostum, bilirsən, sanki sənlə həm eyniyik, həm də fərqli… Çəkir sənə məni… Sükunətin, rahatlığın, zarafatın,Продолжить чтение «Göndərməyəcəyim məktub»

Ваша оценка:

Onlara «Yox» deyəndə, onları rədd edəndə… 18+

Kişilərə qadınlar «Yox» deyərsə, onları rədd edərsə, kişilər nə edər, nə deyər?! Kişi tiplərindən asılı olaraq münasibət və deyilən sözlər dəyişir: Məndən yaxşısını tapacaqsan?! — özündən razı kişilər… Sənə də qalmaz! Bu gözəllik, cavanlıq sənə də qalmaz! – qisascıl kişilər… Elə bil Cey Lo, Ancelina Colisən, nə gündəsən?! Özündən bu qədər razı olma, en aşağı…Продолжить чтение «Onlara «Yox» deyəndə, onları rədd edəndə… 18+»

Ваша оценка:

Necə deyim sənə…

Sonra gecdir… Necə deyim sənə, «Getmə!», gedəndən sonra… Necə deyim sənə, «Buraxma əlimi, apar özünlə!», qıymazsan ölümü mənə… Necə deyim sənə, «Bağışla məni!», eşitmirsən daha məni, sonradan peşiman olmağın yoxdur dəyəri, faydası… Necə deyim sənə, «Səni sevirəm, sənsiz yaşaya bilmərəm», sənsiz yaşayıram uzun zamandır, sevgim də verir özümə əzab… Necə deyim sənə, «Ağlama, nigaran qalmaПродолжить чтение «Necə deyim sənə…»

Ваша оценка:

Məndən hər evə lazımdır… (qadın necə olmalıdır barədə praktiki məsləhətlər)

Məndən hər evə lazımdır, indiki böhran durumuna, hətta dünya müharibəsinə hazıram… 1. Panika və isterika qopartmıram, çox biganəyəm… 2. Dır-dır etmirəm… 3. Zarafatcılam… 4. Evdarlığı bacarıram… 5. Xəstələnmirəm, dərmanla sağalmıram, dərman xərclərinə qənaət edirəm… Aptekə girməyi və aptekdən alış-veriş etməyi sevmirəm… 2 manatdan baha dərman almıram… 6. Tibbi biliklərim var… Təbii yolla müalicə yollarını bilirəm…Продолжить чтение «Məndən hər evə lazımdır… (qadın necə olmalıdır barədə praktiki məsləhətlər)»

Ваша оценка: