Kiçik dialoqlar… (satirik, yumoristik, tənqidi yazı)

kdr_3923

Gəl gedək…

  • Gəl, gedək…
  • Haraya?
  • Hara istəsən.
  • Bir az fikirləşim… Vaxt ver mənə…
  • Yerinə fikirləşmişəm… Gedək zooparka…
  • Oraya niyə?
  • Gör ki, biz insanlardan betər yaşayanlar var… Şükür edək, halımıza…

  • Gəl, gedək…

  • Bu gün haraya?
  • Neft daşları, Günəşli, Çırağa, SOCARA…
  • Niyə?
  • Gedək, baş sağlığı verək, bir molla da götürək, neftimizin, manatımızın birtəhər yasını versin yola…

  • Gəl, gedək bu həftəsonu…

  • Haraya?
  • Öncə bazara, sonra supermarketlərə, qiymətlərə baxmağa…
  • Bəs sonra?
  • Sonra isə qəbristanlığa, özümüzə qəbir qazaq, diri gəzən ölülərdənik…

  • Gəl, gedək nahar vaxtı, ya da sabah…

  • Vergilər Nazirliyinə, Maliyyə Nazirliyinə…
  • Orada nə işimiz var?
  • Büdcəmizə baxaq, nə haldadır? Gəlir gəlirmi, gəlirsə, gedir haraya…
  • Bəs sonra?
  • Sonra gedərik, sərhəddə, ya da səfirliklərə, bu ölkədən uzaqlara…

  • Gəl, gedək…

  • Bu dəfə haraya?
  • Banka…
  • Niyə?
  • Kreditimi tam ödəyib bağlamağa…
  • Sonra bəs?
  • Mərkəzi Banka…
  • Oraya niyə?
  • Mərkəzi Kredit Reyestrindən qara siyahıya düşmüş adımı çıxartmağa…
  • Bəs sonra?
  • DYP-yə…
  • Niyə?
    -Yüklənilən cərimələrimi ödəməyə…
  • Sonra hara gedək?
  • Vergi borcumuzu ödəməyə getməliyik.
  • Sonra da aviakassaya gedib bilet alacağıq. Bunları etməsəm, ölkədən bizi kimdir buraxan…

  • Gəl, gedək…

  • Haraya…
  • Yaxşı yerdir…
  • Doğurdan?!
  • Bu dəfə gedirik, Kürdəmirə…
    -Yox, cəhənnəmə apar məni…

  • Gəl, gedək…
    -Sənlə harasa getməyə ehtiyat edirəm… Bu dəfə haraya?

  • Asan xidmətə…
  • Niyə?
  • Asan ölməyə…

  • Gəl, gedək…

  • Hara?
    -Öncə dənizə, sonra xəngəl yemək üçün restorana, sonra da Şahdağa, oradan da Göygölə…
  • Niyə?
  • Sosial şəbəkələrdə dəblə ayaqlaşmaq üçün… Bu mövzuda şəkil və statusun olmazsa, səni dostluqdan silirlər…

— Gəl, gedək…
— Haraya?
— Cinayət işləməyə…
— Niyə?
— Həbsxanada kommunal haqq ödəmirsən, yemək, içməyin də dövlətin hesabınadır. Hələ otaqda tək olmursan, darıxmırsan…
— O zaman gəl, gedək…

— Gəl, gedək…
— Haraya?
— Oyun oynamağa…
— Nə oyunudur ki elə?
— Mən xarici valyutada olan pulumu və plastik kartımı pin kodu ilə bərabər bir yerdə gizlədim, sən də qaç, hər yerdə axtar, tapsan, o pullar sənindir…
— Hmmm….
— Gözlə, şərtimi demədim axı… Bir yerə təkrar baxmaq olmaz
 — Gəl, gedək…
— Hara?
— Keçmiş sevgilinin yanına… Sənin haqqında bilmədiklərimi ondan öyrənməyə… Birdən bilmədiyim nəyisə bilmiş olar, gec olar…

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: