Demirəm ki…

2016-06-20-21-36-09-932

Demirəm ki:
— Getmə, dayan… Dön geriyə, bax gözümün sən içinə…
Demirəm ki:
— Darıxıram, gözləyirəm, kövrəlirəm… Sənsiz həyat bitəcəkdir…
Demirəm ki:
— Həyat sənsiz maraqsızdır… Həsrətin var, kədərliyəm…
Demirəm ki:
— Yaralarım sızıldayır, qanım axır su yerinə… Vurdun mənə böyük zərbə…
Demirəm ki:
— Şans ver mənə… Bağışla, sev… Gəl, barışaq… Qucaqla, öp…
Dediyim bir cümlə vardır:
— Qapını getdiyin zaman asta bağla, səs gəlməsin, açarı da saxla mənə, sənə lazım olmayacaq… Dalaşmağa yoxdur halım, deməyə də söz gərəkmir… Gedirsənsə, Xudahafiz, ya da ki, Əlvida!