Gecә yarısı…

Sәnә mәktub yazıram: Necә dәyәrliydin sәn, Kim idin mәnim üçün, Bunu tәk mәn bilirәm… Bu gün qara günümdür, Ağlamışam hәsrәtdәn, Sәnә çox inanırdım, Gözlәyirdim, gәlәsәn… Bitdi bu gün oyunun, Anladım hәqiqәti, Heç kim idim әslindә, Fahişәndim sadәcә… Bezmişәm mәn hәyatdan, Bir әlimdә şәrabım, Bir әlimdә siqaret, Sәni unutmalıyam… Önümdә dәrmanlarım,  Qarışdırıb içәcәm Sonra vannaya girib,Продолжить чтение «Gecә yarısı…»

Ваша оценка:

Bir dostum olsaydı

​Bir dostum olsaydı, Soruşsaydı halımı,  Çatdıraraq özünü Darıxmağa qoymazdı… Bir dostum olsaydı,  Soruşsaydı, hardayam, Sәsimdәki kәdәrdәn Anlayardı, dardayam… Bir dostum olsaydı, Soruşsaydı, nә olub,  Görüşәrkәn mәnimlә Qoymazdı ağlamağa… Bir dostum olsaydı,  Baxan kimi bilәydi, Ürәyim nә istәyir, Qaçırdardı uzağa…

Ваша оценка:

Bir bəndlik şeirlərim…

Bu nə təbiətdir, bu nə havadır, İnsanın keyfinə sanki bənzəyir Bir gün yağış yağır, bir gün istidir, Bilmirsən qış gəlib, yoxsa payızdır… İnsanın özünün vardır havası, Dəyişir bir anda təbiət kimi, Gah uçur göylərdə, xoşbəxtdir deyə, Gah da ki, quyunun lap dibindədir… İnsanlar ötübdür indi hər fəsli, Qışıtək soyuğu, donduranı var, Payıztək ağlayan, ağladanı var,Продолжить чтение «Bir bəndlik şeirlərim…»

Ваша оценка:

Mənim həyatım bənzəyər…

Həyatım da ata evimdəki həyətimizdə bitən gözəl qoxulu, cəlbedici görkəmli qızılgüllər kimidir, dərmədən tutub qoxlamaq, burnuna yaxınlaşdırmaq, gözəlliyinə valeh olmaq istəyirsən, əlini harasına vursan, tikanı batır əlinə, həyatın gövdəsi də qızılgülün gövdəsi kimidir, tikanlıdır. Məcbur olursan, ilk növbədə tutmaq üçün tikanlarını qırıb barmaq üçün yer edəsən… Hər bir insan uçan və azad kəpənək olmamışdan öncəПродолжить чтение «Mənim həyatım bənzəyər…»

Ваша оценка:

Nə olar, yandır özünü… Qulu Ağsəsə nəzirələrim

Foto: Nurlan GM Görürəm, insanlar gəlir üstümə, Boğurlar gerçəyi deyən səsimi… Görürəm, axşamdır, tənhalıq yenə Qaranlıq dünyaya aparır məni…   Qara düşüncələr, qara fikirlər, Yuxumu əlimdən alıb çoxdandır, Yuxuya getməyə qorxuram artıq, Yuxuma girəcək ilan, çaqqalı…   Gözümü yumanda ümid edirəm, Qəflətən oyanım bəlkə səs-küyə, Təsəlli olsun ki, ayıq yatıram, Yuxumda ölmədim, hələ ki, sağam…  Продолжить чтение «Nə olar, yandır özünü… Qulu Ağsəsə nəzirələrim»

Ваша оценка:

Gecikmişəm

Sənə yazıram bu gün: Salam, gəlmişəm yenə, Yenə həmin ünvanda Gözləyirəm səni mən… Baxıram düzdür ünvan, Həmin yer, həmin məkan, Soruşanda qonşundan, Dedilər ki, köçmüsən… Yeni ünvan istədim, Kövrəldi qonşun sənin, Yeni ünvanın artıq, Başdaşısız məzardır…   Bilirəm, gecikmişəm, Bilirəm, səhv etmişəm, Sonra məyus olmağım, Nəyi dəyişər axı?

Ваша оценка:

İstədiyim o idi, yetirdi pərvərdigar… (Qurbanolduğum)

Foto: Nurlan GM Desəm ki, təsadüflərə inanıram, əsla! Təsadüflər zəruriyyətdən doğur. Desəm ki, hər yeni insanla tanışlığım təsadüfi olub, yenə yalan demiş olaram. Desəm ki, hər tanışlığı adi qarşılamışam, sevincək olmuşam, yenə goplamış olaram. Mənim üçün hər tanışlığın bir səbəbi, zəruriyyəti, nəticəsi olur, hər tanışlıqdan bir itkim də ola bilər, bir qazancım da… İtkim vaxt itkisiПродолжить чтение «İstədiyim o idi, yetirdi pərvərdigar… (Qurbanolduğum)»

Ваша оценка:

Varlığın…

Varlığın tәnhalığımdan daha çox üzür mәni… Varlığın olmadı xilaskarım, olmadı stimulum, varlığın hopmadı ruhuma, mәnә… Varlığın söz vermişdi… Darıxmayacağam… Varlığın yox edir, mәhv edir qәlb dünyamı… Varlığın ürәyimi ağrıdır… Varlığın bәdbәxt edir, ağladır, ağrıdır mәni… Varlığını yoxmuş kimi saymalıyam… Niyә girdi varlığın hәyatıma?! O qәdәr pis insanam ki, nә yaşamağa layiqәm, nә sevgiyә, nә dәПродолжить чтение «Varlığın…»

Ваша оценка:

Məni bağışla…

  Foto: Nurlan GM Səndən öncə ölsəm əgər, İncimə, məni bağışla, Nə olsun ki, hələ gəncəm, Sən məndən də sağlamsan… Səndən öncə getsəm əgər, İncimə, tap başqasını… Sevən insan gedə bilməz, Gedən insan geri dönməz… Sən söz desən, mənsə sussam, Bil ki, qəlbim qırılmışdır, Çox həssasam, çox kövrəyəm, Göz yaşlarım gizlin axır… Səndən öncə əgərПродолжить чтение «Məni bağışla…»

Ваша оценка:

Evim…

Yenə mən, Yenə tənhayam… Qaçmağa yenə yer axtarıram… Evim olmur son dayanacaq, Bir işarədir mənə evimdə dəli olmaq… Əzbər bilirəm artıq, hər küncünü, yerini… Dəyişsəm də mebellərin yerini… Evim bənzəyir tənhalıq yuvasına, qızınmaq olmur soyuq aylarda… Hər yerdə ətri, xatirə, hər yerdə iz, hər yerdə nəsə qalmış onlardan… Evimdə var hər şeyim, amma yoxmuş kimidir… Yoxdur sevgi, istilik, kimsəПродолжить чтение «Evim…»

Ваша оценка:

Qeyd etmədiyim, qəbul etmədiklərim…

Foto: Valeh Arifoğlu Qeyd etmirəm, ad günümü, bayram günlərini… Adi gün kimi keçib gedər ömrümdən… Fərqliliyi hiss etmək üçün fərqli qeyd etmək lazımdır. Etmirəm… Qeyd etməyə kimsəm yoxdur… Qeyd etmirəm yas günlərini… Hər zaman içimdədir yasım, yasımı saxlayıram gizli olaraq, göstərmirəm, etmirəm reklam… Qeyd etmirəm dövlətin bayramlarını… Hamısı sönük, sıxıcı, sıravi… Hamısı riyakar, yalan, hamısıПродолжить чтение «Qeyd etmədiyim, qəbul etmədiklərim…»

Ваша оценка:

Sıradan biri, sıravi…

Foto: Nurlan GM Hər şey sıravi, adidir bu dünyada, Həyatımızda doğulmaqdan ölənədək, Həyat belə sıravidir ölüm kimi… İnsanlar da sıravidir mənim üçün… Hamısı eyni fərqlənmirlər bir-birindən… Sıravidir sevgiləri, yalanları, doğruları, Seçimləri, qərarları, gözlənilən, sıravidir… Darıxıram, bezirəm sıravilikdən, Sıradan biri deyiləm deyə… Gülüşlər də sevinc kimi, Göz yaşı da kədər kimi Sıravidir insanlarda… Sıravidir tənhalıqlar… AdПродолжить чтение «Sıradan biri, sıravi…»

Ваша оценка:

Sən və mən… (davamı)

Foto: Nurlan GM Arzularım, istəklərim gerçəkləşir… Bilirsən, son zamanlar hürkürəm, ehtiyat edirəm… Zamanım keçdikcə, əldə etdikcə, itirdikcə, yaşadıqca, anlayıram həyatımı… Həyatımdan gəlir keçir, sonra gedir insanlar… Sən də onlardan birisən? Bəlkə də… Son 6-7 ildə nələr yaşadığımı özüm bilirəm… Nə uşaq kimi uşaq oldum, nə gənc kimi gənc… Tez böyüdüm, tez tərk etdim… Həyat məniПродолжить чтение «Sən və mən… (davamı)»

Ваша оценка:

Səndən mənə qalanlar…

Foto: Çinarə Ömray Səndən mənə nə qaldı? Getməyin, ayrılığın, əzab? Sevməyi və sevilməyi öyrənməyim, dəlicəsinə, bütün varlığımla sevməyi bacarmağım… Saçlarımı əllərinlə daramağın… Əllərimlə saçımı düzəltmək vərdişim… Makiyajsız özümü təbii halda sənin gözünlə özümə baxıb sevməyim… Özümə güvənib kimdənsə asılı olmamağım… Pulu özüm qazana bildiyimi anlamağım… İstedadlı olub yaradıcılığımı davam etdirməyim… Özümlə fəxr etməyim… Güclü olmağım…Продолжить чтение «Səndən mənə qalanlar…»

Ваша оценка:

40-cı qapı… (tənqidi, fəlsəfi, yumoristik esse)

40-cı qapı… Nağıllarda, həyatda da hər evin, ailənin 40 qapısı olur, 39 hamı üçün açıq, biri isə qapalı… Açıq olanları biləndən sonra qapalıya doğru can atar 40-cı qapı kimidir pul, hamıya maraqlıdır, hamıya lazımdır, hamının üzünə bağlı olduğundan hamı ona doğru can atır, açarını axtarır, əldə edir, sonra isə peşiman olur, özünü söyür… «Pul əlПродолжить чтение «40-cı qapı… (tənqidi, fəlsəfi, yumoristik esse)»

Ваша оценка:

Qadının gündəliyi… (tənqidi, satirik, yumoristik)

Bir qadın obrazının simasında əksər qadınların iç dünyasını əks etdirən gündəlik qeydləri haqqında hekayədir. Özüm də qadın olduğumdan qadınları yaxşı tanıyıram, müşahidələrim zamanı, kişiləri də tanıyıram. Bu gündəlikdə qadının qeydləri, demək istəyib demədikləri və qadının iki mələyinin- xeyir və şər mələklərinin dialoqları öz əksini tapacaqdır. Bir çox insanlar, cinsindən asılı olmayaraq bu yazıda özünü, özПродолжить чтение «Qadının gündəliyi… (tənqidi, satirik, yumoristik)»

Ваша оценка:

Tәnhalığım…

Evdәn işә gec gәlmәyim… Yatağıma girdiyimdә fikirlәrin әlindәn yuxuya gedә bilmәmәyimdir… Tәnhalığım, 4 divarlıq, 4 dar künclü boz evim, sükunәtimdir, künclәrin, divarların üstümә gәlmәsi, sıxması, çıldırmağımdır… Tәnhalığım, evә gәlәndә vaxtımı öldürmәk üçün pәncәrәdәn çölә baxan gözlәrimin yol çәkmәyidir, qulağımın sәsdә, ürәyimin sәksәkәdә olmasıdır… Tәnhalığım oxuduğum kitab, filmdә özümü itirmәyim, ya da tapmağımdır… Tәnhalığım birisi tәrәfindәnПродолжить чтение «Tәnhalığım…»

Ваша оценка:

Dəyişmir heç nə… Yenə…

Yenə… Yenə sənsiz bitəcəkdir bu günüm… Yenə tənha olacağam evimdə… Yenə sənsiz açılacaq bir günüm… Həmənki iş, həmənki ev, dəyişmir heç nə… Yenə dizlərimi qucaqlayaraq, Başımı qoyanda dizim üstünə, Sinəmdən qəfildən ağrı qopacaq Dözməyir mənimtək zavallı ürək… Yenə səbəbsizdir kədərim mənim, Min cildə girmişdir simam, sevincim… Yenə səbrsizlik, yenə həsrətim, Ağlayır içimdə tənha bir insan…Продолжить чтение «Dəyişmir heç nə… Yenə…»

Ваша оценка:

Səni istəyirəm (davamı)

Foto: Nurlan GM Həsrətindəyəm… Bir çox insanların… Bir çox şeylərin… İtirdiyim vaxtımın həsrətindəyəm… Sərf edilən hisslərin həsrətindəyəm… Dəlicəsinə kimisə sevməyimin həsrətindəyəm… Birlikdə kiminləsə nəsə etməyin, həmrəyliyin, birliyin həsrətindəyəm… Ruh əkizimin axtarıram hələ də… Yoxdur hələ… Həsrətindəyəm… Çox vaxt itirdiklərimin, qazana bilmədiklərimin həsrətindəyəm. Peşimançılığın yerinə, özümə təsəlli vermək əvəzinə, həsrətini çəkirəm… Darıxmağın, gözləməyin həsrətindəyəm… Ən əsası əslПродолжить чтение «Səni istəyirəm (davamı)»

Ваша оценка:

Keçid dövrü- kişilərdə… (qadınların oxuması vacibdir)18+

Foto: Çinarə Ömray Elə bilirsiniz, ancaq qadınlarda yaşla bağlı psixoloji, fizioloji, intim problemlər olur? Yox! Kişilərdə də var. Kişilər bu keçid dövrlərini psixoloji və fizioloji baxımdan daha çətin keçirdirlər. Qadınlar isə daha asan və rahat. Kişilər keçid dövrünü fərqli keçirdə bilər. Kimisi məsuliyyətli, ciddi, işgüzar ola bilər. Kimisi uşaqlaşar, kimisi depressiyaya düşüb zəifləyər, kimisi güclənibПродолжить чтение «Keçid dövrü- kişilərdə… (qadınların oxuması vacibdir)18+»

Ваша оценка:

Sәn vә mәn…

Axı… Sәn kimsәn?! Özün üçün… Mәnim üçün… Nә ad qoyaq buna? Dostluq?! Nәdir mәni hәyatında görmәk istәyin, sәbәbin? Hardan gәlmisәn? Niyә mәhz mәn? Nә zaman seçdin mәni? Kimin yerini tutmalıyam? Sәn varsan, mәn varam… Biz yoxdur amma… Çünki sәn mәnim deyilsәn ruhәn, mәnәn, azad deyilsәn… Keçid dövrü sindromu var sәndә bәlkә dә… Bәlkә dә mәndәnПродолжить чтение «Sәn vә mәn…»

Ваша оценка:

Allahım, məni daha sınama…

Foto: Lalə İbişova Deyəsən, poçtun, qutun dolubdur sənin… Ya da ünvanını dəyişdirmisən insanların əlindən… Vaxtın azdır… Yazanlarsa çoxdur… Mənim məktubların ya ünvanına çatmır… Ya da çatır, vaxt tapmırsan oxumağa… Nə deyirsən?!Yazmayım daha? Əvvəlki tək danışım səninlə?! Vaxtın olacaq mənə yarım saat?! Nə vaxt düşüm qəbuluna?! İçimdəki səs də qeyb olmuşdur… Beynimə gəlir fikirlər, ideyalar… YaПродолжить чтение «Allahım, məni daha sınama…»

Ваша оценка:

Yerlə göy arasında …

Yerlə göy arasında nə vardır axı? Məsafə… Hava… İnsanlar… Fərq… Bir də ki, bədii təsvir və obrazlı ifadə… Torpaq… Bütün canlılar… Canlıların yaratdığı cansızlar… Yerlə göy arasında müqayisə üslubudur… Biri zirvədir… Biri isə uçurum… Biri xəyaldır… Biri reallıq… Rəngləri də fərqlidir… Tərkibi də… Yeriyə bilməyənlər, uça bilmirlər goydə… Göydə uçanlarsa, yerimək istəməzlər… Uçmağı üstün bilərlər…Продолжить чтение «Yerlə göy arasında …»

Ваша оценка:

Bir xahişim var səndən, salma yerə…

Foto: Nurlan GM Xahişlərim var səndən… Yaz özün üçün qeyd şəklində… Unutmayasan deyə… Yalan danışma mənə… Məni sevmə… Mənə bağlanma… Məni qaldırma gözündə, qəlbində zirvələrə, gözündən itməyim deyə, sonra düşməyim yerə gurultu ilə… Ayrılsaq əgər, ya da mən ölsəm, əsla ağlama… Peşiman olma, məni tanımağına… Susmağıma can atma, soruş nəsə, danışdır məni… Xəyanət etmə… YalanПродолжить чтение «Bir xahişim var səndən, salma yerə…»

Ваша оценка:

Mənim həyatım…

Foto: Çinarə Ömray Ön söz əvəzi: Gözəl qadın bir də ağıllı, savadlı, azad, müasir, ambisiyalı, konkret və işgüzar oldusa, insanları müşahidə, təhlil edib, qənaətə gələr, qərar verər, ehmalca gülümsəyər, zarafat edər, susar, susqunluğunda gizlənər həqiqətlər… Dili və varlığı, baxışları, təbəssümü ölmüş dil kimi olar, hər kəs oxuya bilməz onu… Həyatında birisi olsun, bağlanasan ona… OnunПродолжить чтение «Mənim həyatım…»

Ваша оценка:

Aforizmlərim

Foto: Çinarə Ömray 1. 18 yaşımdan bəri 15 ildir hər hansı bir siyasi partiyanın üzvü olmamışam, mitinqlərdə iştirak etməmişəm, siyasətə qarışmamışam, ona görə də müstəqiləm, başım dincdir. 2. Yağış və qar yağan günlərdə işıqforlar işləmir, yəqin beyin və sistemlərinə su damır. 3. Eyib və problemləri görmək üçün onlara öncə kənardan, sonra içindəki episentrindən baxmaq lazımdır.Продолжить чтение «Aforizmlərim»

Ваша оценка:

Çinarə Ömrayın «100 suala 101 cavab» layihəsi

Bu həftəki qonağımız yazıçı və tənqidçi Günel Fərhadqızıdır. Ona olan suallarınızı paylaşımın şərh bölməsinə yaza bilərsiniz. 5 günün tamamında suallar yığılıb Günel xanıma veriləcək və onun cavabları ilə birlikdə saytımızda yayımlanacaq. Sonda ən yaxşı sual seçilib qonağımız tərəfindən ona hədiyyə veriləcəkdir. Uğurlar! Media dəstəyi və istinad: http://www.herxeber.com/xeberler/edebiyyat/3681-yz-sualn-yz-bir-cavab-gnel-frhadqz.html Suallarınızı şərhlərdə gözləyirəm

Ваша оценка:

Niyə məhz islamofobiya? -Attila KəskinQılınc ilə həmmüəllif

Attila KəskinQılınc yazır: İslamofobiya sözünün açıqlaması islam qorxusu, islamdan qorxmaqdır. Bir sadə sualı düşünmək lazımdır. İnsanlar sevgi, barış, sülh, ədalət, əminamanlıq dolu tolerant dindən və sevgi dolu, barışcıl müsəlmanlardan niyə qorxurlar? Niyə islamofob olublar? Gəlin xristianofobiyanı, yəni İslam qaydalarının icra olunduğu, islam adət ənənələrinin yaşanıldığı bir regionda xristianlıq yayıldığını təsəvvür edək… Təsəvvür edək ki, xristianlarПродолжить чтение «Niyə məhz islamofobiya? -Attila KəskinQılınc ilə həmmüəllif»

Ваша оценка:

Kütlә küt olarsa…

​Küt kütlә psixologiyası necә formalaşır? Bir, iki nәfәr küt, savadsız, nadan özünü ağıllı vә bilikli göstәrib, insanların tәhtәlşüuruna yalanını yeridir, beynini yuyur, maariflәnmәmiş kütlә isә onları doğru, haqq davamçıları kimi qәbul edir. Şәbәkә marketinqi prinsipi ilә hәrәsi 3 nәfәr üzәrindә işlәyir, özü dә tәhrif edilmiş şәkildә.  Ölkәmizdә din anlayışı da küt insanlara xas biliklәr әsasәnПродолжить чтение «Kütlә küt olarsa…»

Ваша оценка:

Ağlaram yerinә millәtim…

Sәn ağlama, sil göz yaşını, ya da ki, boğ, ağla içindә… Qoy yerinә mәn ağlayım, hönkürtüylә, hayqırtıyla, için-için, boğulum göz yaşlarımda… Ağlayım, hündürmәrtәbәli binaların boş qalmış, işıqları sönmüş mәnzillәrә baxaraq… Bir zaman onun yerindә vardı insanlarla dolu mәnzillәr, 4-5 mәrtәbәli binalar… Ağlayım, manatın ölmüş, üzәn cәsәdinә… Ağlayım, gündәn günә, göz önündә qalxan qiymәtlәrә… Ağlayım, sayıПродолжить чтение «Ağlaram yerinә millәtim…»

Ваша оценка:

Allaha mәktubum

​Allaha növbәti mәktubum… Allahım, hәr dәfә sәnә mәktub yazanda, düşünür vә özümü inandırıram ki, son mәktubumdur… Hәr son bir başlanğıcdır…  Mәni sevdiyini, qoruduğunu, sınadığını bilirәm… Tәbiәtcә tez küsәnәm, özün bilirsәn… Uşaq kimiyәm, böyümәk istәmirәm… İnsanları tanıdıqca, böyüyüb dünyanı, cәmiyyәti dәyişmәyә, düzәltmәyә çalışıram. Bir bәndәn kimi nәyәsә yaramaq istәyirәm… Çox susuram, az danışıram, insanlardan uzaqlaşıram…  TәkПродолжить чтение «Allaha mәktubum»

Ваша оценка:

Biznesdәki uğurun danılmaz vә inkaredilmәz 100 qanunu…

İstәr biznesdә, istәr insan hәyatında, insanlar arasında münasibәtdә 100 qanunu var. Bu qanunları bilib, nәzәrә almaqla, 100% uğur әldә etmәk mümkündür. Hәr bir uğuru öncәdәn görmәk olar. Bu uğurun 100 qanunu aşağıdakılardır: İlk beş qanun hәyat qanunudur: Sәbәb vә nәticә; İnam; Gözlәnti; Cәlbetmә; Cavab vermәk. Uğur qanunları: Nәzarәt; Tәsadüf; Cavabdehlik; İstiqamәt; Kompensasiya; Xidmәt; Tәtbiq edilәnПродолжить чтение «Biznesdәki uğurun danılmaz vә inkaredilmәz 100 qanunu…»

Ваша оценка:

Profaylinq

Profaylinq — qanunsuz hәrәkәtlәrin qarşısının alınması üsullarından ibarәt bir sahәdir. Profil sözündәn götürülmüş vә xarici görünüş, verbal vә qeyri-verbal davranışın tәhlili әsasında insan profilinin psixoloji metodlarla dәyәrlәndirilmәsidir. İnsanın xarakterinә (insanın daxili vә xaricindә baş verәnlәrә qarşı münasibәti) uyğun psixoloji dildә danışır. İnsanın xarakteri 3 amilin tәsiri ilә formalaşır vә gizli vә ya açıq şәkildә özünüПродолжить чтение «Profaylinq»

Ваша оценка:

Dәyişkәn sevgi…

​-Bax, sevgilim, buludlara? -Nә var burada? Yağış yağacaq, yaz yağışı. -Yağışı sevmirәm, soyuyur hava, qalın geyinmәli oluram, ayaqqabım su keçirsә, xәstәlәnirәm. -Eh, su aydınlıqdı, yağış sәrinlәmәkdi, göyün göz yaşlarıdır, yağış tәnhalıqdı, gәzәrkәn yağışın altında. Yağışdan sonra hava açılır, göyqurşağı çıxır, nәm otların iyi, yarpaqlardan damlayan damcılar… -Bir dә yollardakı palçıq, yolla gedәrkәn üşüyәn insanlar, çәtirПродолжить чтение «Dәyişkәn sevgi…»

Ваша оценка:

Xarizmatik insansanmı?

​Xarizmatik insansanmı? Bir çox insanlar “xarizma” sözünü düzgün və tam qəbul etmir, anlamırlar… Xarizma ingilis dilində şarm deməkdir, şarm isə ancaq zahiri görkəmlə bağlı deyil, ümumilikdə  insanları bu və ya digər keyfiyyətlərin ilə cəlb, cəzb etmək, özünə bağlamaq, insanlarla səmərəli ünsiyyət və istəyinə nail olub, bəzən özünə sevdirmək məharəti deməkdir. Bəzi insanar anadangəlmə xarizmatik olur,Продолжить чтение «Xarizmatik insansanmı?»

Ваша оценка:

Yadındadır?!

Yadındadır?! Baxışımı sevirdin, özünü görürdün baxışlarımda, bilirdin ki, qәlbimdәsәn… Yadındadır?! Qoxumu sevirdin, qoxlayıb çәkәrdin ciyәrinә, bilirdin ki, sәn sevirsәn әtrimi, dәyişmirdim sәnә görә qoxlayasan deyә… Yadındadır?! Sәsimi sevirdin, asta sәslә, pıçıltıyla deyәrdim adını, sәnsә sevinәrdin adını eşidәndә, bilirdin ki, hәlә dә dilimdәn düşmәyirsәn, әzbәrlәmişәm sәni, fikirlәrimdәsәn… Yadındadır?! Gülüşümü sevirdim… Gülüşüm, tәbәssümüm mәsum idi, rahatlıq gәtirirdi,Продолжить чтение «Yadındadır?!»

Ваша оценка:

Mәnim kimi Qadınlar…

Mәnim kimi qadınlar necә olur görәsәn?! Özünә hәm tәlәbı, hәm müәllim, hәm şagird, hәm xәstәdir, hәm hәkim… Dostluq nәdir o bilәr, sevgini dә tanıyar…Dost bildiyi insandan yedikcә zәrbәlәri, soyuyar insanlardan…Dostlarının sayı az olar amma… Sevәndә o çox sevәr, ağlında başlar sevgi… Bitәrsә sevgi әgәr  uzun müddәt o sevmәz… Güclü olur kәnardan, gülәrüz vә şәn… BәxtәvәrdirПродолжить чтение «Mәnim kimi Qadınlar…»

Ваша оценка:

Məmur olacağam… (Çinarə Ömrayın eyni adlı yazısına cavab)

Çox düşünməyə dəyməz. Hər kəsin içində var bu arzu- Məmur olmaq… Səbəbləri çoxdur, hər kəs üçün fərqlidir… Hər məmura da aid deyildir, bu parametrlərə uyğöun gəlməyən məmurlarımız az da olsa, vardır. — Dövlətin, vətəndaşın torpağını qanunsuz yolla əldə etmək, orada villa tikmək, 5 metrdən hündür hasar çəkmək, kameralar quraşdırmaq, villama, şəhərdə və rayonlarda yerləşən lüksПродолжить чтение «Məmur olacağam… (Çinarə Ömrayın eyni adlı yazısına cavab)»

Ваша оценка:

Ağlaram

Varlığınla sevindirәn Adamım, yoxluğuna bil ki, tәnhalığımla tәk qalaraq ağlaram… Sevgini bәxş edәn doğma Adamım, nifrәtin doğarsa, yadlaşarsan, ağlaram… Hәr görüşә gecikmәdәn gәlәn Adamım, bir gün görüşümә gәlmәsәn әgәr, ağlaram… Hәyata qaytaran, muzam Adamım, bir gün ölsәm sәnin üçün, ağlaram… Gözlәrin gözümә baxan Adamım, o gözlәr baxarsa bir başqasına, susub ağlaram… Danışıb gülmәyi, dinlәmәyi, hәrПродолжить чтение «Ağlaram»

Ваша оценка:

Haraya belә?!

​Hara gedirәm? Gedirәm harasa, Bilmirәm hara,  Gah hәyatda yeriyirәm, Gah da gedirәm gora… Gedirәm düzünә,  Yolayrıcında 4 yolum var: Sağa, sola, önә, geriyә… Geriyә getmәyin mәnası yoxdur, Qalır 3 yol, sağa getsәm, sonsuzluqdu… Sola getsәmsә, tupik, sәdd vardır qapısız, geriyә yol da bağlana bilәr, 4 divar vә mәn… Sıxılıram… Düz yol isә maraqsızdır, hәr yerПродолжить чтение «Haraya belә?!»

Ваша оценка:

Dost kimi

Dost kimi yazıram sәnә…. Yazıram ki, unutmamışam sәni… Dost kimi başlamışdıq, dost kimi davam edәk… Sevgimiz dә olsun dost kimi…  Sәn dost kimi gәl görüşә… Gedәk kafeyә, bir çay içәk, danışaq indidәn, gәlәcәkdәn, susaq, keçmişimizi salmayaq yada… Yeniliklәrimiz, xәbәrlәrimizi paylaşaq dost kimi… Mәn danışım, sәnsә dinlә, qınama mәni… Dostlar qınamaz… Dost kimi qucaqla mәni, sıxПродолжить чтение «Dost kimi»

Ваша оценка: