Allaha mәktubum

​Allaha növbәti mәktubum…

Allahım, hәr dәfә sәnә mәktub yazanda, düşünür vә özümü inandırıram ki, son mәktubumdur…
Hәr son bir başlanğıcdır… 

Mәni sevdiyini, qoruduğunu, sınadığını bilirәm…
Tәbiәtcә tez küsәnәm, özün bilirsәn… Uşaq kimiyәm, böyümәk istәmirәm… İnsanları tanıdıqca, böyüyüb dünyanı, cәmiyyәti dәyişmәyә, düzәltmәyә çalışıram. Bir bәndәn kimi nәyәsә yaramaq istәyirәm…
Çox susuram, az danışıram, insanlardan uzaqlaşıram…

 Tәk sәn tanıyırsan mәni, bilirsәn hәyat, arzu, niyyәt, әmәllәrimi, oxuyursan fikirlәrimi, xәbәrin var qәlbimdәn, hisslәrimdәn…
Sәni sevirәm… Günahım, sәhvim çoxdur, peşimanam… Bilirәm ki, darda qoymazsan mәni… Sevirsәn, qaytara bilәrsәn geriyә itirdiklәrimi…

Bilirәm ki, mәni sevirsәn… Qoru mәni… Qoyma batım çirkin dünyada, günahların içindә… 
Mәn ölәndәn sonra adım qalsın. «Rәhmәtlik yaxşı insan idi» desinlәr mәn ölәndәn sonra….

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

Одно мнение о "Allaha mәktubum"

Комментарии запрещены.

%d такие блоггеры, как: