Dəyişmir heç nə… Yenə…

13781698_10207538483400551_1732163998008776528_n

Yenə…
Yenə sənsiz bitəcəkdir bu günüm…
Yenə tənha olacağam evimdə…
Yenə sənsiz açılacaq bir günüm…
Həmənki iş, həmənki ev, dəyişmir heç nə…

Yenə dizlərimi qucaqlayaraq,
Başımı qoyanda dizim üstünə,
Sinəmdən qəfildən ağrı qopacaq
Dözməyir mənimtək zavallı ürək…

Yenə səbəbsizdir kədərim mənim,
Min cildə girmişdir simam, sevincim…
Yenə səbrsizlik, yenə həsrətim,
Ağlayır içimdə tənha bir insan…

Yenə deyəcəklər: Səni sevirəm…
Yenə deyəcəklər: Sən mənə inan…
Yenə deyəcəklər: Bağışla məni…
Sonra da susaraq tərk edəcəklər…

 

İnsanlar həyatda da şahmat oyunundakı kimi səhvlər buraxır, öncə onların vurulan vəzirini qaytara biləcək piyadaları önə verib, qurban edirlər, digər fiqurlarının önünü rəqib, düşmən üçün açıq edirlər, hücuma uğradığında isə müdafiə olunmaq üçün qalaqurma etmədən, fillərini, atlarını irəli verib, toplarını və şahlarını müdafiəsiz qoyurlar, qalaqurma isə əhəmiyyətsiz olur. Həyat isə onu ya pat edir, ya mat… Çünki məntiqli taktikaları olmur, düşünülməmiş addımlar atırlar!!!!

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: