Sən və mən… (davamı)

kdr_3854

Foto: Nurlan GM

Arzularım, istəklərim gerçəkləşir…

Bilirsən, son zamanlar hürkürəm, ehtiyat edirəm…

Zamanım keçdikcə, əldə etdikcə, itirdikcə, yaşadıqca, anlayıram həyatımı…

Həyatımdan gəlir keçir, sonra gedir insanlar…

Sən də onlardan birisən? Bəlkə də…

Son 6-7 ildə nələr yaşadığımı özüm bilirəm…

Nə uşaq kimi uşaq oldum, nə gənc kimi gənc…

Tez böyüdüm, tez tərk etdim…

Həyat məni dəyişir ancaq, insanlar deyil… Dəyişmək istəmirəm əslində…

Adi gələr bəzən günlər, görüşlər, tədbirlər, yeni tanışlıq…

Sıravi olar hər şey… Dəyişmək gücündə olmurlar deyə…

Sənsə… Sən başqa mövzusan, sən fərqlisən mənim üçün… Hələ ki…

Hələ ki, yanında rahatam, xoşbəxtəm…

Hiss edirəm ki, səni sevirəm, sənə bağlanıram…

Sən və mən var idi o günədək… Zaman keçdi… Dəyişdi, dəyişdik biz də…

Mən və sən oldu Biz!

Davamını gözləyirəm, yaşayıram…

Baxaq, görək, nə olacaq…

 

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: