Bir dostum olsaydı

​Bir dostum olsaydı, Soruşsaydı halımı,  Çatdıraraq özünü Darıxmağa qoymazdı… Bir dostum olsaydı,  Soruşsaydı, hardayam, Sәsimdәki kәdәrdәn Anlayardı, dardayam… Bir dostum olsaydı, Soruşsaydı, nә olub,  Görüşәrkәn mәnimlә Qoymazdı ağlamağa… Bir dostum olsaydı,  Baxan kimi bilәydi, Ürәyim nә istәyir, Qaçırdardı uzağa…

Ваша оценка:

Bir bəndlik şeirlərim…

Bu nə təbiətdir, bu nə havadır, İnsanın keyfinə sanki bənzəyir Bir gün yağış yağır, bir gün istidir, Bilmirsən qış gəlib, yoxsa payızdır… İnsanın özünün vardır havası, Dəyişir bir anda təbiət kimi, Gah uçur göylərdə, xoşbəxtdir deyə, Gah da ki, quyunun lap dibindədir… İnsanlar ötübdür indi hər fəsli, Qışıtək soyuğu, donduranı var, Payıztək ağlayan, ağladanı var,Продолжить чтение «Bir bəndlik şeirlərim…»

Ваша оценка:

Mənim həyatım bənzəyər…

Həyatım da ata evimdəki həyətimizdə bitən gözəl qoxulu, cəlbedici görkəmli qızılgüllər kimidir, dərmədən tutub qoxlamaq, burnuna yaxınlaşdırmaq, gözəlliyinə valeh olmaq istəyirsən, əlini harasına vursan, tikanı batır əlinə, həyatın gövdəsi də qızılgülün gövdəsi kimidir, tikanlıdır. Məcbur olursan, ilk növbədə tutmaq üçün tikanlarını qırıb barmaq üçün yer edəsən… Hər bir insan uçan və azad kəpənək olmamışdan öncəПродолжить чтение «Mənim həyatım bənzəyər…»

Ваша оценка:

Nə olar, yandır özünü… Qulu Ağsəsə nəzirələrim

Foto: Nurlan GM Görürəm, insanlar gəlir üstümə, Boğurlar gerçəyi deyən səsimi… Görürəm, axşamdır, tənhalıq yenə Qaranlıq dünyaya aparır məni…   Qara düşüncələr, qara fikirlər, Yuxumu əlimdən alıb çoxdandır, Yuxuya getməyə qorxuram artıq, Yuxuma girəcək ilan, çaqqalı…   Gözümü yumanda ümid edirəm, Qəflətən oyanım bəlkə səs-küyə, Təsəlli olsun ki, ayıq yatıram, Yuxumda ölmədim, hələ ki, sağam…  Продолжить чтение «Nə olar, yandır özünü… Qulu Ağsəsə nəzirələrim»

Ваша оценка:

Gecikmişəm

Sənə yazıram bu gün: Salam, gəlmişəm yenə, Yenə həmin ünvanda Gözləyirəm səni mən… Baxıram düzdür ünvan, Həmin yer, həmin məkan, Soruşanda qonşundan, Dedilər ki, köçmüsən… Yeni ünvan istədim, Kövrəldi qonşun sənin, Yeni ünvanın artıq, Başdaşısız məzardır…   Bilirəm, gecikmişəm, Bilirəm, səhv etmişəm, Sonra məyus olmağım, Nəyi dəyişər axı?

Ваша оценка: