Sənə yazıram…

wp-image-1412104822jpeg.jpeg

Səndən çox şey istədim?
Bir salamdan başladıq…
Salamların davamı,
Bağlılıqla qurtardı…

Həddimi çox aşmışam?
Bir salamım, gülüşüm,
Məni hara apardı?!
Doğmalığa bağladı…

Son məqsədim, istəyim?
Deyəsən, azmışam mən…
Məni sənli xəyalım,
Darıxmağa apardı…

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: