Cavab gözləyirəm,  Ata… 

1-ci ismarıc: -Salam, ata,  hardasan? Bayram yaxınlaşır,  hamı səni gözləyir. 2-ci ismarıc: Ata,  sənə zəng edirəm, ismarıc yazıram, niyə susursan? 3-cü ismarıc: Tvyə baxırıq,  anamla nənəm xəbərlərdə nə eşitdilərsə, nigarandırlar,  evdə var-gəl edirlər,  anam ağlayır,  nənəm onu sakitləşdirməyə çalışır. Ata,  bilmirsən, nə olub? 4-cü ismarıc: -Ata,  evdə adət var ki,  səni gözləyək, bayramda növbən bitir, sabahПродолжить чтение «Cavab gözləyirəm,  Ata… «

Ваша оценка:

Adsız adama yazdığım məktub

Bilirsən, oxucum, necə çətindir, məktub yazmaq?! Hələ məktub ünvansız, sahibsiz, adsız olanda daha çətindir… Çünki söz tapmaq işi çətinləşdirir… Söz elədir ki, tərif də ola bilər, tənqid də… Sevgi yarada da bilər, nifrət də oyadar… Yazıram sənə adsız, ünvansız birisinə: Salam, adsız ünvan sahibi… Yazımın çıxmağını gözləyirsən, bilirəm, oxumaq üçün səbrsizlənirsən… Mənsə, səbrliyəm… Tələsmirəm, məktubumuПродолжить чтение «Adsız adama yazdığım məktub»

Ваша оценка:

Axtarma məni

Axtarma, məni… Nə şəhərdə, nə ölkədə… Bu şəhərdə, ölkədə ola-ola, yoxam sənin üçün… Axtarma, məni… Qəlbində… Qəlbində nə mən varam, nə də qəlb, ruhum… Geri götürmüşəm gedən zaman… Axtarma, məni… Telefonunda… Zəng etsən də, yazsan da, tanımayacağam nömrəni, qoyacağam cavabsız, silmişəm səni… Axtarma, məni… Heç kimsən mənim üçün, heç kiməm sənə… Ümidini kəs, bəri başdan…Продолжить чтение «Axtarma məni»

Ваша оценка:

Qeyri-rəsmi müsahibə-Zemfira Kazımova

Bu günkü müsahibim sosial şəbəkədə tanış olduğum mehriban, xoşniyyətli, səmimi, saf bir insan, xanımdır. O, həm mənim oxucumdur, həm də mən onun sosial şəbəkədəki paylaşımlarının izləyicisiyəm, özü də ki, aktiv izləyicisi. Maraqlı, fərqli düşünmə tərzi vardır, dünyagörüşü, ağlı, savadı olan, işgüzar xanımdır. Sizin üçün Zemfira Kazımova kimdir? Sadəcə başqalarının dərdləri və problemləri üçün bu dünyayaПродолжить чтение «Qeyri-rəsmi müsahibə-Zemfira Kazımova»

Ваша оценка:

Risklərin olduğu məkan-Absurdistan (tənqidi, satirik, yumoristik yazı)

Biri vardı, biri yoxdu… Var olanlar da vardı, var olmalı olanlar da yoxdu, yox olmalı olanlar da vardı, yox olanlar da yoxdu… Yazımdan inciməyin, risk meneceri kimi yazıram… Yazıçı kimi yox… Absurdistan adlı məkan var, bu məkanın o qədər absurd, gülməli riskləri, insan həyatları var ki, elə absurd hadisələr baş verir ki, gülməkdən başqa əlindənПродолжить чтение «Risklərin olduğu məkan-Absurdistan (tənqidi, satirik, yumoristik yazı)»

Ваша оценка:

Köhnə ilin nağılı…

Foto: Nurlan GM Biri var idi, biri yox idi… Bütün nağıllar bununla başlar. Mənim nağılımın nəyi əskikdir ki… Bir varlılar varmış, onlara varlıqlar deyək. Bir də yoxsullar varmış, onlara da yoxluqlar, yoxsullar deyək. Varlıqları yoxmuş kimidir… Bir də ki, bu iki qruplaşmanın arasında qalmış padişah varmış. Varlıların hər şeyi var olduğundan özlərini ölməz və toxunulmazПродолжить чтение «Köhnə ilin nağılı…»

Ваша оценка:

Atalar sözü poetik dildə…

İnsanlar inanıb daşlaşan zaman İnanmaz nəyəsə daşlaşmış insan… İnsanlar küsərlər nəsə umanda, Ummadan küsməyə bəhanə olmaz… İnsanlar səhrada gül, ağac əkir, Cahillər karvanın önündə gedir… «El içində öl içində» deyiblər, El içində ölmüş ata-babamız… Yazılan pozulmaz olsaydı əgər, Danmazdı sözünü yazan insanlar… Qız bəzək, oğul şərəf olarsa, Ailəni gəlin bəzər, ərsə şərəf qoruyar… Oğlanın oyunuПродолжить чтение «Atalar sözü poetik dildə…»

Ваша оценка:

Rəngimiz «Qara»dır, dır, dır…

Bir cəmiyyətin ki, sevdiyi rəng qaradır, gəlirləri qara rəngli təbii ehtiyatdan gəlir, qara düşüncələr var, insanları qaralamaq əsas məşğuliyyətlərdəndir, qara pərdə arxasında gizlənmək adəti vardır, insanların günü qaradır, qaranlığa öyrəşiblər, qan belə asan şəkildə qaralır, insanlara qaramat deyilir, qara bazarın olmasına niyə təəccüb edirik ki?! Çox adam qara rəngi seçir, geyimi, əmlakındakı mebeli, saçı, avtomobili…Продолжить чтение «Rəngimiz «Qara»dır, dır, dır…»

Ваша оценка:

Allah bilsəydi ki…

Allah bilsəydi ki, onun böyüklüyündən müsəlmanlar necə istifadə edir, edəcək, «Allah böyükdür» deməzdi… Allah bilsəydi ki, müsəlmanlar İslam dinini bu günə qoyacaq, bu dini gətirməzdi yer üzünə. Allah bilsəydi ki, müsəlmanlar «Qurani Kərimi» oxumadığı halda, oxumuş kimi göstərib, dini kitabın buyurduqlarına zidd yaşayaraq, özünü müsəlman sayacaq, bu kitabı müsəlmanlara nazil etməzdi. Allah bilsəydi ki, İslamПродолжить чтение «Allah bilsəydi ki…»

Ваша оценка:

Uşaqlardan öyrənməliyik…

Foto: Nurlan GM Bir çox şeyləri uşaqlara öyrətməyə bilərik, öyrətməsək də, uşaqlar görürlər, eşidirlər, müşahidə edib öyrənirlər. Uşaqdan uşağa və gendən genə də fərq vardır. Qızımdan çox şeyi öyrənmişəm, öyrətmədiyim halda: — Bir gün qızımla oturmuşdum evin yanındakı parkda skamyada. Qızımla danışırdım, rus dilində sual verirdim, azərbaycan dilində cavab verirdi, farsca deyirdim, rusca cavab verirdi,Продолжить чтение «Uşaqlardan öyrənməliyik…»

Ваша оценка:

İndiki zamanda

Evi sevgi və insan nəfəsi deyil, kombi və ceyran peçi, elektrik soba qızdırır… Sən pulu axtarıb tapan kimi pul səndən qaçır… Işəgötürən və iş səni deyil, sən onları aylar, illər boyu axtarırsan… Əmək müqaviləsi, müqavilə olmadan işləmək 15 yaşında kəbinlə ərə gedib qanunsuz uşaq doğmağa bənzəyir. İnsanlar mebel kimidir, ən yaxşısını istəyərsən, qiymətini biləndə isəПродолжить чтение «İndiki zamanda»

Ваша оценка:

Ədəbi-təhlil

“Ədəbi təhlil” layihəsi- Ramil Mərzili: Kimsə bilməsin…               Bu günkü müzakirə obyektim və mövzum Ramil Mərzili, onun kimliyi, yaradıcılığı və “Kimsə bilməsin” kitabı olacaqdır… İlk növbədə, təbrik edirəm Ramil qardaşımı… Dünən AYB-də imza günündə iştirak etdim… Çıxış üçün söz verilməliydi, imtina etdim, çünki sözüm çox idi, yazmağı üstün bildim…Продолжить чтение «Ədəbi-təhlil»

Ваша оценка:

Tövsiyə etdiyim kitablar

Həyat mozaikasının 5 əsas fraqmenti (Jim Rohn)             Yəqin ki, bir çoxunuz bilirsiniz ki, insanın müxtəlif növ qidası var: 1. Mənəvi və ya ruh, psixoloji (mədəniyyət, incəsənət məhsulları ilə qidalanma, musiqi dinləməklə, rəsmə baxmaqla, tamaşa və ya film izləməklə və s.); Fiziki (ərzaq məhsulları və içki); İntim və ya fizikiПродолжить чтение «Tövsiyə etdiyim kitablar»

Ваша оценка:

Qeyri-rəsmi müsahibə

Qeyri-rəsmi müsahibə – aktyor, prodüsser, köşə yazarı, publisist Vasif Ayan Sizin üçün Vasif Ayan kimdir? Mənim üçün Vasif Ayan dahi ola bilər, baxır, qarşımdakı insan üçün kimdir Onu artıq ətrafımdakı insanlar söyləyə bilərlər. Vasif adının mənası “tərifləyən, vəsf edən” deməkdir, bu sözləri özünüzə aid edirsinizmi? Adımın mənasını uşaq vaxtından mənə valideynlərim izah etmişdilər. Amma həqiqətənПродолжить чтение «Qeyri-rəsmi müsahibə»

Ваша оценка:

Kiçik möcüzə böyüyəndə…

Foto: Nofəl Ümid «Böyüyəndə»… Hər uşağın arzusudur böyümək, böyüklərin arzusudur, böyüyərkən uşaq olmaq… Bu kiçik hekayəmi cinsindən, yaşından, milli mənsubiyyətindən, irqindən asılı olamayraq bütün uşaqlara həsr edirəm. Həyat möcüzədir. Ələxsus da, yeni həyat. Kiçik və yeni həyat… Anama məktub- I hissə: «Ana, bilmirəm indi hardayam… Mələklər dedilər ki, qorxmayım… Onlar məni qoruyacaqlar. Onu da dedilər ki,Продолжить чтение «Kiçik möcüzə böyüyəndə…»

Ваша оценка:

İnsan olun, heyvan yox… (satirik, tənqidi yazı)

Rəsm: Pərviz Əsədov Foto: Nəriman İsmayılov Mənə çox maraqlıdır, dost və sevgilisinə heyvan adlarını demək və heyvana bənzətməklə, nə demək istəyirlər, qarşı tərəf bu ad və müraciətə niyə belə sevinirlər? Əslində, insan da vəhşi təbiətdən çıxıb və ən ali heyvandır. Sadəcə təkamül prosesi nəticəsində indiki səviyyəyə çatmışdır. Yazı tənqidi, yumoristik yazıdır. Kimsə inciməsin, sadəcə düşünsün.Продолжить чтение «İnsan olun, heyvan yox… (satirik, tənqidi yazı)»

Ваша оценка:

Mən uşağam…

Mən uşağam, Balacayam… Döymə məni,  əziz anam Söymə məni, canım atam… Mən uşağam, Böyüməkdir mənim arzum… Böyüyəndə, işləyərək Pul qazanıb, sizə baxım… Mən uşağam, Arzum hələ balacadır, Ağrılarım isə böyük, Yüküm artıq ağırlaşıb… Məni sevmək əvəzinə, Ya atırsan, ya satırsan, Bir mal kimi, zibil kimi Küçələrə, insanlara… Necə qıydın bunu sən Mənim kimi övladına?!  Продолжить чтение «Mən uşağam…»

Ваша оценка:

Orada, burada… (satirik, tənqidi yazı)

Foto: Nofəl Ümid Orada, burada odur ki: Burada bir adama bircə dəfə kömək əlini uzadasan, orada o sənə dua etsin, hər yerdə desin ki, «yaxşı adamdır, əltutandır», səni reklam etsin. Burada mırtlaşmağa, vaxt keçirməyə bir «insan» tutasan, yatağa salasan, dil töküb yalvarasan, orada öz dairəndə isə ağız dolusu danışıb, özünü öyəsən, dost və tanışların desin,Продолжить чтение «Orada, burada… (satirik, tənqidi yazı)»

Ваша оценка:

Qeyri-rəsmi müsahibə — hüquqşünas, filosof Ellada Bayramova

Layihəmin bu günkü qonağı ilə Fərdi İnkişaf təliminin təqdimatı zamanı tanış olsaq da, qısa zamanda yaxın və xoş ünsiyyət yaranmışdır. Bəlkə də oxşarlığımız və ortaq cəhət, fikirlərimiz çoxdur deyə. Bəlkə də, maraqlarımız və ortaq və dəyərli dostlarımız var deyə. Çünki bu cür tədbirlərə yoldankeçmə hər kəs gəlmir, fərd olaraq inkişaf etmək istəyən insanlar gəlir. LayihəməПродолжить чтение «Qeyri-rəsmi müsahibə — hüquqşünas, filosof Ellada Bayramova»

Ваша оценка:

Multimədəniyyət o deyil ki…

Foto: Nurlan GM Hamını müsəlman edəsən, müsəlman olmayanları isə kafir elan edəsən… Hamını özündən aşağı, özünü hamıdan ali hesab edəsən… Sənin sözünün önünə öz sözünü qoyanda, öz fikrini bildirib, səninlə razılaşmayanda, onu təhqir edəsən və özünə düşmən biləsən… Fobiyalarını başqalarına sırıyıb, onu özün kimi edəsən… Pulu sayasan, gəlirlərinə göz dikəsən, borc alıb, mədəni olduğunu nəzərəПродолжить чтение «Multimədəniyyət o deyil ki…»

Ваша оценка:

Qar yağanda…

Qar yağanda Qar yağanda sevinmək istəyirəm… Çünki sən doğulanda da qar yağırdı… Doğum evindən çıxanda da… Qar yağanda, sevinmək istəyirəm… Çünki sənin doğulmağın ailə həyatımda olan ən sevincli an idi… Qar yağanda sevinmək istəyirəm… Çünki sənin doğuluşun bizi az müddətə olsa da, birləşdirdi, bir neçə gün dava və mübahisəsiz yaşaya bildik deyə… Qar yağanda sevinməkПродолжить чтение «Qar yağanda…»

Ваша оценка:

Pərviz Əsədovun «Experimentum evolutio» adlı fərdi yaradıcılıq sərgisi

Foto: Nəriman İsmayılov azpress.az saytı Rəssam Pərviz Əsədov 1984-cü ildə Neftçala rayonunda doğulmuşdur. Azərbaycan Texniki Universitetini bitirib və ixtisasca mühəndisdir. Həvəskar rəssam Pərviz Əsədov uşaqlıqdan rəsmə olan marağı və həvəsi hesabına bu günümüzdə yeni bir texnikada rəsmlər çəkməkdədir. Rəsm əsərlərini yaradarkən kağız və kətan üzərində rəsm əsərləri ilə kifayətlənməyən rəssam əsərlərini aşılanmış dəri üzərində çəkməyə başlamışdır. DünyaПродолжить чтение «Pərviz Əsədovun «Experimentum evolutio» adlı fərdi yaradıcılıq sərgisi»

Ваша оценка:

Həyat mozaikasının 5 əsas fraqmenti (Jim Rohn)

Yəqin ki, bir çoxunuz bilirsiniz ki, insanın müxtəlif növ qidası var: 1. Mənəvi və ya ruh, psixoloji (mədəniyyət, incəsənət məhsulları ilə qidalanma, musiqi dinləməklə, rəsmə baxmaqla, tamaşa və ya film izləməklə və s.); 2. Fiziki (ərzaq məhsulları və içki); 3. İntim və ya fiziki təmas. 4. Yaradıcı beyin (mütaliə, müşahidə, fəlsəfə) 5. Orqanizmin sağlam qidasının sonПродолжить чтение «Həyat mozaikasının 5 əsas fraqmenti (Jim Rohn)»

Ваша оценка:

Neft və neftçilər…

Manat öyrənmədi üzməyi hələ, Neftimiz üzəcək onun yerinə, Əsdikcə bir külək, qalxdıqca tufan, Düşəcək dənizə bizim neftçilər…   Udacaq neftçini dəlisov dəniz Üzməyi bacarmır ümid yerimiz, Bəladır xalqına doğma neftimiz, Bilmirik ağlayaq, ya dua edək…   Əsəcək yenə də güclü küləklər, Aparıb özüylə insan ömrünü, Biz elə millətik, elə insanıq, Sabaha bu olay ötüb keçəcək…

Ваша оценка:

2017-ci il üçün gözlənilən Facebook trendləri

Salam dostlar, Bugün ölkəmizdə ən çox istifadə olunan sosial şəbəkə olan Facebookun 2017-ci il trendləri haqda danışacam. Bildiyiniz kimi 2016-cı il yeni trendlər, gözlənilməz yeniliklərlə dolu bir il oldu. Facebook Mənbə 2017-ci il üçün gözlənilən Facebook trendləri

Ваша оценка:

Bir…

Bir baxışla bax mənə, istər düz olsun, istərsə tərs… Baxışlarından qəlbinə gedən yol işıqlı olsun, bir də maneəsiz… Bir öpüşlə öp məni, istər yüngül olsun, əlinlə havadan göndər öpüşü, istər öp əlimdən, yanağımdan, alnımdan, istər saçlarımdan… Öpüşün olsun könüllü, səmimi, doğma… Bir qəlbinlə, ağlın ilə sev məni… Fəth et, zəbt et, sevdir özünü… Ruhun yaşasın,Продолжить чтение «Bir…»

Ваша оценка:

Soxhasoxdur… 18+

  Foto:Nurlan GM Soxhasoxdur ha… Öz aramızdı. Biri mal soxur… Baha qiymətə özününkülərə… Başqası da malı atır xariciyə, babat soxur… Biri bıçaq soxur, biri balta alır əlinə…Sox ki soxasan, qoy axsın adamın qanı, çıxsın canı… Biri özünü soxur… Hara baxırsan, ordadır, elə bil ya klonu var, ya da dublikatı. Təlxəkdir sanki, fərqi yoxdu, hamı gülürПродолжить чтение «Soxhasoxdur… 18+»

Ваша оценка:

İmarət tayfa və ya «arxanda yox, yanındayıq» prinsipini yaşadan azarkeş ordusu…

10 Dekabr 2016-cı il tarixində Qafqaz Baku siti mehmanxasında İmarət tayfa azarkeş qrupunun «Avropa fatehi» adlı illik yekun hesabat tədbiri keçirildi. Mediadakı fəaliyyətimə və azarkeş kimi fəal olmağıma görə bu tədbirə dəvət edildim. Təşəkkür edirəm. Tədbirdə həm azarkeşlər, həm Qarabağ futbol klubunun rəhbərliyi və futbolçuları, həm də xanım azarkeşlər, media nümayəndələri iştirak edirdi. Bir azarkeşПродолжить чтение «İmarət tayfa və ya «arxanda yox, yanındayıq» prinsipini yaşadan azarkeş ordusu…»

Ваша оценка:

Uzun yollar…

Dekabrın 9 2016-cı il tarixində  Bakı şəhərində yerləşən Alov qülləsindəki Park Cinemada Humanitar Tədqiqatlar İctimai Birliyinin hazırladığı məcburi köçkünlər haqqında “Uzun yollar” sənədli filminin təqdimatı keçirildi. Bu təqdimata məni Eldəniz müəllim dəvət etdi. Saat 17-00-da başlayan tədbirdə media nümayəndələri, QHT təşkilatlarının rəhbərləri iştirak etdi. Film Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımıПродолжить чтение «Uzun yollar…»

Ваша оценка:

Qarabağnamə-uşaqlıq xatirələrim…

Foto: Çinarə Ömray Qarabağıma məktub yazıram. Utanaraq, ağlayaraq… Üzüm gəlmir yazmağa, amma yazmalıyam… Öz adımdan, bir vətəndaş olaraq, bir Qarabağlı olaraq: «Qarabağım, bilirsən, uşaq vaxtından ailəmizdə tərbiyəni anam verirdi, atam işləyirdi, onu gec-gec görürdük, dövlət qulluğunda idi… Həmişə səni düşünürdüm, hələ uşaq yaşlarımdan… Bilmirdim o zamanlar, ana nənəmin Şuşadan olduğunu, bilmirdim ki, Qarabağ xanı İbrahimxəlilПродолжить чтение «Qarabağnamə-uşaqlıq xatirələrim…»

Ваша оценка:

Təqaüd

Qocalmadan ölüm gərək, Təqaüdüm uzaq məndən… Qocalmadan ölüm gərək, Uzanmasın işdə illər… Yığılmasın kapitaltək, Təqaüdüm qəpik-qəpik, Onsuz da tez öləcəyəm, Təqaüdü görməyəcəm… Hesabladım, orta ömrü, Hesabladım, iş ilimi, O vaxtadək ya mən öldüm, Ya da üzən manatımız…

Ваша оценка:

Zibildən də betər insan…

Foto: Nəriman İsmayılov Səndən mənə qalanları Atdım zibil qutusuna… Atdığım o zibillərin İçində var sənin siman… O zibilin içində sən, Axtarırsan öz ruhunu… Axtardıqca zibildə sən, Unutdun kim olduğunu… Yüküm yaman yüngülləşmiş Ağrımaz daha heç yerim, Ağrıların səbəbiysə, Səndən qalan zibil imiş… Zibildən də betər insan, Betər varlıq var dünyada… Səndən betər zibil yoxdur, DeyirПродолжить чтение «Zibildən də betər insan…»

Ваша оценка:

Sosial Mediada aktivliyi artırmaq üçün nə etməliyik ?

Salam dostlar, Sosial Media idarəçilərinin ən çox çətinlik çətdiyi problemlərdən biri də səhifədə aktivliyi artırmaqdır. Əlbəttə platformaya pul ödəyərək (ödənişli reklam) bunu əldə etmək mümkündür. Ancaq bu həm məsrəfli həm Mənbə Sosial Mediada aktivliyi artırmaq üçün nə etməliyik ?

Ваша оценка:

Cəmiyyətimizin problemləri

Foto: Nurlan GM Bizim cəmiyyətin ən öndə gedən problemi bilirsiniz nədir? Fərd olaraq ailədə (ailə də kiçik bir cəmiyyətdir və böyük cəmiyyətin üzvüdür) konkret öz və övladı üçün strateji hədəflər seçir, qərarlar verir, uzunmüddətli planlar və strategiyalar hazırlayır, amma anlamır ki, zaman bir yerdə dayanmır, inkişaf etmək və addımlamaq lazımdır, zamana uyğunlaşmaq lazımdır. Bir çoxПродолжить чтение «Cəmiyyətimizin problemləri»

Ваша оценка:

21-ci əsrdə artan Populizm yalanı (müəllif: Fərhad Mehdiyev)

Populizm bir məfhum olaraq, siyasət elmində nisbətən yeni bir anlayışdır. Hətta ona hələ də elmi bir izahat verilməmişdir. Jan-Werner Müller adında bir siyasət elmləri üzrə professor bunun haqqında ilk dəfə əsər yazmış insandır. Populist siyasətçilər, demokratiyanın zəif nöqtələrinə vurğu edərək, müxtəlif ideologiyaların (sosial-demokratiya, liberalizm, majoritarizm) yaxşı cəhətlərini şüar edərək, onlardan bir “kokteyl” düzəldərək mövcüd rejimə,Продолжить чтение «21-ci əsrdə artan Populizm yalanı (müəllif: Fərhad Mehdiyev)»

Ваша оценка:

Mən ölmək istədikcə…

Mən ölmək istədikcə… Qoymadılar ölməyə… Mən ölmək istədikcə… Yaşatdılar məni… Mən ölmək istədikcə… Yaşamağa tapdın min bir səbəb… Mən ölmək istədikcə… Yadıma düşdü məni sevməyənlər… Mən ölmək istədikcə… Xatırladım ailəmi, dostlarımı… Mən ölmək istədikcə… Arzularım qoymadı ölməyə… Mən ölmək istədikcə… Dəstək oldular yaxınlarım, dinlədikcə məni, ölümdən uzaqlaşdım… Mən ölmək istədikcə… Ölüm məndən uzaqlaşdı… Mən ölməkПродолжить чтение «Mən ölmək istədikcə…»

Ваша оценка: