Bu gün sənin günün

20140718_201440

Bu gün sənin günün sevimli qızım,

6 il öncəydi doğulduğun gün…

Çox soyuq havalı, qarlı gün idi,

Səni qucağıma aldığım ilk gün…

Gözünü açaraq baxdığın o an,

Baxışın fikirli,çox dərdli idi,

Mən sənə baxanda, dözə bilmədim,

Ağladım səninlə tək qaldığımda….

Mən səni sevirdim, sevirəm hələ,

Getsəm də, həsrətdən çox üzülsəm də,

Sənə bir kiçicik iz buraxmışam,

Baxaraq yadına salarsan bəlkə,

Nə vaxtsa mən sənin anan olmuşam…

Evdə hər yerdə sən varsan, qızım,

Evimə girməyə ərinirəm mən,

Harada gizlədim geyimini mən,

Qoxunu içimə çəkdirməsin o,

Harada gizlədim oyuncağını,

Xatirən yadıma daha düşməsin….

Səsin qulağımda dəli oluram,

Gülüşün, sevincin unudulmur ki,

Məni gördüyündə qaçıb gəlməyin

Bağrına basmağın kiçik əlinlə,

Öpməyin sevincdən, sevgindən bəlkə,

Formata düşəcək məqamlar deyil…

Darıxır içimdə yaşayan ana,

Ağlayır içimdə gizlənən insan,

Bəlkə də, nə vaxtsa axtaracaqsan,

O günə əgər mən sağ çıxa bilsəm…

 

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: