«Cəsarət və həqiqət»in hədəfində — Zema Kazımova

Cəsarət və həqiqət

Özünüzü cəsarətli və səmimi birisi hesab edirsiniz? Suala cavabınız müsbətdirsə, suallara cavab verərkən cəsarətli və səmimi olmalısınız.

Hazırsınızsa, başlayaq.

Cəsarət:

  1. Cəsarətinizin dayanacağı son məntəqə, ən cəsarətli addımınız nə ola bilər?                   — İntihar
  2. İctimai yerdə aqressiya görürsünüz, ya da kimsə ağlayır, intihar etməyə çalışır, ya da ki, terrorçu ilə eyni məkandasınız, bu üç durumda nə edərsiniz?                                — Aqressiya gördüyüm yerdən uzaqlaşaram, ağlayan adamdan ağlama səbəbini soruşaram, əlimdən gələn köməkliyi edərəm, intihar etmək istəyəni fikrindən daşındırmaq istəyərəm, terrorçu ilə eyni məkanda soyuqqanlı olmağa və hər şeyə hazırlıqlı olmağı özümətlqin edərəm. İnstiktiv olaraq.
  3. Bir nəfərdən çox xoşunuz gəlir, onu istəyirsiniz, bunu ona etiraf edərsinizmi, sizə belə etiraf etsə kimsə, onunla sevişərdinizmi?
  •  Etirafı mən ən çox qarşı tərəfdən gözləyirəm

4. Sizin seçiminiz: sevgisiz seks, sevişmə, yoxsa sevişmə və seks olmadan sevgi?

— Sevmədən seks olmaz, olsa, bu heyvani akt olar, sevgi isə toxunmadan olmaz.

  1. Sevgi etirafını, eləcə də sevgi bitərkən ayrılmaq istəyini bildirmək cəsarət tələb edir, yoxsa, səmimiyyət?

— Sevgi etirafi cəsarət tələb edir,  bitməsini demək isə səmimiyyət+ cəsarət.

  1. Hansı istək, hərəkət, təxəyyül və sözünüzə görə sizi qınayarlar, buna baxmayaraq, bu istək, hərəkət, təxəyyülün gerçəkləşməsindən və sözdən vaz keçməzsiniz?

— İdealist, xəyapərəst və insanlara tez inanmağım üçün hər zaman qınanmışam, amma bundan vaz keçməmişəm…

  1. Bildiyiniz və söydüyünüz ən abırsız, pis sayılan söyüş?
  • Söyüş söyməklə aram yoxdur deyə bütün söyüşlər mənim üçün abırsızdır))
  1. İtirəcəyinizi bildiyiniz halda, hansı riskə getməyə hazırsınız?
  • Əgər risk etdiyim  şey  məndən ötrü çox  dəyərlidirsə, onu əldə etməyi çox istəyirəmsə, itirəcəyimi bilsəm də, gedərəm, ən azından «kaş ki» deməyəcəyəm… «İtirsəm də, cəhd etdim» deyəcəyəm.
  1. Şəxsi münasibətlərdə dominant, aktivsiniz, yoxsa tabe olan passivsiniz?
  • Tabe olmaq xoşuma gəlir, bir qadın kimi dominant olmaq xoş deyil.
  1. Hansı heyvan sizin xarakter və düşüncənizə yaxındır?

— Qoç bürcüyəm və düşünürəm ki, həqiqətən mənim xarakterim qoça çox bənzəyir.

Həqiqət:

  1. Bu vaxtadək gizlətdiyiniz həqiqətiniz və yalanınız?
  • Həqiqətim-görünüşüm güclü və soyuqqanlı  duruş olsa da, əslində ən zəif bənd mənəm.  Böyük yalanım yoxdur,  çünki yalan danışmaq — agır yük daşımaq kimi bir şeydir,  mənsə yük daşımaqdan bezmişəm… Xırda para yalanlar ola bilir, şəxsi həyatla bağlı, maddi durumla bağlı və s.
  1. Ata və ya olmaq, uşaq sahibi olmaq üçün ailə qurmaq mütləqdir? Birisi gəlib, desə ki, mən sənin bacın və ya qardaşınam, necə münasibət bəsləyərdiniz? Onu qəbul edər və sevərdinizmi?
  • Qardaş, bacım tapılsa, gəlsə, çox sevinərdim.
  1. Saymağı bacarırsınızsa, yaddaşınız sizi darda qoymursa, deyin, o, neçəncidir? (burada o-şəxs əvəzliyidir)

— . Hər «O» özü — özlüyündə ilk və sondur. O»ndan nə öncəsi olur, nə də sonrası,

  1. İnsanlardan ayrılmağınızın səbəbi nədir?

— İnsanlardan ayrılma səbəbim yalan və səmimiyyətsizlik olur, əsasən. Ya da xəyanət.

  1. Bu ifadəni tamamlayın: Yaşım qədər
  • Yaşım qədər əzablarım var.
  1. Sevgiliniz və ya dostunuzun homoseksual və ya biseksual olduğunu bildiyiniz zaman, qarşı tərəfin təsdiqləməsindən sonra nə edərsiniz?

— Homosexsual sevgilim olmaz, yəqin ki, amma dostuma çox anlayış gostərərəm. İnsanların  sexusal seçiminə görə qiymət vermirəm, o mənim üçün dostdur.

  1. Pul müqabilində varlı xarici vətəndaşla ailə qurarsınızmı?
  • Pul muqabilində ailə qurulmaz biznes qurular. Yəni biznes kimi baxsam, niyə də yox))
  1. İntihar etsəniz, səbəbi nə olar?

— Sağalmaz xəstəliyə tutulub, başqalarına möhtac olmaq intihar səbəbim ola bilər.

  1. Cəsarət həqiqət üçündür, ya həqiqət cəsarət üçündür?

Cəsarət həqiqət üçündür.

  1. Öləndən sonra sağlam daxili orqanlarınızı donor kimi hədiyyə edilməsini vəsiyyət edərsinizmi və surroqat ana və ya ata olmağa necə yanaşırsınız, donor olmağa razı olardınızmı?

Bax o eqonun tamam kəsilib atılmasıdır məncə. Öz həyatına yaramayan bir orqanı başqasına vermək, onu həyata bağlamaq nə gözəldir. Surroqat ana  olmaq istəməzdim.

Həm həqiqət, həm cəsarət:

  1. Qanunu necə və nə vaxt pozmusunuz?
  • Bu ölkədə yaşayıb qanunu pozmamaq olarmı?)))
  1. “O”nunla qarşılaşsanız, ilk sualınız?

— «O»nunla qarşılaşsa, sual vermiyəcəm.))))

  1. Seçim qarşısında olsaydınız, nəyi seçərdiniz, həqiqət payı olmayan cəsarəti, ya cəsarət payı olmayan həqiqəti?
  • Cəsarət həqiqətsiz də möhtəşəm bir şeydi… Həqiqət nisbidir, bu gun həqiqət kimi gördüyün bir  şey sabah bir yalan kimi görünə bilər.

Mənlə bağlı:

Mənə cəsarət edib, verəcəyiniz sual, deyəcəyiniz söz varmı? — Mənimlə bağlı hansı həqiqəti bilmək istəyirsiniz?

  • Keçmişdə yaşadıqlarından  peşmansan, yoxsa  «yox, bu yaşanmalıydı  və mən yaşadım» deyirsən?

Cavab: Peşman deyiləm, hər hansı bir seçim, qərarıma, addımıma görə peşman olmamışam, çünki özümə məxsus olub. Hər səhvim mənə bir təcrübə, bilik verib, müdrik və ağıllı edib.

 

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: