Onlar…

Kiçik hekayə:

Mən kəpənək insanam. Öncə tırtıl oldum, eybəcər, özünü sevməyən, bəyənməyən, narazı, sonra çox istədim, qınanıldım, qorunmaq üçün barama qurdum, vaxt keçdi, gücləndim, böyüdüm. Baramadan kəpənək kimi çıxdım. Həyatım dəyişdi, özgüvənim artdı, hər şeyim — diqqət, gözəllik, şöhrət, azadlıq, zirvəyə uçuşum vardı. Aşiq oldum bir oda, pərvanə oldum, yandım, sevgi məni məhv etdi, hər şeyimi itirdim, həyatımı belə…

İnsanlar un kimi ağdırlar, amma tez qurd düşür onlara, xarab olurlar. Ona görə də mütləq bir neçə dəfə ələkdən keçirilməli, ələnməli, çalxalanıb qurdlardan təmizlənməlidirlər…

İnsanlara görə, insanlar istəyir deyə deyil, özünə görə  özün istədiyin halda, dəyiş, dəyişdikcə, özünü saxla.

İnsanlar üçün güclüyəm, özüm üçün aciz… 

İnsanları yaxından tanımaq üçün öz öhdələrinə və zamana burax, izlə, qərar ver, seçim et. 

Ən asandı ağlamaq istəyəndə, ağlamaqdı, ən çətini ağlamaq istəyəndə gülə bilməkdi. İnsanların sayəsində insan peşəkar oyunçu olur. 

Bu şəhərdə…
Bu şəhərdə kimə baxsan,
Çoxusu bikef, yorğun, hirsli,
Baxışlara baxırsan ki, kədərli…
Bu şəhərdə sıxılır çox ürəklər,
Bu şəhərdə öldürülər ümidlər,
Bu şəhərdə insanlara yaddır sevgilər…
Yerimdə deyiləm, anlayın məni…

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: