Sən gələrdin…

Sən gələrdin, mən içəndə, dəm olanda…

Sən gələrdin, hər kəsi, səni də unudanda…

Sən gələrdin, ağlamaqdan göz yaşımı qurudanda…

Sən gələrdin, həyatımı sıfırlayanda, yenidən başladığımda…

Sən gələrdin, gedərdin, yenə gələrdin…

Sən gələrdin, tənhalığım məni ovudanda, vannadakı qaynar suda yananda…

Sən gələrdin, ürəyimi viranədən təmizləyəndə…

Gah gedərdin, gah da gələrdin. Birdəfəlik nə gedərdin sən həyatımdan, nə də qalardın orada…

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: