Öncə və sonra

Öncə hər kəsi özün bilərsən, insan sanarsan… Sonra peşman olub ağladığın günlərini sayarsan. 

Öncə gözün kor olar, qulağın kar, dilin lal… Sonra dəhşətə gələr, gözlərini dörd açarsan, qulağını batırar eşitdiklərin, susmayıb bağırarsan. 

Öncə üzün hər kəsə gülər, sevinərsən hər kəsin yanında, doğman bilərsən. Sonra bir söz, ya da hərəkəti silər üzündəki təbəssümü, sevinməzsən daha, biganə qalarsan, yadlaşarsan…

Öncə hər kəsə canın yanar, parçalanaraq işlərinə yara-yara. Sonra hər dəfə sevdiyin, dəyər verdiyin kimisə itirəndə canın yanma, bilirsən niyə?!  Çünki hər itirdiyin insan canından bir parça qopardıb özüylə aparar, yanmağa can qoymazlar ki səndə?!

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: