Xərclər özünü doğrultmazsa…

Azərbaycanda yaradıcı insanların yaradıcı sahəsində gəlir yoxdur, xərclər də özünü doğrultmur, risklər çoxdur. Nə ədəbiyyat, nə kino sənayesi, nə teatr, tv, radiosunda gəlir var, bir az inkişaf edəni incəsənətdə rəssamlıqdır, bir də zövqlərimizi korlayan və bezdirici musiqi sənayesidir. Ona görə də mədəni, ədəbi, fəlsəfi, əqli, yaradıcı inkişaf yoxdur. Nə təqdim ediriksə cəmiyyətə, onu da qaytarırlar. Hansı qidanı veririksə, nə yeyirlərsə, nəcislərindən də o çıxır, üfunət kanalizasiya effekti olur.

Çalışın, mərd, cəsur, səmimi, sözü üzə deyən, sizi tənqid edən insanlarla dostluq edin. Tərifləyən insandan dost çıxmaz. Tənqidçinin işi tənqid etməkdir. İndiki zamanda nöqsanları, problemləri görüb susmaq, malalamaq, tərifləmək ikiüzlük, riyakarlıq, özünü və başqalarını aldatmaqdır. Gerçək göz önündədir, görən görür, görən göstərir.

İki tip təhlükəli insan var, onlardan qorunmaq lazımdır : Heç nə bilməyib danışanlar, yazanlar; Çox şeyi bilib susanlar.

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: