Xarici sərmayənin ağır nəticələri

Xarici ölkələrdən xarici valyutada cəlb edilən, ələxsus da dövlət zəmanəti altında ölkə iqtisadiyyatına edilən sərmayə və ya kreditlərə görə heç sevinmirəm. Çünki iqtisadiyyata manatla qoyulacaq, qiymətlər ölkə daxilində manatla olacaq, növbəti devalvasiya zamanı məzənnə fərqindəki uçuruma görə (bazar riski olan valyuta və qiymət riski xarici valyutada olan kreditin manatla qiymətləri) qiymətlərin artımı yolu ilə xarici valyutada olan sərmayə və ya kreditin qaytarılması məsələsi gündəmə gələcək, xarici dövlət borcunun məbləği artacaq, dövlət zəmanəti altında borcların qaytarılmasında dövlətin o borcu qaytarılmasında zaminliyin de yuri olması, de fakto məsuliyyətdən yayınması və ya digər qurumlara ötürülməsi, sərt vergi, gömrük islahatlarının tətbiq edilməsi və daxili bazarı qorumaq, stimullaşdırmaq adıyla onları borcla yükləyib müflis etmək, müəssisələrin bağlanmasına səbəb olmaq və işsizlik kimi problemlərin yaranması deməkdir.

Mən iqtisadçı kimi buna sevinmirəm.

Hər dəfə sərmayə ilə bağlı xarici maliyyə institutları, sərmayədarlarla görüşdə bunu vurğulayıram, bizim rəsmilər mənə tərs, qəzəblə baxır.

Bir faktı da unutmayaq ki, ölkənin, eləcə də öndə gedən maliyyə institutlarımızın beynəlxalq reytinqlərdə reytinqinin azaldılması da ölkə və o maliyyə qurumlarına etibarın azalması və onlara ayrılacaq vəsaitə dair tələblərin sərtləşdirilməsi, yüksək risklərin sığortalanması deməkdir. 2020-ci ilədək ölməsəm, qalsam, o «iqtisadi inkişafı» görmək mənə nəsib olar)))