#tipikazərbaycanlı 18+ (yumoristik, satirik yazı)

Burda yazılanları özünə götürən insan və yazıya aqressiv yanaşan hər kəs özünün tipik azərbaycanlı olduğunu etiraf etmiş olur

Balama qurban paralar, Balam mənə gün ağlar…

Balama qurban söyüşlər, Balam nə vaxt qız döyər…

Ancaq evdar qadın olub, tv-yə şou proqram, seriallara baxıb ağlamalı, onu başqaları ilə müzakirə etməlidir

Saatlarla başqaları ilə ünsiyyət mövzusu kimi başqalarını seçməlıdır.

Evə hardansa yorğun gələn ər arvadın və uşaqlarının üstünə bir dövrə qışqırmalı və söyməli, bir sillə və qapaz ilişdirirb, deməlidir : «Az, yorulmuşam, acam, yeməyimi ver, sonra bu yetimçələri çıxart çölə, gəzməyə, mən yatacağam»

İşləmədən, zəhmət çəkmədən, pul qazanmalıdır.

Gözəl və xoşbəxt yaşasa da, göz qaytarmaq üçün və gözə gəlməmək üçün hökmən şikayət etməlidir.

Sekslə sırf kişi istəyəndə, ya da böyüklər nəvə istəyəndə məşğul olmalıdır. Seks yoxdur, amma uşaqlar mayalanır, doğulur, sanki ər vannada 31 çəkib, əlinə boşalır, sonra arvadın yumurtalığına düşməsi üçün üfürür. Müqəddəs mayalanma baş verir, doğulacaq uşaq mələk olur.

İndiki dövrdə kişi saxlamaqdansa, ev heyvanı saxlamaq daha ucuzdur. Bir çox kişilər də ya balıq kimidirlər, ya da tutuquşu kimi. Kişi yerinə, ya balıq saxlanmalıdır, ya da tutuquşu…

Günah nə döyən və söyəndədir, nə də döyülən və söyüləndə. Günah birini aqressiv, digərini əzik tərbiyə edən ailə və cəmiyyətdədir. Hərəsi bir cür bədbəxtdır.

O qədər təmbəl, özümüzü aldadan, təsəlliyə meylli, bədbəxt, məsuliyyətsiz insanlarıq ki, mütləq özümüzü təmizə çıxardırıq. Ya Allah, ya insan, ya zaman günahkar, səbəbkar olur…

İnsanlıq, qadınlıq, kişilik cins məsələsi deyil, düşüncə, xarakter, kimlik məsələsidir ki, bu da hər adama xas deyil. Bakirə beyin, fahişə ruh sahibləri bu məfhumların yanından külək kimi əsib keçə də bilmir, cəsarət, səmimiyyət yoxdur deyə…

Yaradıcı insanlar gördü ki, yaradıcılıqla gündəmə gələ bilmirlər, keçiblər qalmaqala… Yaradıcı istedad varsa, özü qalmaqalsız gündəmə gəlməlidir.

Biz övladlarımızı ona görə doğuruq ki, yarımçıq qalmış və ya gerçəkləşməmiş arzularımızı onların sayəsində yaşadaq, bizim yaşaya bilmədiyimiz həyatı yaşadaq, onları doğduğumuza görə ömür boyu borclu çıxardıb, özümüzdən asılı vəziyyətə salaq.
Qeyri-insanı davranışdır bizdə valideyn olmaq…

Kişilər üçün qadının sinəsi toxunulmaz, naməhrəm yerdir, o uşaq üçün nəzərdə tutulub, oradan ana südü çıxır, başqa təyinatı yoxdur.

Kişiyə qadını «başım ağrıyır, yorğulmuşam, sabah, xəstələnmişəm» kimi bəhanələrlə kişisini seksual ac qoymalıdır.

Ailə və insanlar arasında mədəni və sakit ünsiyyət və müzakirə olmamalıdır. Tərəflər mütləq dava etməlidir, mübahisəyə girişib özünü haqlı çıxartmalıdır.

«Qorxma, mən səninləyəm» deyib, ayağına tüpürüb, ən yüksək sürətlə həmin insandan uzaqlaşmalıdır.

Qarşındakını loxlayıb, sağdan və soldan soxmalı, atmalıdır.

Ərlə arvad bir-birilərinin intim və erogen zonalarından xəbərsiz olmalıdırlar.

 Uşaq yaxşı olanda, atasının balası, pis olanda, anasının balası olmalıdır.

Toy gecəsi zamanı milləti şahid kimi evdə saxlamalıdırlar.

Uşaq doğulanda, muştuluq istəməlidirlər. Sanki vaxtı tamam olanda, uşaq muştuluqsuz doğulan deyil.

Müzakirə etməyə yeni mövzu olsun deyə, kiminsə evinə qonaq getməlidirlər.

Bildikləri söyüşü söyməlidir, ələxsus da ictimai yerdə, qoy bilməyən də bilsin…

Uşağı «gözünün odunu almaq» prinsipiylə əzik, zəif böyütməkdir.

Bəhsəbəsə girməkdir.

«Az, altıma uzan, döz, 5 dəqiqəyə qurtarıram» ifadəsiylə qadını intim həzdən məhrum etməlidir və vaxtına qənaət etməlidir.

Müqayisə edib, özünü hamıdan yüksək bilməlidir. Onda olmayanı hökmən əldə etməlidir.

Dost dediyi hər kəsin iş yerini, maaşının məbləğini bilməlidir ki, işi üşəndə ağız aça bilsin.

Ardı var…

 

 

 

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: