Azad seks tələb edirəm (Müəllif: Mızqoyan) 18+

Öncədən qeyd edim ki, yazını mən Günel Fərhadqızı yazmamışam, imza mənim deyil, amma fikirlərlə razıyam.

Müəllifi yaxın dostumdur, icitmai insandır və adının açıqlanmasını istəmir.

period-sex-MAIN

Bu yazını oxuyan deyəcək ki, biz nə hayda, sən nə hayda?! Amma elə deyil, bacılar, qardaşlar. Dünyanın inkişaf etmiş ölkələrində azad seksə icazə…İcazə deyirəm ey, ictimai qınaq yoxdur. Yəni, yetkin, ağlı başında olan cütlüklər bir-biri ilə hoteldə, evdə, qısası sekslə məşğul olmaq üçün münasib olan istənilən yerdə öz cinsi ehtiyaclarını ödəyə bilir və ən əsası, bunu nəinki ictimaiyyətin qınağından və “Qonşumuz Məsmə xala nə deyər?” sualından qorxmadan, hətta çox sərbəst şəkildə edirlər, həzz alaraq edirlər.

“Həzz” demişkən, bizdə sanki bu sözdən də qorxurlar. “Seks” deyiləndə qulaqlarını bağlayan, əslində isə seks nəticəsində əmələ gələn varlıqların yanında bu sözü işlədən kimi səni “tərbiyəsiz” və “oğraş” çıxardırlar.

Axı bu gen dünyada insana seksdən daha çox həzz verən nə var? Yox, əgər nəsə varsa , deyin bilək, bu mövzuya bir daha toxunmayaq.

XARİCDƏ…

O tərəflərdə kişilər qadın bədəninin hər millimetrinə hörmətlə yanaşır, seks zamanı özləri kimi partnyorlarının da təmin olunmasına çalışırlar. Daha dəqiq desək, bunun üçün sözün əsl mənasında tər tökürlər. Bəs bizdə?…

BİZDƏ…

Bizdə qadın bədənini istismar edir bəzi kişilər. “Bəzi” deyirəm, əslində isə 99 faizi belədir.

XARİCDƏ…

Oralarda seksdən, daha doğrusu penis qadının vaginasına girməzdən əvvəl buna hazırlıq görürlər. Yəni, öpüşlər mütləq olmalıdır. Özü də təkcə dodaq yox e, bizdə kişilər toxunan zaman qadınların instinktiv olaraq partnyorun əlini itələdiyi döşləri də öpürlər. Sonra hər iki partnyora daha çox həzz vermək üçün onları sıxırlar. Təbii ki, el arasında “girib-çıxma” kimi ad qazanmış penetrasiya da öz yerində.

BİZDƏ…

Bizdə kişi öz arvadı ilə yatmaq istədiyini ona qorxa-qorxa deyir. Özü də elə ki, qulağına pıçıldadı…Pah! Qadın (bizim el dilində “arvad”) başlayır üz-gözünü turşudub, mızıldamağa.

BƏHANƏLƏR…

Partnyorun (çox vaxt qadının) əri ilə sevişməkdən imtinasına “əsaslı” bəhanələri olur: “Yorğunam” – Heç də tutarlı bəhanə deyil. O, da yorğundur, amma nəvaziş istəyir. Nə isə…

PROSESDƏN ƏVVƏL…

Elə ki, kişi birtəhər yoldaşını razı salır, bununla da çiləsi bitmir. Başlayır lənətə gəlmiş mentalitetə uyğun olaraq öz hərəkətlərini ölçüb-biçməyə. Onu əsasən “Görəsən, döşlərinə toxunsam küsməz?”, “Baldırlarını sıxsam, necə? Birdən sonra imtina edər ümumiyyətlə!”, “Bəlkə boğazından başlayım öpməyə? Yox e, acığına gələr”…”Görəsən, alt paltarını mən çıxarsam, inciməz ki? Axı bu mənim çox xoşuma gəlir”. “Ən çox döşləri mənə həzz verir, bəs ona?”. Döşlərlə neyləməli? Onları öpüb sığallamaq, lap elə sıxmaq da olar. Döş ucları qadının erogen zonalarından biridir. Onun, qulağın yumşaq hissəsinin, qolun iç tərəfinin verdiyi həzz möhtəşəmdir.

PENETRASİYA ZAMANI…

“Penetrasiya” kişi cinsiyyət orqanının qadın vaginasına giriş prosesinə deyilir. Bəzi qadınlarımızın bu prosesə baxışları da unikaldı, bunu da təzə öyrənmişəm. Sən demə, onlar sevişmədən zövq alsa da, penetrasiyadan iyrənirlərmiş. Hətta bəziləri təkcə ilk yox, növbəti cinsi əlaqələr zamanı penetrasiyadan qorxurlarmış da. İndiyədək seksoloqlar dəfələrlə bundan qorxmağın çox mənasız iş olduğunu dəfələrlə izah eləyiblər. Amma, nə fayda? Toy gecəsində əri ilə yaxın olmaq istəməyən gəlinin ilk sözü bu olur elə: “qorxuram”. Bir dəfə dini kitablardan birində oxumuşdum ki, qadının kişi penisini görməsi ayıbdır, olmaz. Pahooo…İşə düşdük də! Daha o vaxt dini insanlara yamayanlar nəzərə almayıb ki, valideynlərin cinsi tərbiyə verməməsi səbəbindən bizim qızlar penisi görəndə qorxurlar elə. Hələ onun qadının vaginasına giriş prosesini demirəm.

XARİCDƏ…

İnkişaf eləmiş qürbətdə toyu olan cütlüklər toy gecəsinə əvvəlcədən hazır olur. Yəni, ən azından qızlar əgər ərə bakirə gedirsə, toy gecəsi onları nəyin gözlədiyini bilir və hürkmürlər. Onların yengə kimi problemi də olmur. Sakitcə paltarını soyunub uzanırlar yatağa, sonra… Sonrasını detallı təsvir edən deyiləm

BİZDƏ…

Bizdə ana qızına cinsi tərbiyəni toy gecəsindən bir gün qabaq yengəsinin yanında verməyə başlayır. Qız da qorxaq böyüyüb axı. O günədək oğrun-oğrun erotik filmlərə baxıb, amma maraqla baxıb. İndi isə bütün buMənim saytlarımnlar onun başına gəlməlidir deyə, qorxu və həyəcanı qarışıb bir-birinə. Bilirsinizmi? Gəlin heç toy gecəsindən həzz ala bilmir… Heç bəyin özü də o zövqü yaşamır təkbaşına. Axı qarşısında hərəkətsiz uzanan müqəvvadan kim həzz alar? Üstəlik, əgər o müqəvva ərinə “toxunma, eləmə” deyirsə.

NƏTİCƏ:

Uzun illərdi fikirləşirəm ki, hər nə qədər absurd səslənsə də bizdə “Azad seks (cinsi əlaqə) haqqında qanun” qəbul olunmalı, buna qarşı çıxış edib hamıya mentaliteti sırımaq istəyənlər isə elə bu qanuna görə cəzalandırılmalıdı. Bəlkə o zaman cəmiyyətin seks aclığı problemi də həll oluna, hamı seksə normal yanaşa, sevənlər də bu sevgini rahat şəkildə yaşaya və yada bilə. Elə buna görə də mən azad seks tələb edirəm…

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: