ŞƏMS TƏBRİZİ YAŞAM ÜÇÜN 40 QAYDA!

скачанные файлы

Şəms Təbrizi mənşəcə Azərbaycanlı olan dünya şöhrətli alimdir. Onun fikirləri, ideyaları, sözləri o qədər dərin mənalı və irəli görüşlü olmuşdur ki, Avropa filosofları onun fikirlərindən istifadə etmiş, onun adını dəfələrlə öz əsərlərində xatırlamışdır. Hətta müasir dövrümüzdə belə psixologiya, fəlsəfə, ədəbiyyat, şeir, sənət sahələrində, müxtəlif şüarlarda Şəms Təbrizi dəstxəttinə rast gəlmək olur. Onun həyatını tədqiq edən Avropa alimləri onu o qədər böyük şəxsiyyət kimi görmüşdülər ki, Şəms Təbrizinin həqiqətən də tarixdə yaşamadığını, sadəcə əfsanəvi bir qəhrəman olduğunu iddia etmişdilər. Ancaq onun məzarı və doğulduğu, öldüyü tarixə aid olan bilgilər arxivi bunun belə olmadığını sübuta yetirmişdir.Şəms Təbrizinin digər böyüklüyü də ondan ibarətdir ki, o dahi Mövlanə Cəlaləddin Ruminin müəllimi olmuşdur. Cəlaləddin Rumini Mövlanə edən, onun həyatını kökündən dəyişən, onu tarixlərə dastan edən bir şəxsiyyət olmasına səbəb olmuşdur. Azərbaycanımızın fəxri olan bu alim dinimizə son dərəcə bağlılığına görə dini qaynaqlarda abid, hoca, böyük, alim, Övliya kimi xatırlanmışdır. Budur Şəms Təbrizinin bütün Avropa alimlərinin oxuyub da heyran olduğu, bu günün bu günündə özlərinə şüar kimi istifadə etdikləri �Yaşamaq üçün 40 qaydası�.

 

Birinci Qayda: yaradanı hansı kəlimələrlə tanıdığımız özümüzün necə olduğumuza ayna tutar. Əgər Allah deyildimi, əvvəlcə qorxulacaq, utanılacaq bir varlıq gəlirsə ağlına, demək ki, sən də qorxu və utanc içindəsən əksəriyyətlə. Yox əgər, Allah deyildimi əvvəla eşq, mərhəmət və şəfqət anlayırsansa, səndə də bu xüsusiyyətlərdən bolca mövcud deməkdir.

İkinci Qayda: Haqq Yolu’nda irəliləmək ürək işidir, ağıl işi deyil. Bələdçin daim ürəyin olsun, çiyinin üstündəki başın deyil. Nəfsini bilənlərdən ol, silənlərdən deyil! (yəni Allahı ağlınla dərk etməyə qalxışsan bacarmazsan, onu sevməkdən və ibadətlərindən qalarsan. Ancaq ürəyinlə sevsən sözün həqiqi mənasında sevənlərdən olarsan.)

Üçüncü Qayda: Quran dörd səviyyədə oxuna bilər. İlk səviyyə zahiri mənadır. Sonrakı batini məna. Üçüncü batinin də batini. Dördüncü səviyyə o qədər dərindir ki, sözlər kifayətsiz qalar təsvir etməyə.

Dördüncü Qayda: Kainatdakı hər zərrədə Allahın sifətlərini tapa bilərsən, çünki O məsciddə, mədrəsədə, kilsədə, sinaqoqda deyil, hər an hər yerdədir. Allahı görüb yaşayan olmadığı kimi, Onu görüb ölən də yoxdur. Kim Onu tapsa, sonsuza qədər Onda qalar.

Beşinci Qayda: Ağlın kimyası ilə eşqin kimyası başqadır. Ağıl təmkinlidir. Qorxa qorxa atar addımlarını. «Aman özünü qoru» deyə tənbeh edər. Halbuki eşq elədirmi? Onun tək dediyi: «Burax özünü, qoy getsin!» Ağıl asan asan yıxılmaz. Eşq isə özünü köhnəldər, xarab düşər. Halbuki xəzinələr və dəfīnələr xarabalıqlar arasında olar. Nə varsa xarab bir ürəkdə var!

Altıncı Qayda: Bu dünyadakı qarşıdurma, ön mühakimə və incikliklər çoxu dildən qaynaqlanar. Sən sən ol, sözlərə çox ilişmə. Eşq diyarında dil onsuz da hökmünü itirir. Aşiq dilsiz olar.

Yeddinci Qayda: Bu həyatda tək başına inzivada qalaraq (zahidlik edərək. İbadət üçün təkliyə qapılmaq.) yalnız öz səsinin əks-sədasını eşidərək, Həqiqəti kəşf edə bilməzsən. Özünü ancaq bir başqa insanın aynasında tam olaraq görə bilərsən.

Səkkizinci Qayda: Başına nə gəlirsə gəlsin, xəyal qırıqlığına qapılma. Bütün qapılar bağlansa belə, sonunda O sənə kimsənin bilmədiyi gizli bir cığır açar. Sən bu anda görə bilməsən də, dar keçidlər ardında nə qədər Cənnət bağçaları var. Şükr et! İstədiyini əldə edincə şükr etmək asandır. Allah aşiqi diləyi həyata keçmədiyində də şükr edə bilir.

Doqquzuncu Qayda: Səbr etmək eləcə dayanıb gözləmək deyil, uzaq görən olmaq deməkdir. Səbir nədir? Tikana baxıb gülü, gecəyə baxıb gündüzü təxəyyül edə bilməkdir (idrak edə bilməkdir). Allah aşiqləri səbri gülməşəkər kimi şirin şirin əmər, həzm edər. Və bilirlər ki, göydəki ayparanın dolunaya çatması üçün zaman lazımdır.

Onuncu Qayda: Nə istiqamətə gedirsənsə get,- Şimal, Cənub, Şərq, Qərb-çıxdığın hər səfəri içinə doğru bir səyahət olaraq düşün! Öz içinə səfər edən adam, sonunda bütün Yeri gəzər!

On Birinci Qayda: Doğumu qəbul edən şəxs bilər ki, sancı çəkilmədən doğum olmaz, ana rəhmindən körpəyə yol açılmaz. Səndən yeni və təptəzə bir «sən» doğulması üçün çətinliklərə, sancılara hazır olmağın lazımdır.

On İkinci Qayda: Eşq bir səfərdir. Bu səfərə çıxan hər yolçu, istəsə də istəməsə də təpədən dırnağa dəyişər. Bu yollara dalıb da dəyişməyən yoxdur.

On Üçüncü Qayda: Bu dünyada səmadakı ulduzlardan daha çox sayda saxta hacı, müəllim, şeyx, axund var. Həqiqi mürşid səni öz içinə baxmağa və nəfsini aşıb özündəki gözəllikləri bir bir kəşf etməyə istiqamətləndirər. Tutub da ona heyran olmağa deyil.

On Dördüncü Qayda: Haqqın qarşısına çıxardığı dəyişmələrə müqavimət göstərmək yerinə, təslim ol. Burax həyat sənə baxmayaraq deyil, səninlə birlikdə axsın. «Nizamım pozular, həyatım altı üst olar» deyə narahat olma. Hardan bilirsən həyatın altının üstündən daha yaxşı olmayacağını?

On Beşinci Qayda: Allah, daxildə və xaricdə hər an hamımızı kamala çatdırmaqla məşğuldur. Tək-tək hər birimiz tamamlanmamış bir sənət əsəriyik. Yaşadığımız hər hadisə, atlatdığımız hər qəza əskiklərimizi aradan qaldırmaq üçün nəzərdə tutulmuşdur. Rəbb nöqsanlarımızla ayrı-ayrı məşğul olar, çünki bəşəriyyət deyilən əsər, qüsursuzluğu hədəflər.

On Altıncı Qayda: Allah qüsursuzdur. Onu sevmək asandır. Çətin olan günahıyla savabıyla fani insanları sevməkdir. Unutma ki adam bir şeyi ancaq sevdiyi ölçüdə bilər. Demək ki, həqiqətən qucaqlamadan başqasını, Yaradandan ötəri yaradılanı sevmədən, nə layiqincə bilər, nə layiqincə sevə bilərsiniz.

On yeddinci Qayda: Əsas çirklilik, xaricdə deyil içdə, görünüşdə deyil ürəkdə olar. Ondan başqa hər ləkə nə qədər pis görünsə də görünsün, yuyundumu təmizlənər, suyla keçər. Yumaqla çıxmayan tək pislik ürəklərdə yağ bağlamış həsəd və pis niyyətdir.

On Səkkizinci Qayda: Bütün kainat layları və qarmaşası ilə insanın içində gizlənmişdir. Şeytan xaricimizdə bizi yoldan çıxarmağı gözləyən qorxunc bir məxluq deyil, şəxsən içimizdə bir səsdir. Şeytanı özündə axtar; xaricində, başqalarında deyil. Və unutma ki nəfsini bilən Rəbbini bilər. Başqalarıyla deyil, yalnız özü ilə məşğul olan insan, sonunda mükafat olaraq Yaradanı tanıyar.

On doqquzuncu Qayda: Başqalarından hörmət, maraq ya da sevgi gözləyirsənsə, əvvəl sırasıyla özünə borclusan bunları. Özünü sevməyən birinin sevilməsi mümkün deyil. Sən özünü sevdiyin halda dünya sənə tikan göndərdimi sevin. Yaxında gül göndərəcək deməkdir.

İyirminci Qayda: Yolun ucunun hara çatacağını düşünmək boş bir şeydən ibarətdir. Sən yalnız atacağın ilk addımı düşünməklə hökümlüsən. Gerisi onsuz da özbaşına gələr.

İyirmi Birinci Qayda: Hamımız fərqli sifətlərlə sifətləndirildik. Əgər Allah hər kəsin eyni olmasını istəsəydi, heç şübhəsiz elə edərdi. Fərqliliklərə hörmət göstərməmək, öz doğrularını başqalarına çatdırmağa qalxmaq, Haqqın müqəddəs nizamına hörmətsizlik etməkdir.

İyirmi İkinci Qayda: Həqiqi Allah aşiqi bir meyxanaya girdimi ora ona namazgah olar. Amma Allah aşiqi olmayan eyni namazgaha girdimi ora ona meyxana olar. Bu həyatda nə etsək edək, fərqi yaradan niyyətimizdir, surət ilə saxtalıqlar yox.

İyirmi Üçüncü Qayda: Yaşadığımız həyat əlimizə alovlandırılmış rəngarəng və əmanət bir oyuncaqdan ibarətdir. Kimisi oyuncağı o qədər ciddi qəbul edər ki, onun üçün ağlayar, pərişan olar. Kimisi əlinə alan kimi oyuncağı belə bir qurdalayar, qırar və atar. Ya həddindən artıq qiymət verər, ya qiymət vermərik. Söz-söhbətdən uzaq dur. Allah aşiqi nə ifratdadır, nə təfritdə. Allah aşiqi daim orta yerdədir …

İyirmi Dördüncü Qayda: Madam ki insan şərəfli məxluqatdır, yəni varlıqların ən şərəflisidir, atdığı hər addımda Allahın yer üzündəki xəlifəsi olduğunu xatırlayaraq, buna yaraşar soyluluqda hərəkət etməlidir. İnsan yoxsul düşsə, böhtana uğrasa, həbsə girsə, hətta əsir olsa belə, yenə başı dik, gözü tox, könlü əmin bir xəlifə kimi davranmaqdan imtina etməməlidir.

İyirmi Beşinci Qayda: Cənnəti və Cəhənnəmi mütləq ki, gələcəkdə axtarma. İkisi də bu an burada mövcuddur. Nə vaxt birini mənfəətsiz, hesabsız və bazarlıqsız sevməyi bacarsan, Cənnətdəyik əslində. Nə vaxt bəziləriylə döyüşə tutuşsaq; nifrətə, həsədə və kinə bulaşsaq, kəlləmayallaq Cəhənnəmə düşəcəyik.

İyirmi Altıncı Qayda: Kainat yekvücud, tək varlıqdır. Hər kəs və hər şey görünməz iplərlə bir-birinə bağlıdır. Əsla heç kimin ahını alma, bir başqasının, hələ-hələ səndən zəif olanın canını yandırma. Unutma ki, dünyanın başqa bir ucunda tək bir insanın kədəri, bütün insanlığı bədbəxt edə bilər. Və bir adamın səadəti, hər kəsin üzünü güldürə bilər.

İyirmi Yeddinci Qayda: Bu dünya bir dağ kimidir, ona necə səslənsən, o da sənə səsləri elə əks etdirəcəkdir. Ağzından xeyirli bir söz çıxarsan, xeyirli sözün əks-sədası gələr. Şər çıxarsan, sənə geriyə şər əks-sədası gələr. Elə isə kim ki, sənin haqqında pis danışar, sən o insan haqqında qırx gün qırx gecə yalnız gözəl sözlər söylə. Qırx günün sonunda görəcəksən hər şey dəyişmiş olacaq. Sənin könlün dəyişsə, dünya dəyişər.

İyirmi Səkkizinci Qayda: Keçmiş zehinlərimizi örtən bir sis buludundan ibarətdir. Gələcək isə başlı başına bir xəyal pərdəsidir. Nə gələcəyimizi bilər, nə keçmişimizi dəyişdirə bilərik. Allah aşiqi daim bu anın həqiqətini yaşayar.

İyirmi Doqquzuncu Qayda: Qismətimiz həyatımızın əvvəldən yazılmış olması demək deyil. Bu səbəbdən, «nə edək, taleyimizdə belə» deyib boyun bükmək cəhalət göstəricisidir. Qismət yolun hamısını deyil, yalnız yol ayrımlarını verər. Yol müəyyəndir, amma bütün əyri və döngələr yolçuya aiddir. Elə isə nə həyatının hakimisən, nə də həyat qarşısında çarəsizsən.

Otuzuncu Qayda: Həqiqi Allah aşiqi elə biridir ki, başqaları tərəfindən qınansa, ayıblansa, dedi-qodusu edilsə, hətta böhtana uğrasa belə, o ağzını açıb da kimsə haqqında tək kəlimə pis söz danışmaz. Allah aşiqi qüsur görməz. Qüsur örtər.

Otuz Birinci Qayda: Allahu Təalaya yaxınlaşa bilmək üçün məxmər kimi bir ürəyə sahib olmalısan. Hər insan bu və ya digər şəkildə yumşalmasını öyrənər. Kimi bir qəza keçirər, kimi ölümcül bir xəstəlik, kimi ayrılıq ağrısı çəkər, kimi maddi itki … Hamımız ürəkdəki qatılıkları həll etməyə fürsət verən keşməkeşlər atladarıq. Amma kimimiz bundakı hikməti başa düşər və yumşalar; kimimiz isə, çox təəssüf ki, daha da sərtləşərək çıxarıq.

Otuz İkinci Qayda: Aranızdakı bütün pərdələri tək-tək qaldır ki, Allaha saf bir eşqlə bağlana biləsən. Qaydaların olsun, ancaq qaydalarını başqalarını uzaqlaşdırmaq yaxud mühakimə etmək üçün istifadə etmə. Dostum, xüsusilə bütlərdən uzaq dur. Və əsla öz doğrularını bütləşdirmə! İnancın böyük olsun, amma inancınla böyüklük göstərmə!

Otuz Üçüncü Qayda: Bu dünyada hər kəs bir şey olmağa çalışarkən, sən HEÇ ol. Mənzilin yoxluq olsun. İnsanın dulusçudan fərqi olmamalıdır( dulusçu fırlada-fırlada qablara şəkil verən şəxsdir). Necə ki qaba yaraşıq verən xaricindəki forma deyil, içindəki boşluqdursa, insanı ayaqda tutan da mənlik zənni deyil, heçlik şüurudur.

Otuz Dördüncü Qayda: Haqqa təslimiyyət nə zəiflik, nə passivlik deməkdir. Tam tərsinə, belə bir təslimiyyət son dərəcə güclü olmağı tələb edir. Təslim olan insan çalxalanan və girdablı sularda əl-qol atmağı buraxar, əmin bir diyarda yaşayar.

Otuz Beşinci Qayda: Bu həyatda ancaq təzadlarla irəliləyə bilərik. Mömin içindəki inkarçı ilə tanış olmalı, Allaha inanmayan adam isə içindəki inananla. İnsan-ı Kamil mərtəbəsinə çatana qədər addım-addım irəliləyər adam. Və ancaq təzadları qucaqlaya bildiyi ölçüdə yetkinləşər.

Otuz altıncı Qayda: Hiylədən, intriqalardan narahat olma. Əgər bəziləri sənə tələ qurur, zərər vermək istəyirsə, Allah da onlara tələ qurur deməkdir. Çuxur qazanlar, o çuxura özləri düşər. Bu sistem fəaliyyətin əsasına görə işləyər. Nə bir qətrə xeyr qarşılıqsız qalar, nə bir qətrə şər. Onun məlumatı olmadan yarpaq belə titrəməz. Sən yalnız buna inan!

Otuz Yeddinci Qayda: Allah tükü 40 yerə ayıraraq həssaslıqla işləyən bir saat ustasıdır. O qədər dəqiqdir ki, sahəsində hər şey tam zamanında olar. Nə bir saniyə erkən, nə bir saniyə gec. Hər insan üçün bir aşiq olmaq zamanı vardır, bir də ölmək zamanı.

Otuz səkkizinci Qayda: «Yaşadığım həyatı dəyişdirməyə, özümü çevirməyə hazırammı?» Deyə soruşmaq üçün heç bir zaman gec deyil. Neçə yaşda olsaq belə, başımızdan nə keçmiş olursa olsun, tamamilə yenilənmək mümkündür. Tək bir gün belə əvvəlkinin eynilə təkrarıdırsa, təəssüf. Hər an hər nəfəsdə yenilənməli. Yeni bir həyata doğulmaq üçün ölmədən əvvəl ölməlisən.

Otuz doqquzuncu Qayda: Nöqtələr davamlı dəyişsə də bütün eynidir. Bu dünyadan gedən hər oğru üçün bir oğru daha doğular. Ölən hər dürüst insanın yerini bir dürüst insan doldurar. Həm bütün heç bir zaman pozulmaz, hər şey yerli yerində qalar, mərkəzində . Həm də bir gündən bir günə heç bir şey eyni olmaz. Ölən hər Allah aşiqi üçün bir Allah aşiqi daha doğular.

Qırxıncı Qayda: Eşqsiz keçən bir ömür boşu-boşuna yaşanmışdır. Görəsən ilahi eşq arxasındamı qaçmalıyam, məcazi eşqmi, yoxsa dünyəvi, səmavi ya da cismanimi deyə soruşma! Ayrı-seçkiliklər ayrı-seçkiliklər doğurar. Eşqi isə heç bir sifətə və tamlanmağa ehtiyacı yoxdur. Başlı başına bir dünyadır eşq. Ya tam ortasındasan, ya mərkəzində, ya xaricində, ya da həsrətindəsən.

Bu Qaydalar mənim üçün təbiət qanunları qədər universal, onlar qədər təməldir. Bu qaydaların qırxını birdən tamama çatdırmaq uzun senelerimi aldı. Nicelerini silib silib yenidən yazdım. İndi artıq əlavə olunacaq nə bir vergül qaldı nə nöqtə. Nə bir hərf, nə yeni bir söz. Artıq qırx qayda da bitdiyinə görə, ömürü həyatımın son faslındayım. «

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: